|
Səhifələr : # 13 14 15 16 17 18 19 20 21 #
Səlim Müslümov: “Azərbaycan inkişaf etmiş Avropa ölkələri ilə bir sıradadır”
|
“Azərbaycan inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvüdür və Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov yap.org.az saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, Bakı şəhərində Assosiasiyanın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin açılması və bu tədbirə BSTA-nın Baş katibi Hans-Horst Konkolevski və Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin sədri cənab Zbiqnev Derdzyukun da şəxsən qatılmaları ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir:
|
05.07.11 Məqaləni oxumaq
|
|
|
Elnur Aslanov: “Azərbaycan diasporu təşkilatlanma mərhələsini çox uğurla keçib”
|
“Azərbaycan diasporu vahid bir mərkəzdən çıxış edə bilən, konkret əməllərlə bir çox ölkələrdə fəaliyyətini həyata keçirən bir quruma çevrilib”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib. O bildirib ki, prezident İlham Əliyevin qurultaydakı çıxışı diaspor fəaliyyətinin gələcək mərhələləri üçün strategiyanı müəyyən edə biləcək: “Cənab prezidentin çıxışından irəli gələn tezisləri xaricdə yaşayan azərbaycanlılar gələcək fəaliyyət strategiyası kimi qiymətləndirəcəklər.
|
05.07.11 Məqaləni oxumaq
|
|
|
İlham Əliyev: “Diasporla səfirliklər arasındakı anlaşılmazlığa son qoyulmalıdır”
|
Bütün diaspor təşkilatları fəaliyyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmalarını birləşdirməlidirlər. Xaricdə yaşayan hər bir azərbaycanlı həmin ölkədəki diasporun üzvü olmalıdır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ölkə başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının İİİ Qurultayında söyləyib. Prezidentin sözlərinə görə, xaricdə fəaliyyət göstərən diasporların tərkibində birlik yoxdur. Dövlət başçısı bu sahədə problemlərin, anlaşılmazlıqların olduğunu qeyd edib. “Diasporla səfirliklər arasında fikir ayrılığı var. Mən hər iki tərəfi belə hallara son qoyulmasına çağırıram. Hesab edirəm ki, bu qurultaydan sonra bu hallara son qoyulacaq. Dünya azərbaycanlıları bir yerdə olmalıdır”- deyə prezident əlavə edib.
|
05.07.11 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov Vatikanda protokol imzalayacaq
|
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Müqəddəs Taxt-Taca səfəri nəzərdə tutulub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər.
Səfər çərçivəsində E.Məmmədyarov və Müqəddəs Taxt-Tacın Dövlətlərlə münasibətlər şöbəsinin katibi , arxiyepiskop Dominik Mamberti 29 aprel 2011-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında Saziş”in Ratifikasiya sənədlərinin mübadiləsi haqqında protokol imzalayacaqlar. Həmçinin E.Məmmədyarovun Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Takisio Bertoni ilə görüşü planlaşdırılıb.
|
05.07.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti Serbiyaya gedib
|
Bu gün Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti Serbiyanın Belqrad şəhərinə səfərə yola düşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Qurumun 20-ci yay sessiyasında iştirak edəcək nümayəndə heyətimizin tərkibinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputatlar Ağalar Vəliyev və Azay Quliyev daxildirlər. Beş gün davam edəcək sessiya “ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni start” mövzusuna həsr olunub.
Öncə qurumun Daimi komitəsinin toplantısı keçiriləcək, 2011-2012-ci maliyyə ili üçün büdcənin qəbul edilməsini və bir sıra təşkilati məsələləri əhatə edən gündəlik qəbul olunacaq.
|
05.07.11 Məqaləni oxumaq
|
|
|
İnternet medianın inkişafı ilə bağlı yeni sənəd hazırlanır
|
Azərbaycanda internet media və jurnalistikanın inkişafı ilə bağlı Mətbuat Şurası yeni bir sənəd hazırlayır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda keçirilən tədbirdə MŞ sədri Əflatun Amaşov söyləyib. Bununla bağlı mütəxəssislər, o cümlədən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyevlə məsləhətləşmələr aparıldığını xatırladan Ə.Amaşov qeyd edib ki, cari ilin sonuna kimi bu sənəd hazırlanaraq müvafiq qurumlara təqdim ediləcək. Onun sözlərinə görə, sənəddə ənənəvi jurnalistika ilə yanaşı, internet medianın da inkişafı, bu sahədəki mövcud problemlər və onun həlli yolları öz əksini tapacaq. O, internet medianın dövlət tərəfindən də dəstəklənməsinin zəruri olduğunu vurğulayıb.
|
05.07.11 Məqaləni oxumaq
|
|
|
Leonardo da Vinçinin əsrlərdir axtarılan məşhur əsəri tapılıb
|
Məşhur renasans rəssamı Leonardo da Vinçiyə aid olduğu düşünülən və əsrlərdir axtarılan rəsm əsəri tapılıb. Sənət tarix alimləri “Dünyanın xilaskarı” (Savior of the World) olaraq adlandırılan rəsm əsərinin Leonardo da Vinçiyə aid olduğunu təsdiqləyib.
Qeyd edək ki, məşhur rəssamın Həzrət İsanın (ə) rəsmini canlandırdığı tablonun ilk sahibi İngiltərə Kralı I Charlesdən II Charlesə keçib. Əsərin XVII-XIX əsrlərdə kimdə olduğu isə hələ də məlum olmayıb.
Xatırladaq ki, Leonardo da Vinçinin sözügedən tablosu indi ABŞ-ın Nyu-York şəhərində yerləşən Metropolitan Muzeyində sərgilənən eksponatlar arasındadır.
|
04.07.11 Məqaləni oxumaq
|
|
|
Əhməd Davudoğlu: “Qəddafi getməli və Liviya bölünməməlidir”
|
Türkiyə Liviya lideri Müəmmar Qəddafiyə qarşı sanksiyaları gücləndirmək qərarına gəlib. «KƏLAMİNFO» «Reuters»ə istinadən xəbər verir ki, artıq rəsmi Ankara Tripolidəki səfirini geri çağırıb. Ankara, həmçinin üsyançılara 200 mln. dollar ayıracağını bəyan edib. Bunu Liviyada səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qəddafiyə qarşı mitinqlərin keçirildiyi meydanda xalqa müraciətində deyib. Müraciətində ərəbcə danışan Davudoğlu çıxışına «Ömər Muxtarın nəvələrinə salam olsun» sözləri ilə başlayıb. Türklərlə liviyalıların tarix, tale və gələcəklərinin müştərək olduğunu deyən Türkiyənin baş diplomatı Liviyanın gələcəyinin keçmişdən daha yaxşı olacağını deyib. Davudoğlu, həmçinin liviyalılara Türkiyə xalqının və baş nazir Ərdoğanın salamlarımı çatdırıb. Davudoğlu bildirib ki, Qəddafi getməli və Liviya bölünməməlidir.
|
04.07.11 Məqaləni oxumaq
|
|
|
Ötən ay 1.191 əcnəbi inzibati qanunvericiliyin tələblərini pozub
|
Cari ilin iyun ayı ərzində Azərbaycan Dövlət Miqrasiya Xidmətinə bir sıra məsələlərlə bağlı 2.295 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DMX-dən veriblər.
Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Həmçinin DMX əməkdaşları tərəfindən qanunsuz miqrasiya, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.
|
04.07.11 Məqaləni oxumaq
|
|
|
RİTN rəsmisi: “Azərbaycanda son 6 il ərzində özəl poçt sektoru 5 dəfə inkişaf edib”
|
“Regionlarda dövlət poçt operatoru ilə yanaşı, özəl poçt operatorları da fəaliyyət göstərir”. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov verib.
Onun sözlərinə görə, nazirlik tərəfindən 33 özəl şirkətə poçt xidməti göstərmək üçün lisenziya verilib. “Hal-hazırda bu poçt şirkətlərindən “Röyal Express”, “Ase Skype” və DHL regionlarda da fəaliyyət göstərir”,-deyə N.Məmmədov vurğulayıb.
Azərbaycanda poçt bazarının liberal olduğunu bildirən N.Məmmədov 6 il ərzində özəl poçt sektorunun 5 dəfə inkişaf etdiyini qeyd edib.
|
04.07.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 13 14 15 16 17 18 19 20 21 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|