Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2011
    Səhifələr : 1 2 3 4 5  #
    Mübarəkiın məhkəməsi avqustun 3-də başlayacaq
    Misirin keçmiş prezidenti Hüsni Mübarək və onun yaxın ətrafının məhkəməsi avqustun 3-də başlanacaq. Misir hakimiyyəti Mübarək və onun oğullarının məhkəməsini Qahirənin sərgi manejində keçirmək niyyətindədir. Ədliyyə naziri Abdel Aziz al-Hindi bildirib ki, hazırda burada jurnalistlərin, QHT nümayəndələrinin və nümayişçilərin ailə üzvlərinin iştirakını təmin etmək üçün binada hazırlıq işləri aparılır. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə yerli MENA agentliyi müstəqil mənbələrə istinadla xəbər verir. Onlar korrupsiya və dinc nümayişçilərin qətlində itiham olunurlar. Məlumatlara görə dinləmələr paytaxt Qahirədə keçiriləcək. Mübarək hazırda Şarm aş Şeyx şəhərindəki xəstəxanalardan birində nəzarət altındadır.
    30.07.11 Məqaləni oxumaq
     
    Abituriyentlərin doldurduqları cavab kartı onların internetdəki səhifələrində yerləşdiriləcək
    2012-2013-cü tədris ilində keçiriləcək qəbul imtahanları zamanı abituriyentlərin doldurduqları cavab kartı onların internetdəki səhifələrində yerləşdiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında söyləyib. 2011-2012-ci tədris ili ilə bağlı keçirilən qəbul imtahanları zamanı abituriyentlərin doldurduqları cavab kartının nəticələrini hələlik onların internetdəki səhifələrində yerləşdirmək mümkün olmadığını diqqətə çatdıran M.Abbaszadə bunu texniki imkanların olmaması ilə əlaqələndirib. O, ümid etdiyinin bildirib ki, növbəti qəbul imtahanlarına qədər dövlət müvafiq avadanlıqların alınması üçün vəsait ayıracaq və beləliklə, abituriyentlərin cavab kartı skayner edilərək onların öz səhifələrində yerləşdiriləcək. Qeyd edək ki, M.Abbaszadə nümunə üçün bir abituriyentin cavab kartını da komissiyanın saytında nümayiş etdirib. Həmin cavab kartından məlum olub ki, abituriyent dairəni qaralamaq əvəzinə ora “A” hərfini yazıb.
    30.07.11 Məqaləni oxumaq
     
    Analoq televizorların ölkəyə gətirilməsi qadağan olunacaq
    Yaxın il yarım ərzində Azərbaycanda analoq sistemlə işləyən televizorların idxalına qadağa qoyulacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, analoq yayımdan rəqəmsal yayıma keçid bütün dünyada 2015-ci ilə qədər yekunlaşmalıdır. Nazir bildirib ki, bu barədə Ümumdünya Yayım İttifaqının şərtlərində də öz əksini tapıb: “Bununla əlaqədar olaraq da analoq yayım televizorların idxalı və istehsalı dayandırılacaq. Azərbaycanda bu prosesə keçid 2013-cü ilin ilk yarısında başa çatacaq. Artıq hökumət müvafiq qərar qəbul edib və proqram təsdiqlənib. Analoq yayımın dayandırılması ilə əlaqədar analoq televizorların da idxalı dayandırılacaq”.
    30.07.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: Azərbaycan ötən il dünya dövlətləri arasında iqtisadi artımına görə lider olub
    “Azərbaycan bu il rekord vuraraq dövlət büdcəsini 20 milyard manata çatdırıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycan ötən il dünya dövlətləri arasında iqtisadi artımına görə lider olub: “Yeddi il bundan əvvəl dövlət büdcəsi 1.4 milyard manat təşkil edirdi. 2008-ci ildə bütün ölkələr iqtisadi böhrana batsa da Azərbaycan bundan yan keçdi və büdcəsini 20 milyarda çatdırdı”.
    30.07.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: “ABŞ-ın Dağlıq Qarabağa maliyyə yardımı ayırmaması müsbət haldır”
    ABŞ-ın bu il Dağlıq Qarabağa maliyyə yardımı ayırmaması müsbət haldır. ABŞ belə addımı atmaqla dəfələrlə Azərbaycana qarşı qeyri-obyektiv mövqe nümayiş etdirib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib. Onun sözlərinə görə, ermənilərin narazılığına baxmayaraq ABŞ bu siyasətini növbəti illərdə də davam etdirməlidir. “Düzdür, ABŞ bu il maliyyə çətinliyinə görə, Dağlıq Qarabağa yardım ayıra bilmədi. Ancaq səbəbindən asılı olmayaraq yardımın ayrılmaması müsbət haldır. Bu dəfə erməni lobbisi özünü göstərə bilmədi”-deyə o əlavə edib.
    30.07.11 Məqaləni oxumaq
     
    Medvedyevin ilk işi süpürgəçilik olub
    Rusiya prezidenti Dmitri Medvedyev əmək kitabçasının bəzi maraqlı təfərrüatlarını açıqlayıb. «KƏLAMİNFO» «BBC»yə istinadən xəbər verir ki, Rusiya prezidenti deyib ki, o karyerasına süpürgəçilikdən başlayıb. «Mənim əmək kitabçamda ilk qeyddə süpürgəçi olmağım göstərilib. Sonuncu isə prezidentdir. Düzdür universitetdə oxuyanda küçə süpürmüşəm. Amma elə o zaman mənə əmək kitabçası açmışdılar». Medvedyev bunları Kremldə dövlət mükafatlarını təqdim edərkən deyib. Dövlət mükafatına layiq görülmüş, iki dəfə Sovet İttifaqı qəhrəmanı, kosmonavt Viktor Savinıx da karyerasına həmin işdən başlayıb. Tələbə olarkən o da Moskva Dövlət Universitetində süpürgəçi işləyib.
    29.07.11 Məqaləni oxumaq
     
    Sarkisyan Baden-Badendə dincələcək
    Ermənistan prezidenti Serj Sarkisyan yay istirahətini Almaniyanın Baden-Baden şəhərində keçirmək qərarına gəlib. «KƏLAMİNFO» «Armenia Today»ə istinadən yaydığı xəbərdə göstərib ki, bunu «Jamanak» qəzeti prezidentin yaxın ətrafına istinadən yayıb. Qəzetin yazdığına görə, Sarkisyan avqustun 5-də istirahətə yollanacaq. O, ailə üzvləri ilə birlikdə ora gedəcək.
    29.07.11 Məqaləni oxumaq
     
    ABŞ İranı «Əl-Qaidə» ilə gizli sövdələşmədə ittiham edir
    Birləşmiş Ştatlar İranı «Əl-Qaidə» ilə gizli sövdələşmədə ittiham edir. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu, Vaşinqtonun «Əl-Qaidə»nin altı fəalına qarşı sanksiyalar elan etdiyi zaman baş verib. ABŞ-ın maliyyə nazirliyi detalları açıqlamayıb, lakin bildirib ki, fəallar ABŞ rəsmilərinin İranda əl-Qaidənin vasitəçisi olduğuna inandığı İzzəddin Əbdül Əziz Xəlilin şəbəkəsinə mənsub olduğunu bildirib. Nazirliyin bildirdiyinə görə, Xəlil İran hökuməti və terrorçu qrup arasında razılıq əsasında fəaliyyət göstərir. Maliyyə nazirliyi qeyd edir ki, İran «Əl-Qaidə»nin Əfqanıstan və Pakistanda əməliyyatlarına maliyyə dəstəyinin verilməsi üçün mühüm tranzit məntəqəsi kimi çıxış edir. İran hökuməti buna hələlik reaksiya verməyib.
    29.07.11 Məqaləni oxumaq
     
    Liviya üsyançılarının hərbi qüvvələrinin komandiri Abdel Fəttah Yunis öldürülüb
    Liviya üsyançılarının hərbi qüvvələrinin komandiri Abdel Fəttah Yunis və onun iki köməkçisi naməlum silahlı şəxslər tərəfindən öldürülüb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu barədə xəbəri Liviyanın Milli Keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlil yayıb. O bildirib ki, Yunis ətrafında Qəddafi qüvvələri ilə döyüşlər gedən Marsa-el-Breqa şəhərindən dindirilmək üçün Benqaziya çağırılıb. Lakin Yunis və onun iki köməkçisi dindirilmədən bir qədər əvvəl Benqazidə naməlum silahlı qrup tərəfində qətlə yetiriliblər. Mustafa Abdel Cəlil deyib ki, hücum edən silahlı qrupun başçısı həbs edilib. Lakin o hadisənin təfərrüatını açıqlamayıb. Yunisin Benqazidəki evi hal-hazırda əsgərlər tərəfindən mühasirəyə alınıb. Qəddafi hökumətinin keçmiş təhlükəsizlik naziri Abdel Fəttah Yunis bu ilin fevralında üsyançıların tərəfinə keçib və müxalifətin hərbi qüvvələrinə başçılıq edib.
    29.07.11 Məqaləni oxumaq
     
    Biznes Universiteti də təhsil haqqını aşağı salıb
    Azərbaycan Biznes Universiteti 2011/2012-ci tədris ili üçün həmin təhsil müəssisəsində II ixtisas qrupu üzrə qəbul aparılacaq bütün ixtisaslarda təhsil haqqını aşağı salıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında söyləyib. TQDK sədri təhsil haqlarının neçə faiz, yaxud nə qədər aşağı salınması barədə məlumat verməyib. Xatfrladaq ki, Azərbaycan İctimai-Siyasi Universiteti də 2011/2012-ci tədris ili üçün həmin təhsil müəssisəsində II ixtisas qrupu üzrə qəbul aparılacaq bütün ixtisaslarda təhsil haqqının aşağı salınması və 1900 manat müəyyən edilməsi barədə qərar qəbul edib.
    29.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyul.2011
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031