Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Müdafiə təyinatlı məhsulların istehsalı 2 dəfə artıb
    Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2011-ci ilin I yarımilliyinin yekunlarına həsr edilən səyyar kollegiya iclasları keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda birlik və müəssisələrin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib. Bildirilib ki, 2011-ci ilin 6 ayında tabeli müəssisələrdə ümumilikdə istehsal olunan məhsulların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.
    28.07.11 Məqaləni oxumaq
     
    Ərdoğan Azərbaycana səfəri öncəsi jurnalistlərə açıqlama verib
    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri öncəsi jurnalistlərə açıqlama verib. “KƏLAMİNFO” xəbər verir ki, R.T.Ərdoğan bildirib ki, enerji layihələri, o cümlədən də "Nabukko" layihəsi onun Azərbaycana səfəri zamanı əsas müzakirə mövzusu olunacaq. "Türkiyə ilə Azərbaycan arasında enerji layihələri bundan sonra da inkişaf edəcək" – deyə Ərdoğan bildirib. Türkiyənin Baş naziri qeyd edib ki, səfəri zamanı "Nabukko" layihəsinin "yol xəritəsi" və onun reallaşdırılacağı tarix müzakirə olunacaq. Ərdoğanın sözlərinə görə, bu layihə iki ölkə arasındakı əlaqələri möhkəmləndirəcək və Qafqaz regionunda sabitliyin yaradılmasına kömək edəcək.
    28.07.11 Məqaləni oxumaq
     
    Türkiyə XİN Sarkisyanın bəyanatını pislədi
    Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatlarına sərt cavab verib. “KƏLAMİNFO” xəbər verir ki, Türkiyə XİN-in rəsmi saytında Ermənistan prezidentinin hərəkəti məsuliyyətsizlik kimi dəyərləndirilib. “Ermənistanda 25 iyul 2011-ci il tarixdə keçirilən erməni dili və ədəbiyyatı müsabiqəsində şagirdlərdən birinin verdiyi suala prezident Serj Sarkisyanın verdiyi cavabı şiddətlə qınayırıq. Öz ictimaiyyətini, xüsusilə gəncləri sülh, əminamanlıq və rifah dolu gələcək üçün hazırlamaq dövlət adamlarının əsas vəzifələrindən olmalıdır. Bunun əksinə bir rəftarla xalqlar arasında ədavət və nifrət ideologiyasını təhrik edəcək şəkildə gənclərə və gələcək nəsillərə yol göstərmək məsuliyyətsiz bir hərəkətdir. Regionda sülhü təsis etməyə istiqamətlənmiş axtarışların sürətləndiyi bir vaxtda Sarkisyanın məsuliyyətsizliklə istifadə etdiyi sözlər sülh üçün səy göstərməyə niyyəti olmadığını göstərir.”-deyə Türkiyə XİN-in saytında bildirilir.
    28.07.11 Məqaləni oxumaq
     
    Xosep Antonio Duran: “Ümid edirik ki, yaxın vaxtlarda İspaniyanın Bakıda səfirliyi açılacaq”
    Azərbaycanda səfərdə olan İspaniya Krallığı Konqresinin Xarici əlaqələr Komitəsinin sədri Xosep Antonio Duran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ziyafət Əsgərov Milli Məclisin fəaliyyəti, tərkibi, ölkənin seçki sistemi barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, parlamentdə 125 deputat var və onlar 11 komitədə qanunvericilik fəaliyyəti ilə məşğul olurlar. Milli Məclisdə xarici ölkələrlə 70-dən çox dostluq qrupu fəaliyyət göstərir və bu qruplar parlamentlərarası əlaqələrin inkişafında mühüm rol oynayırlar. Bildirilib ki, Azərbaycan ilə İspaniya arasında ikitərəfli əlaqələrin inkişafı üçün geniş imkanlar var. “Ölkələrimiz arasında bir neçə vacib sənəd imzalanıb, daha bir neçə sənəd isə imzalanmaq üçün hazırlanır.”
    28.07.11 Məqaləni oxumaq
     
    “Bu meydan, bu ekran - 2011”-in qalibləri bəlli olub
    “Bu meydan, bu ekran - 2011” kino layihələri müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən, qalib gələn kino layihələri təsdiqlənib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, əsas məqsədi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq olan «Bu meydan, bu ekran-2011» kino layihələri müsabiqəsinin yekununda münsiflər heyəti “Orman prodakşn” şirkətinin “Mayak”, “Art Qlobal prodakşn” şirkətinin “İşığa doğru”, “EXA prodakşn” prodüser mərkəzinin “Paralel həyat”, “Butafilm” kino şirkətinin “Qaranquş yuvası” layihəsini qalib kino layihələri olaraq təsdiq edib.
    27.07.11 Məqaləni oxumaq
     
    Hüsnü Mübarək yeməkdən imtina edir
    Misirin dövlət xəbər agentliyi MENA məlumat verir ki, hospitalda olan və gələn həftə məhkəmə qarşısına çıxarılacaq keçmiş prezident Hüsnü Mübarək zəifləyib və yeməkdən imtina edib. «KƏLAMİNFO» «Mignews»ə istinadən xəbər verir ki, Mübarəkin vəziyyəti hazırda müzakirə olunan mövzulardan biridir. Bir çox misirli hesab edir ki, 83 yaşlı Mübarəkin xəstəliyi ona məhkəmə qarşısında dayanmağa imkan verməyəcək. Hüsnü Mübarək bu ilin fevral ayında xalq üsyanları nəticəsində istefaya getməyə məcbur olub. O, kütləvi etirazlar zamanı etirazçılara qarşı atəş açmaq əmri verməkdə ittiham edilir. Hüsnü Mübarək avqustun 3-də bu ittihama cavab vermək üçün məhkəmə qarşısına çıxarılacaq.
    27.07.11 Məqaləni oxumaq
     
    Obamanı öldürməklə hədələyən Özbəkistan vətəndaşına qarşı ittiham irəli sürüb
    Birləşmiş Ştatların Birminhem şəhər məhkəməsi prezident Barak Obamanı öldürməklə hədələməsinə görə Özbəkistan vətəndaşı 22 yaşlı Uluqbəy Kodirova qarşı ittiham irəli sürüb. «KƏLAMİNFO» «ITAR TASS»-a istinadən xəbər verir ki, Kodirov, həmçinin silah əldə etməkdə və ABŞ-da qeyri-qanuni yaşamaqda ittiham olunur. Prokurorluq bildirib ki, Kodirov iyul ayının 13-də Alabama ştatının otellərinin birində silah almağa cəhd edərkən həbs olunub. Özü də o, bu silahı FTB agentindən almaq istəyirmiş. O, həmin agentlə söhbətində Obamaya necə sui-qəsd edəcəyini açıqlayıbmış. Kodirov tələbə vizası ləğv olunan vaxtdan - 2010 ilin aprel ayından ABŞ-da qeyri-leqal yaşayır.
    27.07.11 Məqaləni oxumaq
     
    Məhəmməd Xatəmiyə İranı tərk etmək qadağan olunub
    İran saytları məlumat verir ki, keçmiş prezident Məhəmməd Xatəmiyə ölkəni tərk etmək qadağan olunub. «KƏLAMİNFO»nun məlumatına görə, «Jahan-News» saytı adını açıqlamadığı mənbələrə istinadən xəbər verir ki, Xatəmi Avropaya uşaqlarının yanına getməyi planlaşdırıb. O həm də İrlandiyada keçiriləcək siyasi seminara qatılacaqmış. Mənbənin məlumatına görə, yerli hakimiyyət Xatəmiyə ölkəni tərk etməyə icazə verməyib. Saytın məlumatı rəsmi təsdiqlənməyib. Məhəmməd Xatəmi prezident Mahmud Əhmədnejada qarşı sərt mövqeyi ilə seçilir. O, 1997-ci ildən 2005-ci ilə qədər ölkənin prezidenti olub. Ötən il də Yaponiyada keçirilən nüvə texnologiyası ilə bağlı konfransa qatılmaq istəyən Xatəmiyə ölkəni tərk etmək qadağan olunmuşdu.
    27.07.11 Məqaləni oxumaq
     
    Norveç polisi Breyvikin fermasını zərərsizləşdirib
    Norveç polisi bəyan edib ki, 76 adamı öldürən Anders Bering Breyvikin kirayə etdiyi və bomba gizlədilən fermanı tapıb zərərsizləşdiriblər. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, polisin məlumatına görə, mütəxəssislər tapılan partlayıcıları məhv ediblər. Məhv edilən partlayıcıların sayı və növü barədə əlavə məlumat verilmir. Polis eyni zamanda kütləvi qətldə öldürülən 4 nəfərin adını ictimaiyyətə açıqlayıb.
    27.07.11 Məqaləni oxumaq
     
    Türkiyə müalicə turizmindən 4 milyard avro gəlir gözləyir
    Hər il 150 min turist Türkiyəyə müalicə məqsədilə səfər edir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin kültür və tanıtım müşavirliyinin əməkdaşı Nizami Zöhrabi bildirib. Onun sözlərinə görə, 2011-ci ildə Türkiyə büdcəsinə müalicə turizmindən 4 milyard avro gəlir gələcəyi proqnozlaşdırılır. Bu ölkənin müalicə turizmində əldə etdiyi ən böyük üstünlük isə keyfiyyətli xidmət və aşağı qiymət təklif etməsidir. Bu yaxınlarda Türkiyə hökuməti tərəfindən ölkədə müalicə turizminin inkişafı istiqamətində daha bir addım atılıb. Belə ki, 2011-ci il iyun ayının 13-dən etibarən ölkəyə müalicə məqsədilə gələn turistlər Türkiyənin Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalara da müraciət edə biləcəklər.
    27.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyul.2011
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031