Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    ABŞ Ermənistana səfir təyinatı ilə bağlı qərarın çıxarılmasını təxirə salıb
    Senatın Beynəlxalq Münasibətlər Komitəsi ermənipərəst senator Robert Menendezin xahişi ilə ABŞ prezidenti tərəfindən Ermənistana səfir vəzifəsinə irəli sürülmüş Con Heffernin namizədliyi ilə bağlı qərarın çıxarılmasını təxirə salıb. «KƏLAMİNFO» «News.am»a istinadən xəbər verir ki, Amerika Erməni Milli Komitəsinin (ANKA) yaydığı məlumata görə, iclasa sədrlik edən komitə sədri Con Kerri bildirib ki, bu, qərar senatorlara Heffernin namizədliyi ilə bağlı daha ətraflı tanış olman üçün atılıb. Bu səbəbdən də onun nominasiyası başqa vaxta salınıb. ANKA-nın rəhbəri Aram Amparyan Menendezə buna görə təşəkkür edib. Onun sözlərinə görə, Heffernin qondarma soyqırımıyla bağlı mövqeyi onlarda narahatçılıq doğurur. Belə ki, bu şəxs bu yaxınlarda Senatda keçirilən müzakirələrdə Osmanlı imperiyasında ermənilərin kütləvi qırğına məruz qalması ilə bağlı irəli sürülən iddiaları «genosid» adlandırmaqdan boyun qaçırıb. Menendezin bununla bağlı sualını cavablandıran Heffern bildirmişdi ki, genosidə xarakteristika vermək siyasi qərardır. Yəni o, məsələ ilə bağlı Obama administrasiyasının irəli sürdüyü standartlardan kənara çıxmayıb.
    27.07.11 Məqaləni oxumaq
     
    “Təmiz şəhər” təmizlik dərsləri keçir
    “Təmiz Şəhər” ASC ictimai ekoloji təlim-tərbiyə işlərinin aparılması, təhsil müəssisələrində mühazirələrin oxunması, sakinlərlə görüşlərin təşkil edilməsi və ətraf mühitin mühafizəsi sahəsində insanların biliklərinin artırılmasını davam etdirir. “KƏLAMİNFO”ya ASC-dən verilən məlumatda bu məqsədlə 2011-ci ilin ilk yarısında həyata keçirilən tədbirlər öz əksini tapıb. Bildirilir ki, ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində “Ətraf mühit və neft sənayesi” istiqaməti üzrə magistratura pilləsində təhsil alan tələbələrə tullantıların idarə edilməsi mövzusunda mühazirələr oxunub.
    27.07.11 Məqaləni oxumaq
     
    Obama dünyanın 4 ən böyük cinayətkar təşkilatına sanksiyalar tətbiq edib
    ABŞ prezidenti Barak Obama dünyanın 4 ən böyük cinayətkar təşkilatına qarşı sanksiyalar tətbiq edib. Bunlara İtaliyanın “Kamorra”, Yaponiyanın “Yakudza”, Meksikanın “Los Zetas” və keçmiş Sovet İttifaqının “Qardaşlıq dairəsi” qrupları daxildir. «KƏLAMİNFO» «Qolos Amerika»ya istinadən xəbər verir ki, sanksiyalar təşkilatların ABŞ-dakı hesablarının dondurulması və Amerika şirkətlərinin onlarla biznes əlaqələrinin yasaqlanmasını nəzərdə tutur. Konqresə ünvanladığı məktubda Barak Obama bildirir ki, transmilli kriminal təşkilatlar Amerikaya qarşı təhlükə törədir. Prezident mütəşəkkil cinayətkarlığın artıq yerli və ya regional problem olmadığını deyib.
    27.07.11 Məqaləni oxumaq
     
    Vladimir Jirinovski: “Ermənistanın məğlubiyyəti bizə sərf etmir”
    «Üçüncü dünya müharibəsi artıq gedir». Bu sözləri Rusiya Dövlət Dumasının vitse-spikeri, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Altay vilayətinin sakinləri ilə görüşdə deyib. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, Jirinovski: «Bəli, indi bu müharibə Avropada yoxdur. Lakin orada müharibə 1991-ci ilin yanvarında başlayıb. O zaman 33 dövlət İraqa hücum etdi. Sonra onlar Yuqoslaviyanı bombaladılar, sonra Əfqanıstana hücum etdilər, yenidən İraqı bombaladılar, indi də Şimali Afrikadır. Müharibə bizə doğru yaxınlaşır. Suriyadan olan qaçqınlar artıq Türkiyədədir. Azərbaycanı mübahisəli Dağlıq Qarabağa görə Ermənistana hücum etməyə təhrik edirlər. İran Ermənistanın, Türkiyə isə Azərbaycanın tərəfində duracaq. Biz isə Ermənistanın müdafiəsinə qalxırıq. Çünki onun məğlubiyyəti bizə sərf etmir. Axı orada bizim bazamız var» deməklə kifayətlənib.
    26.07.11 Məqaləni oxumaq
     
    Milli Kino Gününün son hazırlıq işləri aparılır
    Avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən Yusif Şeyxovun “KƏLAMİNFO”ya verdiyi məlumata görə, Milli Kino Gününün açılışı gələn ayın 2-si Gənc Tamaşaçılar Teatrının foyesində və qarşısında axşam saatlarında baş tutacaq və son hazırlıq işləri aparılır. “Təntənəli açılışdan sonra tədbir iştirakçıları nümayiş olunacaq sərgi ilə tanış ola biləcəklər” - deyə vurğulayan Y.Şeyxov digər maraqlı görüntülərin də sərgilənəcəyini bildirib: “Sərgidə müxtəlif illərdə çəkilmiş kinofilmlərdə istifadə edilən iri və kiçik həcmli rekvizitlər – tanklar, toplar, müxtəlif silah növləri, məişət əşyaları və s. təqdim olunacaq. Bundan başqa, bayram axşamı “Milli kinomuzda geyimlər” bölməsində tamaşçılar bu vaxta qədər milli kino tariximizdə aktyorlarımızın müxtəlif rollar üzrə istifadə etdikləri geyimləri canlı görüb, hətta onlara toxuna biləcəklər ki, düşünürəm bu da iştirakçıların zövqünü oxşamaqla tədbirə xüsusi rəng qatacaq”.
    26.07.11 Məqaləni oxumaq
     
    TQDK-da müraciətlərə baxılması üçün Apelyasiya komissiyası işə başlayıb
    Ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbul imtahanları ilə bağlı müraciətlərə baxılması üçün Apelyasiya komissiyası işə başlayıb. Bu barəədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından veriblər. Vətəndaşların ali təhsil müəssisələrinin magistraturalarına keçirilən qəbulla bağlı müraciətləri Apelyasiya komissiyası tərəfindən iyulun 26-dan 28-dək araşdırılacaq. Aşağıdakı hallarla bağlı müraciətlərə baxılmır: - ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi; - imtahan qaydalarının bakalavr tərəfindən pozulması; - bir ali məktəbdən başqasına köçürülməsi, təhsil formasının və ya ixtisasın dəyişdirilməsi və təhsil haqqının ödənilməsi. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Əhalinin heç bir sosial təbəqəsinə güzəşt nəzərdə tutulmur. Bakalavr Apelyasiya komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.
    26.07.11 Məqaləni oxumaq
     
    Sarkisyan yenə Türkiyə torpaqlarına iddiasını açıqladı
    Sarkisyan indi də Türkiyə torpaqlarını Qərbi Ermənistan adlandıraraq oranın birləşdirilməsini gələcək nəsillərə həvalə edib. Bu barədə “KƏLAMİNFO” erməni mətbuata istinadən xəbər yayır. Ermənistan prezidentinin sözlərinə görə, Ağrı Dağı bölgəsinin geri alınmasını yeni nəsillərin boynundadır. “Bu sizdən - gələcək nəsillərdən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirdi. 90-cı illərdə vətənimizin bir hissəsi Arsaxı (Dağlıq Qarabağ ərazisi) düşmənin əlindən xilas etdik. Hər nəslin bir vəzifəsi var. Sizin də gələcəkdə bizim kimi vəzifənizi yerinə yetirib-yetirməyəcəyiniz birlik və bərabərliyinizdən asılıdır. Biz erməni xalqı hər zaman Səməndər quşu kimi küllərdən dirilməyi bacarmışıq. Amma bunu da deməliyəm ki, hazırda ölkələrin etibarı ərazi böyüklüyü ilə ölçülmür. Ermənistan müasir, etibarlı və iqtisadiyyatda müvəffəqiyyətli ölkə olsa, etibarı da o qədər yüksək olacaq” - deyə o, əlavə edib.
    26.07.11 Məqaləni oxumaq
     
    Böyük Britaniya ifrat sağçı qruplara nəzarət məsələsinə yenidən baxacaq
    Böyük Britaniyanın baş naziri Devid Kameronun ofisi Norveçdə keçən həftə baş vermiş kütləvi qırğından sonra ifrat sağçı qruplara nəzarət məsələsinə yenidən baxılacağını bildirir. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, baş nazir bu gün Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edib. İclasda Britaniya təhlükəsizlik agentliklərinin ifrat sağçı qruplara şuranın dediyi kimi, adekvat nəzarət edib-etmədiyi məsələsi müzakirə edilib. İclasda, həmçinin Norveçdə 76 adamın ölümülə nəticələnmiş hücumun Britaniya üçün nəticələrinin müzakirəsi də yer alıb. Norveç hücumlarında əsas şübhəli Anders Berinq Breyvikin Britaniyada ifrat sağçılar tərəfindən cəlb edildiyini iddia olunur. Polis hər hansı mümkün əlaqənin olub-olmadığını araşdırır.
    26.07.11 Məqaləni oxumaq
     
    PKK terrorçuları 3 türk əsgərini öldürüb
    PKK terrorçuları Mardin vilayətində 3 türk əsgərini öldürüb. «Azadinform» TRT-yə istinadən xəbər verir ki, əsgərlər Ömərli postuna qayıdarkən hücuma məruz qalıb. Daha sonra türk silahlı qüvvələri yaraqlıların ələ keçirilməsi əməliyyatına başlayıb. Son həftələr PKK üsyançıları ilə döyüşlər intensivləşib. Bu ayın əvvəllərində PKK yaraqlıları ilə türk əsgərləri arasında atışmalarda 13 türk əsgəri həlak olub və 7 yaraqlı öldürülüb.
    26.07.11 Məqaləni oxumaq
     
    Rusiyanın müdafiə naziri Azərbaycanda işgüzar səfərdədir
    Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun Azərbaycana səfəri başlayıb. “Azadinform” xəbər verir ki, səfər çərçivəsində A. Serdyukov Azərbaycan rəsmiləri ilə Qəbələ RLS-in icarə müddətinin artırılması məsələsini müzakirə edəcək. A. Serdyukov həmçinin Azərbaycan prezidenti İlham Əliyev və general-polkovnik Səfər Əbiyevlə dç görüşəcək. Səfər iyulun 26-da başa çatacaq.
    26.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyul.2011
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031