|
Səhifələr : # 15 16 17 18 19 20 21 22 23 #
Siyasi icmalçı Obamanın ünvanına təhqiramiz ifadələrə görə işdən qovuldu
|
Amerikanın MSNBC telekanalının siyasi icmalçısı Mark Halperi ABŞ prezidenti Barak Obamanın ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə görə işdən qovulub. «KƏLAMİNFO» məlumatı «New York Times» qəzetinə istinadən yayıb. Mark Halperi həftəlik “Morning Joe» verilişi zamanı Obamanın son mətbuat konfransını lağa qoyub və təhqiramiz ifadələrlə şərh edib. İcmalçı bir neçə dəqiqə sonra üzr istəsə də, telekanalın rəhbərliyi fövqəladə iclasda onu qeyri-müəyyən müddətə işdən uzaqlaşdırıb. Mark Halperin ifadələrinin yolverilməzliyini Ağ evin rəsmi nümayəndəsi Dey Karni də bəyan edib. Bundan sonra MSNMC telekanalı bəyanat yayıb. «Mark Halperinin şərhi tamamilə yolverilməz və qəbuledilməzdir. Biz prezident, Ağ ev və bütün tamaşaçılar qarşısında üzr istəyirik. Biz yüksək diskussiya səviyyəsinə can atırıq. Belə şərhlərə bizim efirdə yer yoxdur» - deyə bəyanatda deyilir.
|
01.07.11 Məqaləni oxumaq
|
|
|
Tayvanın keçmiş prezidenti dövlət vəsaitlərini mənimsəməkdə günahlandırılıb
|
Tayvanın keçmiş prezidenti Denxuey Li rüşvət almaqda və dövlət vəsaitlərini mənimsəməkdə günahlandırılıb. Denxueyin dövlət xəzinəsini 1988-2000-ci illərdə talan etdiyi bildirilib. Prokurorluq onun ölkənin milli müdafiə nazirliyinin büdcəsindən 7,79 mln. dollar mənimsədiyini üzə çıxarıb. «KƏLAMİNFO» «MIGnews.com»a istinadən xəbər verir ki, müstəntiq Çen Xunte bildirib ki, millət başçısı kimi Denxuey hamıya nümunə olmalı idi. «Onun törətdiyi cinayətlərə baxmayaraq, biz onun yaşını və xalq qarşısında xidmətlərini nəzərə alacağıq və ona layiqli cəza verilməsinə çalışacağıq» - deyə o bildirib.
88 yaşlı Li rüşvətxorluqda günahlandırılan sayca ikinci prezidentdir. 2000-2008-ci illərdə prezident olmuş Çeyn Şuyban korrupsiya ittihamı ilə bağlı həbsxanada yatır. Barəsində 17 il həbs qərarı çıxarılmış bu şəxs Denxueyi əvəzləyib.
|
01.07.11 Məqaləni oxumaq
|
|
|
Putin: “Seçkilərdən sonra yuyunmağa gedəcəyəm”
|
Prezident seçkilərindən sonra nə işlə məşğul olacağı barədə suala Rusiyanın baş naziri Vladimir Putin çox maraqlı formada cavab verib. «Mən yuyunmağa gedəcəyəm» deyən baş nazirin qənaətincə, bunun səbəbi seçki kampaniyasının çirkin olmasındadır. «Bizim yaşayacağımız bütün kampaniyalardan sonra gigiyena işləri ilə məşğul olmaq lazım gələcək» - deyə baş nazir “Vahid Rusiya” hərəkatının Yekaterinburqda keçirilən konfransında vurğulayıb. «Çox təəssüf ki, bu belədir. Bu, qaçılmaz prosesdir» deyən Putin bununla seçki prosesində iyrənc fəndlərin istifadə olunduğuna işarə edib. «KƏLAMİNFO» RIA «Novosti»yə istinadən xəbər verir ki, baş nazir bununla yanaşı, seçkilərdə namizədliyini irəli sürəcəyinə aydınlıq gətirməyib.
|
01.07.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan Beynəlxalq Geodeziya və Geofizika İttifaqının daimi üzv seçilib
|
Avstraliyanın Melburn şəhərində Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) 25-ci Baş Assambleyasının “Yer təhlükə ilə üz-üzə: Dayanıqlı planet naminə elm” mövzusunda toplantısı keçirilir. Geologiya İnstitutundan “KƏLAMİNFO”ya verilən məlumata görə, iyunun 28-də başlamış tədbirdə 28 ölkə, o cümlədən ABŞ, Braziliya, İtaliya, Fransa Danimarka, Rusiya, Türkiyə, Azərbaycan, Çin, Yaponiya və digər dövlətlərin nümayəndələri iştirak edir. Ölkəmizi toplantıda Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində təsis edilmiş Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin (AMGGK) baş katibi, Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi, Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayev təmsil edir.
|
01.07.11 Məqaləni oxumaq
|
|
|
İnformasiya Texnologiyaları İnstitutuna 110 833 müraciət daxil olub
|
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az rəsmi saytına cari ilin I yarımili ərzində olan müraciətlərin sayı 110 833 təşkil edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər.
Sayta dünya ölkələrindən olan müraciətlərin aktivliyinə görə ilk beşliyə Rusiya (2 014), İran (1 000), Ukrayna (745), ABŞ (605) və Türkiyə (569) başçılıq edir.
AMEA İTİ-nin www.ict.az saytı ölkədə və dünyada elmi-texniki tərəqqinin son nailiyyətləri, İKT sahəsinin inkişafına xidmət edən müxtəlif səpkili layihə və tədbirlər, qəbul edilən dövlət proqramları, digər rəsmi sənədlər və s. haqda məlumatları operativ şəkildə təqdim edən dəyərli informasiya mənbəyidir.
|
01.07.11 Məqaləni oxumaq
|
|
|
Məleykə Abbaszadə: Orta məktəbi qızıl medalla bitirən məzunlara heç bir güzəşt olmayacaq
|
“Bu gün Azərbaycanın “Təhsil haqqında” qanunda güzəştlə bağlı heç nə yoxdur və ona görə də orta məktəbi qızıl və gümüş medalla bitirən məzunlara ali məktəblərə qəbul imtahanlarında heç bir güzəşt olmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin qiymətləndirmə meyarları özünü təsdiqləsə və məzunların attestatdakı qiymətləri onların real biliklərini əks etdirsə TQDK ali məktəblərə qəbul qaydalarını dəyişdirəcək. “O zaman təkcə medal alanlar yox, ümumiyyətlə bütün abituriyentlər üçün ali məktəblərə qəbul mərhələsində orta məktəbdə əldə etdiyi nailiyyətlər hesablanacaq”,-deyə M.Abbaszadə vurğulayıb. O, əlavə edib ki, artıq TQDK bununla bağlı müvafiq işlər də aparır.
|
01.07.11 Məqaləni oxumaq
|
|
|
|
Məleykə Abbaszadə abituriyentləri ciddi xəbərdarlıq etdi
|
“Ali məktəblərə builki qəbul imtahanlarında mobil telefonların yoxlanılması üçün texnologiya daha da təkmilləşdirilib. Kim mobil telefonlarla imtahan binalarına girsə, biz dərhal bunu biləcəyik və həmin abituriyent dərhal tapılacaq, onun nəticələri heç nəyə baxılmadan ləğv olunacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
M.Abbaszadə deyib ki, imtahana gələn şəxslər özləri ilə yalnız şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi, diyircəkli qələmlər gətirməlidirlər. “İmtahan zallarının hamısında su olacaq. Ona görə də abituriyentlər özləri ilə su da gətirməyə bilərlər. “Fanta” və “Coca-cola” sularının gətirilməsi, ümumiyyətlə, qadağandır. Digər avadanlıqların gətirilməsi də qəti qadağandır. Abituriyentlər imtahana gələndə nə qədər böyük çanta götürsələr, onların problemləri də böyük olacaq. Çanta ilə gəlməyə ehtiyac yoxdur” - deyə TQDK sədri vurğulayıb. Onun sözlərinə görə istənilən halda imtahan keçirilən binalarda həmin gün mobil telefon dalğası tutmayacaq.
|
01.07.11 Məqaləni oxumaq
|
|
|
III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 3-də keçiriləcək
|
İyulun 3-də cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
M.Abbaszadə deyib ki, imtahan respublikanın 4 şəhərində keçiriləcək. “İmtahan Bakıda 41, Naxçıvanda 3, Gəncə və Sumqayıt şəhərlərində isə hər birində 6 binada təşkil olunacaq” - deyə komissiya sədri vurğulayıb.
|
01.07.11 Məqaləni oxumaq
|
|
|
Argentinanın iki aparıcı jurnalları son nömrələrini Azərbaycana həsr ediblər
|
Bakının “İçəri Şəhər” metro stansiyası ilə “Köhnə Qala” divarlarının kəsişdiyi fotoşəkil yerləşdirilmiş “İmagen Diplomatica” jurnalının sonuncu nömrəsi “Azərbaycan – qədim tarixin müasirliklə qovuşduğu nöqtə” adlanır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın Argentinadakı səfirliyindən veriblər.
Jurnalda Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin cari ilin fevral ayında Argentinaya səfəri, bu çərçivədə təşkil olunmuş görüş və tədbirlər, ümumilikdə ölkəmizin həqiqətləri, tarixi-mədəni irsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin sosial-iqtisadi inkişafı, Argentina ilə əməkdaşlığı, habelə cari ildə Buenos-Ayresdə qeyd olunmuş Azərbaycanın Respublika Günü, ölkəmizin 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirakını əks etdirən məqalələr dərc olunub. Jurnalda ölkəmizin müxtəlif görməli yerləri ilə bağlı fotoşəkillər də yerləşdirilib.
|
01.07.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 15 16 17 18 19 20 21 22 23 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|