Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2011
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Sabir Rüstəmxanlı: Xaricdəki soydaşlarımız Azərbaycanda təhsil almaqda çətinlik çəkir
    Dünya Azərbaycanlıları Konqresi (DAK) hələ də Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) qeydiyyatdan keçməyib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı deyib. O, xatırladıb ki, DAK İsveçrə və Avropa ölkələrinin əkəsəriyyətində qeydiyyatdan keçməsinə baxmayaraq, burada hələ də qeydiyyata alınmayıb. O, bununla bağlı DİDK sədri Nazim İbrahimova şikayət etdiyini də xatırladıb. S.Rüstəmxanlı, həmçinin təklif edib ki, Azərbaycan qanunvericiliyində xaricdə yaşayan azərbaycanlılarla bağlı müvafiq dəyişikliklər etmək lazımdır: “Bu gün xaricdə yaşayan elə azərbaycanlılar var ki, onlar Azərbaycanda gəlib təhsil almaq üçün müəyyən çətinliklər yaşayır. Hansısa əcnəbi Azərbaycanda rahat təhsil ala bilir, ancaq xaricdəki soydaşımız burada təhsil ala bilmir”.
    06.07.11 Məqaləni oxumaq
     
    Qəzaya uğrayan təyyarə ilə bağlı rəsmi açıqlama yayılıb
    Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası “Silk Way” aviaşirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı rəsmi açıqlama yayıb. Administrasiyadan verilən məlumata görə, Əfqanıstanın hava məkanı idarəetmə xidmətindən daxil olmuş məlumatda 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitənin ani olaraq kəsildiyi və radarlarda görüntüsünün itdiyi bildirilib. Eyni zamanda Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 km uzaqlıqda 4 km hündürlükdə havada işartı gördüyünü bildirib.
    06.07.11 Məqaləni oxumaq
     
    Azərbaycan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb
    Əfqanıstanın Pərvan əyalətində «Azərbaycan Hava Yolları» (AZAL) aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən yaydığı xəbərə görə, bu barədə Əfqanıstanın “Ariana” Dövlət Aviaşirkətinin nümayəndəsi məlumat yayıb. Onun sözlərinə görə, təyyarə Bakı vaxtı ilə saat 23:00 radələrində Kurband nahiyəsinin Siyah Gərd yaşayış məntəqəsində qəzaya uğrayıb: «Hazırda təyyarənin düşdüyü yer müəyyənləşdirilməyib. Axtarış işlərini yerli polis və ordu bölmələri aparır». Təyyarənin ekipajının taleyi barədə məlumat verilmir. Bəzi məlumatlara görə, onların yarısı Azərbaycan, yarısı isə Özbəkistan vətəndaşıdır. Əfqanıstandakı ABŞ komandanlığının nümayəndəsi, britaniyalı mayor Tim Ceyms bildirib ki, təyyarə 3,8 min metr yüksəklikdə dağa çırpılıb. Mayorun verdiyi məlumata görə, təyyarənin qəzaya uğradığı ərazidə aktiv hərbi əməliyyatlar keçirilmirmiş.
    06.07.11 Məqaləni oxumaq
     
    Opera və Balet Teatrının simfonik orkestri Münhendə çıxış edəcək
    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri cari ilin avqustun 4-dən 9-dək Münhendə keçiriləcək Beynəlxalq Opera Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, festivalda Avropa bəstəkarları ilə yanaşı, Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, P.Bülbüloğlunun əsərləri də ifa olunacaq. Qeyd edək ki, bundan əvvəl teatrın simfonik orkestri üç dəfə bu festivalda çıxış edib və festivalın təşkilatçıları, eləcə də musiqi tənqidçiləri və Almaniya kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilib. Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq səfərdə orkestrin dirijorluğunu Azərbaycanın xalq artisti, professor Cavanşir Cavanşirov və Münhen festivalının baş dirijoru Korneliya fon Kerssenbrofik edəcək.
    06.07.11 Məqaləni oxumaq
     
    Saakaşvili Kutaisini ikinci paytaxta çevirmək istəyir
    Gürcü deputatları üçüncü və son oxunuşda Konstitusiyaya dəyişiklikləri təsdiq ediblər. Bu dəyişikliyə görə, 2012-ci ildə parlament Kutaisiyə köçəcək. Bu şəhər ölkənin ikinci böyük şəhəri hesab edilir. «Bu, tarixi islahatdır və onun əhəmiyyətini qiymətləndirmək mümkün deyil» - deyə Saakaşvili dəyişikliklərlə bağlı bildirib. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, prezident bildirib ki, belə bir addım ölkənin müasir tarixində artıq qəbul edilib. Belə ki, 2006-cı ildə paytaxtdan Batumiyə Gürcüstan Konstitusiya Məhkəməsi köçürülüb. Lakin müxalifət hesab edir ki, prezidentin təşəbbüsünün arxasında gələcəkdə antihökumət çıxışlarının qarşısını almaq durur. Belə ki, indiyə qədər antihökumət aksiyalarının əsas arenası paytaxtın mərkəzində yerləşən parlament binasının qarşısı olub.
    06.07.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyinə 734 müraciət daxil olub
    Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 2011-ci il iyun ayı ərzində 734 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Daxil olan müraciətlərin 420-si şikayət, 194-ü sorğu xarakterli olub, 37-si aidiyyəti üzrə deyil, 83-ü isə cari problemlərlə bağlı olub. “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.
    06.07.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının III qurultayının açılışında iştirak edib
    Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən Dünya azərbaycanlılarının III qurultayının açılış mərasimində iştirak ediblər. “KƏLAMİNFO” xəbər verir ki, İlham Əliyev mərasimdə nitq söyləyib. Prezidentin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında” Sərəncamına uyğun olaraq keçirilən qurultayın işində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xaricdə yaşayan azərbaycanlı alimlər, ictimai və incəsənət xadimləri, iş adamları iştirak edirlər. Bundan başqa, qurultaya qonaq qismində Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına daim dəstək verən azərbaycanlı olmayan məşhur alimlər və ziyalılar da dəvət olunublar. Nümayəndələr II qurultaydan keçən dövr ərzində görülən işlər, müasir mərhələdə Azərbaycan diasporu qarşısında duran vəzifələri müzakirə edir, gələcək fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparırlar.
    06.07.11 Məqaləni oxumaq
     
    Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı öz işinə başlayıb
    Bu gün Bakıda – Heydər Əliyev adına Sarayda Dünya azərbaycanlılarının III Qurultayı öz işinə başlayıb. Diasporla iş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, qurultaya 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edir. Ən çox nümayəndə və qonaqla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail dövləti 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunur. Qurultayda Azərbaycanı ölkənin bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 bütün bölgələrindən olan nümayəndə və 405 qonaq təmsil edir.
    06.07.11 Məqaləni oxumaq
     
    Qəbələdə keçiriləcək III Beynəlxalq Musiqi Festivalına son hazırlıq işləri aparılır
    Bu il Qəbələdə keçiriləcək III Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi geniş miqyaslılığı ilə yadda qalacaq. İyulun 15-dən 22-dək davam edəcək müsabiqədə dünyanın müxtəlif qitələrindən gələn 30-dan artıq gənc pianoçu yarışacaq. “KƏLAMİNFO” xəbər verir ki, festival həm iştirakçıların sayı, həm də əhatə dairəsi ilə seçiləcək. Festivalın qalibinə 30 min dollar pul mükafatının ayrılması nəzərdə tutulub. “Birinci yerin qalibi bundan əlavə Londonda Kral Simfonik Orkestri ilə bərabər konsert də verəcək. O hər bir insana nəsib olmur. Mən ancaq bu son iki ildə Londonda 62 yaşımda konsert verdim. İştirakçılar qalib gəlsə, 18 yaşında orda konsert verəcək”,-deyə Fərhad Bədəlbəyli bildirib. Qeyd edək ki, festivalda Çindən və Rusiyadan bir neçə müsabiqə laureatları və qalibləri də yarışacaqlar. Beynəlxalq müsabiqənin münsiflər kürsüsündə İtaliyadan və İspaniyadan da tanınmış musiqiçilər əyləşəcək. Peşəkar münsiflər heyətinin iştirakı ilə ustad dərsləri də aparılacaq. Festival proqramı janr zənginliyi ilə seçiləcək.
    05.07.11 Məqaləni oxumaq
     
    Qəddafi getməyə hazırdır
    Liviya lideri Müəmmar Qəddafi şəxsi toxunulmazlığına təminat veriləcəyi təqdirdə, hakimiyyətdən getməyə razılıq verib. “KƏLAMİNFO” Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, polkovnik belə bir təminat ala bilər. Qəzet Rusiya rəhbərliyindən yüksək rütbəli məmura istinadən yazır ki, belə bir bəyanat Rusiya-NATO Şurasının Soçidə keçirilən görüşündə bildirilib. Liviya liderinə təminat verə biləcək ölkələr sırasında Fransa göstərilir. Prezident Nikola Sarkozi hökuməti Qəddafi və onun ailə üzvlərinin bank hesablarının açılmasına, eləcə də onun hərbi tribunaldan yaxa qurtarmasına kömək etməyə hazırdır.
    05.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyul.2011
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031