Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2011
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    Baş Dövlət Yol Polis İdarəsi yol patrul xidməti inspektoru axtarır
    DİN Baş Dövlət Yol Polis İdarəsi Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. DİN Baş Dövlət Yol Polis İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqədə yalnız orta ixtisas və ali hüquq, eləcə də avtomobil nəqliyyatına aid olan ixtisaslara və sürücülük vəsiqələrinə malik olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vuran, boyu 175 santimetrdən yuxarı, ingilis dilində sadə danışıq bacarığı olan, Sabirabad, Saatlı, İmişli, Şırvan, Şəki, Zaqatala, Balakən, Qax rayonlarında daimi qeydiyyatda olan, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunan digər şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
    07.07.11 Məqaləni oxumaq
     
    Laqard ildə 552 min dollar qazanacaq
    Fransanın keçmiş maliyyə naziri Kristin Laqard Beynəlxalq Valyuta Fondunun yeni rəhbəri vəzifəsində işə başlayıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Laqard ildə 552 min dollar qazanacaq. Fondun ilk qadın direktoruna veriləcək bu əməkhaqqı keçən həftə BVF İcraçı Direktorlar Şurasının iclasında müəyyənləşib. BVF ilə Kristin Laqard arasında bağlanan müqaviləyə görə bu məbləğin 467 940 dolları maaş, 83 760 dolları isə icra kompensasiyasıdır. Fransanın sabiq maliyyə naziri Kristin Laqardın yeni vəzifəsindəki aylıq maaşı isə təxminən 31 700 avro olacaq.
    07.07.11 Məqaləni oxumaq
     
    Ağabəy Əsgərov: “Qəzetlər onlara ayrılan yardımlardan nəşriyyata olan borclarını ödəmirlər”
    “Təəssüf ki, qəzetlər onlara ayrılan yardımlardan nəşriyyata olan borclarını ödəmirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov bildirib. O, dəqiq rəqəm açıqlamasa da, nəşriyyatda yerləşən əksər qəzetlərin onlara borcu olduğunu vurğulayıb. Onun sözlərinə görə, elə qəzetlər var ki, xeyli vaxt keçsə də, hələ də borclarını ödəyib qurtara bilmirlər. “Reket” qəzetlərlə bağlı münasibət bildirən direktor dedi ki, artıq nəşriyyatda “reket” qəzet yoxdur. “İndiyə qədər 50-ə yaxın “reket” elan olunan qəzeti nəşriyyatdan çıxarmışıq. Mətbuat Şurası tərəfindən hər dəfə siyahı yeniləndikcə də biz bunu davam etdirəcəyik” - deyə A.Əsgərov vurğulayıb. O, həmçinin əlavə edib ki, Azərbaycanda qəzetlərin çap qiymətləri dünya standartlarına uyğun qiymətlərdir.
    07.07.11 Məqaləni oxumaq
     
    Nazir: 65 yaşlı müəllmlərin məktəbdən uzaqlaşdırılması hələlik müzakirə mövzusu deyil
    Orta məktəb müəssisələrində çalışan 65 yaşlı müəllimlərin 15 sentyabrda dərsə gəlib-gəlməməsi ilə bağlı rəsmi qərar yoxdur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov söyləyib. Onun sözlərinə görə, 65 yaşa çatan müəllmlərin məktəbdən uzaqlaşdırılması hələlik müzakirə mövzusu deyil.
    07.07.11 Məqaləni oxumaq
     
    Sergey Lavrov Azərbaycana səfərə gələcək
    Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gələcək. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləib. Səfər onu da bildirib ki, həmin səfərdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Rusiyaya gedəcək. Onun sözlərinə görə, hər iki səfər çərçivəsində geniş müzakirələr aparılacaq. O, hər iki səfərin dəqiq tarixinin bu yaxınlarda bəlli olacağını qeyd edib.
    07.07.11 Məqaləni oxumaq
     
    “Eurovision”a gələcək qonaqlarımız üçün köməkçi atlas hazırlanır
    2012-ci ilin may ayında “Eurovision” mahnı yarışmasını izləmək üçün ölkəmizə gələcək iştirakçılar və qonaqlar Bakıda öz ölkələrindəki kimi hərəkət edəcəklər. “KƏLAMİNFO”nun xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ölkəmizə gələcək qonaqların çətinlik çəkməmələri üçün köməkçi atlas hazırlayır. Bu onların Bakıda sərbəst hərəkət etmələri üçün şərait yaradacaq. Xatırladaq ki, sözügedən atlasda paytaxtdakı mədəni-tarixi abidələr, görməli ərazilər, parklar və digər yerlər dəqiqliklə göstəriləcək, Bakı şəhərinin bütün əraziləri haqda geniş məlumat veriləcək.
    07.07.11 Məqaləni oxumaq
     
    Əbülfəz Qarayev diaspora çağırış etdi
    “Azərbaycana qarşı yönələn təxribatlara vaxtında cavab vermək xaricdə yaşayan diasporumuz üçün prioritet olmalıdır. Belə olan halda Azərbaycan dövlətinin, yaxud Diasporla İş üzrə Dövlət Komitəsinin münasibətini gözləmək lazım deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev söyləyib. Onun sözlərinə görə, Azərbaycan dəyərlərinin xaricdə qorunması diasporun başlıca məqsədlərindən biri olmalıdır. O, Azərbaycanda turizm imkanlarının genişlənməsi üçün diaspor tərəfindən göndərilən təkliflərə də baxmağa hazır olduqlarını açıqlayıb.
    06.07.11 Məqaləni oxumaq
     
    Dəyəri 61 mln. dollar olan kokain daşıyan gəmi saxlanıldı
    Karib dənizində fransız gömrükçüləri narkotik vasitələr daşıdığı güman edilən gəmini saxlayıblar. Yoxlama zamanı müəyyən edilib ki, gəmi dəyəri 61 mln. dollar olan kokain daşıyıb. «KƏLAMİNFO» «Reuters»ə istinadən xəbər verir ki, Qrenadadan Avropaya doğru hərəkət edən gəmi Müqəddəs Martin adası yaxınlığında saxlanılıb. Gəmi ekipajının bütün üzvləri - cənubi afrikalı kapitan, iki alman və hollandiyalı həbs edilib.
    06.07.11 Məqaləni oxumaq
     
    AMEA-nın Aqrar və Tibb Elmləri Bölməsi hələ yaradılmayıb
    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Aqrar və Tibb Elmləri Bölməsinin yaradılması ilə bağlı ilkin işlərə başlanılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində AMEA-Rəyasət Heyətinin elmi katibi Sərxan Xavəri deyib. Onun sözlərinə görə, bölmənin infrastrukturu və strukturunun formalaşdırılması məsələsi hələlik həll edilməyib. Bölmənin yaradılması, gələcəkdə aqrar sahədə tədqiqatların aparılması və digər işlərin görülməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə birgə müvfiq tədbirlərin də görüldüyünü xatırladan S.Xavəri prosesin tam formalaşdırılması ilə bağlı bəzi problemlərin də mövcudluğunu söyləyib.
    06.07.11 Məqaləni oxumaq
     
    Türkiyədə turistlərə hücum edilib
    Türkiyədə naməlum şəxslərdən ibarət qrup İstanbulun Kadık bölgəsində dincələn turistlərə hücum edib. Daha çox «barlar küçəsi» kimi tanınan həmin ərazidə baş verən insident zamanı onlarla insan bıçaq zərbəsi alıb. Onlardan birinin vəziyyəti ağır olaraq qalır. «KƏLAMİNFO» «Baltİnfo»a istinadən xəbər verir ki, insident iyulun 5-də baş verib. Köynəklərinin üstündə «Türkiyə» sözü yazılmış təqribən 30-a yaxın şəxs «Alkoqolsuz Türkiyə», «Burada içmək olmaz» şüarları qışqıra-qışqıra yerli barlardakı insanlara hücum ediblər. Hücum edənlər qaçıb gizlənməyə müvəffəq olublar. Hadisənin şahidləri sosial şəbəkələrdə bildiriblər ki, onlar motosikletlərdə olublar.
    06.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyul.2011
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031