Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2011
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Əli Hüseynov İndoneziyaya gedib
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İndoneziyanın Cakarta şəhərinə səfərə yola düşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Deputat Konstitusiya Məhkəməsinin 8-ci yubileyinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edəcək. Səfər iyulun 15-də başa çatacaq.
    11.07.11 Məqaləni oxumaq
     
    Rumıniyanın hakim partiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
    Yeni Azərbaycan Partiyasının (YAR) dəvəti ilə Rumıniyanın hakim Demokrat Liberal Partiyasının (PDL) nümayəndə heyətinin bu gün Azərbaycana rəsmi səfəri başlayıb. YAP-dan KƏLAMİNFO-ya verilən məlumata görə, səfərin məqsədi iki ölkənin hakim partiyaları arasında mövcud əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində rumın qonaqlar bir sıra görüşlər keçirəcəklər. Nümayəndə heyəti bu gün Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Qeyd edək ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə Rumıniyanın hakimiyyətdə olan Demokrat Liberal Partiyası (PDL) arasında “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
    11.07.11 Məqaləni oxumaq
     
    BTRIB paytaxtda telefon çəkilişi prosesini elektronlaşdırmağı planlaşdırır
    Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRIB) paytaxtda telefon çəkilişi prosesini elektronlaşdırmağı planlaşdırır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya BTRİB-dən veriblər. Burada söhbət telefon çəkilişi ilə bağlı ərizənin verilməsindən və vətəndaşın mənzilinə telefonun işləməsinə qədər olan prosesin elektronlaşmasından gedir. Belə ki, telefon çəkdirmək istəyən vətəndaş BTRİB-in portalına daxil olmaqla yaşadığı ünvan üzrə aidiyyəti qovşağı seçir və ona təqdim olunan elektron ərizəni doldurur və plastik kartla elekton ödəniş aparır. Bundan sonra montyor gələrək mənzilə telefon çəkir. Qeyd edək ki, bütün bu proseslərin icrası rəhbərliyin tam nəzarətində olacaq ki, bu da iş prosesinə nəzarətin daha da gücləndirilməsi deməkdir.
    11.07.11 Məqaləni oxumaq
     
    ABŞ Yəmən prezidentinin getməsini istəyir
    ABŞ-ın terrorizmə qarşı mübarizə idarəsinin rəhbəri Con Brennan Yəmən prezidenti Əli Abdulla Salehlə görüşüb. O, Yəmən rəhbərini onu demokratiyaya keçid planına uyğun olaraq istefa verməyə çağırıb. Brennan Yəmən prezidentinə Riyad xəstəxanasında baş çəkib. Əli Abdulla Saleh iqamətgahına qarşı hücumdan aldığı yanıqlardan müalicə edilir. “KƏLAMİNFO” “BBS”yə istinadən xəbər verir ki, Ağ Evin bəyanatında bildirilir ki, Con Brennan Yəmən prezidentinə tez sağalmasını arzulayıb, Amerikanın hücumu pislədiyini bir daha təkrar edib. Sənəddə Amerikanın əks-terrorizm idarəsinin rəhbərinin Salehdən verdiyi vədə əməl edərək, planı imzalamasını istədiyi deyilir. Plan Körfəz Əməkdaşlıq Şurası tərəfindən hazırlanıb.
    11.07.11 Məqaləni oxumaq
     
    Misirdə ara yenidən qarışıb
    Misirin paytaxtı Qahirədə yüzlərlə islahat tərəfdarı yolları bağlayaraq, hökumət binalarına gedişi imkansız edib. “KƏLAMİNFO” “İTAR TASS”a istinadən xəbər verir ki, mərkəzi Təhrir meydanında nümayişçilər artıq üçüncü gündür oturaq etiraz aksiyası keçirir. Nümayişçilər fevral ayında etiraz aksiyası iştirakçılarını qətlə yetirənlərin təcili cəzalandırılmasına çağırır. İslahat tərəfdarları ölkənin hakim hərbi şurasını hökumətin Hüsnü Mübarəkin tərəfdarlarından təmizləməməkdə günahlandırır. Eirazçılar mülki vətəndaşların hərbi məhkəmələrdə mühakimə edilməsinin dayandırılmasını tələb edir.
    11.07.11 Məqaləni oxumaq
     
    Joao Soareş: Qafqaz üzrə aparılan mövcud danışıqları aktivləşdirmək gərəkdir
    Qafqaz üzrə aparılan mövcud danışıqları aktivləşdirmək gərəkdir. Bu sözləri ATƏT PA-nın Cənubi Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsi Joao Soareş bildirib. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, J.Soareş bildirib ki, Dağlıq Qarabağ üzrə Minsk prosesini mütləq dəstəkləmək gərəkdir. Onun sözlərinə görə, yeni postunda Cənubi Qafqaz regionu ölkələri ilə əlaqələrin möhkəmlənməsinə çalışacaq və bu missiyanı yerinə yetirmək, regionun parlamentariləri arasında daha sıx körpülər qurmaq onun üçün böyük şərəfdir. “Qafqaz üzrə indiyə qədər aparılan danışıqları aktivləşdirmək, eləcə də regionda sülh və daimi sülhün əldə olunması üçün Minsk qrupunun fəaliyyətini dəstəkləmək gərəkdir”.
    11.07.11 Məqaləni oxumaq
     
    Minsk Qrupu həmsədrləri gələn həftə gələcək
    ATƏT-in Minsk Qrupu həmsədrləri gələn həftə Bakıda olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib. O, həmsədrlərin səfər tarixi dəqiq deyil. Səfir eyni zamanda Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünə də münasibət bildirib: “Danışıqlarda irəliləyiş var. Ümid edirik ki, regiona səfər edəcək həmsədrlər bu irəliləyişi davam etdirilməsinə nail olacaq”.
    09.07.11 Məqaləni oxumaq
     
    NATO Azərbaycana yardım edir
    NATO Azərbaycan nümayəndə heyətinin Əfqanıstana getməsi üçün bütün yardımı göstərib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Daimi Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim jurnaslitlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı araşdırma aparacaq heyətin həmin ölkəyə getməsi üçün NATO-ya edilən müraciətə müsbət cavab verilib.
    09.07.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyinin “Qaynar xətt”inə 4781 müraciət daxil olub
    Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin iyun ayında 4781 müraciət daxil olub. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, müraciətlərin 4097-si telefonla, 684-ü elektron poçt vasitəsilə qəbul edilib. Onların böyük əksəriyyəti sorğu xarakterli olub. Sorğuların 4000-dən çoxu 9 və 11-ci siniflərdə buraxılış imtahanlarının təşkili və keçirilmə qaydaları, ümumtəhsil məktəblərində imtahana buraxılış vərəqələrinin paylanması, imtahan nəticələrinin öyrənilməsi, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi, imtahan nəticələri ilə əlaqədar apelyasiya şikayətlərinin qəbulu və onların nəticələrinin öyrənilməsi, eksternat qaydada keçirilən imtahanlar və onların nəticələri ilə bağlı olub.
    09.07.11 Məqaləni oxumaq
     
    BDU- İstanbul Universiteti əməkdaşlığı müzakirə edilib
    Bu gün Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Şəlalə Məmmədova İstanbul Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor, Aydemir Okayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. BDU-nun Mətbuat və informasiya şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə bu ali təhsil ocağının Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova, Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, kafedra mudiri Cahangir Məmmədli, professor Qulu Məhərrəmli və digər qonaqlar iştirak edib. BDU-nun və İstanbul Universitetinin jurnalistika fakültələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, universitetlər arasında iki il öncə imzalanan Memorandumdan irəli gələn vəzifələr müzakirə predmeti olub. Tərəflər birgə seminarlar, mühazirələr, təcrübə mübadiləsi və s. keçirilməsi barədə razılığa gəliblər.
    08.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « İyul.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031