Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2011
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Pentaqona kiberhücum nəticəsində ən iri məlumat bazaları oğurlanıb
    Pentaqon rəsmən bəyan edib ki, 2011-ci ilin martında kiberhücuma məruz qalıb və nəticədə tarixində ən iri məlumat bazalarının oğurlanması baş verib. «KƏLAMİNFO» «Associated Press»ə istinadən xəbər verir ki, söhbət 24 min fayldan gedir. Pentaqonun məlumatına görə, kompyuter şəbəkəsinə hücumu əcnəbi dövlətin hakimiyyət orqanları təşkil edib. O, söhbətin konkret olaraq hansı ölkədən getdiyini, eləcə də götürülən informasiyaların mahiyyətini açıqlamayıb.
    15.07.11 Məqaləni oxumaq
     
    Meksika–Azərbaycan Dostluq Parkı açılacaq
    Mexiko şəhərində Meksika–Azərbaycan Dostluq Parkının salınması məqsədi ilə səfir İlqar Muxtarov Mexiko şəhəri Hökumətinin Başçısı (meri) Marselo Ebrard ilə şəhər meriyasının binasında görüş keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər. Səfir İ.Muxtarov, məsələ ilə əlaqədar Mexiko şəhərinin hökuməti tərəfindən verilən mühüm dəstəyə görə mer M.Ebrarda öz təşəkkürünü bildirib və hər iki ölkənin gələcək mədəni və siyasi əlaqələrinin inkişaf etdirilməsi üçün sözügedən layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tərəflər Mexiko şəhərində açılacaq Meksika–Azərbaycan Dostluq Parkının yekun planını birgə nəzərdən keçirərək, Qarşılıqlı Razılaşma haqqında Saziş imzalayıblar. Səfir İ.Muxtarov Azərbaycan və Meksika arasında siyasi, iqtisadi, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin gələcək perspektivlərindən bəhs edərək vurğulayıb ki, Azərbaycan hökuməti iki ölkə arasında münasibətlərin geniş spektrdə inkişaf etdirilməsində maraqlıdır.
    15.07.11 Məqaləni oxumaq
     
    Medvedyev və Gül Cənubi Qafqazada vəziyyəti müzakirə ediblər
    Rusiya və Türkiyə prezidentləri Dmitri Medvedyev və Abdulla Gül arasında telefon danışığı olub. Danışıqlar zamanı Cənubi Qafqazada vəziyyət haqqında da fikir mübadiləsi aparılıb. «KƏLAMİNFO»nun Kremlin mətbuat xidmətinə istinadən yaydığı məlumata əsasən bildirir ki, bu telefon zəngi Türkiyə tərəfinin təşəbbüsü ilə olub. Söhbət zamanı hər iki prezident yaxın perspektiv üçün ikitərəfli münasibətlərə dair planı müzakirə ediblər. Gül, həmçinin «Bulqariya» teploxodunda baş verən qəza ilə bağlı Medvedyevə başsağlığı verib.
    15.07.11 Məqaləni oxumaq
     
    Amerikalı həmsədr Robert Bradtke Azərbaycana gəlib
    ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke Azərbaycana gəlib. “KƏLAMİNFO” xəbər verir ki, digər vasitəçilər İqor Popov (Rusiya) və Bernar Fasie (Fransa) də bu gün Bakıya gələcəklər. Həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirəcəkləri gözlənilir. Həmsədrlər Bakıdan İrəvana, oradan isə Xankəndinə gedəcəklər.
    15.07.11 Məqaləni oxumaq
     
    Bakı Biznes Universitetində təhsil haqqı aşağı endirilib
    Bakı Biznes Universitetində cari tədris ili üçün qəbul olan tələbələrin bir hissəsinin təhsil haqqı aşağı endirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər. Universitetin 26-cı proqrama daxil olan ixtisaslaşmalarına qəbul olmuş və qəbul olunacaq bakalavrlar üçün illik təhsil haqqı Elmi Şuranın qərarı ilə 2000 manatdan 900 manata endirilib.
    15.07.11 Məqaləni oxumaq
     
    “Rus dilli məktəb məsələsi Qəbələ RLS-in yerləşdiyi ərazidə Rusiyanın nüfuzunun gücləndirilməsinə yönəlib”
    “İndi Rusiya çox cəhd edir ki, Qəbələ RLS-in ərzaq təminatı üçün məhsul öz daxilindən - Dağıstandan gətirilsin. Çünki, onun burada siyasi maraqları az deyil”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində hərbi ekspert Cəsur Sümərinli bildirib. Ekspert deyib ki, onlar bunun üçün Azərbaycanda ərzaq qiymətlərinin baha olmasını səbəb gətirirlər. “Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərdə ərzaq təminatının yerli təsərrüfat hesabına həll edilməsinə dair təklifin də yer aldığı bildirilir. Eyni zamanda Bakının şərtlərində Qəbələ RLS-də çalışan hərbçilərin və onların ailələrinin məskunlaşdığı şəhərcikdəki əsas xidmət sahələrinin azərbaycanlılara verilməsi istəyi də var. Bura hərbi şəhərcikdə iaşə xidmətləri, ticarət işləri və s. aiddir. Rusiya tərəfinin isə bu təklifi qəbul etməməsi hiss olunur”,-deyə C.Sümərinli vurğulayıb. Onun sözlərinə görə, Rusiya hərbi elitası istəyir ki, RLS-də xidmət keçən hərbçi ailələrinin yaşadığı şəhərciyin abadlaşmasına Azərbaycan tərəfi maliyyə ayırsın.
    15.07.11 Məqaləni oxumaq
     
    Yeni səfir soyqırımı sözünü işlətmədi
    ABŞ-ın Ermənistanda yeni səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Con Heffer Senatın Xarici Əlaqələr Komitəsinin keçirdiyi dinləmələrdə senatorların suallarına cavab verib. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, Con Heffer dinləmələr zamanı Xarici Əlaqələr Komitəsinin üzvü, Nyu-Cersi ştatından demokrat senator Bob Menendezin Osmanlı imperiyası tərəfindən 1,5 milyon erməninin sistematik şəkildə qırıldığı, yəni «soyqırımı»na məruz qalması hadisəsini qəbul edib-etmədiyi barədə suala cavabında «soyqırımı» sözünü işlətməsə də, Osmanlı imperiyasının son illərində 1,5 milyona qədər erməninin qətlə yetirildiyi fikri ilə razılaşdığını bildirib. O, eyni zamanda cavabında prezident Obamanın məsələ barədəki çıxışlarını xatırladıb. Dinləmələrdə Robert Menendezin başqa sualının cavabında Heffer cavabı dəqiq bilmədiyini etiraf etməklə yanaşı, indiki Türkiyə Cümhuriyyətinin Osmanlı imperiyasının varisi olduğu fikri ilə razılaşdığını deyib.
    14.07.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə: “Əfqanıstanda vurulan Azərbaycan təyyarəsi ilə bağlı müraciət etməmişik”
    “Əfqanıstanda vurulan Azərbaycan təyyarəsinə görə “Taliban” Əfqanıstan hökumətində təmsil olunmadığından, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsi hələ ki müraciət etməyib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O, qeyd edib ki, QMİ təyyarədə həlak olanların meyitlərinin Azərbaycana gətirilməsinə şərait yaradılması üçün hələ bu ölkənin hökumətinə müraciət ünvanlamayıb və dövlət səviyyəsində bunun həllinin mümkün olduğu üçün buna ehtiyac da görmür. Qeyd edək ki, iyulun 6-na keçən gecə Azərbaycanın “Silk Way” aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarədə 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı, digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar. Təyyarənin “Taliban” hərəkatı tərəfindən vurulması bildirilir.
    14.07.11 Məqaləni oxumaq
     
    QMİ jurnalistlər üçün kurslar təşkil edəcək
    Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda dini sahə üzrə ixtisaslaşmaq istəyən jurnalistlər üçün kurslar təşkil edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında QMİ sədri Allahşükür Paşazadə bildirib. O, qeyd edib ki, hazırda bununla bağlı işlər gedir və tezliklə idarə nəzdində jurnalistlər üçün belə bir treninqlər fəaliyyətə başlayacaq. “Dini sahədə, şəriət qanunları ilə bağlı əksər jurnalistlərimizin heç bir məlumatı yoxdur. Ona görə də onlar çox vaxt bu sahəyə müraciət edəndə kifayət qədər səhflərə yol verirlər. Onları qınamaq da olmur, çünki öyrənmək üçün yerləri də yoxdur. Bunma görə də biz qərara gəlmişik ki, dini sahədə ixtisaslaşmaq üçün jurnalistlərə yardımçı olaq”-deyə Şeyx vurğulayıb. A.Paşazadə bunun üçün Türkiyə təcrübəsinin nümunə kimi göstərib.
    14.07.11 Məqaləni oxumaq
     
    Turizm İnstitutunun 19 tələbəsi Krems Universitetinin diplomunu qazanıb
    Turizm İnstitutunun Azərbaycan-Avstriya Turizm Təhsili Proqramı (AATP) üzrə təhsil alan tələbələrinin dövlət imtahanı yekunlaşıb. ATİ-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu proqram üzrə təhsil alan 21 tələbə milli diplomlar üzrə keçirilən dövlət imtahanlarını müvəffəqiyyətlə verdikdən sonra ikinci imtahana buraxılıb. 19 tələbə bu imtahanı da yüksək səviyyədə verərək Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomuna layiq görülüb. Qeyd edək ki, ötən il bu diplomu ATİ-nin 14 tələbəsi əldə edə bilmişdi. İyulun 14-də isə Beynəlxalq Muğam Mərkəzində institutun “Məzun 2011” adlı buraxılış tədbiri keçiriləcək. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov və digər müvafiq nazirliklərin səlahiyyətli nümayəndələrinin, Bakıda fəaliyyət göstərən diplomatik korpus üzvlərinin, ölkəmizin dövlət, elm və mədəniyyət xadimlərinin, ATİ-nin beynəlxalq əməkdaş təhsil müəssisələrinin rəhbərlərinin və KİV nümayəndələrinin iştirakı gözlənilir. Mərasimdə ATİ-nin builki 193 nəfər məzununa fəxri diplomlar, 19 nəfər Azərbaycan-Avstriya Turizm Təhsili Proqramı (AATP) məzunlarına Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomu, 1 nəfərə isə II ali təhsil haqqında ATİ-nin diplomu təqdim ediləcək. Rəsmi hissədən sonra tədbir muğam sənətinin tanınmış ifaçılarının və incəsənət ustalarının ifası ilə davam etdiriləcək.
    14.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyul.2011
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031