Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 7.2011
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Azərbaycanda onkoloji xəstələr üçün yeni pulsuz dərmanların siyahısı açıqlanıb
    Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi anbarında olan həyati vacib şiş əleyhinə və başqa dərman preparatlarının yeni siyahısını açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Milli Onkologiya Mərkəzindən veriblər. Dərmanlar onkoloji xəstələrə pulsuz verilir. 228 adda olan dərmanların tam siyashısı www.onkologiya.az internet səhifəsində yerləşdirilib.
    04.07.11 Məqaləni oxumaq
     
    Azərbaycanda əhalinin 36 faizi internetdən istifadə edir
    2011-ci ilin əvvəlinə Azərbaycan əhalisində 419,8 min ədəd kompyuter olub. “KƏLAMİNFO” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, son bir ildə əhalidə olan kompyuterlərin sayı onların sayı 72,5 min ədəd artıb. Kompyuterə malik ev təsərrüfatlarının xüsusi çəkisi son bir ildə 18,2 faizdən 21,7 faizə yüksəlib, hər 100 nəfərə düşən kompyuterlərin sayı 3,9 ədəddən 4,6 ədədə çatıb. Əhalinin 38,0 faizi kompüterdən istifadə edir və istifadəçilərin 39,7 faizi bu avadanlıqdan öz mənzilində, 22,4 faizi iş yerində, 22,3 faizi təhsil müəssisələrində istifadə ediblər. Ölkə ailələrinin internetə çıxış imkanları genişlənib, hər beş nəfərdən üçü kişi, ikisi isə qadın olmaqla əhalinin 36,0 faizi internet istifadəçisidir. Əvvəlki illə müqayisədə internet istifadəçilərinin sayı 32,2 faiz artıb.
    04.07.11 Məqaləni oxumaq
     
    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Kazan görüşü ilə bağlı bəyanat yaydı
    Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya partiyadan veriblər. İclasda ölkədəki ictimai-siyasi məsələlər müzakirə olunub. Əsas müzakirə obyekti Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün nəticələri olub. Mövcud vəziyyətlə bağlı BAXCP İdarə Heyətinin üzvləri münaqişənin tənzimlənməsi ilə bağlı partiyanın mövqeyini bir daha bəyan ediblər.
    04.07.11 Məqaləni oxumaq
     
    “Cənubi Tirol Avropa nümunəsi olsa da, bu statusla Dağlıq Qarabağ arasında paralellər aparmaq mümkündür”
    “Bu gün mübahisəli məqamlarla Cənubi Tirol Avropa nümunəsi olsa da, bu muxtariyyət statusu ilə Dağlıq Qarabağ arasında paralellər aparmaq mümkündür”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, burada ilk oxşarlıq Dağlıq Qarabağda olduğu kimi, Cənubi Tirolun da iki icmadan formalaşmasıdır. Ekspertin fikrincə, ikinci oxşarlıq ondan ibarətdir ki, Cənubi Tirol separatizmi ilk illərdə Avstriyaya arxalanırdısa, Dağlıq Qarabağ separatizmi də Ermənistanın dəstəyinə bağlıdır. “Burada digər bir oxşarlıq da var. Avstriya Cənubi Tirolun beynəlxalq aləmdən müharibədə məğlubiyyətə uğrayan İtaliyadan ayrılmasını tələb etdiyi kimi, Ermənistan da özünün müharibədə qalib çıxdığını iddia edərək, dünyanın Dağlıq Qarabağın “müstəqilliyini” tanımasını tələb edir”,-deyə E.Şahinoğlu vurğulayıb.
    04.07.11 Məqaləni oxumaq
     
    NATO baş katibinin xüsusi nümayəndəsi Bakıya iyulun 5-6-da gələcək
    NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay iyulun 5-6-da Bakıya səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, C.Appaturay səfər zamanı Azərbaycanın Xarici İşlər və Fövqəladə Hallar nazirliklərində eləcə də "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı" (İPAP) proqramının həyata keçirilməsində iştirak edən digər dövlət qurumlarında görüşlər keçirəcək. Qeyd edək ki, bu C.Appaturayın NATO-nun xüsusi nümayəndəsi vəzifəsində Bakıya ilk səfəri olacaq.
    02.07.11 Məqaləni oxumaq
     
    Obama “Twitter”-də
    ABŞ prezidenti Barak Obama gələn həftə “Twitter”-də müzakirələr keçirməklə yeni texnologiyaya olan marağını bir daha nümayiş etdirəcək. Gələn çərşənbə günü keçiriləcək müzakirələrin diqqət mərkəzində iqtisadiyyat və iş yerləri olacaq. Obama iqtisadi siyasətinə görə ciddi tənqidlər altındadır. Məlumata görə, Ağ Evin “Twitter” hesabına suallar göndəriləcək. Barak Obama suallara canlı cavab verəcək. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, ABŞ dövlət başçısının 8,9 milyon izləyicisi var.
    02.07.11 Məqaləni oxumaq
     
    Azərbaycandakı bütün elmi-tədqiqat müəssisələri bir mərkəzdən idarə oluna bilər
    Azərbaycandakı bütün elmi-tədqiqat müəssisələri, ali təhsil müəssisələrindəki elmi kafedra və laboratoriyalar vahid prinsip əsasında bir mərkəzdən idarə oluna bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu yenilik “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın “Elm sahəsində idərəetmə sisteminin təkmilləşdirilməsi və elmi qurumların strukturunun müəyyənləşdirilməsi” bölməsində əks edilib. Strategiyada göstərilir ki, Azərbaycan Respublikasındakı bütün elmi strukturların, AMEA-nın elmi-tədqiqat müəssisələrinin, nazirliklərin, dövlət komitələrinin, səhmdar cəmiyyətlərin və şirkətlərin nəzdindəki elmi-tədqiqat müəssisələrinin, ali təhsil müəssisələrindəki elmi kafedra və laboratoriyaların vahid prinsip əsasında idarə olunması üçün AMEA-nın və Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının hüquqi səlahiyyətləri müasir tələblərə uyğun olaraq yeniləşdirilməli və genişləndirilməlidir. Respublikada aparılan bütün elmi-tədqiqat işlərinin müntəzəm ekspertizası keçirilməli, nəticələri və səmərəliliyi qiymətləndirilməlidir.
    02.07.11 Məqaləni oxumaq
     
    Müəllim işləmək istəyənlərin elektron ərizələrinin qəbulu başlanıb
    Bu gündən etibarən 2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərinin vakant yerlərində çalışmaq istəyən müəllimlərin ərizələrinin qəbuluna başlanır. “KƏLAMİNFO” xəbər verir ki, artıq bununla bağlı Təhsil Nazirliyi elan verib. Müsabiqədə iştirak etmək istəyənlər ərizələrini yalnız elektron formada doldurur. Bunun üçün namizədlər Təhsil Nazirliyinin elektron portalının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” bölməsinə daxil olaraq ərizələrini doldura bilərlər. Ərizələr iyulun 15-dək qəbul ediləcək. İmtahanlar isə avqust ayından başlanacaq. Qeyd edək ki, ölkə üzrə təxminən 2 mindən artıq vakant yer var. Bunlardan 300-dən çoxu Bakı şəhərindədir. Vakant yerlərdən təxminən 800-ə qədəri güzəştli şərtlərlə, stimullaşdırıcı tədbirlər tətbiq etməklə müəyyənləşdirilən yerlərdir. Daha çox vakant yer Gədəbəy, İmişli, Şamaxı, Cəlilabad, Yardımlı və digər rayonlardadır.
    02.07.11 Məqaləni oxumaq
     
    Rasim Ağayev: “Metyu Brayzanın bəyanatı bir işarədir”
    “Kazan görüşündən dərhal sonra ABŞ-ınAzərbaycandakı səfiri Metyu Brayzanın bəyanatı bizim bəzi çaşmış siyasi ekspertlərə və siyasətçilərə bir işarədir”. Bunu “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. Politoloq deyir ki, Kazan görüşünün nəticələrinə münasibət bildirən səfirin sözlərində həqiqət çoxdur. “Əslində, onun dediyində yeni bir şey yoxdur. Dünyanın hər hansı bir nöqtəsində hansısa bir radikal dəyişikliklər ABŞ-ın xəbəri, razılığı olmadan həllini tapa bilməz, o ki, qaldı Qarabağ kimi mühüm problem olsun. Bu problem Cənubi Qafqazdadır - ABŞ-ın meqalayihələrini həyata keçirmək istədiyi yerdədir. Ona görə də Metyu Brayza Moskvaya mesaj göndərir ki, hətta Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putin bir yerdə bu problemi həll etməyə çalışsalar da, heç nə alınmayacaq.
    02.07.11 Məqaləni oxumaq
     
    Bakı Uşaq Teatrında “Məzəli hadisə” olacaq
    Baki Uşaq Teatrı məşhur holland yazıçısı K.Qaldonin pyesi əsasında “Məzəli hadisə” tamaşasının təqdimatını keçirəcək. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, 2 hissəli, komediya janrında olan hadisələr Hollandiyanın Haaqa şəhərində baş verir. Fransız zabitinin Hollandiya tacirinin qızına aşiq olması, qızın zabitə veriləcəyini anlayan gənclərin fırıldağa əl atmaları, qız atasının da fırıldağa uyaraq evlənməyə razılıq verməsi komediyanın remarkasını təşkil edir. Qeyd edək ki, xronometrajı 1 saat 30 dəqiqə olan və yalnız böyük tamaşaçılar üçün nəzərdə tutulan tamaşanın rejissoru Xalq artisti Ağaxan Salmanlıdır. Xatırladaq ki, 5 iyul 2011-ci il saat 12:00-da təqdim olunacaq “Məzəli hadisə” tamaşasındakı rolları Bakı Uşaq Teatrının aktyorları İlhamə Əhmədova, Ruslan Mürsəlov, Könül Şahbazova, Cavanşir Məhərrəmov, Günel Həmidova, Niyaz Qasımov ifa edəcəklər.
    01.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyul.2011
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031