|
Səhifələr : # « 24 25 26 27 28 29 30 31 32 » #
Fəzail Ağamalı: “Müxalifətin radikal qanadının bu kimi şərtlərə qarşı çıxmaları təsadüfi deyil”
|
“Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun yeniləndikdən sonra ölkədəki bəzi siyasi partiyalar anlayacaq ki, öz işinə laqeyd yanaşmaqla, yaxud seçkiləri boykot etməklə, heç nə qazanmaq olmur”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
O, qeyd edir ki, bu yenilik partiyalar arasında fəal ilə qeyr-fəalı aydınlaşdırmağı asanlaşdıracaq. “Bununla partiya dövlətdən maliyyələşmək üçün istər bələdiyyə, istərsə də parlament seçkilərində fəal iştirak edib mandat qazanmalıdır. Mandat qazandıqdan sonra dövlət tərəfindən maliyyələşməklə öz işini qura biləcək.
|
01.06.11 Məqaləni oxumaq
|
|
|
Kanadalı millət vəkili Azərbaycanla bağlı bəyanat səsləndirib
|
Bu gün Kanadanın Ontario əyalətinin parlamentində millət vəkili Monte Kvinter (Monte Kwinter) tərəfindən Azərbaycanın Respublika Gününün qeyd edilməsi ilə bağlı bəyanat səsləndirilib. Kanadadakı səfirliyimizdən “KƏLAMİNFO”ya verilən məlumata görə, M.Kvinter tərəfindən verilən bəyanatda 1918-ci ildə Azərbaycanın Rusiya imperiyasından ayrılaraq öz müstəqilliyini elan etdiyi, Azərbaycanın müsəlman dünyasında ilk demokratik respublika olduğu və ölkəmizin bir çox Qərb ölkələrindən əvvəl qadınların seçki hüququnu tanıdığı bildirilib.
|
01.06.11 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov Ərəb Dövlətləri Liqasının BMT yanındakı nümayəndələri ilə görüşüb
|
ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Ərəb Dövlətləri Liqasının BMT yanında Daimi Nümayəndələri ilə görüşüb. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, E. Məmmədyarov BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərədə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb, seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb.
E. Məmmədyarov Azərbaycanın apardığı uğurlu və müstəqil siyasət barədə iştirakçılara məlumat verib, iqtisadiyyat sahəsində, xüsusilə enerji sahəsində əldə etdiyimiz nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanın regionda aparıcı dövlət olmasını, Azərbaycanın da iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələr barədə danışıb. E. Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqılar prosesi haqqında geniş məlumat verib.
Görüşdə Yaxın Şərq və Afrikada gedən proseslər barəsində fikir mübadiləsi aparılıb.
|
01.06.11 Məqaləni oxumaq
|
|
|
Tomas de Val “The National İnterest”də Qarabağ münaqişəsindən yazdı
|
“The National İnterest” qəzetinin bugünkü sayında analitik Tomas de Valın Cənubi Qafqazla bağlı yazısı dərc olunub. “KƏLAMİNFO” xəbər verir ki, müəllif iki ölkə arasında sülhə olan ümidini itirərək, prosesi ritorik suallar və emosional cümlələrlə şərh edib: “G8 sammitindən sonra prezident Medvedyev, Sarkozi və Obamanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən söhbətində vəziyyətin çözülməzliyi narahatlıq doğurur. Lakin burası da var ki, bu münaqişə uzun illərdir ki, beynəlxalq siyasi səhnədəki ən ciddi problem kimi qalır. 15 ildir ki, dünya birliyi post-sovet ölkələri – Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ üzərində gedən münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışır.
|
01.06.11 Məqaləni oxumaq
|
|
|
Bakıda “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir
|
Bu gün AMEA Rəyasət Heyətində “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Rumıniyanın Babeş-Bolyai Universiteti və bu ölkənin Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan konfransda Azərbaycan, Rumıniya, Türkiyə, Gürcüstan, Pakistan, Rusiya, Özbəkistan və digər ölkələrdən olan çoxsaylı alimlər iştirak edir.
|
01.06.11 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov İKT ölkələrini Azərbaycanın BMT TŞ-na üzvülüyünü dəstəkləməyə çağırıb
|
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-Yorkda BMT Baş Qərargahında İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin BMT yanında Daimi Nümayəndələrin səviyyəsində keçirilmiş İKT Qrupunun iclasında iştirak edib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda sədrliyi həyata keçirən Tacikistanın BMT yanında Daimi nümayəndəsi E.Məmmədyarovu salamlayaraq, Azərbaycanın İKT-nin fəal dövləti olduğunu qeyd edib. O, 2006-cı ildə İKT Nazirlər komitəsinin 33-cü iclasının Azərbaycanda müvəffəqiyyətlə keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.
|
01.06.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 24 25 26 27 28 29 30 31 32 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|