Nalbandyan nizamlamanı separatçıların iştirakı olmadan görmür
|
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açıqlamalar verib. Onun sözlərinə görə, münaqişənin birinci mərhələsinin başa çatdığını o halda demək olar ki, tək Azərbaycan və Ermənistan deyil, separatçı DQR də nizamlanmanın əsas prinsiplərinə razılıq versin. В«Mən DQR prezidenti Bako Saakyanın В«Xankəndinin razılığı olmadan əsas prinsiplər üzrə nizamlanmanın ikinci mərhələsinə keçid mümkünsüzdürВ» bəyanatı ilə razıyamВ» - deyə Nalbandyan vurğulayıb.
|
14.06.11 Məqaləni oxumaq
|
|
|
|
|
ATƏT-in Bakı ofisi Azərbaycanda 120 layihə həyata keçirib
|
Son iki il ərzində ATƏT-in Bakı ofisi tərəfindən Azərbaycanda 120 layihə həyata keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün Bakıda jurnalistlər üçün keçirdiyi vida görüşündə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel deyib. O, hazırda 60 layihə üzərində iş aparıldığını söyləyib. Onun sözlərinə görə, həyata keçirilən layihələrin və bəziləri hələ də davam etməkdədir.
|
14.06.11 Məqaləni oxumaq
|
|
|
Sovet İmperiyasının gizlinləri: Qriqoryanın işi
|
Uzun illər ərzində erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına, eləcə də Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edib. Ölkəmizin ərazisinin 20 faizini işğal edərək, etnik təmizləmə siyasəti həyata keçirən Ermənistan, əsl həqiqəti gizlədərək, Sumqayıt hadisələrini Azərbaycanın təşkil etdiyini məqsədyönlü akt kimi bütün dünyaya təqdim edib. Hələ 1988-ci ildən başlayan bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı qəddarlığı, ermənilərin azərbaycanlılarla bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyasının aşılanmasına yönəlib.
|
14.06.11 Məqaləni oxumaq
|
|
|
Qafqaz ümumi evimizdir
|
Mayın 16-da Prezident İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul etdi. Prezident İlham Əliyev bildirdi ki, Qafqazın dini liderlərinin bu səviyyədə münasibətləri, Qafqaz xalqları arasında ənənəvi qardaşlığa əsaslanan qarşılıqlı anlaşma bizi çox sevindirir: Biz bu münasibətlərin qədrini bilirik, onları çox yüksək qiymətləndiririk. Əsrlər boyu xalqlarımız arasında həmişə dostluq, qardaşlıq, qarşılıqlı dəstək, qarşılıqlı kömək münasibətləri olmuşdur.
|
14.06.11 Məqaləni oxumaq
|
|
|
Kimlərin pensiya və maaşları artacaq?
|
17 may tarixində Konstitusiyanın 96-cı maddəsinin I hissəsinə və В«Büdcə sistemi haqqındaВ» Qanunun 23.2-ci və 23.3-cü maddəsinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən 2011-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı hazırlanmış В«Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqındaВ» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəВ» Qanun layihəsi Milli Məclisinin müzakirəsinə təqdim edilib.
|
14.06.11 Məqaləni oxumaq
|
|
|
İnformasiya cəmiyyətinin inkişafında əyalət mətbuatı zərurəti
|
Dünyada insan hüquqları, söz azadlığı və plüralizmin inkişafı ideyası bəşəriyyətin ən böyük nailiyyətlərindəndir. Bu fakt qarşılıqlı münasibətlərin universal dəyəri kimi tarixi təcrübədən, sınaqdan çıxaraq müasir cəmiyyətin və onun təhlükəsizliyinin təmin olunması sisteminin ən optimal mövcudluq forması qismində çıxış edir. Əslində, məsələyə bu cür yanaşma da tam mütləq deyil. Dünyanın bəzi nəzəriyyəçiləri insan hüquqları anlayışını şərh edərkən tamamilə fərqli düşüncədən çıxış edirlər. Məsələn, alman filosofu İ.Kant deyir ki, insan azadlığı və onun azad iradəsi şəxsiyyətin mənəvi müstəqilliyi və muxtariyyətinin mənasını ifadə edir.
|
14.06.11 Məqaləni oxumaq
|
|
|
Uzun incə bir yol
|
21 may 2011-ci il. Saat 12-00-da çay içə-içə söhbət edirdik. Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri işlədiyi “Azərbaycan” qəzetinin iyun ayının 4-dəki növbəti letuçkasından danışırdıq. Söz arası dedim ki:
|
14.06.11 Məqaləni oxumaq
|
|
|
“Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı”
|
Məmməd Məmmədovu ilk dəfə düz 7 il öncə tanımışdım. O vaxt Naxçıvanın mərkəzi qəzeti olan “Şərq qapısı”nın Baş redaktoru idi. Əslində mətbuata olan marağım məni onun yanına aparmışdı. İşləmək istədiyimi söylədikdə, - “çox yaxşı, sən hələ gəncsən istəsən gələcəkdə yaxşı jurnalist də ola bilərsən” – dedi. Elə həmin gün məni qəzetdə korrektor vəzifəsinə götürdü. Sonra da qələm əhli olduğumu, cızma-qara edə bildiyimi görüb qəzetdə müxbir işləməyimə şərait yaratdı. Amma yollar nə qədər birləşsə də, gec tez ayrılır. Beləcə, “Şərq qapısı”nda birləşən yolumuz da bir müddət sonra ayrıldı və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində yenidən birləşdi. Bir-birimizə qarşı səmimi münasibətimiz, inamımız və qırılmaz tellərlə söz adamlarını özünə bağlayan mətbuat bizi də yaxın dosta çevirdi. Onu da deyim ki, Məmməd müəllim bu gün Naxçıvanda ən sanballı jurnalistlərdən biridir. O, 1962-ci ildə Şərur rayonda anadan olub.
|
14.06.11 Məqaləni oxumaq
|
|
|
|