Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2011
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Səhiyyə Nazirliyinin imtahanından 14 həkim keçə bilmədi
    Səhiyyə Nazirliyi iyunun 17-də keçirdiyi kardiologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. İmtahanda 14 iştirakçı uğur qazana bilməyib. Nəticələrlə bağlı ümumi siyahı nazirliyin rəsmi www.health.gov.az internet səhifəsində yerləşdirilib.
    21.06.11 Məqaləni oxumaq
     
    Əhmədinejad Sarkisyanla danışdı
    Ermənistan prezidenti Serj Sarkisyanla İran prezidenti Mahmud Əhmədinejad arasında telefon danışığı baş tutub. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən yaydığı məlumatda bildirir ki, Ermənistan və İran prezidentləri ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə əməkdaşlığın fəallaşdırılması və regional proseslərlə bağlı məsələləri müzakirə ediblər. Telefon danışığının İran tərəfinin təşəbbüsü ilə baş verdiyi bildirilir. Xatırladaq ki, İran prezidenti Mahmud Əhmədinejadın bu ayın əvvəlində Ermənistana gözlənilən səfəri son anda təxirə salınmışdı. Mahmud Əhmədınejad İran prezidenti vəzifəsində Yerevana ilk dəfə 2007-ci ildə rəsmi səfər edib. Lakin həmin səfər reqlament üzrə nəzərdə tutulan qondarma erməni soyqırımı xatirə kompleksinə baş çəkməzdən qabaq qəflətən yarımçıq qalıb və Əhmədinejad “təxirəsalınmaz işləri olduğuna görə” Tehrana qayıtmışdı.
    21.06.11 Məqaləni oxumaq
     
    AŞ PA-nın yay sessiyası işə başlayıb
    Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropa Şurasının 2012-2013-cü illər büdcəsi, Avropada sığınacaq axtaran şəxslərin və qaçqınların vəziyyəti, insan hüquqlarının durumu, AŞ PA-da islahatlar, gənclər arasında işsizliyin kəskin artımının qarşısının alınması, Tunisdə vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaq. Sessiyada Ukrayna, Fələstin və Ermənistan prezidentlərinin çıxışları dinləniləcək, onlara suallar veriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər.
    21.06.11 Məqaləni oxumaq
     
    TQDK rus bölməsi abituriyentlərini xəbərdar etdi
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ilinin rus bölməsi abituriyentləri ilə bağlı elan verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə növbəti imtahan iyunun 26-da keçiriləcək. Abituriyentlər iyunun 20-dən etibarən “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytına daxil olaraq çap edə bilərlər.
    21.06.11 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: “Hərbi paradda qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişdiyini hər kəs anlayacaq”
    “Artıq Ermənistan kiminsə yedəyində də yer tapa bilmir. Yəni işğalçı dövlət arabanın beşinci təkəri də, ehtiyat təkəri də ola bilmir və olmayacaq.” “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri yap.org.az saytına müsahibəsində YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, bu gün hərbi baxımdan da Azərbaycan işğalçı dövlətdən xeyli öndə gedir. “Ölkəmizin hərbi sənayesi formalaşıb, Azərbaycan hərbi təhlükəsizliyini, hərbi təminatını reallaşdırmaq üçün geniş proqram həyata keçirir. Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrdə fransalı həmsədr B.Fasye belə bir fikri səsləndirib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən artıqdır, Azərbaycan silahlanmaya diqqət yetirir və s. Yəni Fasye bunları Azərbaycanın xeyrinə olmayan nöqteyi-nəzərdən söyləyib.
    21.06.11 Məqaləni oxumaq
     
    Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümü başa vurur
    Azərbaycanda Teatr mövsümünün başa çatması ilə əlaqədar Gənc Tamaşaçılar Teatrı da özünün 83-cü mövsümünü başa vurmağa hazırlaşır. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bölgələrə səfəri çərçivəsində iyulun 6-da Kürdəmir rayon Mədəniyyət evində M.F.Axundovun “Sərgüzəşti vəziri-xani Lənkəran” tamaşasını təqdim edəcək və bununla da mövsümü başa vuracaq. Qeyd edək ki, mövsümü başa vuran teatr kollektivi 1 sentyabradək məzuniyyətə buraxılacaq.
    20.06.11 Məqaləni oxumaq
     
    Yunanıstanın baş naziri referendum keçirməyə çağırıb
    Yunanıstanın baş naziri Georgi Papandreu parlamentdəki çıxışında bu ilin payızında Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirməyə çağırıb. Onun sözlərinə görə, ölkənin siyasi sistemindəki dəyişikliklər referenduma çıxarılmalıdır. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, baş nazir bu dəyişikliklərin konkret olaraq nədən ibarət olduğunu açıqlamayıb. Defolt təhlükəsi ilə üz-üzə qalmış Yunanıstanın 350 milyard avro xarici borcu var. Baş nazir öz hökumətinə etimad səsverməsinin keçirilməsini də tələb edib. O, xəbərdar edib ki, əks təqdirdə ölkə defolta məruz qalacaq.
    20.06.11 Məqaləni oxumaq
     
    ABŞ «Taliban»la sülh danışıqları aparır
    ABŞ «Taliban»la sülh danışıqları aparır ABŞ-ın müdafiə naziri Robert Geyts Birləşmiş Ştatların «Taliban»la sülh danışıqları apardığını təsdiqləyib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, nazir qeyd edib ki, bu danışıqlar ilkin əlaqədir. Əfqanıstan prezidenti Həmid Kərzayi bundan bir gün əvvəl Kabildə keçirdiyi mətbuat konfransında Birləşmiş Ştatların «Taliban»la danışıqlara qoşulduğunu demişdi.
    20.06.11 Məqaləni oxumaq
     
    Putin və Medvedyev rəqib olmayacaqlar
    2012-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində Dmitri Medvedyev və Vladimir Putin bir-biri ilə rəqabət aparmayacaq. «KƏLAMİNFO»nun məlumatına görə, bunu prezident Dmitri Medvedyev «The Financial Times» qəzetinə müsahibəsində bildirib. «Mən Putinlə - həmkarım və keçmiş dostumla bir siyasi qüvvəni təmsil edirik. Aramızda rəqabət son illər həyata keçirdiyimiz məqsəd və məsələlərin həyata keçirilməsinə mane ola bilərdi». İkinci müddətə prezident seçilmək istəyinin olması barədə sualdan isə Medvedyev yayınıb.
    20.06.11 Məqaləni oxumaq
     
    Zahid Oruc: “İctimai Palata deyilən qurumun arxasınca heç kim getmir”
    “Artıq dəfələrlə sübut olunub ki, Azərbaycanda İctimai Palata deyilən qurumun arxasınca heç kim getmir, çünki bu təşkilatın rəhbərliyində duranlar özləri ictimaiyyətdə tamamilə iflasa uğratmış adamlardır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Ana Vətən Partiyasından olan millət vəkili Zahid Oruc deyib. Onun fikrincə, bu gün aktiv ictimai fəaliyyətdə, ümumiyyətlə, İctimai Palata tərəfdarları yoxdur. “Onlar ancaq siyasi imitasiya ilə məşğul olmağa can atırlar ki, bu da təbii ki, daim nəticəsiz olacaq. “Biz də müxalifət olaraq mövcuduq deyə bu cür aksiyalar keçirmək haqqında şişirdilmiş məlumatlar yaymaqla məşğuldurlar. İnanmıram bunlar Azərbaycanın xeyrinə hərəkət etsinlər” - deyə Z.Oruc vurğulayıb.
    20.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyun.2011
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930