Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2011
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Mahmud Abbas Heydər Əliyev Fondunda olub
    Fələstin dövlətinin Prezidenti Mahmud Abbas bu gün Heydər Əliyev Fondunda olub. “KƏLAMİNFO” xəbər verir ki, Fələstin Dövlətinin başçısını Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ali qonağa Azərbaycanın ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir. Prezident Mahmud Abbas ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub. Prezident Mahmud Abbas Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Fələstin Dövlətinin Prezidentinə xatirə hədiyyəsi və Fondun fəaliyyətindən bəhs edən kitab təqdim edib.
    30.06.11 Məqaləni oxumaq
     
    “Google” “Facebook”a rəqib yaradır
    “Google” kompaniyası «Facebook»la rəqabət apara biləcək yeni «Google Plus» sosial şəbəkəsini buraxmaq qərarına gəlib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, yeni «Google Plus»ün bir sıra üstün cəhətləri var. Belə ki, burada bütün əlaqələri ayrı-ayrı kontakt qruplarda birləşdirmək imkanı var. Qeyd edilir ki, bu, «Facebook» üçün bir işarə kimi göstərilir. Belə ki, «Facebook» istifadəçilərin məlumat bazasının qorunması ilə bağlı daima qalmaqalların mərkəzinə düşüb.
    29.06.11 Məqaləni oxumaq
     
    «Taliban» yaraqlıları Kabildə mehmanxanaya hücum ediblər
    «Taliban» yaraqlıları Əfqanıstan paytaxtı Kabildə bahalı bir mehmanxanaya hücum ediblər. Yeddi əfqan öldürülüb, səkkiz nəfər yaralanıb. Yaralananlar arasında iki polis də var. NATO qüvvələri iki intiharçını öldürəndən sonra bu səhər "Interkontinental" otelinin mühasirəsi sona çatıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Sediq Sediqqi deyib ki, altı intiharçı otelə hücum edib. Onun sözlərinə görə, onlardan ikisini otel mühafizəçiləri öldürüb. Dördü isə ya özlərini öldürüblər, ya da NATO və ya əfqan hərbçiləri tərəfindən öldürülüb.
    29.06.11 Məqaləni oxumaq
     
    Bakıda Regional Təlim və Təhsil Mərkəzi yaradılacaq
    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Elm Fondu və AZEKOLAB laboratoriyası tərəfindən birgə Regional Təlim və Təhsil Mərkəzi yaradılacaq. MEF-in direktoru Fuad İsmayılov “KƏLAMİNFO”ya müsahibəsində bildirib ki, Bakıda təsis ediləcək mərkəzin inşasına bu ilin sentyabrından başlanılması nəzərdə tutulub. Onun sözlərinə görə, məqsəd laborator analitik avadanlıqlarla işləyən kadrların sayını artırmaq, ümumiyyətlə bu sahədəki kadr çatışmazlığını aradan qaldırmaqdan ibarətdir. F.İsmayılov deyib ki, mərkəzdə əsasən “xronomotoqrafiya” sahəsinə daha çox üstünlük veriləcək. Onun sözlərinə görə, burada istifadə ediləcək avadanlıq əksər sahələr, o cümlədən yeyinti, kənd təsərrüfatı, neft və digər sahələrdə aparılacaq analizlərin dəqiq nəticəsini verəcək. F.İsmayılov qeyd edib ki, mərkəz fəaliyyət göstərdikdən sonra ora Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə və digər ölkələrdən tələbələr cəlb ediləcək.
    29.06.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatlar QİƏT-in Parlament Məclisinə yollanırlar
    Bu gün Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisində nümayəndə heyətimizin rəhbəri Asəf Hacıyev, millət vəkilləri Mübariz Qurbanlı, Musa Quliyev, Jalə Əliyeva, Ayaz Orucov qurumun Baş Assambleyasının 37-ci plenar sessiyasında iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyev şəhərinə yola düşürlər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Sessiyada siyasi, iqtisadi, sosial, ekoloji sahələrə aid “QDİƏT üzvü olan ölkələrdə geni dəyişdirilmiş orqanizmlərdən istifadə edilməsi: iqtisadi və ekoloji aspektlər”, “Elmi-texniki tərəqqinin sürətləndirilməsində parlamentlərin rolu”, “QDİƏT ölkələrində Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq sanitariya standartlarına riayət edilməsi” mövzularında məruzələr dinləniləcək, maliyyə və təşkilatı məsələlər müzakirə olunacaq. Müzakirələr zamanı deputatlarımız gündəlikdəki məsələlərə öz münasibətlərini bildirəcəklər. Səfər iyulun 3-də başa çatacaq.
    29.06.11 Məqaləni oxumaq
     
    NATO-nun ekspert qrupları Azərbaycana gəlir
    İyulun 5-i və 6-da NATO və ABŞ ekspertləri Azərbaycana səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Səfər zamanı Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına təhsil sahəsində ekspert yardımının davam etdirilməsi məsələləri müzakirə olunacaq. İyulun 10-dan 12-dək isə NATO-nun Neapol Birləşmiş Qüvvələr Komandanlığının hüquq üzrə mobil təlim qrupu Bakıda səfərdə olacaq. Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində iyulun 20-dən 23-dək Bakıda NATO-nun İzmirdəki Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndələrinin iştirakı ilə ekspert qərargah görüşü keçiriləcək.
    29.06.11 Məqaləni oxumaq
     
    Fələstin prezidenti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
    Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin prezidenti Mahmud Abbas bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. “KƏLAMİNFO” xəbər verir ki, sonra Mahmud Abbas Şəhidlər Xiyabanını ziyarət edib. Fələstin Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra prezident Mahmud Abbas Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib. Ali qonağa paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
    29.06.11 Məqaləni oxumaq
     
    Bakıda “Muzeylərin müasir durumu və perspektivləri” beynəlxalq elmi konfransı keçirilir
    “Hər bir xalqın tarixində muzeylər böyük əhəmiyyət kəsb edir. Elə bu səbəbdən də ölkəmizdə olan muzeylərə və onlarda saxlanılan eksponatlara qayğı ilə yanaşmaq bizim hər birimizin vətəndaşlıq borcumuzdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Bakıda “Muzeylərin müasir durumu və perspektivləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı konfransın açılış mərasimində söyləyib. “Konfrans çərçivəsində mədəni irsin qorunmasında muzeylər, müasir muzeylərdə konservasiya və bərpa məsələləri, muzeylər və mədəni turizm, tarix və mədəniyyətin tədrisi və təbliğində müasir muzeylərin rolu, muzeylərdə informasiya texnologiyalarının tətbiqi, muzey menecmentinin problemləri mövzularında müzakirələr olacaq”.
    29.06.11 Məqaləni oxumaq
     
    “İşğal altında olan rayonlarımızda bütün televiziya kanalları problemsiz yayımlanır”
    “İşğal altında olan rayonlarımızın hamısında Azərbaycanın bütün yerli televiziya kanalları problemsiz yayımlanır”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov bildirib. O qeyd edib ki, Ağsu aşırımında 843 metr yüksəklikdə 93 metrlik teleqüllənin tikilməsindən sonra Azərbaycan kanallarının yüksək keyfiyyətlə yayımı tam təmin edilib. “Hazırda Füzuli rayonunun “Əhmədbəyli” stansiyasından Qarabağın cənub bölgələrində keyfiyyətli yayım təmin olunur. Bu yaxınlarda Tərtərdə tikilən yeni teleqüllənin istifadəyə verilməsi ilə bölgənin şimalında da yayım keyfiyyəti bir qədər artacaq. Ancaq Ağsu qülləsindən güclü yayım nəinki Qarabağa, hətta Ermənistan ərazisinə də çatır ” -deyə M.Əmirov vurğulayıb.
    29.06.11 Məqaləni oxumaq
     
    Prezident Pakistanın səfirini qəbul edib
    Prezident İlham Əliyev bu gün Pakistanın ölkəmizdəki səfiri Əbdul Həmidi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, səfir Əbdul Həmid ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan xalqının Pakistana böyük hörmət və ehtiramın şahidi olduğunu deyib. Pakistanlı diplomat səfir kimi fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən prezident İlham Əliyevə minnətdarlığını bildirib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev bu münasibətləri müttəfiq ölkələr arasında olan münasibətlər kimi qiymətləndirib və əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Səfir Əbdul Həmidin ikitərəfli münasibətlərimizin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlət başçısı ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
    28.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyun.2011
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930