Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2011
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Ən qədim peşə və ermənilər
    Son zamanlar KİV-də yayımlanan “fahişəliklə məşğul olan erməni qadınları” başlıqlı xəbərlər artıb. Bununla bərabər məşhur Wikileaks saytı  Ermənistanla bağlı dərc etdiyi materiallarda ölkədə fahişəlik edən qadınların sayının sürətlə artdığını bildirir. 
    14.06.11 Məqaləni oxumaq
     
    O gəlir: son məhkəmə qurulacaq?
    Gələn il bizi nələr gözlədiyini təxminləmək çətin və sən demə, qorxuludur…

    Cəmi yeddi ay qalıb. Yeddi aydan sonra 2012-ci il başlanacaq. İndiyə kimi deyilənlər, yazılanlar və göstərilənlərə görə, qarşıda bizi çox təhlükəli il gözləyir. Qədim mayyaların təqviminə əsaslanan təxminləri də Günəş, dünya və kosmosla bağlı bir çox nəzəriyyələr təsdiqləyir.
    Ehtimallar çox, hamısı da bir-birindən qorxulu.
    Bəzi ehtimallara görə, 2012-ci ildə Günəşdəki maqnit qasırğaları və tufanları Yeri silkələyəcək. Başqa nəzəriyyələr isə iddia edir ki, yox, maqnit tufanları olmayacaq - nəhəng meteorit və ya kiçik meteorlar Yerlə toqquşacaq.
    14.06.11 Məqaləni oxumaq
     
    Şirvanşahlar sarayı
    Qədim şəhərdə orta əsr memarlığının şah əsərlərindən biri olan Şirvan hakimlərinin iqamətgahı - “Şirvanşahlar Saray Ansamblı” bu günə qədər öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
    Orta əsrlərdə Şamaxıda baş verən gərgin hadisələr dövründə Bakı şəhəri nisbətən sakit şəraitdə inkişaf edirdi. Hələ XII əsrdə Bakıda möhkəm qala divarlarının (1138-1139) tikildiyi məlum idi. Şamaxıda baş verən zəlzələdən sonra paytaxt Bakıya köçürüldükdə şəhərin ən yüksək nöqtəsində, Şirvanşahlar Sarayı ucaldılır.
    14.06.11 Məqaləni oxumaq
     
    Qafqaz dindarları Bakıda
    Bakı Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransına ev sahibliyi etdi

    Mayın 16-da Qafqaz Müsəlmanları İdarəsinin böyük konfrans zalında Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransı keçirildi. İclasdan əvvəl konfrans iştirakçıları Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdilər.
    Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsinin sədri İsmayıl Berdiyev tədbiri açdıqdan sonra Təzəpir məscidinin axundu Hacı Faiz müqəddəs Qurani-Kərimdən ayələr oxudu. Sonra tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun və dünyasını dəyişmiş Şura üzvlərinin ruhuna dualar oxudular.
    14.06.11 Məqaləni oxumaq
     
    Şəkər antibiotiklərin təsirini gücləndirir
    Şəkər yoluxucu xəstəliklərin müalicəsi zamanı antibiotiklərin təsirini gücləndirir. Onlar müəyyən etmişlər ki, şəkərin komponentləri (qlükoza və fruktoza) infeksiya törədicilərini zəiflədir və onları antibiotiklərin təsirinə həssas edir.
    Bəzi hallarda patogen mikroorqanizmlər o qədər zəifləyir ki, antibiotiklərə qarşı davamlı olur. Yoluxucu xəstəliklər tez-tez remissiya mərhələsinə keçir, lakin sonra şiddətlənir.
    14.06.11 Məqaləni oxumaq
     
    Quru balıq orqanizmi zəhərləyə bilər
    Quru balıq dünyada geniş yayılmış ləzzətli təamlardan sayılsa da, onu çox yemək sağlamlıq üçün təhlükəlidir. Buna səbəb onun hazırlanmasında istifadə olunan konservantdır.
    Həmin konservantı quru balığın saxlama müddətini uzatmaq istəyən firmalar tətbiq edirlər. Hindistan mütəxəssisləri konservantın çox zəhərli olduğunu bildirirlər. Bu faktı məhsulun keyfiyyətini müəyyən edən laboratoriya tədqiqatları təsdiq edir.
    Ekspertlər quru balığın bir neçə növündə formalin aşkar etmişlər. Formalinin miqdarı çox olanda sağlamlığa mənfi təsir göstərir.
    Əlbəttə, quru balıq istehsalçılarının heç də hamısı zəhərli kimyəvi preparatlardan istifadə etmir. İstənilən halda istehlakçı ehtiyatlı olmalı və sağlamlığına qayğı ilə yanaşmalıdır, çünki konservantsız və başqa kimyəvi maddələrsiz də quru balığı çox yemək ziyandır.
    14.06.11 Məqaləni oxumaq
     
    ...Eşq - Allaha qovuşmağın gözəlliyidir...
    Britaniya Krallığının tanınmış simalarından olan Şahzadə Çarls zamanında İngiltərə vətəndaşlarına etdiyi müraciətlərinin birində islam dininin bir çox qanunundan faydalanmağı xalqına tövsiyə etmişdi.

    Şahzadəyə görə, insanlar öz aralarında münaqişələri aradan qaldırmaq xətrinə, arzu edilən, təməli möhkəm, demokratik prinsiplərə söykənən ailələr qurub qorumaq üçün və adamları yolundan azdıran zərərli qidalardan könüllü imtina etmək naminə mütləq Tanrının ali qanunlarından faydalanmalı, səmavi kitablardan ruhi, mənəvi güc almalıdır.
    14.06.11 Məqaləni oxumaq
     
    Müsəlman dünyasında ilk demokratik respublika
    93 il öncə Şərq aləmində ilk olaraq Azərbaycanda müstəqilliyin, dövlətçiliyin əsasları quruldu

    Azərbaycan dövlətçilik tarixində 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti şanlı bir səhifədir. 93 il öncə müsəlman dünyasında ilk olaraq Azərbaycanda demokratik respublika Xalq Cümhuriyyəti elan edildi. Əsrin əvvəlində - 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü.
    14.06.11 Məqaləni oxumaq
     
    Masallıda yeni klinika
    Hər birimiz kimlərləsə kef-əhval tutduqda və ya təbrik etdikdə ilk və son kəlməmiz  “can sağlığı” olur. Elə insan həyatının mənalı və rəngarəng olmasının ana xəttini də bu amil təşkil edir. Amma sağlamlığı hər birimiz arzulasaq da, bəzən onu ya qoruya bilmirik, ya da baş verən sosial davranışlar fonunda itiririk. Yaşadığımız həyat periodunda çox hallarda xəstəliklər keçirdikdə üzümüzü xəstəxanalara tutub  ümid – gümanımızı həkimlərə bağlayırıq. Bəs elə isə, həkimlər və onların fəaliyyət göstərdikləri şəfa ocaqları xəstələrin üzünü ağ, canını sağ edə bilirmi?
    Müsahibimiz Cənub regionunun tanınmış həkimlərindən Mircavadzadə Mehdi Mirkazım oğludur. Mehdi həkimlə müsahibəyə başlayarkən ilk sualımızı da yenicə açılması planlaşdırılan klinika və təbii ki, onun lisenziya məsələsi oldu.
    14.06.11 Məqaləni oxumaq
     
    İslam – sülh və tərəqqi dinidir
    25-26 mayda Qroznıda Çeçenistan Respublikasının ilk prezidenti, Rusiya Federasiyasının qəhrəmanı Əhməd Kadırovun xatirəsinə həsr olunmuş “İslam – sülh və tərəqqi dini” adlı IV Beynəlxalq sülhməramlı forum keçirilmişdir. İndiki “İslam – tərəqqi və sosial ədalət dinidir” adlı forumun işinə 30-dan çox ölkədən dini və ictimai xadimlər qatılmışlar.
    İştirakçılar qarşısında Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov çıxış etdi və Çeçen torpağında tanınmış dini, ictimai və siyasi xadimləri, alimləri görməkdən məmnun qaldığını bildirdi.
    14.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « İyun.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930