Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2011
    Səhifələr : 1 2 3 4 5  #
    Abel Məhərrəmov Türkiyənin səfirliyinin təhsil müşaviri ilə görüşüb
    Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu ilə görüşüb. BDU-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə məlum olub ki, müşavirin diplomatik missiyası başa çatır və yaxın günlərdə Azərbaycanı tərk edəcək. 2008-ci ildən ölkəmizə təhsil müşaviri təyin olunan H.Koyuncuoğlunun fəaliyyətini yüksək qiymətləndirən rektor A.Məhərrəmov bu illər ərzində BDU ilə təhsil müşavirliyi arasında görülən mühüm işlərdən bəhs edib. A.Məhərrəmov H.Koyuncuoğlunun Azərbaycandakı fəaliyyəti ilə əlaqədar müvafiq strukturlara BDU-nun adından təşəkkür məktublarının göndəriləcəyini bildirib. H.Koyuncuoğlu hər iki tərəfin səyləri nəticəsində BDU-da təhsil alan türk tələblərə yaradılan şəraitdən məmnun olduğunu bildirib və problemlərinin həlli üçün göstərilən xüsusi diqqətə görə rektora təşəkkür edib.
    01.07.11 Məqaləni oxumaq
     
    Bakıda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin yay sessiyası keçiriləcək
    İyulun 3-də Bakıda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin “Yaxın Şərq problemi: Təhlükəsizlik və Demokratiya” adlı (“The Middle East Puzzle: Security and Democracy”) yay sessiyası başlayacaq. “KƏLAMİNFO” NİSA-nın saytına istinadən xəbər verir ki, sessiya iyulun 9-dək davam edəcək. Sessiyada Yaxın Şərqdəki iğtişaşlar, onların kökləri və səbəbləri (siyasi və sosial-iqtisadi motivlər, xarici iştirakçıların rolu, daxili amillər), informasiya texnologiyaları, sosial şəbəkələr və kütləvi informasiya vasitələrinin rolu, beynəlxalq cavab, insan hüquqları, hüquq və təhlükəsizlik, perspektivlər müzakirə olunacaq.
    01.07.11 Məqaləni oxumaq
     
    Dünya Azərbaycanlılarının III Qurultayının proqramı açıqlanıb
    Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, ən çox nümayəndə və qonaq Rusiya (155), Türkiyə (101), Ukrayna (49), Almaniya (43), Gürcüstan (41), ABŞ (28), İsveç (23), Niderland (21), İsrail (17), Özbəkistan (13), Fransa (12), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (11), Kanadadan (10) olacaq. Dünya Azərbaycanlılarının III Qurultayında ümumilikdə 13 ölkə parlamentinin 29 deputatının iştirakı planlaşdırılır.
    01.07.11 Məqaləni oxumaq
     
    Liviya müxalifəti: Bizə silah verin!
    Qəddafi rejimi üzərində qələbə qazanmaq üçün Liviya üsyançılarının silaha ehtiyacı var. «KƏLAMİNFO» «Miqnyus»a istinadən xəbər verir ki, bunu Avstriyaya səfəri zamanı üsyançıların liderlərindən biri, müxalifətin Milli Keçid Şurasının nümayəndəsi Mahmud Cibril deyib. Qeyd edək ki. Fransa hərbçiləri artıq Liviya üsyançılarına silah yardımı etdiklərin bildiriblər. Böyük Britaniya isə Liviya üsyançılarına maliyyə yardımı göstərdiyini bildirib.
    30.06.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı gənclər Rusiya Diplomatik Akademiyasında ödənişsiz təhsil ala bilər
    Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası tərəfindən bakalavr (ikinci ali təhsil formasında) və magistratura proqramları üzrə ödənişsiz təhsil elan edilib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, azərbaycanlı gənclərin iştirak edə biləcəyi proqram çərçivəsində bakalavr (ikinci ali təhsil formasında) təhsili üçün beynəlxalq münasibətlər, iqtisadiyyat, magistratura pilləsi üçün isə beynəlxalq münasibətlər, iqtisadiyyat, menecment və hüquq istiqamətləri üzrə müraciət oluna bilər. Qeyd edək ki, sürətləndirilmiş proqramlar şəklində həyata keçiriləcək təhsilin müddəti 2 ildir. Namizədlər təhsil haqqından azad olunacaqlar, lakin təhsil müddətində yaşayış və yol xərcləri namizədlərin özləri tərəfindən ödənilməlidir. Proqram haqqında ətraflı məlumatı http://www.dipacademy.ru internet ünvanından əldə etmək mümkündür. Maraqlananlar müvafiq sənədləri cari ilin 10 iyul tarixinə qədər Xarici İşlər Nazirliyinə (Aliyə Ağazadə - 5969215) təqdim etməlidirlər.
    30.06.11 Məqaləni oxumaq
     
    Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
    Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda AR Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, AR Prokurorluğunun Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh olunmasına dair sorğusuna baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb. Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 12-nə təyin edilmiş iclasında baxılacaq.
    30.06.11 Məqaləni oxumaq
     
    ABŞ-da Qarabağa həsr olunmuş poçt markaları çap edilib
    Qarabağ Fondu ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap edib. Bu barədə “KƏLAMİNFO”ya Qarabağ Fondundan məlumat verilib. Satış üçün nəzərdə tutulan bu poçt markaları Qarabağ: "Keçmişə və Gələcəyə Baxış" layihəsinin bir hissəsidir. Markaların üzərində Qarabağın tarixi abidələri, qədim Alban kilsələri, Şuşa qalası təsvir olunub. Qarabağ Fondu bu markaları ABŞ-ın tanınmış marka kolleksionerlərinə hədiyyə olaraq təqdim edəcək. Markaları əldə etmək üçün hər kəs Qarabağ Fondunun internet saytındakı onlayn mağazadan sifariş verə bilər. Markaların satışından əldə olunan gəlir Qarabağ Fondunun mədəni layihələrini həyata keçirmək üçün sərf olunacaq.
    30.06.11 Məqaləni oxumaq
     
    Obama özünü Messiyə bənzətdi
    ABŞ prezidenti Barak Obama Ağ evdə Kolorado «Repids» futbol klubunun rəhbərliyini, məşqçiləri və futbolçuları qəbul edib. «KƏLAMİNFO» «Marca» nəşrinə istinadən xəbər verir ki, bu klub MLS-in çempionu titulunu qazanıb. Ölkə rəhbərinə futbolçulardan 10 nömrəli köynək hədiyyə olunub. Obama köynəyi alandan sonra özünü İspaniyanın Barselona futbol klubunun hücumçusu Lionel Messiya bənzədib. «Mən və Messi bir səviyyədəyik» - deyə prezident vurğulayıb.
    30.06.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
    Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra məqsədyönlü işlər həyata keçirir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən xəbərə görə, beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində Azərbaycan Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyası bu il Ümumdünya Turizm Təşkilatına “qoşulmuş üzvlər” kimi təsdiq olunub. Qeyd edək ki, 2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutunu 2010-cu ildə ilk olaraq 74 nəfər məzun bitirib. Bunlardan 14-ü isə, eyni zamanda, Avstriyanın Krems Universitetinin müvafiq diplomlarını əldə ediblər. Bu ali təhsil ocağının yaradılmasında məqsəd, ilk növbədə ölkəmizdə turizm sahəsində kadr probleminin həllinə nail olmaqdır. Xatırladaq ki, Bakı Turizm İnformasiya Mərkəzi respublikada yaradılan ilk belə Mərkəzlərdəndir. Bakı şəhərinə səfər edən çoxsaylı xarici turistlərə ölkəmiz və paytaxtımız haqqında dolğun informasiyanın çatdırılması, turistlərin müxtəlif növ reklam-çap məhsulları ilə təmin edilməsi və bir sıra beynəlxalq sərgilərdə Azərbaycanın mövcud turizm imkanlarının təbliğ edilməsi adıçəkilən Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindəndir.
    30.06.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq müzakirə olunacaq
    Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan-Qazaxıstan ikitərəfli əməkdaş planına əsasən, iyulun 19-dan 21-dək Astana şəhərində hidroqrafiya sahəsində əməkdaşlıq və Qazaxıstan HDQ üçün kadrların hazırlanması məsələləri üzrə işçi görüşü təşkil olunacaq. Həmin tarixdə, həmçinin Astanada Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə başqa bir görüş keçiriləcək. Görüşdə Qazaxıstan HDQ üçün mütəxəssislərin hazırlanması və gəmi təmiri məsələlərinin müzakirəsi nəzərdə tutulur.
    30.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyun.2011
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930