|
Səhifələr : # 17 18 19 20 21 22 23 24 25 #
Elmar Məmmədyarov: “Əsas məsələ Ermənistan silahlı birləşmələrinin cəbhə xəttindən geri çəkilməsidir”
|
Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yol xəritəsi ilə bağlı bəzi məsələlər var ki, onlar açıq qalıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. E.Məmmədyarov qeyd edib ki, Kazan görüşünə qədər həmin məsələlər üzərində işləmək lazımdır ki, sülh sazişinə şərait yaransın. “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri zamanı, həmçinin Azərbaycan, Ermənistan və Rusiya XİN-in iyunun 11-də keçiriləcək görüşü zamanı əsas müzakirə mövzusu yuxarıda qeyd olunan məsələlərdir. Biz çalışmalıyıq ki, görüşə qədər elə bir mühit yaradaq ki, bu görüşdən sonra qəti addımların atıldığını bəyan edə bilək” - deyə E.Məmmədyarov vurğulayıb.
|
08.06.11 Məqaləni oxumaq
|
|
|
Amerikalı konqresmenin adı böyük qalmaqalda
|
46 yaşlı amerikalı siyasətçi, konqresmen-demokrat Entoni Vaynerin adı gurultulu qalmaqalın mərkəzinə düşüb. “KƏLAMİNFO” «Newsru.com»a istinadən yaydığı xəbərdə göstərir ki, Vayner özünün lüt şəkillərini internet vasitəsilə dünyanın müxtəlif ölkələrinə göndəribmiş. Konqresmen də etiraf edib ki, şəkillərini «Twitter»dəki səhifəsində yerləşdirib. O, şəkillərini Sietldən olan tələbə qızlara göndərib. Fotolarda o, çimərlik paltarındadır.
|
07.06.11 Məqaləni oxumaq
|
|
|
Alan Jupe: Bəşər Əsəd «legitimliyini itirib»
|
Fransanın xarici işlər naziri Alan Jupe bildirib ki, Suriya prezidenti Bəşər Əsəd nümayişçilərə qarşı zorakı davranışı üzündən ölkəni idarə etmək üçün «öz legitimliyini itirib». «KƏLAMİNFO» RİA «Novosti»-yə istinadən xəbər verir ki, o, bunu mayın 6-da Suriya dövlət televiziyasının hökumət əleyhinə qüvvələrlə toqquşmada ölkənin təhlükəsizlik qüvvələrinə mənsub 120 əməkdaşın öldürülməsi ilə bağlı xəbər yayandan sonra deyib. XİN rəhbəri Vaşinqtonda bildirib ki, ölkəsi nümayişçilərə qarşı zor işlətdiyinə, etirazçıları öldürdüyünə görə Suriya rejimini ittiham edən qətnamənin BMT-nin Təhlükəsizlik Şurasında səsverməyə çıxarılması üçün quruma müraciət etməyə hazırdır.
|
07.06.11 Məqaləni oxumaq
|
|
|
Obamanın baş iqtisadçısı istefa verdi
|
Ağ evin İqtisadi Şurasının sədri Ostan Qulsbi istefaya getdiyini bəyan edib. O, əvvəlki iş yerinə - Çikaqo universitetində müəllim vəzifəsinə qayıdıb. «KƏLAMİNFO» «Röyters»ə istinadən xəbər verir ki, Qulsbinin getməsi mühüm hadisədir. Belə ki, o, Barak Obama prezident seçildikdən sonra onun ətrafında qalan sonuncu şəxslərdən idi. İndi Obama ətrafında əvvəlki komandadan tək bir şəxs qalıb. Bu da maliyyə naziri Timoti Qaytrenrdir.
Qulsbi və Obama Çikaqo universitetində dərs deyən zaman tanış olublar. Sonradan Qulsbi ona 2004-cü ildə Senat, 2008-ci ildə prezident seçkiləri kampaniyasında kömək edib. O, İqtisadi Şuranın sədri vəzifəsində cəmi bir il işləyib. Onun istefasının səbəbləri açıqlanmır.
|
07.06.11 Məqaləni oxumaq
|
|
|
Turizm sahəsində təlim filmi çəkiləcək
|
“Prezidentin sərəncamı ilə bu il “Turizm ili” elan olunduqdan sonra digər qurumlar kimi QHT-lər də bu işə ictimai dəstək vermək istiqamətində aktiv fəaliyyətə başlayıblar. Amma bundan əvvəl də Qeyri-Hökumət Təşkilatları turizm sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar müxtəlif layihələr həyata keçiriblər”. “KƏLAMİNFO” xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının Icraçı Direktoru Fərasət Qurbanov deyib.
Onun sözlərinə görə, turizm sahəsində təşəbbüslər şura tərəfindən daim dəstəklənib və dəstəklənməkdədir: “Məsələn, əvvəlki illərdə yaşıl turizmin inkişafına dair layihələr müsbət cavablandırılıb. Bu layihələr nəticəsində ölkənin turizm imkanları olan rayonlarında əhalinin fərdi təsərrüfatlarının imkanları öyrənilib, onların turizmə, turistlərin istirahəti və yaşaması üçün yararlı olan yerləşmə məkanları müəyyənləşib və həmin kənd evlərindən ibarət kataloq yaradılıb. Bu kataloq ictimaiyyət arasında elektron vasitələrlə yayınlanır və rayonlara səfər edən turistlər həmən yerləşmə məkanlarının xidmətlərindən istifadə edirlər. Artıq cənub regionu üzrə Astara rayonunun belə bir kataloqu hazırdır.
|
07.06.11 Məqaləni oxumaq
|
|
|
Komissiyanın ehtiyat kadr siyahısından 20 nəfər çıxıb
|
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın siyahısına ümumilikdə 479 ehtiyat kadr daxil edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rauf Məcidbəyli söyləyib. Onun sözlərinə görə, ehtiyat kadrlardan 128-i öz ixtisasları üzrə müxtəlif dövlət orqanlarında vəzifəyə təyin edilib. Bundan başqa, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alan 6 nəfər müxtəlif vəzifələrə təyin edilib.
|
07.06.11 Məqaləni oxumaq
|
|
|
Orta məktəblərdə keçirilən buraxılış imtahanları davam edir
|
Orta məktəblərin 9-cu və 11-ci sinifləri üzrə mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən buraxılış imtahanları davam edir. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, imtahanlar bu gün Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında keçirilir.
Növbəti imtahanlar iyunun 10-u Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonları, iyunun 13-ü Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax, iyunun 16-sı isə Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə olacaq.
|
07.06.11 Məqaləni oxumaq
|
|
|
Test imtahanında keçid balı aşağı salındı
|
Dövlət qulluğunda çalışmaq istəyənlər üçün keçiriləcək test imtahanında keçid həddi 5 bal aşağı salınıb. Bu, hazırkı - sonuncu müsabiqənin test mərhələsindən etibarən tətbiq ediləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rauf Məcidbəyli söyləyib.
R.Məcidbəyi xatırladıb ki, əvvəl namizədlər 6-7-ci təsnifatlar üzrə 100 baldan 80-ni toplamalı idi. Onun sözlərinə görə, hazırda bu keçid balı 75 olub: “Bu da namizədlərin xeyrinə olan bir işdir” deyən R.Məcidbəyli bildirib ki, sonuncu müsabiqədən test imtahanlarını yeni üsulla aparacaqlar.
Qeyd edək ki, axırıncı müsabiqə mayın 27-də elan olunub. Müsabiqəyə 72 dövlət orqanı üzrə 627 vakant vəzifə çıxarılıb.
|
07.06.11 Məqaləni oxumaq
|
|
|
Metyu Brayza: “Kazan görüşündə proqressiv irəliləyişlər olacaq”
|
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a sonuncu səfəri zamanı Hillari Klintonla keçirdiyi görüş kifayət qədər konstruktiv alınıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza bildirib.
M.Brayza deyib ki, E.Məmmədyarovla H.Klinton iki ölkə arasındakı əməkdaşlığı, Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakını və son Dövil bəyanatını müzakirə ediblər. Səfir Azərbaycan Ermənistan və Rusiya prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək üçtərəfli görüşünə də münasibət bildirib. M.Brayzanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin razılaşdırılmasının vaxtı çatıb. “Ümid edirəm ki, prezidentlərin Kazan görüşündə proqressiv irəliləyişlər olacaq”,-deyə səfir vurğulayıb.
|
07.06.11 Məqaləni oxumaq
|
|
|
Novruz Məmmədov: “Prezidentlərin Kazan görüşündən gözləntilər çoxdur”
|
ABŞ, Fransa və Rusiya prezidentlərinin Dovil bəyanatının əsas sənəd kimi nəzərdə tutaraq demək lazımdır ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən gözləntilər çoxdur. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O, qeyd edib ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tələb edirlər ki, Cənubi Qafqazdakı hazırki status-kvo dəyişsin. İşğal olunmuş torpaqlar azad olunsun və qaçqınlar öz yurd -yuvalarına qayıtsınlar. N.Məmmədov ermənilərin Dağlıq Qarabağda referendum keçirməklə bağlı istəklərinə də münasibət bildirib.
Qeyd edib ki, bununla Ermənistan hazırki münaqişə vəziyyətini qüvvədə saxlamağa çalışır. Onun sözlərinə görə, danışıqlar prosesində referendum məsələsi axırıncı mərhələdir. Ona görə də onun haqqında danışmaq yersizdir.
|
07.06.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 17 18 19 20 21 22 23 24 25 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|