Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2011
    Səhifələr : #  19 20 21 22 23 24 25 26 27  #
    “Azərbaycan Qəbələ RLS-in icarəsi üçün illik olaraq 50 milyon dollar vəsait tələb etməlidir”
    “Rusiya Qəbələ RLS-nin taktiki planda Azərbaycanla və ya ABŞ-la ikitərəfli qaydada istifadə olunması fikirlərinə qətiyyən yer vermir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində hərbi ekspert Cəsur Sümərinli deyib. Onun sözlərinə görə, əslində bu, Rusiyanın 2010-cu il fevralın 5-də təsdiqlənmiş yeni Hərbi Doktrinasının müddəalarından irəli gələn öhdəlikdir.
    06.06.11 Məqaləni oxumaq
     
    Azərbaycanlılarla ermənilər arasında növbəti dava
    Rusiya ərazisində yaşayan azərbaycanlılarla ermənilər arasında növbəti dava düşüb. Bu dəfə insident Kupçino ərazisində yaşanıb. «KƏLAMİNFO» Rusiya Kütləvi İnformasiya Vasitələrinə istinadən yaydığı xəbərdə göstərib ki, iki azərbaycanlı bıçaq zərbələri ilə xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır. İlkin məlumata görə, insident ərazidə yerləşən kafedə baş verib.
    06.06.11 Məqaləni oxumaq
     
    Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşün tarixi dəqiqləşib
    Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün tarixi dəqiqləşib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov “KƏLAMİNFO”ya bildirib ki, görüş iyunun 11-də Moskvada keçiriləcək. Xatırladaq ki, bu görüş hər üç ölkənin prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır.
    06.06.11 Məqaləni oxumaq
     
    “Son illərdə Azərbaycan öz siyasətində Rusiyanın maraqlarına güclü şəkildə önəm verib”
    “Son illərdə Azərbaycan öz siyasətində Rusiyanın maraqlarına güclü şəkildə önəm verib. Müəyyən mənada Rusiya bunu nəzərə almağa borclu hesab olunur, ona görə də Kazan görüşünə o qədər də əhəmiyyətsiz baxmaq olmaz”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspert deyib ki, buna baxmayaraq bir neçə məsələnin aydınlaşdırılmasına ehtiyac var: “Münaqişənin hərbi yolla çözümü perspektivsizdir, o, üzücü müharibəyə, hətta regional ixtilafa gətirib çıxara bilər, münaqişə ocağı bütün bölgəni bürüyər. Belə perspektiv güman etmirik ki, kiminsə ürəyindən olsun.
    06.06.11 Məqaləni oxumaq
     
    “Muğam Televiziya Müsabiqəsi – 2011”-in “Böyük Final”ına 8 gün qaldı
    “Muğam Televiziya Müsabiqəsi-2011”in yarımfinal mərhələsi başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, 20 nəfər gənc xanəndədən ibarət yarımfinalçılar arasından “Böyük final”a 6 nəfər keçib. Tanınmış incəsənət xadimləri xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əməkdar incəsənət xadimi Nadir Axundov gənc xanəndələrdən Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov və Ariz Hüseynovu 70 balla qiymətləndirərək finala keçmələrinə vəsiqə veriblər. Xatırladaq ki, “Böyük final” cari ilin 10 iyun tarixində saat 21:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
    04.06.11 Məqaləni oxumaq
     
    Ladeni donuz yağı ilə yağlanmış güllə ilə öldürüblər
    ABŞ-ın xüsusi təyinatlı dəstəsi Üsəma bin Ladeni donuz yağı ilə yağlanmış güllə ilə öldürüb. «KƏLAMİNFO» «The Daily Mail»ə istinadən xəbər verir ki, bu güllələri ABŞ dəniz piyadaları da alır. Bu güllələrin 13 faizi qatı donuz yağından hazırlanır. Belə güllələr 2004-cü ildən hazırlanır.
    04.06.11 Məqaləni oxumaq
     
    Abituriyentlərin sayı azalıb
    Cari tədris ilində ali məktəblərə qəbul imtahanlarına ərizə verən abituriyentlərin sayı ötən illə müqayisədə 1,85 faiz, yəni 20 085 nəfər azalıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfrasında bildirib. O qeyd edib ki, bu il ümumilikdə qəbul imtahanlarında iştirak etmək üçün 110 423 abituriyent ərizə verib. “Abituriyentlərin 99 min 190-ı Azərbaycan, 11 min 233-ü rus bölməsi üzrə sənəd verib. Ümumilikdə bu il 1-ci ixtisas qrupuna 34 988, 2-ci ixtisas qrupuna 27 068, 3-cü ixtisas qrupuna 32 859, 4-cü ixtisas qrupuna 15 508 nəfər sənəd verib” - deyə M.Abbaszadə vurğulayıb. Onun sözlərinə görə, builki abituriyentlərin 50,38 faizini oğlanlar, 49,62 faizini qızlar təşkil edir. “Son illərdə ilk dəfə olaraq bu il qəbul imtahanlarında iştirak etmək üçün sənəd verən oğlanların sayı qızlara nisbətən bir qədər çoxdur. Sənəd verənlərin 57,17 faizi orta məktəbləri bu il bitirən abituriyentlərdir. Ötən il bu göstərici 55,63 faiz olub” - deyə o, əlavə edib.
    04.06.11 Məqaləni oxumaq
     
    Qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncədə keçiriləcək
    Magistraturaya qəbul imtahanının 1-ci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bakalavrlar iyunun 8-dən 15-dək elektron ərizələrinə daxil olaraq, bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramında ixtisaslaşmaları seçib, təsdiq etdirməlidirlər. “Qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək”,-deyə TQDK sədri vurğulayıb. O, həmçinin bakalavrların iyunun 23-dən 25-dək öz elektron ərizələrinə daxil olaraq, ikinci mərhələ üçün “bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edib, götürməli olduqlarını da bildirib. Xatırladaq ki, magistraturaya qəbul imtahanının 1-ci mərhələsi fevralın 20-də keçirilib.
    04.06.11 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Azərbaycan liderindən optimist notlar eşitdim”
    “Azərbaycan lideri ilə danışıqdan sonra mən onun sözlərindən görüşlə bağlı optimist notlar eşitdim”. “KƏLAMİNFO” “Hürriyyət”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu prezident İlham Əliyevlə görüşünün nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, Ankara Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində maraqlıdır və ümidvardır ki, Kazanda prezidentlər razılaşma əldə edəcəklər. Davudoğlu onu da qeyd edib ki, Romada Ermənistan prezidenti Serj Sarkisyanla qısa görüş keçirib. Lakin onun detallarını açıqlamaq istəməyib.
    04.06.11 Məqaləni oxumaq
     
    Həmsədrlər regiona iyunun ortalarında gələcəklər
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) iyunun ortalarında regiona səfər edəcəklər. “KƏLAMİNFO” xəbər verir ki, həmsədrlərin səfərində məqsəd prezidentin görüşünə hazırlıq işləri aparmaqdır. Qeyd edək ki, iyunun 25-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda görüşü olacaq.
    04.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  19 20 21 22 23 24 25 26 27  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyun.2011
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930