Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2011
    Səhifələr : #  18 19 20 21 22 23 24 25 26  #
    Milli Kitab Mükafatı münsiflərin ballarını açıqlayıb
    Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Münsiflər Heyətinin finala düşən 10 əsərə verdiyi balı açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, MKM-in qalibi Pərvizin “Yad dildə” əsərinə Niyazi Mehdi, Rafiq Əliyev, Cəmil Həsənli, Şahbaz Xuduoğlu, Rüstəm İbrahimbəyov, Elçin Şıxlı və Mehriban Ələkbərzadə 10 bal verib. MKM-dən imtina etmiş münsiflərdən Rəşad Məcid Pərvizə 7 bal, Çingiz Abdullayev 5 bal, Rəbiyyət Aslanova isə 3 bal verib. Vaqif Səmədoğlu isə heç bir səsvermədə iştirak etməyib.
    07.06.11 Məqaləni oxumaq
     
    Səfirin Misirdə Azərbaycan xalçalarına həsr olunmuş məqaləsi dərc edilib
    UNESCO-nun Qeyri-maddi irs siyahısına salınmış Azərbaycan xalçaçılıq sənətinin Misirdə və ərəb dünyasında daha geniş şəkildə təbliği məqsədlə Misir Mədəniyyət Nazirliyi və Qahirə Opera evinin mətbuat orqanı olan “Əl-Xəyal” jurnalının may-iyun ayları üzrə olan sayında “Azərbaycan gözəllik, incəsənət və zərif ilmələrin paytaxtıdır” adı altında səfir Ş.Abdullayevin Azərbaycan xalçalarına həsr olunmuş məqaləsi dərc edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Misirdəki səfirliyimizdən bildiriblər.
    07.06.11 Məqaləni oxumaq
     
    Litvada təhsil alan tələbələr “Azərbaycan Kino Gecəsi” keçirib
    Litva Respublikasında təhsil alan Azərbaycan tələbələri Kaunas şəhərində “Azərbaycan Kino Gecəsi” adlı tədbir keçiriblər. “KƏLAMİNFO”nun məlumatına görə, 50 nəfərdən çox yerli və xarici tələbənin, o cümlədən müəllim-professor heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan “Odlar Yurdu Təşkilatı”nın Litvadakı nümayəndəsi tələbə Samir Musayev gələn qonaqlara öz təşəkkürünü bildirib. Çıxışdan sonra tələbələrimiz Azərbaycan kino sənətinin tarixinə həsr olunmuş qısa təqdimat ediblər. Təqdimatdan sonra isə beynəlxalq film festivalları üçün çəkilmiş, altyazısı ingilis dilində olan qısametrajlı “Ev” və “Düyün” filmləri nümayiş etdirilib. Filmlər arasındakı fasilədə isə qonaqların Azərbaycan milli şirniyyatlarını dadmaqlara fürsətləri olub. Sonda isə gələn qonaqlara ölkəmizin milli ornamentlərini özündə əks etdirən hədiyyələr təqdim edilib.
    07.06.11 Məqaləni oxumaq
     
    Əhmədinejad Ermənistana gedə bilmədi
    İran prezidenti Mahmud Əhmədinejadın bu gün Ermənistana nəzərdə tutulan səfəri təxirə düşüb. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, səfər qeyri-müəyyən vaxta kimi təxirə düşüb. Bu barədə tərəflərin birgə razılığı əldə olunub. Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Armen Arzumanyanın verdiyi məlumata görə, İran prezidentinin səfəri tərəflər üçün əlverişli vaxtda baş tutacaq.
    07.06.11 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb
    ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popovun (Rusiya) regiona səfəri başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, həmsədrlər artıq Bakıdadır. Onlar bu gün Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirləri və prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunacaq. Həmsədrlər Bakıdan İrəvana yollanacaqlar. Onların Xankəndinə də səfərləri planlaşdırılır. Vasitəçilər sabah cəbhə xəttində keçiriləcək monitorinqi müşahidə edib, qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçəcəklər.
    07.06.11 Məqaləni oxumaq
     
    Əli Abbasov Fransada səfərdədir
    Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanın 3-cü iclasında iştirak etmək məqsədilə Fransada səfərdədir. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, ikigünlük iclas iyunun 5-də başlanıb. Qeyd edək ki, BTİ və YUNESKO tərəfindən yaradılmış Komissiyanın məqsədi dünyada genişzolaqlı çıxışın yayılmasına kömək etməkdir. Əli Abbasov texnika sahəsinin 50-yə yaxın görkəmli xadimlərindən, eləcə də özəl sektor və sosial xidmətlər sahəsinin nümayəndələrindən ibarət komissiyanın üzvüdür. Bundan əlavə iyunun 7-də Parisdə Azərbaycan və Fransanın İKT-şirkətlərinin iştirakı ilə 1-ci Azərbaycan-Fransız İKT biznes-forumu keçiriləcək. Forum çərçivəsində Əli Abbasovun Fransanın sənaye, energetika və rəqəmsal iqtisadiyyat naziri Erik Bessonla ikitərəfli görüşü nəzərdə tutulub.
    07.06.11 Məqaləni oxumaq
     
    Yəmən prezidentinin üzərində iki uğurlu əməliyyat keçirilib
    Cərrahlar Yəmən prezidenti Əli Abdulla Salehin üzərində iki uğurlu əməliyyat həyata keçiriblər. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən yaydığı xəbərdə bildirir ki, əməliyyat Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilib. Ötən cümə yaralanan Yəmən prezidenti müalicə üçün bu ölkəyə gətirilmişdi. Atəş zamanı o, ürək nahiyəsindən qəlpə yarası və üzündə və sinəsində yanıq zədələri almışdı. Səudiyyə Ərəbistanı hakimiyyət orqanlarının məlumatına görə, hazırda prezidentin səhhəti normaldır. Onun iki həftədən sonra vətənə dönəcəyi gözlənilir. «Əl-Ərəbiyyə» kanalının məlumatına görə, dövlət başçısı yanıqlardan qurtarmaq üçün plastik əməliyyat da olunmalıdır.
    06.06.11 Məqaləni oxumaq
     
    Makedoniyada baş nazirin koalisiyası qalib gəldi
    Makedoniyada keçirilən parlament seçkilərində baş nazir Nikola Qruevskinin rəhbərlik etdiyi Sağ Mühafizəkar Koalisiya qalib gəlib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, seçkilərin rəsmi nəticələrinə görə, koalisiya seçicilərin 39 faizinin səsini yığıb. Müxalifətdə olan sosial demokratlar isə 32 faiz səs toplayıb. Yerli albanları təmsil edən Demokratik İttifaq 10 faiz səslə üçüncü olub. Qruevski bildirib ki, onun hökumətinin əsas prioritetləri iqtisadi islahatlar həyata keçirilməsi, Makedoniyanın Avropa Birliyinə və NATO-ya daxil olmasıdır.
    06.06.11 Məqaləni oxumaq
     
    Bakıda beynəlxalq simpozium keçiriləcək
    Cari ilin 22-23 sentyabr tarixlərində Bakıda “Tətbiqi mexanika və müasir informasiya texnologiyalarının inkişafı” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. Simpozium ənənəvi və yeni kompozit materiallar, nanomühəndislik və nanotexnologiyalar, kommunikasiya sistemlərinin struktur təhlükəsizliyi, hesablama sisteminin dinamikası, struktur və çoxmeyarlı optimallaşdırma və digər istiqamətləri əhatə edəcək. Məqalələrin simpoziuma təqdim edilməsi 15 iyul 2011-ci il tarixinədək aparılır. Tədbir barədə daha ətraflı məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin portalından (“Sərgi, konfrans, seminar” bölməsi) və ya simpoziumun internet-səhifəsindən əldə etmək olar.
    06.06.11 Məqaləni oxumaq
     
    Nazir: “Azərbaycanda özəl sektor üçün məişət tullantılarının təkrar istehsalı sərfəli deyil”
    “Bu gün Azərbaycanda özəl sektor üçün məişət tullantılarının təkrar istehsalı sərfəli deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib. O, qeyd edib ki, özəl şirkətlər çeşidlədikləri zibilləri Zibil Emalı Zavoduna təhvil verib, bundan gəlir götürə bilərlər. “Balaxanıda tikiləcək Zibil Emalı Zavodunda zibil çeşidləmə müəssisələrinin tikilməsi nəzərdə tutulur. Özəl şirkətlər çeşidlərə ayrılan zibilləri həmin zavoda təqdim edərək, həm gəlir qazana bilər, həm də ətraf mühitin tullantılardan azad olunmasına yardım edərlər”,-deyə nazir vurğulayıb.
    06.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  18 19 20 21 22 23 24 25 26  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyun.2011
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930