Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2011
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Müsəlmanlar Obamaya inanmır
    ABŞ prezidenti Barak Obamanın müsəlman ölkələrində nüfuzu aşağı düşüb. ABŞ-da sorğu mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Obamanın uşaqlığını keçirdiyi müsəlmanların ən sıx yaşadığı İndoneziyada belə ona münasibət birmənalı deyil. 2010-cu ildə ABŞ-ın nüfuzu burda 59% idisə, 2011-ci ildə bu 54%-ə düşüb.
    ABŞ prezidentinin Şimali Afrika və Yaxın Şərqdəki demokratik vəziyyətlə bağlı açıqlamasına günlər qalmış nəticələrin bu cür olması Obamaya olan inamın azalmasına sübut göstərilir.
    Türkiyədə isə sorğu iştirakçılarının 17%-i, Pakistanda isə əhalinin 11%-i ABŞ prezidentinə etibar edir.
    15.06.11 Məqaləni oxumaq
     
    Haqqa həsr olunmuş gənclik
    Qafqaz Müsəlmanları İdarəsində tanınmış yazar Osman Nuri topbaşın yeni çapdan çıxan kitabı təqdim olundu

    Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Türkiyədə yaşayan tanınmış yazar və xeyriyyəçi Osman Nuri topbaşın Bakıda yenicə çapdan çıxan “Haqqa həsr olunmuş gənclik” kitabının təqdimat mərasimi keçirildi. Nüfuzlu elm xadimlərinin, Bakı İslam Universitetinin müəllim və tələbələrinin iştirak etdiyi mərasim Qurani-Kərimin oxunuşu ilə başladı.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə toplantı iştirakçılarını salamladı. “Haqqa həsr olunmuş gənclik” kitabının Azərbaycanda işıq üzü görməsini və müəllif Osman Nuri topbaşın təqdimat mərasimində iştirakını mühüm əlamətdar hadisə adlandırdı.
    15.06.11 Məqaləni oxumaq
     
    Hakerlər ABŞ Senatının kompyuter şəbəkəsini dağıdıblar
    Özlərini «Lulz Security» adlandıran hakerlər qrupu ABŞ Senatının kompyuter şəbəkəsini dağıtdıqlarını bildiriblər. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, hazırda Senat tərəfindən bununla bağlı hər hansı bir şərh daxil olmayıb.

    «Lulz Security» əvvəllər «Sony» və İctimai Yayım Sistemini dağıdıb. Milli Təhlükəsizlik departamentinin əməkdaşı Stüart Beyker bildirib ki, hakerlər bununla Senatın fayl-serverlərinə daxil olmalarını nümayiş etdirmiş olublar.
    15.06.11 Məqaləni oxumaq
     
    Məktəblərdə psixoloqların çoxu qeyri-ixtisas sahibləridir
    Azərbaycanda təhsil müəssisələrində psixoloqlar olsa da, bu sahədə kifayət qədər problemlər mövcuddur. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin sədri Elçin Salmanov “Orta məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsinə dəstək və təhsil müəssisələrində psixoloqların rolunun artırılması” layihəsinin yekunu olaraq keçirdiyi Dəyirmi masada deyib.
    Onun sözlərinə görə, bu sahədə ən böyük problem uşaqların psixoloqlara müraciət etmələrinin az olmasıdır. Layihənin əsas məqsədi məktəblərdə şagirdlərlə psixoloqlar arasında olan əsas maneəni aradan qaldırmaqdır. “Bakının müxtəlif rayonlarını təmsil edən 10 məktəbdə keçirilən 4 saatlıq seminarlarda məlum oldu ki, orta məktəblərin bir çoxlarında psixoloqlar öz ixtisası üzrə işləmirlər”,-deyə E. Salmanov bildirib. Daha çox bu vəzifəni yerinə yetirən şəxslər qeyri-ixtisas sahibləridir. O həmçinin məktəb psixoloq otaqlarının olmamasını da qeyd edib.
    15.06.11 Məqaləni oxumaq
     
    Qeydiyyatsız mənzillərin sakinləri
    Paytaxtda sənədsiz mənzillərin qeydiyyata alınması xəbəri yüzlərlə ailəni sevindirdi. Hazırda bununla bağlı proqramın hazırlanması istiqamətdə aidiyyəti dövlət orqanlarında iş aparılır. Amma Bakıətrafı qəsəbələrdə magistral qaz kəmərlərinin üzərində, dəmir yolu xətlərinin mühafizə zolağında xeyli sayda ev var.
    Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olduğu iddia edilən torpaqlarda da bələdiyyə sərəncamı ilə yüzlərlə ev tikilib. Amma Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Dövlət Dəmir Yolu öz ərazilərində olan tikililərə sənəd verilməyəcəyini açıqlayır. ARDNŞ artıq ərazisində olan qanunsuz tikililərin vəziyyəti ilə tanış olmaq üçün reydlərə başlayıb.
    14.06.11 Məqaləni oxumaq
     
    Bakıda böyük atəşfəşanlıq olacaq
    Sabah Bakı şəhər İcra Hakimiyyəti (BŞİH)15 iyun Milli Qurtuluş günü münasibəti ilə saat 21:00-da Dənizkənarı Milli Parkda incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya BŞİH-dən veriblər. Konsertdən sonra paytaxtda böyük atəşfəşanlıqda olacaq.
    BŞİH paytaxt sakinlərinə bu proqrama dəvət edir.
    14.06.11 Məqaləni oxumaq
     
    ABŞ-da seçkilərə qadın namizəd də qatılıb
    ABŞ Konqresinin üzvü Mişel Bahman rəsmən prezident seçkiləri kampaniyasına qoşulduğunu bəyan edib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Bahman bu barədə qərarını Respublikaçılar Partiyasından olan namizədlərin Nyu-Hempşir ştatında keçirilən debatlarında bildirib.
    14.06.11 Məqaləni oxumaq
     
    Cek Strou: “Ərdoğanın qələbəsi bir daha göstərdi ki, İslam və demokratiya yol yoldaşı ola bilməz”
    İngiltərənin keçmiş xarici işlər naziri Cek Strou “The Times” qəzetində çıxan yazısında Avropa Birliyi liderlərini Türkiyəni qəbul etməyə çağırıb. “Avropa özündən əmin Türkiyəni qucaqlamalıdır” başlıqlı məqalədə sabiq nazir əvvəlcə seçimlərə münasibət bildirərək yazıb: “Ərdoğanın qələbəsi bir daha göstərdi ki, İslam və demokratiya yol yoldaşı ola bilməz. Ya demokratiya, ya İslam”. Strou bildirir ki, İngiltərə partiyalarını təəccübləndirən səslə qalib gələrək, üçüncü dəfə iqtidara gələn Ərdoğan Konstitusiyanı dəyişərkən diqqətli olmalıdır. Nazir Ərdoğanın 1994-cü ildəki həbsinə diqqət çəkərək ümid edir ki, baş nazir heç kimlə onunla davrandıqları kimi davranmaz. Yazıda Ərdoğanın qələbəsinin digər əsas səbəbi kimi isə iqtisadi vəziyyəti ön plana çəkilib. Cek Strou yazır ki, hakimiyyəti dövründə mediaya təzyiq göstərərək və hamını ittiham edərək, medianın dəstəyini itirən baş nazirin yeganə yolu həbsdəki jurnalistləri azadlığa buraxmaqdır.
    14.06.11 Məqaləni oxumaq
     
    İntellektual idarəetmə noyabrın sonlarına hazır olacaq
    “Bakı şəhərində nəqliyyatın intellektual idarəedilməsi” layihəsi cari ilin noyabrında başa çatacaq. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib.
    Onun sözlərinə görə, layihənin gecikməsinə səbəb bir sıra əlavələrin edilməsidir. Nazirlik rəsmisi onu da bildirib ki, layihə təxminən 100 min dollara qədər bahalaşıb: “Sistemin bu il noyabrın sonlarına istifadəyə verilməsi planlaşdırılır”.
    14.06.11 Məqaləni oxumaq
     
    Ekspert: “Ermənistan artıq sülhə məhkumdur”
    “Cənubi Qafqaz üçün əsl problem olan Qarabağ münaqişəsinin mahiyyətinə varanda, müşahidə olunur ki, bu gün bütün tərəflər sülhə məhkumdurlar”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.
    Onun fikrincə, münaqişənin uzanması hər iki ölkə üçün, xüsusən də Ermənistan üçün çox böyük problemdir və İrəvan artıq daha çox sülhə məhkumdur.
    14.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  9 10 11 12 13 14 15 16 17  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyun.2011
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930