|
Səhifələr : # 6 7 8 9 10 11 12 13 14 #
Elxan Süleymanov Brüsseldə Avronest PA Bürosunun iclasında iştirak edəcək
|
Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Bürosunun iclasında iştirak etmək üçün iyunun 20-dən 21-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Tədbirdə Avronestin loqosunun təsdiqi, qurumun işçi qrupları və digər təsisatlarının fəaliyyəti, Varşavada keçiriləcək Sülh tərəfdaşlığı sammiti ilə bağlı təqvim planının hazırlanması, növbəti sessiyanın gündəliyinin tərtibi və digər məsələlər müzakirə olunacaq.
Deputat Büroda müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək.
|
20.06.11 Məqaləni oxumaq
|
|
|
Vardan Oskanyan: “Ermənistanda vəziyyət həddən artıq ağırdır”
|
Ermənistanın sabiq xarici işlər naziri, hazırda “Sivilitas” Fondu Şurasının sədri Vardan Oskanyan ölkədaxili vəziyyətlə bağlı bildirib ki, «bu gün Ermənistanda vəziyyət həddən artıq ağırdır». «KƏLAMİNFO» «News.am»a istinadən xəbər verir ki, Oskanyanın sözlərinə görə, artıq ölkədə çoxları başa düşməyə başlayır ki, yaranmış ağır vəziyyətdən çıxış yolu Qarabağ məsələsinin həlli və erməni-türk münasibətlərinin normallaşmasından keçir. «Bu gün biz çox ağır vəziyyətdəyik, çünki ölkə çox pis idarə olunur, düzgün olmayan siyasət aparılır» deyən eks-nazir əlavə edib ki, Ermənistan demokratik dövlət deyil. V.Oskanyan bildirib ki, bu gün Ermənistanın əsas problemi iqtisadi monopoliya, korrupsiya, vəzifədən sui-istifadə deyil, siyasi monopoliyadır: «Əgər siyasi monopoliya aradan qalxarsa, bu problemlər də həllini tapar».
|
20.06.11 Məqaləni oxumaq
|
|
|
|
SAM-ın eksperti Bolqarıstanda seminarda iştirak edəcək
|
Bu gündən iyunun 25-dək Bolqarıstanda “Effektiv üzvlük və Avropa İttifaqına müvəffəqiyyətli hazırlıq” mövzusunda XX ənənəvi seminar keçiriləcək. Varna şəhərində keçiriləcək tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Zaur Şiriyev təmsil edəcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Z.Şiriyev “Avropa İttifaqının Qara dəniz regionuna istiqamətlənmiş siyasətində problem və perspektivlər” başlığı altındakı müzakirələrdə Azərbaycanın bu sahədəki mövqeyi və gözləntiləri barədə çıxış edəcək.
|
20.06.11 Məqaləni oxumaq
|
|
|
Milli Məclisin son iclasında 20 məsələ müzakirə olunacaq
|
Azərbaycan Milli Məclisinin bu mövsümdə son növbədənkənar iclası iyunun 24-də olacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu verib. Onun sözlərinə görə, iclasda ümumilikdə 20 məsələnin müzakirəsi nəzərdə tutulub. “Bunlar arasında Gömrük Məcəlləsinin təsdiq edilməsi barədə qanun layihəsi, “İcbari sığorta haqqında” qanun layihəsi, “Məhkəmələrin fəaliyyəti barədə informasiya əldə etmək haqqında” qanun layihəsi, “Prokurorluq haqqında” qanuna dəyişikliklərin edilməsi, “Nəqliyyat haqqında” qanuna dəyişikliklərin edilməsi, “İcra haqqında” qanuna dəyişikliklərin edilməsi, “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklərin edilməsi, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanuna dəyişikliklərin edilməsi və sair məsələlər var” - deyə A.Təvəkküloğlu vurğulayıb. O, həmçinin əlavə edib ki, müzakirə olunacaq məsələlər arasında Avropa Lantşaft Konvensiyasının təsdiq edilməsi və Azərbaycan- Marakeş Krallığı arasında bir sıra sənədlərin təsdiq edilməsi də var.
|
20.06.11 Məqaləni oxumaq
|
|
|
14-cü TÜRKSOY Opera Günləri keçiriləcək
|
Cari ilin 19-29 iyun tarixlərində Türkiyənin Mersin, Girnə və İstanbul şəhərlərində XIV TÜRKSOY Opera Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, Opera günləri çərçivəsində konsertlərin iyunun 22-də Mersində, 24-26-da Girnədə, 28-də isə İstanbulda keçirilməsi planlaşdırılıb. Məşhur tatarıstanlı şair Abdullah Tukayın 125 illik yubileyinə həsr olunacaq tədbirlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Krım, Xakasiya, Şimali Kipr, Başqırdıstan, Tatarıstan, Moldovanın Qaqauz Yerindən 13 sənətçi iştirak edəcək.
Qeyd edək ki, TÜRKSOY Baş Katibliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan opera sənətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olan, "Koroğlu" operasında Nigar, "Şah İsmayıl" operasında Gülzar, "Traviata" operasında Violetta və başqa partiyaları böyük uğurla ifa etmiş İlahə Əfəndiyeva təmsil edəcək.
|
18.06.11 Məqaləni oxumaq
|
|
|
ABŞ Zəvahiridən çəkinmir
|
Ağ evin mətbuat katibi Cey Karni bildirib ki, «Əl-Qaidə»nin yeni lideri qismində Ayman əz-Zəvahirinin namizədliyinin irəli sürülməsi onlar üçün gözlənilməz deyildi. Cey Karninin sözlərinə görə, bu təşkilatla münasibətdə Barak Obama administrasiyasının yürütdüyü siyasət elə əvvəlki tək olduğu kimi qalır. «KƏLAMİNFO» «İTAR TASS»a istinadən xəbər verir ki, Ağ ev nümayəndəsi, həmçinin deyib ki, «Əl-Qaidə»nin ideologiyası artıq məğlub olub və Zəvahirinin qruplaşmaya başçı kimi təyin edilməsi bu vəziyyəti dəyişə bilməz.
Bu arada Pentaqon şefi Robert Qeyts isə «Əl-Qaidə» terror təşkilatına yeni rəhbərin seçilməsinin təşkilatın fəaliyyətini gücləndirməyəcəyini bəyan edib. Pentaqon rəhbəri bunun Zəvahirinin Üsamə Bin Laden qədər xarizmatik olmaması ilə əlaqələndirib.
|
18.06.11 Məqaləni oxumaq
|
|
|
Həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı iş aparılır
|
Azərbaycanda həkimlərə dövlət qulluqçusu statusunun şamil olunması çox vacib haldır. Hazırda bu sənəd üzərində Səhiyyə və Ədliyyə nazirliklərində birgə iş aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.
O, qeyd edib ki, dövlət qulluğunda çalışanların 65 yaş həddi ilə bağlı Səhiyyə Nazirliyində müvafiq iş gedir. “Hazırda bununla bağlı qanun mövcuddur və onun mexanizmləri işlənib hazırlanır. Səhiyyə Nazirliyində müəyyən tibb mütəxəssisləri var ki, onların yaşı 65-dən yuxarıdır. Lakin onlar kifayət qədər iş təcrübəsinə və potensiala malikdirlər”,-deyən nazir bu mütəxəssislərin iş fəaliyyətindən yararlanacaqlarını söyləyib. Onun sözlərinə görə, elə tibb mütəxəssisləri də var ki, onların yaşı 65-i keçməsi ilə bərabər, iş təcrübələrini də itiriblər. O.Şirəliyev həmin şəxslərin yüksək təminatla təqaüdə göndəriləcəyini deyib.
|
18.06.11 Məqaləni oxumaq
|
|
|
YAP Silahlı Qüvvələrə Yardım Fonduna 25 min manat köçürüb
|
Yeni Azərbaycan Partiyası Mədəniyyət Mərkəzində (keçmiş Şəhriyar adına saray) 15 İyun – Milli Qurtuluş Günü münasibətilə və “Silahlı Qüvvələrə Yardım Fondu”na dəstək məqsədilə xeyriyyə konserti keçirib. “KƏLAMİNFO” xəbər verir ki, konsertdə YAP üzvü olan tanınmış sənətçilərdən Xalq artisti Faiq Ağayev, Elza Seyidcahan, Ədalət Şükürov, Nadir Qafarzadə, Aygün Bəylər, Nura Suri, Maestro Ceyhun, Elnur Hüseynov, Sevda Yəhyayeva, Samir Dərgah və digərləri tamaşaçılar qarşısında çıxış ediblər.
YAP sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov partiyanın təşkil etdiyi xeyriyyə konsertinin məqsədi barədə məlumat verib.
Tədbirdə Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər, KİV nümayəndələri iştirak ediblər. Qeyd edək ki, xeyriyyə konsertindən toplanan 25 min manat vəsait «Silahlı Qüvvələrə Yardım Fondu»na keçirilib.
|
18.06.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan BMT arenasında: risklər az deyil
|
Son illər Azərbaycanın regional sferada siyasi və iqtisadi nüfuzunun artması ölkəni dünya miqyasında da cəlbedici edib. Bu, Bakıya iri beynəlxalq təşkilatlarda söz demək imkanı yaradır ki, bundan da istifadə etmək demək olar ki, tarixi missiyaya çevrilib. Məhz bu amildən irəli gələrək Azərbaycan 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 15 qeyri-daimi üzvündən birinə çevrilmək layihəsini irəli sürüb. Xarici işlər naziri Elmar Məmmədyarovun bu yaxınlarda ABŞ-a səfərinin və Birləşmiş Ştatlarda keçirdiyi görüşlərinin əsas qayələrindən birini məhz bu mövzu təşkil edib. Bakının bu bəyanatından sonra xarici mətbuatda bu mövzu əsas müzakirə obyektlərindən birinə çevrilib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov “KƏLAMİNFO”ya bildirib ki, səfər zamanı nazir E.Məmmədyarov Azərbaycanın yeni istəyi ilə bağlı artıq BMT baş katibi ilə müzakirə aparıb. Onun sözlərinə görə, hətta nazir bununla bağlı İslam Konfransı Təşkilatına üzv ölkələrin BMT-dəki təmsilçiləri ilə bir araya gəlib.
|
18.06.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 6 7 8 9 10 11 12 13 14 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|