Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2011
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Azərbaycanın Avropa İttifaqına üz qəbul olunması müzakirə mövzusu deyil
    Azərbaycanın Avropa İttifaqına üz qəbul olunması hələ müzakirə mövzusu deyil. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Valeh Ələsgərov bildirib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll olunmadan Azərbaycanın Avropa İttifaqına qəbul olunma məsələsi qaldırıla bilməz. Qurumun qarşı tərəfdən olan həmsədri Milan Kabrnox isə bildirib ki, bununla bağlı Azərbaycanın fəaliyyəti, yaşadığı stüasiya yaxından izlənilir. Onun sözlərinə görə, buna gələcəkdə baxıla bilər. O, həmçinin bildirib ki, Dağlıq Qarbağ problemi tezliklə həll olunmalıdır, çünki bu problemin həlli bütün regionun inkişafı üçün şərtdir. Eyni zamanda o qeyd edib ki, münaqişə Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığını genişləndirməyə sədd qoymur.
    21.06.11 Məqaləni oxumaq
     
    Rusiyada təyyarə qəzasında 44 nəfər öldü
    Rusiyanın qərb bölgəsində sərnişin təyyarəsinin düşməsi nəticəsində 44 nəfər ölüb, 8 nəfər ağır bədən xəsarəti ilə xəstəxanaya köçürülüb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, təyyarə qəzasının səbəbi hələ tam aydınlaşdırılmasa da, ilkin versiyalara görə, faciəyə səbəb əlverişsiz hava şəraiti olub. Petrozavodsk aeroportunun müdiri Aleksey Kazmitskinin “İnterFax”-a verdiyi açıqlamada təyyarənin enişə keçərkən qalın bir duman qatına düşdüyünü bildirib.
    21.06.11 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyəti Koreyada səfərdə olub
    Prezident Administrasiyasının nümayəndəsi Tağı Tağıyev və respublikanın Ağcabədi, Bərdə, Tərtər, Culfa rayonları, eləcə də Bakının Xəzər, Nəsimi, Binəqədi, Yasamal rayonlarının icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyəti Koreyada səfərdə olub. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Koreyanın Çunqçeonq əyalətində yerləşən Asan və Boryeonq şəhərləri, eləcə də paytaxt Seulun ətrafında yerləşən Seonqnam, Suvon, Kvaçeon, Anyanq şəhərlərinin rəhbərləri ilə görüşlər keçirərək iki ölkənin yerli icra hakimiyyətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.
    21.06.11 Məqaləni oxumaq
     
    Ramil Həsənov Astanaya səfər edəcək
    İyunun 27-dən iyulun 1-ə qədər Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TürkPA-dan veriblər. Səfər çərçivəsində TürkPA Baş Katibinin İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirakı nəzərdə tutulub. 56 ölkənin xarici işlər nazirlərinin iştirak edəcəyi sessiyada R.Həsənovun TürkPA-nın fəaliyyəti, həmçinin TürkPA-nın İKT və İKT PA arasında əməkdaşlığı mövzusunda çıxışı planlaşdırılır. TürkPA baş katibinin eyni zamanda Qazaxıstan xarici işlər naziri Yerjan Kazıxanov və Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü nəzərdə tutulur.
    21.06.11 Məqaləni oxumaq
     
    Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Hərbi Akademiyasının komandanı Azərbaycandadır
    Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Hərbi Akademiyasının (Kara Harp Akademisi) komandanı, general-leytenant Mətin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. “KƏLAMİNFO” xəbər verir ki, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. General M.Gürakın, həmçinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, hərbi məktəblər, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarda da görüşlər keçirəcəyi gözlənilir.
    21.06.11 Məqaləni oxumaq
     
    KƏLAMNAMƏ
    Sənə söz də yazdım, zaman da verdim,
    Yamansan, yaxşını yaman bilərsən.
    Ağa kəramətin, ağsaqqal sözün,
    Sənə göstərəndə zaman, bilərsən.
    21.06.11 Məqaləni oxumaq
     
    QƏZƏLLƏR
    Gözlərin heyranıyam qoyma məni yana-yana,
    Nazını az eləmə, qoy qara bəxtim oyana.
    Niyə göstərdi mənə sən kimi nazlı sənəmi,
    Hicridə qoydu dəxi, mən bu yana, sən o yana.
    21.06.11 Məqaləni oxumaq
     
    İSLAMDA BİRLİK VƏ BƏRABƏRLİK
    İslam dini daim insanların və cəmiyyətin tərəqqisinə xidmət edir. Bu xidmət qiyamət gününə qədər davam edəcək. Qurani-Kərimdə buyuralur: "Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən aynlmaym! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənannda ikən O sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydmlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasımz." (Ali-İmran surəsi, 103-cu ayə) Ayəi-şərifədəki "ip" müxtəlif mənalara yozulur. Alimlərin bir qismi onu Quran, bir qismi İslam, bəziləri də Peyğəmbər əhli-beyti-əimməiləri (əimməi-məsum, günahsız Peyğəmbər ailəsini) nəzərdə tuturlar.
    21.06.11 Məqaləni oxumaq
     
    Açıq məktub. İnsaf dinin yarısıdır
    Bu sözləri din adamlanndan, ixtiyar kişilərdən həmişə eşidərdim. Mərhum atam bu ifadəni eşidəndə dərhal deyərdi: "Deyirlər insaf dinin yarısıdır, mən deyərdim insaf dinin hamısıdır. Bu açıq məktubda mən rəhmətlik atamın sözünü bir daha təsdiq etmək istəyirəm. Bəli, insaf dinin hamısıdır". Hədisi-Qudsidə deyilir: "Hər bir şey üçün bir hədd, bir ölçü var. Allahın da öz həddləri vardır". Səbrin də bir həddi, bir doyumu vardır. Əlbəttə səbr kasası dolandan sonra heç şübhəsiz ki, daşmalıdır. Bəli artıq səbr kasası daşır. Daha dözmək olmur. A kişilər iyirmi il də dözmək olar?! Özüdəki nəyə?!  
    21.06.11 Məqaləni oxumaq
     
    Dövlət Kukla Teatrı 21-ci olmağa hazırlaşır
    Bu il Bakıda Beynəlxalq Kukla Teatrı Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, festivala hazırlıq işləri aparılır. Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən dəvət olunan 25 ölkə festivala qatılarsa və uğurla baş tutarsa, Azərbaycan Beynəlxalq Kukla Teatrları Assosiasiyasına üzv qəbul olunacaq. Xatırladaq ki, 1966-cı ildə amerikalı prodüser Cim Henson tərəfindən yaradılan Assosiasiyanın üzvlüyündə 20 ölkə var.
    21.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « İyun.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930