|
Səhifələr : # 20 21 22 23 24 25 26 27 28 #
Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda iştirak edib
|
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov Estoniyanın Tallin şəhərində “Şərq tərəfdaşlığı – kibercinayətkarlığa qarşı kooperasiya” (CyberCrime@EAP) beynəlxalq konfransında iştirak edib. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Avropa Şurası və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının dəstəyi ilə təşkil olunmuş konfrans iştirakçıları kibercinayətkarlıqla mübarizə sahəsində effektiv tədbirlər, eləcə də bu istiqamətdə “Şərq tərəfdaşlığı” proqramına üzv-ölkələr arasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetiriblər.
Tədbirdə Estoniya tərəfi kibertəhlükəsizliyin təmin olunması sahəsində öz təcrübəsi ilə bölüşüb. Avropa Şurasının ekspertləri tərəfindən isə kibertəhlükəsizliklə mübarizə mövzusunda təqdimatlar nümayiş etdirilib.
|
04.06.11 Məqaləni oxumaq
|
|
|
Çingiz Abdullayev: “Axmaq sensasiyalarla və ya kimisə təhqir etməklə kitab yazmaq olmaz”
|
«Mən yazıçıları pislərə və yaxşılara bölmürəm, mən onları yaza bilənlərə və yaza bilməyənlərə bölürəm». Bunu “KƏLAMİNFO”ya müsahibəsində Yazıçılar İttifaqının katibi, yazıçı Çingiz Abdullayev bildirib.
Çingiz Abdullayev Yazıçılar İttifaqına qarşı «qruplaşma» yaradan və özünü postmodernist adlandıran gənc yazıcılara da münasibət bildirib: «Axı sensasiya, söyüşlə və ya axmaq yazı yazanda sən nə qazanırsan? Yazıçı o adamdır ki, kitab yaza bilir və bu kitab oxucuları cəlb edir. Mən deyə bilmərəm ki, onların çoxu belə yazıçıdır. Biri özünü söyür, o birisi başlayır Füzulini, ya Mirzə Cəlili təhqir etməyə. Bir yazıçımız var idi, başlamışdı Səməd Vurğunun əleyhinə yazı yazmağa. Təbii ki, biz Yazıçılar İttifaqında yığışıb onu ittifaqdan xaric etdik. Sonra başladı bizi təhqir etməyə.
|
03.06.11 Məqaləni oxumaq
|
|
|
Peruda spirtli içkilərin satışı qadağan olunub
|
Peruda iyunun 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində spirtli içkilərin satışını qadağan edən qanun qüvvəyə minib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, qanun bu gün saat 24.00-dan, birinci gün saat 12.00-a kimi qüvvədə olacaq. Seçkilər haqqında qanunun 390-cı maddəsinə uyğun olaraq alkoqollu içkilərin satışı barlarda, restoranlarda, diskoteka, kafe, bar və mağazalarda qadağan edilib. Bu qanunu pozan sahibkarlar 640 dollar cərimə olunurlar.
Qanunun yerinə yetirilməsini 10 insan izləyəcək. Peru hakimiyyət orqanları vətəndaşları qanuna əməl etməyə çağırıblar.
|
03.06.11 Məqaləni oxumaq
|
|
|
X Respublika Universiadasında 1450 tələbə öz gücünü sınayıb
|
Ali təhsil məktəb tələbələrinin X Respublika Universiadası qalibləri mükafatlandırıldı. “KƏLAMİNFO” xəbər verir ki, X Respublika Universiadası idmanın 10 növü üzrə keçirilib. Gənclik Tələbə İdman Cəmiyyətinin sədri Tofiq Xanəliyev yarışlarda 21 ali məktəb tələbələrinin iştirak etdiyini deyib. Onun sözlərinə görə, yarışda 1450 tələbə öz gücünü sınayıb. “Mübarizəyə qoşulanlardan 528 nəfəri zərif cinsin nümayəndələridir. Yarışmada ilk pillədə Tibb Universiteti yer alıb. İkinci və üçüncü yerlərdə isə İdman Akademiyası və İqtisad Universiteti qərarlaşıb”,-deyə o qeyd edib.
Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev ölkə başçısının tövsiyələrini həyata keçirmək üçün gənclər arasında müntəzəm olaraq müxtəlif idman tədbirlərinin həyata keçirildiyini söyləyib. O, Respublika Universiadasının 1993-cü ildən başlayaraq iki ildən bir keçirildiyini vurğulayıb.
|
03.06.11 Məqaləni oxumaq
|
|
|
Rusiya ali məktəblərinin boş qalan yerlərinə qəbul imtahanı iyunun 11-i keçiriləcək
|
Azərbaycan vətəndaşları üçün Rusiya ali məktəblərində boş qalan yerlərə qəbul imtahanları iyunun 11-də keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, may ayında keçirilmiş imtahanların nəticələrinə görə, azərbaycanlılar üçün ayrılmış plan yerindən 11-i boş qalıb. “Abituriyentlər boş qalmış yerlərə ərizələrini Azərbaycanın Rusiyadakı diasporuna və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə təqdim edirlər. Bizdə olan məlumata görə, artıq boş qalan yerlərə 150 ərizə daxil olub” - deyə TQDK sədri vurğulayıb.
|
03.06.11 Məqaləni oxumaq
|
|
|
Dövlət orqanları etik davranış qaydaları haqda hesabatı müzakirə etmir
|
Dövlət orqanları etik davranış qaydalarının icra vəziyyəti haqqındakı hesabatlarını əvvəlcə müzakirə etməli, sonra isə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (DQMK) təqdim etməlidirlər. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri DQMK-nın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rauf Məcidbəyli söyləyib.
“Dövlət orqanlarına öhdəlik qoyulub ki, hər il həmin qurumun daxilindəki etik mədəniyyətin nəticələrini əks etdirən hesabat hazırlayaraq DQMK-ya təqdim etsinlər.
|
03.06.11 Məqaləni oxumaq
|
|
|
|
Elmar Məmmədyarov Robert Bradke ilə görüşüb
|
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Vaşinqtonda Minsk Qrupunun ABŞ tərəfdən həmsədri Robert Bradke ilə görüşüb. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, görüş zamanı Ermənista-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib.
Səfər çərçivəsində E.Məmmədyarov region üzrə tanınmış mütəxəssislər – Brookinqs İnstitutunun (Brookings İnstitute) ABŞ və Avropa Mərkəzinin Direktoru xanım Fiona Hill, Corc Vaşinqton Universitetin Avropa, Rusiya və Avrasiya tədqiqatları üzrə Direktor müavini Kory Velt, Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının aparıcı tədqiqatçısı Tomas de Val, Ceymstaun Fondunun direktoru Qlen Hovard ilə görüşüb.
|
03.06.11 Məqaləni oxumaq
|
|
|
ABŞ Xəzərin enerji daşıyıcılarının «Cənub dəhlizi» vasitəsilə daşınmasını tam şəkildə dəstəkləyir
|
ABŞ administrasiyası Xəzər regionundan çıxarılan enerji daşıyıcılarının «Cənub dəhlizi» vasitəsilə Avropaya daşınmasını tam şəkildə dəstəklədiyini bildirib. ABŞ-ın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Nümayəndələr Palatasının Xarici Əlaqələr üzlə Alt Komitəsinin iclasında bildirib ki, hazırda üç konsorsium «Şahdəniz» yatağından çıxarılan qazın Avropaya çatdırılmasında bir-biri ilə rəqabət aparır. «KƏLAMİNFO» «Röyters»ə istinadən xəbər verir ki, bu layihə üzrə yekun investisiya qərarı ilin sonuna kimi çıxarılmalıdır. Morninqstar qeyd edib ki, Vaşinqton enerji daşıyıcılarının Avropaya daşınmasında İranın iştirakının əleyhinə olsa da, İran kompaniyalarına qarşı tətbiq edilən sanksiyalar bu ölkəyə əl verir. «Əgər İran kompaniyalarına qarşı sanksiyalar tətbiq edilsə, bu, “Şahdəniz” layihəsinə də təsir edəcək. Axı layihədə İran tərəfinin 10 faiz payı var. Bu sanksiyalardan udan isə İran olacaq. Belə ki, Tehran Avropaya çatdırılacaq əsas mənbənin qarşısını ala bilər» - deyə o bildirib.
|
03.06.11 Məqaləni oxumaq
|
|
|
Norveç Krallığının vəliəhdi Azərbaycana səfər edəcək
|
Norveç Krallığının vəliəhdi Əlahəzrət Hookon iyunun 6-da Azərbaycana səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Norveçin Azərbaycandakı səfirliyindən veriblər. Səfərin məqsədi Bakıda keçiriləcək ənənəvi neft və qaz sərgisində iştirak etməkdir. Vəliəhdi bu səfərdə Norveçin neft və energetika naziri Ola Borten Moe, xarici işlər naziri Espen Barth Eide və bir sıra iş adamları müşayiət edəcək. Səfərdə vəliəhdin və nümayəndə heyətinin digər üzvlərinin prezident İlham Əliyev, hökumət nümayəndələri, biznes və vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqları nəzərdə tutulub.
Norveçin nümayəndə heyəti iyunun 7-də jurnalistlər üçün geniş mətbuat konfransı keçirəcək.
|
03.06.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 20 21 22 23 24 25 26 27 28 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|