Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2011
    Səhifələr : #  23 24 25 26 27 28 29 30 31  #
    “Onun ürəyi” uşaqlara bayram hədiyyəsi olacaq
    Azərbaycan kinosunda çoxdandır müraciət olunmayan müzikl janrında film çəkilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verdiyi məlumata görə, yeni film uşaqlar üçün nəzərdə tutulub və 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günündə Teatr Xadimləri İttifaqının Tamaşa zalında təqdim olunacaq. Xatırladaq ki, “Onun ürəyi” bədii-musiqili nağıl filmində kompyuter qrafikasından geniş istifadə olunub. Qeyd edək ki, təqdimatı bu gün saat 19:00-da nəzərdə tutulan filmin quruluşu Samir Kərimoğluna, musiqisi Vüqar Camalzadəyə aiddir. Baş rollarda Murad Abdullayev, Aysel İbrahimova və Aygün Rəhimova çəkilib. Təkcə filmin nümayişi ilə məhdudlaşmayacaq tədbirdə təşkilatçılar tərəfindən uşaqlar üçün bir neçə sürpriz də hazırlanıb.
    01.06.11 Məqaləni oxumaq
     
    “Təbəssüm” Ukraynada xüsusi diplomlara layiq görülüb
    Ukraynanın Kiyev şəhərində keçirilən “Günəşli şabalıd” II Beynəlxalq Xeyriyyə Festivalına Azərbaycan rəqsi də qatılıb. Musiqili Komediya Teatrından “KƏLAMİNFO”ya verilən xəbərə görə, “Paytaxt günləri” çərçivəsində “Vitaminlər” rəqs qrupunun təşkilatçılığı ilə keçirilən festivalda ölkəmizi teatrın nəzdində fəaliyyət göstərən “Təbəssüm” rəqs qrupu təmsil edib. Beş xarici ölkənin qatıldığı festivalın açılışı İvan Franko adına Dram Teatrında olub. Azərbaycan Milli rəqslərini ifa edən istedadlı rəqqaslarımız bu mötəbər festivalda etimadı doğruldaraq Ukrayna Mədəniyyət Nazirliyi, Kiyev şəhər meri və “Xoreoqrafiya birliyi”nin xüsusi diplomlarına layiq görülüb. Xatırladaq ki, bu layihə Ukrayna Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhər merinin rəsmi tədbirləri silsiləsinə, eyni zamanda Kiyev günləri proqramına daxildir.
    01.06.11 Məqaləni oxumaq
     
    “Facebook” “Google” ilə əməkdaşlıqdan imtina etdi
    “Google” korporasiyasının baş direktoru Arik Şmidt bəyan edib ki, onun kompaniyası “Facebook” sosial şəbəkəsi ilə əməkdaşlıq əlaqəsi yaratmağa cəhd göstərsə də, onların bu istəyi uğursuzluğa düçar olub. Şmidtin sözlərinə görə, kompaniyanın nümayəndələri San-Fransiskoda keçirilən konfrans gedişində görüşüblər. «KƏLAMİNFO»nun «MIGnews.com»a istinadən yaydığı məlumatda göstərib ki, bütün təklif olunan variantlara baxmayaraq, “Facebook” əməkdaşlıqdan imtina edib və «Google»-a özünün məlumat bazası barədə məlumat verməkdən imtina edib: «Biz “Facebook”la əməkdaşlıq üçün əlimizdən gələn hər şeyi etdik. Lakin onlar müqaviləyə bağlamağa hazır deyillər». Baş direktor sövdələşmənin detalları barədə dəqiqləşmə aparmaqdan imtina edib. Şmidt əlavə edib ki, “Google” biznes sahəsində əməkdaşlığa inanır və digər kompaniyaların alınması və yaxud onlarla birləşmək niyyətində deyil.
    01.06.11 Məqaləni oxumaq
     
    Moldovanın keçmiş prezidentinin nəvəsi azərbaycanlı ilə ailə quracaq
    Moldovanın keçmiş prezidenti Vladimir Voroninin nəvəsi Yekaterina azərbaycanlı ilə ailə həyatı qurmağa hazırlaşır. «KƏLAMİNFO»nun «Komsomolskaya pravda»ya istinadən yaydığı məlumatda göstərilib ki, məlumatı Voroninin özü də təsdiqləyib. Lakin o, 20 yaşlı nəvəsi ilə qohum olacaq azərbaycanlının adını açıqlamaq istəməyib. Təsdiq olunmamış məlumatlara görə, toy iyul ayında Bakıda keçiriləcək. Az əvvəl beynəlxalq mətbuat Voroninin nəvəsinin MDB ölkələrindən birinin vətəndaşı ilə ailə həyatı quracağı barədə məlumat yaymışdı. KİV-in yaydığı məlumata görə, Yekaterinanın atasının varidatı 1 mlrd. dollar civarında qiymətləndirilir.
    01.06.11 Məqaləni oxumaq
     
    Mladiç Haaqaya ekstradisiya edilib
    Serbiyanın Ədliyyə Nazirliyi bildirib ki, general Radko Mladiç mayın 31-də axşam Haaqaya ekstradisiya edilib. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, günün əvvəlində Serbiya məhkəməsi Bosniya müharibəsi generalı Radko Mladiçin Haaqa Beynəlxalq Tribunalına ekstradisiyasına qarşı verilən şikayəti təmin etməyib.
    01.06.11 Məqaləni oxumaq
     
    İranın müdafiə naziri qovuldu
    İranın müdafiə naziri Əhməd Vahidi Boliviyadan qovulub. “KƏLAMİNFO” Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, Boliviya müdafiə nazirinin dəvətilə Cənubi Amerikaya səfər edən iranlı nazirdən ölkəni tərk etmək xahiş olunub. Boliviyanın xarici işlər naziri Argentina hökumətindən üzr istəyərək iranlı nazirin tezliklə ölkəni tərk edəcəyini əlavə edib. Buna səbəb 1994-cü ildə Argentinada yəhudi mərkəzinə hücumu iranlı nazirin təşkil etdiyi bildirilir. Xatırladaq ki, həmin hücumda 85 nəfər həlak olub.
    01.06.11 Məqaləni oxumaq
     
    Stepan Safaryan: «Ermənistan-Rusiya münasibətləri elə də strateji əhəmiyyət kəsb etmir»
    «Soçidə Andranik Ohanyanın heykəlinin sökülməsi nümayiş etdirdi ki, Ermənistan-Rusiya münasibətləri çox ciddi şəkildə rekonstruksiyaya ehtiyac duyur». «KƏLAMİNFO»nun məlumatına görə, bunu Ermənistanın «İrs» fraksiyasının rəhbəri Stepan Safaryan «ARMENIA Today»ə müsahibəsində bildirib. Fraksiya rəhbəri abidənin sökülməsi ilə bağlı yaranmış vəziyyəti şərh edərək bildirib ki, bütün problem ondadır ki, Ermənistan-Rusiya münasibətləri elə də strateji əhəmiyyət kəsb etmir. “Əgər münasibətlər həqiqətən də strateji önəm daşıyırdısa, onda biz bu cür problemlərlə üzləşməzdik» - deyə o əlavə edib.
    01.06.11 Məqaləni oxumaq
     
    İltimas Məmmədov Türkiyədə konfransda iştirak edəcək
    Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov 2-3 iyun tarixlərində İstanbulda (Türkiyə) Qara dəniz və Xəzər hövzəsi ölkələrinin rabitə sahəsi üzrə tənzimləyici qurumların 6-cı Qara Dəniz və Xəzər Tənzimləyici Konfransında (6th Black Sea and Caspian Regulatory Conference) iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya RİTN-dən veriblər. Sözügedən regionların rabitə sahəsi üzrə tənzimləyici qurumların rəhbərlərinin iştirakı ilə keçiriləcək tədbir Türkiyə Telekommunikasiya Qurumu (TTQ) tərəfindən təşkil olunur və bu dəfə “Rəqəmsal şəhərlərə keçid: stasionar-mobil genişzolaqlı rabitə üzrə təcrübələr, istiqamətlər” mövzusuna həsr edilir.
    01.06.11 Məqaləni oxumaq
     
    Jurnalist qadınlar bəyanat verdilər
    Azərbaycanda qadın jurnalistlər və yazarlar bir günlük peşələrindən imtina edib. Buna səbəb 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların öldürülməsinə, təzyiqə məruz qoyulmasına, uşaq hüquqlarının tapdanmasına etirazdır. “KƏLAMİNFO” xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə keçirilən tədbirdə 50-dən çox xanım jurnalist və yazar iştirak edib. BMM-də reallaşdırılan aksiyada çıxış edərkən AJQA rəhbəri Sevil Yusifova ölkənin aparıcı KİV-lərinin tədbirə dəstək verdiyini və bundan məmnun olduğunu diqqətə çatdırdı. Day.az xəbər portalının baş redaktoru Sevda İlhamqızı Azərbaycanın qadın jurnalistlərinin uşaqların bayram günündə bəd notlardan danışmalı olmalarından təəssüf hissi keçirdiyini bildirdi: “Təəssüf ki, biz müharibə şəraitində yaşadığımız üçün buna məcburuq. Bu gün biz öz dərdlərimizi həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdırmaq fürsəti qazanmışıq”.
    01.06.11 Məqaləni oxumaq
     
    Gövhər Baxşəliyeva Şərq aləmində baş verən proseslərin Azərbaycana təsirindən danışıb
    “Hesab edirəm ki, müasir Şərq aləmində, xüsusən ərəb ölkələrində baş verən proseslər bilavasitə Azərbaycana təsir göstərə bilməz”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı AMEA Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva söyləyib. Hər ölkənin öz problemi olduğunu xatırladan şərqşünas alim həmçinin qeyd edib ki, Azərbaycan əhalisi ərəb ölkələrinin əhalisi ilə müqayisədə həm intellektual, həm də mədəni və gündəlik yaşayış baxımından qat-qat yüksəkdə durur: “Ərəb aləminin iqtidarında son illər bir qədər ətalət hökm sürürdü.
    01.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  23 24 25 26 27 28 29 30 31  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyun.2011
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930