Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 6.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Gələn həftə həmsədrlər regiona səfər edəcəklər
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov (Rusiya) gələn həftə regiona səfər edəcəklər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Fransa Xarici İşlər Nazirliyi yayıb. Həmsədrlər öncə Bakıya gələcəklər. Vasitəçilər daha sonra Xankəndi və İrəvana səfər edəcəklər. Vasitəçilərin səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsini təmin etməkdir.
    28.06.11 Məqaləni oxumaq
     
    “Mozalan” kinojurnalı üçün ssenari müsabiqəsinin qalibləri müəyyənləşib
    “Mozalan” kinojurnalı üçün ssenari müsabiqəsinin qalibləri bəlli olub. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqənin əsas məqsədi “Mozalan” kinojurnalına ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirmək və kino-dramaturgiyanın bu növünə yeni qüvvələr cəlb etmək olub. Xatırladaq ki, nazirliyin 2011-ci il mayın 1-dək keçirdiyi müsabiqədə professional kino-dramaturqların və digər müəlliflərin müasir həyatımızın problemlərini əks etdirən, 2-4 dəqiqəlik bədii süjet üçün nəzərdə tutulan ssenariləri təqdim olunub. Müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən “Mozalan” kinojurnalı üçün ssenari müsabiqəsinin üç qalib ssenarisi təsdiq edilib. 1-ci yerə Rüfət Məlikovun yazdığı “Ağıllı” və ya “Nağdsız haqq-hesab”, 2-ci yerə Elçin Musaoğlunun “Lift”, 3-cü yerə isə Lalə Abbasovanın qələmə aldığı “Heyvanlar aləminə səyahət” ssenariləri layiq görülüb. Qeyd edək ki, Münsiflər Heyətinin müəyyən etdiyi qalib ssenarilər “Mozalan studiyasında çəkildikdən sonra onların müəlliflərinə mükafat olaraq qonarar veriləcək.
    28.06.11 Məqaləni oxumaq
     
    Qəddafinin həbsinə order verilib
    Beynəlxalq Haaqa Məhkəməsi Liviya lideri Müəmmər Qəddafinin həbsinə order verib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Haaqa məhkəməsinin prokuroru Luis Moreno-Okamponun müraciətinə əsasən, Müəmmər Qəddafinin oğlu Seyf-əl-İslamın və Liviyanın kəşfiyyat rəisi Abdulla Sənussinin həbsinə dair də order verilib. Qeyd edək ki, ittihamçı Luis Moreno-Okampo polkovnik Qəddafinin ilə bağlı may ayında məhkəməyə müraciət etmişdi.
    28.06.11 Məqaləni oxumaq
     
    TQDK abituriyentləri xəbərdar etdi
    Cari tədris ili üçün Azərbaycanda buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək attestat alan 54 min 400 abituriyentin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən Sənəd Qəbulu Komissiyasında (SQK) attestat məlumatlarını təsdiqlətmələrinə ehtiyac olmayacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Artıq Təhsil Nazirliyi tərəfindən keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair məlumat bazası TQDK-a təqdim olunub. Bu məlumatlar əsasında bu il orta ümumtəhsil müəssisələrini bitirən abituriyentlərin attestat məlumatları Komissiya tərəfindən onların elektron ərizələrinə daxil edilib. Mərkəzləşdirilmiş buraxılış imtahanlarına cəlb olunmayan, elektron ərizə doldurarkən şagird kodunu yanlış qeyd edən və ya ümumiyyətlə qeyd etməyən abituriyentlər SQK-da attestat məlumatlarını təsdiqlətməli olacaqlar. Belə abituriyentlərin sayı təxminən 6 min 300 nəfərdir. Həmin abituriyentlərin imtahana buraxılış vərəqələri saytda yerləşdirilməyəcək və onlar iş nömrələrini və şifrlərini həmin səhifəyə daxil etdikdə ekranda bu barədə xəbərdarlıq elanı görünəcək. Həmin abituriyentlər attestatlarını elektron ərizələrini təsdiq etdirdikləri SQK-ya təqdim edib attestat məlumatlarını təsdiqlətdikdən sonra “İmtahana buraxılış vərəqəsi”i çap edə biləcəklər.
    28.06.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Azərbaycanın status məsələsi ilə bağlı mövqeyi çox səxavətli idi”
    “Prezidentlərin digər görüşündə olduğu kimi Kazan görüşündə də uğursuz nəticəni Azərbaycanın üstünə yıxmaq düzgün deyil. Çünki Azərbaycan prezidenti hər dəfə olduğu kimi bu dəfə də görüşqabağı Dağlıq Qarabağa ən yüksək statusun verilməsinin tərəfdarı olduğunu bildirmişdi”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq deyir ki, budəfəki görüşqabağı Azərbaycanın vəd verdiyi status məsələsi ermənilər üçün ən böyük status sayılır. “Bir vaxtlar mərhum prezident Heydər Əliyev də Dağlıq Qarabağdakı ermənilərə muxtariyyətlə bağlı çox böyük təklif verib. Yəni Dağlıq Qarabağa Tatarıstanın statusu kimi status. Şəxsən mən o vaxt bunun əleyhinə olmuşam.
    28.06.11 Məqaləni oxumaq
     
    İslam Konfransı Təşkilatının adı dəyişdirilib
    İslam Konfransı Təşkilatının adı dəyişdirilib. Təşkilat bu gündən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adlandırılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Astanada keçirilən İKT Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasının sədri Yerjan Kazıxanov bildirib. Bundan başqa, o, təşkilatın yeni emblemini də təqdim edib.
    28.06.11 Məqaləni oxumaq
     
    Ombudsman Aparatında Milli preventiv qrup yaradılacaq
    Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatında Milli preventiv qrup yaradılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) haqqında” qanuna edilən əlavə və dəyişikliklərdə nəzərdə tutulub. Dəyişikliklərdə qeyd olunur ki, bu qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında Milli preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxs Milli preventiv qrupun üzvü təyin oluna bilər. Milli preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin olunurlar.
    28.06.11 Məqaləni oxumaq
     
    III ixtisas qrupunun abituriyentləri iyunun 27-dən imtahana buraxılış vərəqələrini çap edə biləcəklər
    Təhsil Nazirliyi məzunların attestat qiymətlərini elan edib və orta məktəb məzunlarının builki bazası bu gün axşam TQDK-ya təqdim ediləcək. Beləliklə, III ixtisas qrupunun imtahanlarında iştirak edən abituriyentlər iyunun 27-dən imtahana buraxılış vərəqələrini çap edə biləcəklər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. “Attestat bazası bu gün təqdim edilsə, komissiya bu ilin məzunlarının attestat qiymətlərini abituriyentlərin elektron ərizələrinə daxil edə biləcək. Əvvəlki illərin məzunlarının ərizələrinə attestat qiymətləri daxil edildiyi üçün onların elektron ərizələri artıq təsdiqlənib” - deyə M.Abbaszadə söyləyib.
    25.06.11 Məqaləni oxumaq
     
    Üsyançılar Tripolidəki Qəddafi müxalifləri ilə gizli əlaqədədir
    Binqazidəki Beynəlxalq Keçid Şurasının üzvü Tripolidə rejimin çökdürülməsi haqqında gizli görüş və əlaqələrin yaradıldığını deyib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Liviyanın şərqindəkli üsyançı qruplar paytaxtdakı Qəddafi müxalifləri ilə əlaqəyə girib. Şura üzvü BBC müxbirinə verdiyi açıqlamada görüşmələrin Skype vasitəsilə aparıldığını bildirib. Üsyançıların məqsədi NATO hücumlarından sonra paytaxtdakı ab-havanı öyrənmək və buna uyğun hərəkət etməkdir. Artıq bütün qüvvələri ilə Qəddafi rejimini aşağıya çəkmək üçün hərəkətə keçən üsyançılar bununla həm də yenidən paytaxt küçələrinə qayıtmaq üçün tərəfdar toplayırlar.
    25.06.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Kazanda işgüzar səfərdədir
    Prezident İlham Əliyev Rusiya Federasiyasının Tatarıstan Respublikasınla işgüzar səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Kazanın Beynəlxalq aeroportunda Tatarıstan Respublikasının prezidenti Rustam Minnixanov və digər rəsmi şəxslər qarşılayıblar. Milli geyimli qızlar prezident İlham Əliyevə duz-çörək təqdim ediblər.
    25.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    İyun.2011
    .......
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930