|
Səhifələr : # 21 22 23 24 25 26 27 28 29 #
Sarkisyan erməni-türk protokollarına atdığı imzanı geri götürməsini istisna etmir
|
Ermənistan prezidenti Serj Sarkisyan rəsmi Yerevanın erməni-türk protokollarına atdığı imzanın geri götürülməsi imkanlarını istisna etmir. «KƏLAMİNFO»nun məlumatına görə, bunu «Qraparak» qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzetdə dərc edilən məqalədə göstərilib ki, prezident bunu qondarma erməni soyqırımının 100 illiyinə həsr olunmuş qapalı müşavirədə səsləndirib. Məlumata görə, «İrs» Partiyasının sədri Raffi Ovannisyan toplantıda prezidentdən erməni-türk protokollarına atdığı imzanı geri götürmək fikri olub-olmadığını soruşub. Sarkisyan da bununla bağlı müzakirə açmağın əleyhinə olduğunu deyib. Lakin Ovannisyan məsələnin müşavirə iştirakçıları üçün vacib əhəmiyyətli olduğunu deyib. «Mən bunu istisna etmirəm» - deyə prezident vurğulayıb. Raffi Ovannisyan «Qraparak»ın bu informasiyasını təsdiqləyib: «Bu informasiya həqiqətə uyğundur. İmzaların geri götürülməsini yaxşı start adlandırıram. Mən ümidvaram ki, hələ ki gec deyil, buna tam şəkildə cavab veriləcək».
|
03.06.11 Məqaləni oxumaq
|
|
|
Orta məktəblərdə buraxılış imtahanları başlayıb
|
Bu gündən etibarən Azərbaycanın orta məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlanılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər.
İlk imtahan bu gün Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarının orta məktəblərində keçirilir. 11-ci sinif şagirdləri üçün imtahan saat 10.00-da başlayıb və 3 saat davam edəcək. 9-cu sinif şagirdləri üçün isə saat 15.00-da başlayacaq və 1 saat yarım çəkəcək.
|
03.06.11 Məqaləni oxumaq
|
|
|
Bahar Muradova: “İran daim bizimlə münasibətdə diqqətli olmalıdır”
|
“Son günlər İran Cənubi Qafqazda Qarabağ kartı ilə fəallaşmaqla öz daxilində baş verənlərdən diqqəti yayındırmağa çalışır. Məsələn, İranda yaşayan çoxsaylı azərbaycanlılarla bağlı mövcud problemlərdən diqqəti yayındırmaq üçün Qarabağ kartı Tehran üçün vasitədir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova bildirib.
Vitse-spiker deyir ki, İranın Qarabağ döyüşləri zamanı hansı rol oynamasından hər kəsin xəbəri var və bu, heç vaxt yaddan çıxmayıb ki, indi İran ruhaniləri bunu pərdələsinlər. “İran bizimlə qonşu ölkədir və unutmamalıdırlar ki, orada bizim çoxsaylı soydaşlarımız yaşayır. İran daim bizimlə münasibətdə bunları nəzərə almalıdır, diqqətli olmalıdır” - deyə B.Muradova vurğulayıb. Onun sözlərinə görə, İran mollalarının Qarabağla bağlı bu cür bəyanatlarının davam etməsi iki ölkə arasında münasibətlərin inkişafında narazılıqlar yarada bilər.
Qeyd edək ki, son günlər İrandakı molla rejiminə mənsub olan bir sıra ruhanilər, xüsusilə də Ərdəbilin imam-cüməsi Seyid Həsən Amulin Qarabağla bağlı qəribə iddialar səsləndirir. Onların fikrincə, İran Qarabağ müharibəsi dövründə Azərbaycana böyük dəstək verib.
|
03.06.11 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov ABŞ-ın aparıcı KİV nümayəndələri ilə görüş keçirib
|
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-Yorkda ABŞ-ın Thompson Reuters, CNN, Associated Press, İnner City Press, Summit Energy kimi aparıcı KİV-lərinin nümayəndələri ilə görüş keçirib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, görüşdə E. Məmmədyarov Azərbaycanın xarici siyasətinin əsas prioritetləri haqda iştirakçılara geniş məlumat verib. Azərbaycanın iqtisadi sahədə apardığı siyasət məsələsinə toxunaraq, dövlətimizin regionda aparıcı dövlət olması, enerji sahəsində əldə etdiyimiz uğurlar, regional layihələrdə fəal iştirak etməsi və bir çox beynəlxalq layihələrin müəllifi olduğunu jurnalistlərin diqqətinə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqılar prosesi haqqında geniş məlumat verən E. Məmmədyarov BMT TŞ-nın 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini təəssüflə qeyd edib.
|
03.06.11 Məqaləni oxumaq
|
|
|
Daxili İşlər Nazirliyinin idarə rəisi təqaüdə göndərildi
|
Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polkovnik Mehman Mehmanov daxili işlər orqanlarında xidmətkeçmənin sonuncu yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Bu barədə məlumat “KƏLAMİNFO”ya DİN-in mətbuat xidmətindən verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyev də təqaüdə göndərilib.
|
03.06.11 Məqaləni oxumaq
|
|
|
Türkmənistan prezident seçkisi ilə bağlı yeni qanun qəbul edib
|
Türkmənistanda prezident seçkisi ilə bağlı yeni qanun qəbul edilib. «KƏLAMİNFO» «Xronika Turkmenistana»ya istinadən xəbər verir ki, indən belə prezidentliyə namizədlərin qeydiyyatdan keçməsi üçün siyasi partiyaların dəstəyi və ya 50 min imza toplamaq lazım gələcək.
Qeyd edək ki, hazırda Türkmənistanda cəmi bir - indiki prezident Qurbanqulu Berdımuhamedovun rəhbərlik etdiyi Demokrat Partiyası mövcuddur.
|
02.06.11 Məqaləni oxumaq
|
|
|
Nabrana turizm infoturu təşkil olunur
|
İyunun 4-5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Palma” İstirahət Mərkəzinin təşkilatçılığı ilə Nabranın turizm potensialının təqdimatı ilə bağlı Xaçmaz rayonuna infotur təşkil ediləcək. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tur regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədi daşıyır.
Xatırladaq ki, respublikamızın ən gözəl rayonlarından olan Xaçmaza yerli turizm şirkətləri və kütləvi informasiya vasitələrinin iştirakı ilə infoturun təşkil olunması da layihənin əsas məqsədləri içərisindədir.
Qeyd edək ki, bu infoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkəti əməkdaşları və Kütləvi İnformasiya Vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyətin iştirakı nəzərdə tutulub.
|
02.06.11 Məqaləni oxumaq
|
|
|
Hulusi Kılıç: “Azərbaycan torpaqları azad olunandan sonra bölgə inkişaf edəcək”
|
“Türkiyə ilə Ermənistan arasında sərhəd 18 ildir bağlıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunmayana və Azərbaycanın torpaqları işğaldan azad edilməyənə qədər sərhəd açılmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. Onun sözlərinə görə, türk dünyası kimsəyə qarşı deyil. Azərbaycan torpaqları boşaldılmalıdır və bölgə bundan sonra inkişaf edəcək. “Biz kimsədən bir şey istəmirik, yalnız torpaqların azad edilməsini istəyirik” - deyə Hulusi Kılıç vurğulayıb.
|
02.06.11 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov Avropa ölkələrinin BMT-dəki səfirlərindən dəstək istəyib
|
Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa ölkələrinin BMT yanında Daimi nümayəndələri ilə görüş keçirib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, E.Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərəçarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb, seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb.
E.Məmmədyarov ölkəmizin regionda aparıcı dövlət olması, Azərbaycanın enerji strategiyası və iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələr barədə danışıb. Eyni zamanda, nazir Azərbaycanın BMT çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi olduğunu və sivilizasiyalararası dialoqa töhfə verdiyini qeyd edib. Səfirlərlə görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verilib.
|
02.06.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın sosial-iqtisadi inkişafına dair hesabat hazırlanıb
|
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) “İqtisadiyyatın təhlili və qloballaşma məsələləri” şöbəsi tərəfindən “2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı” mövzusuna dair hesabatı hazırlanıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, hesabatda ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların iqtisadiyyatımız üçün müsbət nəticələri təhlil edilir.
|
02.06.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 21 22 23 24 25 26 27 28 29 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|