|
Səhifələr : # 15 16 17 18 19 20 21 22 23 #
Milli Məclisin deputatları Türkiyədə parlament seçkilərini izləyəcəklər
|
Milli Məclisin deputatları Ülvi Quliyev iyunun 10-da, Səttar Möhbalıyev isə iyunun 11-də Türkiyənin paytaxtı Ankaraya səfərə yola düşəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Deputatlarımız TürkPA-nın xətti ilə müşahidəçi qismində qardaş ölkədə keçiriləcək Türkiyə Böyük Millət Məclisinə seçkilərin gedişini izləyəcəklər.
Səfər iyunun 13-də başa çatacaq.
|
09.06.11 Məqaləni oxumaq
|
|
|
İctimai Televiziyanın aparıcısı jurnal redaktoru oldu
|
İctimai Televiziyanın məşhur simalarından olan teleaparıcı Leyla Əliyeva yaxın günlərdə satışa çıxarılacaq «Həzz» adlı jurnala baş redaktorluq edir. “KƏLAMİNFO” məlumat verir ki, dərgi müasir insanların həyat tərzi ilə bağlı məqamları özündə əks etdirəcək. Və hər bir kəs burada özünə lazım olan nələrisə əldə edə biləcək. «Bizdə Avropadan fərqli olaraq jurnal sahəsi bir o qədər inkişaf mərhələsini tapmayıb. Mənim yerli dərgilərdən oxuduqlarım var. Amma istədim ki, buraxacağım jurnal tək qadınların və ya tək kişilərin yox, bütöv bir ailənin oxuya biləcəyi, onları ətrafına toplaya biləcək bir dərgi olsun» - deyən Leyla Əliyeva bildirdi ki, jurnal həm dəbi işıqlandıracaq, həm maraqlı insanlarla müsahibələr olacaq, həm də tarixi yazılar yer alacaq. Bir sözlə, baş redaktor ictimaiyyətin marağını təşkil edən məqamların «Həzz»də əksini tapacağına söz verdi.
|
09.06.11 Məqaləni oxumaq
|
|
|
Serbiya mənşəli yazıcı ədəbiyyat sahəsində nüfuzlu mükafatın qalibi elan edilib
|
Serbiya mənşəli yazıcı Tea Obreht ədəbiyyat sahəsində nüfuzlu «Orange Prize for Fiction» mükafatının qalibi elan edilib. O, ingilis dilində yazılan ən yaxşı romanın qalibi olub. «KƏLAMİNFO» «France-Presse» agentliyinə istinadən xəbər verir ki, qalibin adı Londonda keçirilən mərasimdə açıqlanıb. 25 yaşlı Obreht bu mükafatı alan ən gənc yazar olub. O, "Tiger's Wife" (Pələngin arvadı) romanına görə bu mükafata layiq görülüb. Yazıcı müsahibələrinin birində romanının həkimlər və onların ölümlə üzləşmələri fonunda Balkanlarda gedən müharibəyə həsr olunduğunu vurğulayıb. Romanın yazılmasında isə babasının xatirələrinin böyük rolu olub. 1996-cı ildən verilən «Orange Prize for Fiction»un qaliblərinə 49 min dollarlıq (30 min funt-sterlinq) çek təqdim olunur.
|
09.06.11 Məqaləni oxumaq
|
|
|
Liviya üsyançılarının çıxardığı ilk neft ABŞ-a çatıb
|
Liviya üsyançılarının çıxardığı ilk neft ABŞ-a çatıb. «KƏLAMİNFO» «Reuters»ə istinadən xəbər verir ki, neft Havay adalarındakı limanlardan birinə çatdırılıb. Onu Liberiya bayrağı altında üzən «Ekvator» tankeri çatdırıb. 1,2 mln. barellik neftin alınması barədə sövdələşmə mayın 25-də bağlanıb. Müqavilənin qiyməti isə açıqlanmır.
Qeyd edək ki, ABŞ hökuməti Müəmmar Qəddafi hökuməti ilə hər hansı bir ticarətin qadağan olunması barədə qərarını qüvvədə saxlayır. Liviya müharibəyə qədər Yaxın Şərq və Şimali Afrikada xam neftin əsas ixracatçısı kimi tanınırdı. Bu ölkə sutkada 1,69 mln.barel neft istehsal edirdi.
|
09.06.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan kəndlərində internetin keyfiyyətinin qaldırılması üçün tender elan olunub
|
Azərbaycanın regionlarında abunəçilərin internet xidmətlərindən keyfiyyətli istifadəsi üçün kəndlərdə ADSL avadanlığının alınıb qurulması üçün tender elan edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya “Aztelekom” İstehsalat Birliyindən (İB) veirblər. Tenderin şərtlərində genişzolaqlı internetə çıxış avadanlığı ilə yanaşı, internetin kənd yerlərinə daha keyfiyyətli çatdırılması məqsədi ilə əlavə avadanlığın da (transmissiya) qurulması nəzərdə tutulub. Bu, sakinlərin daha keyfiyyətli və sürətli internetlə təmin olunmasına şərait yaradacaq.
|
09.06.11 Məqaləni oxumaq
|
|
|
Pensiyaların yenidən hesablanması Bakı şəhəri üzrə yekunlaşır
|
Pensiyaların staja görə yenidən hesablanması üçün lazım olan vəsait Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə yerləşdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Fondun sədri Səlim Müslümov söyləyib. O, bu proses üçün lazım olan qalan məsələlərin texniki işlərlə bağlı olduğunu deyib. “Fond üzrə verilən əmrə tabe olaraq, xüsusi komissiya tərəfindən pensiya işlərinin avtomatlaşdırılmış bazada olan məlumatlarla tutuşdurulması prosesi Bakı üzrə yekunlaşmaqdadır. Paytaxtdan sonra rayonları dəvət etmişik. Hazırda Sumqayıt pensiya şöbəsinin işçiləri bu prosesi həyata keçirirlər. Bundan sonra da qrafikə uyğun olaraq müxtəlif şəhər və rayon şöbələrinin işçiləri də bu məsələni həyata keçirəcəklər” - deyə o qeyd edib.
|
09.06.11 Məqaləni oxumaq
|
|
|
Polis xidmətində qadınların sayının artırılması ilə bağlı iş aparılır
|
Polis xidmətində qadınların sayının artırılması, eləcə də məişət zorakılığı və insan alveri kimi gender yönümlü qanun pozuntularına polisin daha da səmərəli müdaxiləsini təkmilləşdirmək üçün müvafiq qurumlarla birgə müəyyən strategiyalalar üzərində birgə iş aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda “Cəmiyyət dəstəkli polis” işinə dair keçirilən ikinci beynəlxalq konfransda ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel söyləyib.
O xatırladıb ki, polisdə qadınların sayının artırılması təkcə Azərbaycanda deyil, bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən bir məsələdir. O, qeyd edib ki, polisdə qadınların sayının çox olması məişət zorakılığı və digər bu kimi gender yönümlü problemlərin qarşısının alınması işində müsbət nəticələrə gətirib çıxarır. Səfir həmçinin əlavə edib ki, keçən il Azərbaycanda məişət zorakılığı ilə bağlı qəbul edilən qanun bu gün qadın polislərin rolunu daha da artıracaq.
|
09.06.11 Məqaləni oxumaq
|
|
|
Oruc Zalov: “Bu layihə polislə xalq arasında münasibətlərə öz müsbət töhfəsini verir”
|
Cəmiyyət dəstəkli polis layihəsi çərçivəsində yaradılan ictimai şuralara 4 mindən artıq üzv cəlb edilib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda “Cəmiyyət dəstəkli polis” layihəsi üzrə beynəlxalq konfransda daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.
Cəmiyyət dəstəkli polis layihəsinin 2006-cı ildə ATƏT tərəfindən Azərbaycana təklif edildiyini bildirən Oruc Zalov qeyd edib ki, 2008-ci ildə “Polis haqqında” qanuna dəyişiklik edilib və ictimai şuralar da bu bəyişikliklərdən sonra yaranıb. O, ictimai şuralara cəlb edilən cəmiyyət üzvlərinin birlikdə önəmli proflaktiki tədbirlər həyata keçirdiklərini söyləyib. Cəmiyyət dəstəkli polis layihəsinin Azərbaycanda uğurla həyata keçirildiyini söyləyən O.Zalov bu layihənin polislə xalq arasında münasibətlərə öz müsbət töhfəsini verdiyini vurğulayıb. “Bu birlik nəticəsində cəmiyyəti narahat edən problemlər aradan qaldırılır. Birlik həmçinin cinayətlərin üstünün açılmasına və onun sayının azalmasına da müsbət təsir göstərir”,-deyə O.Zalov qeyd edib.
|
09.06.11 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə yola düşüb
|
Prezident İlham Əliyev bu gün Serbiyaya rəsmi səfərə yola düşüb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
|
09.06.11 Məqaləni oxumaq
|
|
|
Qəddafi son nəfəsinə kimi təslim olmayacaq
|
Liviyanın dövlət televiziyasında audio müraciətində ölkə lideri Müəmmar Qəddafi NATO-nu və yerli üsyançıları ittiham edib və bildirib ki, o, son nəfəsinə kimi təslim olmayacaq.
NATO qüvvələri isə Liviya paytaxtı Tripolini bombalamaqda davam edib. Müşahidəçilər bunu Qəddafi rejimi əleyhinə mart ayında başlamış hava hücumlarının ən ağırı hesab edirlər. Məlumatlara görə, hava hücumu iyunun 7-dən 8-nə keçən gecə baş verib. Hava hücumlarının hədəfinin nə olduğu bəlli deyil. «KƏLAMİNFO» «Miqnyus»a istinadən xəbər verir ki, Qəddafi hakimiyyəti bildirib ki, NATO-nun sonuncu hücumu zamanı arasında mülki şəxs olan 31 adam ölüb. Amma bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənmir.
|
09.06.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 15 16 17 18 19 20 21 22 23 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|