|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
Müəllimlərə dövlət qulluqçusu verilməsini özündə əks etdirən Konsepsiya layihəsi hökumətə təqdim edilib
|
Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsi hazırlanaraq hökumətə təqdim edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov söyləyib.
Konsepsiyada bir sıra yeniliklərin əks olunduğunu diqqətə çatdıran şöbə müdiri bildirib ki, bu layihədə əsasən müəllimlərə dövlət qulluğunun xüsusi növü şamil ediləcək. F.Qədirovun sözlərinə görə, xüsusi növə əsasən müəllimlərin təminatında, öhdəliklərində, sosial təminatında bir sıra yeniliklər gözlənilir.
|
23.06.11 Məqaləni oxumaq
|
|
|
Ərdoğan seçkilərdən sonra ilk xarici səfərini Misirə etdi
|
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iyunun 12-də keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini həyata keçirib. Dövlət başçısı iyunun 21-də axşam Misirə gəlib.
Səfərin rəsmi hissəsi bu günə nəzərdə tutulub. В«KƏLAMİNFOВ» Türkiyə KİV-nə istinadən yaydığı məlumatda göstərib ki, Ərdoğanın Qahirəyə səfəri fevral ayına nəzərdə tutulmuşdu, lakin ölkədəki hadisələr bunu həyata keçirməyə imkan verməyib.
|
23.06.11 Məqaləni oxumaq
|
|
|
Ermənilər dörd istiqamətdə atəşkəsi pozub
|
Ermənilər dünən saat 16.10-dan 16.50-dək Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 13.35-dən 13.50-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, 18.25-dən 18.27-dək və 22.50-dən 22.55-dək Tərtər rayonu Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən, 22.50-dən 22.55-dək və 23.40-dan 23.45-dək Ağdam rayonu Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iri çaplı pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
|
23.06.11 Məqaləni oxumaq
|
|
|
ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
|
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 23-də Azərbaycanın Füzuli rayonu Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər.
|
23.06.11 Məqaləni oxumaq
|
|
|
Hakimlərin geniş iclası keçirilib
|
Respublikanın bütün rayon, şəhər və apelyasiya məhkəmələri sədrlərinin və hakimlərin iştirakı ilə geniş seminar-müşavirə keçirilib.
Ali Məhkəmədən “KƏLAMİNFO”ya verilən məlumata görə, 250-dən çox hakimin iştirak etdiyi müşavirədə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatlarının müsbət nəticələrini qeyd edib, iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayının 2 dəfə artırıldığını, yeni mütərəqqi qaydalarla seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünasın hakim vəzifələrinə təyin edildiyini bildirib. O, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməklə 60-dək hakimin məhkəmə sistemindən kənarlaşdırıldığını qeyd edib.
|
22.06.11 Məqaləni oxumaq
|
|
|
Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən “Kəlaminfo”ya verilən məlumata görə, iyun ayının II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən 141 m3/san azalaraq 459 m3/san təşkil edib. Monitorinqlərin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
|
22.06.11 Məqaləni oxumaq
|
|
|
|
Azərbaycanda teatr festivalı başlayır
|
Bu gündən etibarən “Yeni Teatr” II Respublika Festivalına start verilir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunan festivalın təşkilat komitəsinə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sədrlik edir. Təşkilat komitəsinə İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Teatr sektorunun müdiri Naidə İsmayılzadə, Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova, Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vasif Fərzullayev, Lənkəran Dram Teatrının direktoru İslam Həsənov, Teatr Muzeyinin müdir müavini Nazim Məmmədov, Az.TV-nin əməkdaşı, rejissor Rövnəq Həsənzadə daxildirlər. Festivalın rəsmi qonaqları sırasında isə Xalq artisti, TXİ-nin sədri Azərpaşa Nemətov, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, sənətşünaslıq namizədi Aydın Talıbzadə, dramaturq Əli Əmirli, Xalq artisti Amaliya Pənahova, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, TXİ-nin katibi, teatrşünas Kəmalə Cəfərzadə yer alıblar.
|
22.06.11 Məqaləni oxumaq
|
|
|
Obama ilə Ərdoğan arasında telefon danışığı olub
|
ABŞ prezidenti Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. В«KƏLAMİNFOВ» В«CNN TurkВ»ə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin xalqa müraciətindən sonra baş tutan telefon danışığında tərəflər bu ölkədə meydana gələn hadisələri müzakirə edib və atılacaq addımlar barədə fikir mübadiləsi aparıb. Liderlər arasındakı telefon danışığı Barak Obamanın təşəbbüsü ilə baş tutub.
|
22.06.11 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev Dmitri Medvedyevə başsağlığı verib
|
Prezident İlham Əliyev Rusiyalı həmkarı Dmitri Medvedyevə başsağlığı verib. “KƏLAMİNFO” xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli Dmitri Anatoliyeviç!
Petrozavodsk yaxınlığında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıdıb. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.
|
22.06.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|