Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2011
    Səhifələr : #  17 18 19 20 21 22 23 24 25  #
    ABŞ-da Azərbaycanın mədəniyyət günləri keçiriləcək
    Mayın 7-8-i tarixlərində ABŞ-ın Hyuston şəhərində İpək Yoluna həsr olunacaq Hyuston Beynəlxalq Festivalı keçiriləcək. Festival çərçivəsində təşkil olunacaq tədbirlərdə İpək Yolu ölkələri və Hyustonla qardaşlaşmış şəhərlərlə yanaşı, ölkəmizin rəsmi heyət və ifaçı qruplarından ibarət nümayəndə heyətinin də iştirakı nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, konsert proqramından sonra (mayın 9-da) Hyuston və Bakı şəhərlərinin qardaşlaşmasının 35 illiyi ilə əlaqədar xüsusi proqramın təşkil edilməsi də planlaşdırılır.
    05.05.11 Məqaləni oxumaq
     
    Milli musiqi nümunələrimiz ermənilərdən alınıb Vətənə qaytarıldı
    Bir müddət əvvəl Sankt-Peterburqdakı “Puşkinskiy dom” Rus Ədəbiyyatı İnstitutunda Azərbaycan musiqi folkloru nümunələrinin (səs yazılarının) və həmin materiallara aid yazılı sənədlərin saxlanıldığı müəyyən edilmişdir. Keçən əsrin 20-30-cu illərində keçirilmiş ekspedisiyalar zamanı toplanmış bir sıra muğam, aşıq musiqisi, digər Azərbaycan folkloru nümunələri erməni xalq musiqisi kimi qeydə alınmışdır. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin Rusiya tərəfi ilə apardığı danışıqlar nəticəsində sözügedən materiallar rəqəmsal daşıyıcılara köçürülərək Vətənə qaytarılıb. Xatırladaq ki, sabah saat 12:00-da Muzey Mərkəzində Rusiyada saxlanılan Azərbaycan musiqi folkloru nümunələrinə özgələrin sahib çıxmaq cəhdi haqqında mətbuat konfransında musiqi yazılarının əldə olunması ilə bağlı maraqlı faktlar açıqlanacaq, materiallar üzərində tədqiqat işləri barəsində məlumat veriləcək.
    05.05.11 Məqaləni oxumaq
     
    “Qaynar xətt”ə aprel ayında 106 müraciət daxil olub
    Cari ilin aprel ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 106 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ETSN-dən veriblər. Müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Belə ki, ağacların kəsilməsi ilə əlaqədar 21, aşma təhlükəsinin olması ilə əlaqədar 72, havadan gələn kəskin qoxu ilə bağlı 3, məişət tullantılarının qalaqlanması ilə bağlı 5, yerin təkindən istifadə ilə bağlı 1, çirkab suların axıdılması ilə bağlı 3, radiasiya ilə bağlı isə 1 müraciət daxil olub. Qeyd edək ki, araşdırmalar zamanı daxil olan müraciətlərin çox hissəsinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
    05.05.11 Məqaləni oxumaq
     
    Əflatun Amaşov: "Diffamasiya haqqında" qanun bu il qəbul olunacaq”
    Bu gün Mətbuat Şurasında ATƏT-lə birgə hazırlanmış "Diffamasiya haqqında" qanun layihəsinin ilk müzakirəsi keçirildi. “KƏLAMİNFO” xəbər verir ki, MŞ sədri Əflatun Amaşov hazırda bir jurnalistin – Eynulla Fətullayevin həbsdə olduğunu xatırlatdı. O, bununla bağlı Mətbuat Şurası tərəfindən Əfv Komissiyası və digər qurumlara müraciət edildiyini bildirdi.
    05.05.11 Məqaləni oxumaq
     
    İnsan alveri qurbanları hansı ölkələrə aparılır?
    Azərbaycandan insan alveri qurbanları əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, qismən İran və digər ölkələrə aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov bildirib. O, getdikcə Azərbaycanda insan alveri qurbanlarının sayının azaldığının da açıqlayıb. İnsan alverinin qurbanlarına dövlət tərəfindən verilən birdəfəlik kompensasiyanın artırıldığının xatırladan İ.Nəcəfov bunun 33 manatdan 200 manata çatdırıldığını söyləyib. O, birdəfəlik müavinətin artırılmasının istisna edilmədiyini də diqqətə çatdırıb.
    05.05.11 Məqaləni oxumaq
     
    Nurlana Əliyeva: “Qadınlarıın üzərinə vacib vəzifələr düşür”
    “Bu gün dünya yeniləşir və bu proses Azərbaycandan da yan keçməyib. Ona görə də, gələcəyimiz olan gənclərin sağlam ruhda tərbiyə olunması qadınlarımızın üzərinə düşən vacib vəzifələrdən biridir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib. N.Əliyeva bildirib ki, qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir və bütün dövrlərdə gənclərin vətənpərvər, sağlam ruhda böyuməsində onların rolu böyük olub. O qeyd edib ki, YAP-ın sıralarında birləşən on minlərlə qadın cəmiyyətimizdə nüfuza sahibdirlər və bu vəzifələrin öhdəsindən layiqincə gəlmək iqtidarındadırlar.
    05.05.11 Məqaləni oxumaq
     
    Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi başladı
    Bu gün ATƏT-in Bakı ofisində Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlanmasına həsr olunan tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu kampaniya ATƏT-in Bakı ofisi, Daxili İşlər Nazirliyi, Azərbaycan Miqrasiya Mərkəzi, Təmiz Dünya İctimai Birliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı ilə birgə həyata keçirilir. Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisi rəhbərinin müavini Melissa Stoun bildirib ki, kampaniya insan alverinə qarşı mübarizə ilə bağlı ictimai məlumatlandırmanı artırmaqdan ibarətdir. O xatırladıb ki, ötən il də ATƏT-in Bakı ofisi eyni kampaniyanı dəstəkləyib və həmin tədbirlərin sonunda insan alveri ilə mübarizə məqsədilə yaradılan “Qaynar-xətt”ə 500 zəng daxil olub. O, təmsil olunduğu qurumun insan alverinə qarşı mübarizə ilə bağlı aparılan bütün tədbirləri bir daha dəstəkləməyə hazır olduğunu söyləyib.
    05.05.11 Məqaləni oxumaq
     
    Politoloq: “Ermənistanın Rusiyadan asılılığı daha da möhkəmlənir”
    “Gürcüstanla Rusiya arasındakı məlum münaqişəni biz heç vaxt unutmamalıyıq, çünki bu göstərdi ki, donmuş münaqişələrin həlli nə dərəcədə vacibdir və beynəlxalq münasibətlərə necə böyük təsir edə bilər”. Bu barədə “KƏLAMİNFO” müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloqun fikrincə, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə, Ermənistanın Rusiyadan aslılığı daha da möhkəmlənir ki, bu da Moskva üçün pis keçmir. “Azərbaycan isə Qərb, xüsusən də ABŞ üçün çox vacib ölkədir. NATO-nun təyyarələri Əfqanıstana Azərbaycanın hava məkanından keçməklə uçur. Bundan başqa, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib halqadır. Mənə elə gəlir ki, biz də bu detallardan yararlanmalıyıq”,-deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, əks halda heç bir vasitə ilə Rusiyanın indiki mövqeyindən tərpətmək mümkün olmayacaq.
    05.05.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Bütün proqnozlarım özünü tam doğruldur”
    “Dağlıq Qarabağla bağlı son bir ildə danışıqların nəticəsiz dalana girməsi bir daha göstərdi ki, Rusiya çökmədən nə bu danışıqların sonu, nə də imzalanan sənədlərin əhəmiyyəti olacaq. Təbii ki, bundan sonar belə imzalanan sənəd olarsa əgər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. O, qeyd edib ki, artıq bir ildən çoxdur ki, onun bütün proqnozları özünü tam doğruldur. “Mən əsl işğalçı Rusiyanı hesab edirəm. Ona görə rus imperiyası dağılmamış bizim torpaqlar azad olunmayacaq. Çünki imperiya “dondurulmuş münaqişələr”də maraqlıdır”,-deyə V.Quluzadə vurğulayıb. Onun sözlərinə görə, Rusiya son aylar münaqişənin həli ilə bağlı təşəbbüsü ələ alsa da bu sadəcə görüntüdür. “Moskvanın niyyəti Qarabağın azad olunması deyil”,-deyə o, əlavə edib.
    05.05.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Monteneqrolu həmkarı ilə görüşüb
    Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqroya səfəri çərçivəsində bu ölkənin Xarici İşlər və Avropa İnteqrasiyası Naziri Milan Roçen ilə görüşüb. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Monteneqro arasında qarşılıqlı ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, iqtisadi və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.
    05.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  17 18 19 20 21 22 23 24 25  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    May.2011
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031