|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
Mayın 22-si ali məktəblərə qəbulla bağlı ilk imtahan keçiriləcək
|
“Mayın 22-də cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbulla bağlı Bakıda və digər bölgə mərkəzlərində rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan keçiriləcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, ikinci imtahan iyunun 26-da Bakıda təşkil ediləcək. “Bundan başqa mayın 15-də respublikanın 25 şəhərində sınaq imtahanları keçiriləcək. Bu imtahanlarda 32 mindən çox abituriyentin iştirakı nəzərdə tutulur. Mayın 18-də isə TQDK Baş Prokurorluqla birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanları keçirəcək. Bu imtahanlarda iştirak etmək istəyən 454 nəfərin namizədliyi qeydə alınıb. Mayın 21-də ədliyyə orqanlarında, 22-də isə vergi və miqrasiya orqanlarında işə qəbul olmaq istəyənlər üçün test imtahanlar keçiriləcək”,-deyə TQDK sədri məlumat verib.
|
14.05.11 Məqaləni oxumaq
|
|
|
Prezident general Dunkan Mak Nabbı qəbul edib
|
Bu gün Prezident İlham Əliyev ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı, general Dunkan Mak Nabbın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
|
14.05.11 Məqaləni oxumaq
|
|
|
Əflatun Amaşov: “Azərbaycan üçün 30 gündəlik, 100-ə yaxın həftəlik qəzet kifayət qədər çoxdur”
|
“Azərbaycan mətbuatında reklam bazarının yaxşılaşdırılması ilə bağlı müəyyən təkliflər hazırlanaraq, müvafiq qurumlara göndərilib. Bu təkliflərin məqsədi KİV-lərə vergi güzəştlərinin edilməsi və reklam bazarının genişləndirilməsi, daha dəqiq rəsmi qurumların reklam və elanlarının KİV-lərdə yerləşdirilməsini təmin etməkdir”. Bu barədə məlumatı “KƏLAMİNFO”ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib.
Mətbuatın reklam bazarının yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışan Ə.Amaşov bildirib ki, məsələ rəhbərlik etdiyi qurumun diqqət mərkəzindədir və irəli sürdükləri təkliflər il ərzində müzakirə olunacaq: “Bu, fundamental məsələ olduğundan qanunvericiliyə dəyişiklik tələb edir. Ona görə də biz bunu bir sıra qurumlar, mütəxəssislər, millət vəkilləri ilə müzakirə etməliyik.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək
|
Mayın 16-da Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək. Bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsindən veriblər. İclas QMİ-nin inzibati binasında başlayacaq.
Qeyd edək ki, Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə yaradılıb. Həmin vaxt QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan, Dağıstan, Kabarda-Balkar, Gürcüstan, İnquşetiya, Çeçenistan, Qaraçay-Çərkəz, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilib.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artıb
|
Cari tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin planı Nazirlər Kabineti tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il dövlət sifarişli yerlərin sayı 10429 yer təşkil edirdisə, bu il bu rəqəm 10616 olub.
TQDK sədri qeyd edib ki, mayın 20-də son ixtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının III buraxılışı çap olunacaq və ayrılan yerlər barədə geniş elan veriləcək.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
Bu günə kimi 43 782 abituriyent elektron ərizələrini təsdiq etdiriblər
|
Bu günə kimi 43 782 nəfər abituriyent sənədlərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Sənəd Qəbulu Komissiyalarına təqdim edərək elektron ərizələrini təsdiq ediblər. “KƏLAMİNFO” xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
M.Abbaszadə deyib ki, bu günə kimi 1 qrup üzrə 12 836 nəfər (Azərbaycan bölməsi 10 450, rus bölməsi 2386 nəfər), 2 ixtisas qrupu üzrə 11 255 nəfər (Azərbaycan bölməsi 8608, rus bölməsi 2647 nəfər), 3 qrup üzrə 13 325 nəfər (Azərbaycan bölməsi 10 718, rus bölməsi 2607 nəfər) 4 qrup üzrə isə 6366 nəfər (Azərbaycan bölməsi 5267, rus bölməsi 1999 nəfər) öz ərizələrini SKK-da təsdiq etdiriblər.
TQDK sədri qeyd edib ki, 2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 31-dək internet vasitəsilə elektron ərizələrini və tələb olunan sənədlərini SQK-ya təqdim etməlidirlər.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
TQDK sədri: “Jurnalistika ixtisası üçün qabiliyyət imtahanlarının keçirilməsinin qəti əleyhinəyəm”
|
“Mən ali məktəblərdə jurnalistika ixtisası üçün qabiliyyət imtahanlarının keçirilməsinin qəti əleyhinəyəm”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, kütləvi ixtisaslara qabiliyyət imtahanlarının keçirilməsinə ehtiyac yoxdur. TQDK sədrinin sözlərinə görə, müəllimlik, o cümlədən, jurnalistika kütləvi ixtisaslara aiddir. “Düzdür, jurnalistikanın müəllimlik qədər kütləvi ixtisas olduğunu demək çətindir. Amma jurnalistika da kütləvi ixtisasdır. İndi tutaq ki, biz müəllim olmaq istəyən hər bir namizəd üçün qabiliyyət imtahanı keçirdik. Bu gün Azərbaycanda müəllim olmaq istəyənlər heç də yüksək savadlı abituriyentlər deyillər. Müəllimliyə keçid balı 300-dür. Bu halda biz müəllimin gözəl olması, yaxud onun psixologiyası, uşaqlarla davranışına yönəlik abituriyentlə hər hansı qabiliyyət imtahanı keçirsək, uğursuz olar. Çünki müəllimliyə çox yüksək savadlı abituriyentlər sənəd vermirlər” - deyə M.Abbaszadə vurğulayıb.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
Məleykə Abbaszadə: “Turist şirkətlərinin TQDK-ya hazırladıqları təkliflər yersiz məsələdir”
|
“Azərbaycanın bəzi turist şirkətlərinin turizm mövsümü ilə əlaqədar qəbul imtahanlarının vaxtının dəyişdirilməsi ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) hazırladıqları təkliflər yersiz məsələdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib.
O, qeyd edib ki, turizm mövsümünə görə qəbul imtahanlarının vaxtının dəyişdirilməsi ilə bağlı təklif artıqdır. “Mən də onlara təklif edərdim ki, daxili turizmdə xidmətlərin keyfiyyətini yüksəltsinlər və qiymətləri dəyişsinlər. Keyfiyyətə və qiymətə görə daxili turizmə daha tez və daha çox turist cəlb etmək mümkündür”,-deyə M.Abbaszadə vurğulayıb.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
“Müsəlman qardaşları”nın rəhbərlərindən biri prezident seçkilərinə qoşulur
|
Misirdə fəaliyyət göstərən «Müsəlman qardaşları» hərəkatının rəhbərlərindən biri Əbdül Moneim Abul Fotuh prezident seçkilərində iştirak etmək istədiyini açıqlayıb. «KƏLAMİNFO» «The Wall Street Journal»a istinadən bildirir ki, Fotuhun bu addımı hərəkatın rəsmi siyasəti ilə daban-dabana ziddir. Çünki hərəkat seçkilərdə iştirak etmək istəmədiyini bəyan edib. Təşkilat bu səbəbdən də onu öz sıralarından uzaqlaşdırmağa hazırlaşır. Təşkilatın rəhbər postlarında 1987-ci ildən təmsil olunan bu şəxs 1996-2001-ci illərdə öz baxışlarına görə həbsdə yatıb.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu vəfat edib
|
Əməkdar incəsənət xadimi, Dövlət Yuğ Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də vəfat edib. “KƏLAMİNFO” xəbər verir ki, görkəmli rejissor uzun sürən ağır xəstəlikdən sonra evində dünyasını dəyişib. Ağciyərində problem yaranan rejissor Ankaradakı Qazi Universitetinin xəstəxanasında uzun müddət müalicə olunub, bu il yanvarın 20-də vətənə dönüb.
Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub. 1989-cu ildən «YUG» Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. 2006-cı ildə Prezident mükafatına layiq görülüb. Azərbaycan prezidentinin fəxri təqaüdçüsü olub.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|