|
Səhifələr : # 12 13 14 15 16 17 18 19 20 #
Elmir Vəlizadə Seulda sammitə qatılıb
|
Bu gün Cənubi Koreyanın paytaxtı Seul şəhərində 7-ci Ümumdünya informasiya və kommunikasiya sammiti işə başlayıb. “Ağıllı cəmiyyət və mobil inqilab” şüarı altında keçirilən builki sammitdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər.
Nazir və nazir müavinləri səviyyəsində təşkil olunan sammit iştirakçılara telekommunikasiya və yeni texnologiyaların gələcəyinə dair müxtəlif fikir və strategiya ətrafında müzakirələr aparmaq imkanı verir. Tədbirə toplaşan dünya ölkələrinin nümayəndələri bu imkandan istifadə edərək öz təcrübələri və fikirləri ilə bölüşəcək, eləcə də bu gün sürətlə təkamül edən rəqəmli mühitdə yeni imkanların birgə açılması yollarını müzakirə edəcəklər.
|
11.05.11 Məqaləni oxumaq
|
|
|
Turizm müəssisələrinin vasitəsilə ölkəmizə gələn əcnəbi turistlərin sayı 1,5 faiz artıb
|
Ötən il fəaliyyət göstərmiş turizm müəssisələrinin sayı 2009-cu illə müqayisədə 2 vahid artaraq 126-ya çatıb, onların gəlirləri 1,2 milyon manat, yaxud 6,9 faiz artaraq 19,1 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən “KƏLAMİNFO”ya bildiriblər ki, bu dövrdə əhaliyə satılmış turizm yollayış blanklarının dəyəri 25,8 milyon manat olub.
Ölkədən kənarda səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri 19,8 milyon manat, Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri 4,3 milyon manat, ölkə ərazisində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri isə 1,7 milyon manat təşkil edib.
Xidmət göstərilmiş turistlərin sayı əvvəlki illə müqayisədə 10,2 min nəfər artaraq 69,9 min nəfər, tur-günlərin sayı 75,1 min tur-gün artaraq 458,6 min tur-gün olub.
|
11.05.11 Məqaləni oxumaq
|
|
|
“Dövlət qurumlarının fəaliyyəti haqqında müraciətlər araşdırılır”
|
Əgər dövlət qurumlarının fəaliyyəti haqqında mətbuata, cəmiyyətə birbaşa açıqlama verilmirsə, bu o demək deyil ki, onlar araşdırılmır. Onlar araşdırılır və müvafiq tədbirlər görülür. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Prezident Admistrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
O, araşdırmanın nəticəsi haqqında məlumatın yalnız məhkəmədən sonra müəyyən olunduğunu vurğulayıb. Ə.Həsənovun sözlərinə əsasən, dövlət qurumlarının fəaliyyəti ilə bağlı mətbuatda açıqlanan məlumatlar həm Prezident Administrasiyası, həm də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və müvafiq hüquq-mühafizə orqanlarında araşdırılır.
|
11.05.11 Məqaləni oxumaq
|
|
|
Mətbuat azadlığı ilə bağlı qərəzli hesabatlar xüsusi məqsəd daşıyır
|
“Hazırda Azərbaycanda jurnalist fəaliyyətinə görə həbsdə olan jurnalist yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənov bildirib ki, bu gün Azərbaycanda azad düşüncə, azad fikir, azad yazı praktikası mövcuddur. Onun sözlərinə görə, bu gün istənilən jurnalist istənilən məmuru tənqid edə, istənilən dövlət qurumunun fəaliyyətini araşdıra bilər. “Belə olan halda Azərbaycanda jurnalistikanın və yaxud mətbuatın qeyri-azadlığı haqqında səslənən fikirlər subyektivdir və reallığı əks etdirmir” deyən Ə.Həsənov əlavə edib ki, beynəlxalq təşkilatların mətbuat azadlığı ilə bağlı hesabatları qərəzlidir və bu bəyanatlar Azərbaycan dövlətinə və onun siyasətinə təzyiq, təsir göstərmək məqsədi daşıyır:
|
11.05.11 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: "Jurnalistlərin peşəkarlığını artırmasaq, qarşıdurmalar davam edəcək"
|
“Diffamasiya haqqında” qanun jurnalistlərin media təşkilatları qarşısında ciddi məsuliyyətini yaradır. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, bundan sonra jurnalistlər daha məsuliyyətli olmalıdırlar. “Media qurumları və onlara rəhbərlik edən insanlar öz qəzetlərində, mətbu orqanlarında bu işə daha məsuliyyətli yanaşmalıdırlar. Onlar, həmçinin jurnalistlərin peşəkarlığının artırılması istiqamətində ciddi işlər görməlidirlər. Jurnalistlərin peşəkarlığının artırmasaq, onların peşəkarlığını təmin etməsək, jurnalistlə vətəndaş, digər strukturlar arasında qarşıdurmalar davam edəcək” - deyə Ə.Həsənov əlavə edib.
|
11.05.11 Məqaləni oxumaq
|
|
|
Dunya Miyatoviç: “Diffamasiyanın dekriminallaşdırılması Azərbaycan cəmiyyətinin maraqlarına uyğun həllini tapacaq”
|
“Diffamasiya və diffamasiyanın dekriminallaşdırılması istiqamətində bizim əməkdaşlıq və bu kimi məsələlərin düzəldilməsi, jurnalistlərə ifadə azadlığının təmin edilməsi təbii ki, Azərbaycan cəmiyyətinin maraqlarına uyğun öz həllini tapacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç diffamasiyanın dekriminallaşdırılması mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib. Onun dediklərinə görə, senzura məsələsi təkcə Azərbaycanda yox, keçid dövrünü yaşayan, eyni zamanda, ən demokratik ölkələrdə belə çətinliklər törədir. “Azərbaycan hakimiyyətinin diffamasiyanı dekriminallaşdırmaq və artıq bu vacib addımı atmış ATƏT-ə üzv dövlətlərin sırasına qoşulmaq təşəbbüsünü yüksək qiymətləndirirəm” - deyə o söyləyib. D.Miyatoviçin sözlərinə əsasən, jurnalist öz məsuliyyətini dərk etməlidir, ancaq yazdığı yazıya görə cinayət məsuliyyətinə cəlb edilməməlidir.
|
11.05.11 Məqaləni oxumaq
|
|
|
ABŞ-da “Azərbaycanın fövqəladə transformasiyası” adlı xüsusi reportajın təqdimat mərasimi keçirilib
|
Azərbaycanın ABŞ-dakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Discovery Science kanalının Bakıda tikilməkdə olan Heydər Əliyev Mədəniyyət Mərkəzi və “Atəş Qüllələri”nə həsr olunmuş “Azərbaycanın fövqəladə transformasiyası” adlı xüsusi reportajın rəsmi təqdimat mərasimini keçirib. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, təqdimatda Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev çıxış edərək Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı və dünya birliyində özünəlayiq yer tutmasından Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Səfir ümummilli liderin Azərbaycanın daha da güclənməsinə və müasir dövlət kimi inkişaf etməsinə dair arzularının bu gün Prezident Ilham Əliyevin rəhbərliyi altında gerçəkliyə çevrildiyini qeyd edib.
|
11.05.11 Məqaləni oxumaq
|
|
|
NATO qüvvələri Tripoliyə növbəti zərbə endiriblər
|
Bu gün NATO komandanlığı altında olan koalisiya qüvvələrinin təyyarələri Tripoliyə növbəti zərbə endiriblər. «KƏLAMİNFO» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, bu bombardmanlar son üç gündə ən irimiqyaslı olub. Şəhər üzərinə edilən hücumlarda əsas hədəflər sırasında Liviya lideri Müəmmar Qəddafinin iqamətgahıdır. Hücum zamanı hərbi xarakterli olmayan bir neçə binaya ciddi zərər dəyib. Əcnəbi jurnalistlərin qaldığı otelin şüşələri sınıb, «Əl-Cəzirə»nin mərkəzi binası zərər çəkib. Rəsmi nümayəndələr əsasən inzibati binaların hücuma məruz qaldığını bildiriblər. Bombardman nəticəsində dörd uşaq yaralanıb.
|
11.05.11 Məqaləni oxumaq
|
|
|
Əli Abbasov Moskvada beynəlxalq sərgidə iştirak edir
|
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında Azərbaycan nümayəndə heyəti Moskvada bu gün start götürən “Svyaz Ekspokomm-2011” 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak edir. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, respublikamızı tədbirdə təmsil edən nümayəndə heyətinin tərkibinə, həmçinin ölkənin özəl telekommunikasiya şirkətlərinin nümayəndələri daxildir.
Builki sərgidə Azərbaycan ayrıca pavilyonla təmsil olunur. Stendlərdə son illər ərzində respublikanın informasiya texnologiyaları sahəsində məhsulları, xidmətləri, həlləri və əldə olunan nailiyyətləri öz əksini tapıb.
Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın İT-bazarının imkanları, eləcə də respublikada həyata keçirilən layihələr, xüsusən Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, Trans-Avrasiya super informasiya magistralı (TASİM) və elektron hökumət haqqında məlumatlandırılacaqlar.
|
11.05.11 Məqaləni oxumaq
|
|
|
Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
|
Azərbaycan prezidenti İlham Əliyev bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı xanımı Mehriban Əliyeva ilə birlikdə Heydər Əliyevə ehtiramını bildirib, məzarı önünə əklil qoyub.
Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb.
Prezidentlə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər. Bunun ardınca isə sadə vətəndaşların ziyarəti başlayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda və dünyanın bir çox ölkəsində Heydər Əliyevin anadan olmasının 88 illiyi qeyd olunur.
|
11.05.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 12 13 14 15 16 17 18 19 20 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|