Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2011
    Səhifələr : #  16 17 18 19 20 21 22 23 24  #
    Səfir Aqşin Mehdiyev Karib Dövlətləri Birliyinin iclasında iştirak edib
    Azərbaycanın BMT yanında Daimi nümayəndəsi səfir Aqşin Mehdiyev mayın 4-5-də Sent Kitts və Nevisdə keçirilmiş Karib Dövlətləri Birliyinin (CARİCOM) Xarici Münasibətlər üzrə Şurasının 14-cü iclasında iştirak edib. Nümayəndəlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda çıxış edən A.Mehdiyev Azərbaycanın Karib hövzəsi ölkələri ilə münasibətlərin genişləndirilməsi siyasətini davam etdirdiyini bildirib, həmin ölkələr ilə qarşılıqlı maraq doğuran əməkdaşlığın inkişafı və dialoqun aparılması vacibliyini vurğulayıb.
    06.05.11 Məqaləni oxumaq
     
    Prezident İmişlidə “Azərsun Holdinq”in müəssisələri ilə tanış olub
    Prezident İlham Əliyev mayın 5-də İmişli rayonuna səfəri çərçivəsində “Azərsun Holdinq” şirkətinin müəssisələri ilə tanış olub, yem fabrikinin açılışında, kəllə qənd zavodunun təməlqoyma mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı əvvəlcə “Green Land” yem fabrikinin açılışında iştirak edib. Bildirilib ki, prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq, “Green Land” yem fabriki dövlətin güzəştli krediti və “Azərsun Holdinq”in vəsaiti hesabına inşa olunub.
    06.05.11 Məqaləni oxumaq
     
    Prezident Ağcabədidə Heydər Əliyev parkı ilə tanış olub
    Prezident İlham Əliyev bu gün Ağcabədiyə səfəri çərçivəsində rayonun mərkəzində salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısına bildirilib ki, Ağcabədi şəhərində 2000-ci ildə istifadəyə verilən Heydər Əliyev adına parkın ümumi sahəsi 4 hektardır. 2008-ci ildə yenidən qurulan parkda ulu öndərin abidəsi ucaldılıb. Abidənin arxa hissəsində qranitdən Azərbaycanın xəritəsi işlənib. Şəhərin ən gözəl guşəsinə çevrilən parkda həm uşaqlar, həm də böyüklərin rahatlığı üçün hər cür şərait yaradılıb.
    06.05.11 Məqaləni oxumaq
     
    Prezident İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
    Prezident İlham Əliyev mayın 5-də İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı kompleksin açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə bildirib ki, İmişli şəhərinin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ilin oktyabrından başlanılıb. Bu nəhəng idman qurğusunun inşası üçün 5 hektar torpaq sahəsi ayrılıb. Tikinti işləri ən yüksək səviyyədə aparılıb və mayın əvvəlində başa çatdırılıb. İkimərtəbəli kompleksin binasında universal idman zalı, üzgüçülük hovuzu, boks, güləş, trenajor, şahmat və konfrans zalları, eləcə də yeməkxana və mehmanxana fəaliyyət göstərir.
    06.05.11 Məqaləni oxumaq
     
    Gül Bayramı sevinci davam edir
    Bu gün H.Sarabski adına Mədəniyyət Evi Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə Gül Bayramı ilə əlaqədar konsert proqramı təşkil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Mədəniyyət və Turizm İdarəsindən veriblər. H.Sarabski adına Mədəniyyət Evinin bədii rəhbəri Samirə İsmayılova bildirib ki, “Zorge” bağında təqdim olunacaq konsertdə Mədəniyyət Evinin dərnək üzvləri və tanınmış müğənnilər Nazpəri Dostəliyeva, Elnur, Vüqar, Ruhəngiz Allahverdiyeva, Zəminə Duyğu və Vahidə Zeynalova çıxış edəcəklər.
    06.05.11 Məqaləni oxumaq
     
    Elmir Vəlizadə Ümumdünya informasiya və kommunikasiya sammitində iştirak edəcək
    Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə mayın 11-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçiriləcək 7-ci Ümumdünya informasiya və kommunikasiya sammitində iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. Nazir və nazir müavinləri səviyyəsində təşkil olunacaq sammit iştirakçılara telekommunikasiya və yeni texnologiyaların gələcəyinə dair müxtəlif fikir və strategiya ətrafında müzakirələr aparmaq imkanı verir. Tədbirə toplaşan dünya ölkələrinin nümayəndələri bu imkandan istifadə edərək “Ağıllı cəmiyyət və mobil inqilab” mövzusunda öz fikirlərini bölüşəcək, eləcə də bu gün sürətlə təkamül edən rəqəmli mühitdə yeni imkanların birgə açılması yollarını müzakirə edəcəklər. Sammitə gələn qonaqlar həmçinin Cənubi Koreyanın informasiya texnologiyaları sahəsinin ən iri sərgisi olan World IT Show 2011-in ekspozisiyası ilə tanış olacaqlar. Builki sərginin mövzuları simsiz rabitə, genişzolaqlı şəbəkələr, şəbəkə texnologiyaları, lokal və korporativ şəbəkələr, LAN/WAN, simsiz LAN-texnologiyalarıdır.
    06.05.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Serbiyada bir sıra görüşlər keçirib
    Belqradda ikigünlük rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov səfərinin ikinci günü Serbiya prezidenti Boris Tadiç tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, E.Məmmədyarov həmçinin ölkə parlamentinin sədri xanım Slavitsa Cukiç-Deyanoviç, Baş nazir Mirko Tsvetkoviç, Baş nazirin birinci müavini və daxili işlər naziri İvitsa Daçiç, əmək və sosial siyasət naziri Rasim Lyayiçlə görüşüb. Prezident B.Tadiçlə görüş zamanı Serbiyanın dövlət başçısı 2010-cu ilin 12-13 may tarixlərində Azərbaycana rəsmi səfərini xatırladıb. B.Tadiç cari ilin 8-9 iyun tarixlərində Azərbaycan prezidenti İlham Əliyevi ölkəsində səfərdə görməkdən məmnun olacağını bildirib. O, səfərin ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.
    06.05.11 Məqaləni oxumaq
     
    Prezident Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib
    Prezident İlham Əliyevin Muğan bölgəsinə səfəri başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı Sabirabad rayonuna gəlib. Dövlət başçısı ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda rayonda abadlıq və quruculuq işlərinin növbəti mərhələsinə başlanıb. Bu mərhələdə ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
    06.05.11 Məqaləni oxumaq
     
    DİN rəsmisi: “Heç bir cinayət bağlı qalmayacaq”
    Demokratik və hüquqi dövlətimizdə hər bir cinayətin qarşısı qətiyyətlə alınacaq, heç bir cinayət bağlı qalmaycaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu ATƏT-in Bakı ofisində Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlanmasına həsr olunan tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov söyləyib. İ.Nəcəfov bəyan edib ki, cinayətkarlar məsuliyyətdən qaça bilməyəcəklər. O qeyd edib ki, insan alverinə məruz qalan bütün qurbanlar müdafiə olunur və olunacaq. O, insan alverinə qarşı mübarizədə dövlət qurumları, vətəndaş cəmiyyətləri, beynəlxalq qurumların birgə səylərinə ehtayc olduğunu söyləyib. İ.Nəcəfov hazırda insan alveri və bununla bağlı olan cinayətlərə qarşı mübarizə sahəsində Azərbaycan qanunları, ölkə prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, Azərbaycanın beynəlxalq öhdəlikləri və milli fəaliyyət palanına uyğun olaraq müvafiq tədbirlərin davam etdirildiyini xatırladıb.
    05.05.11 Məqaləni oxumaq
     
    Muğamla bağlı ayrıca Dövlət Proqramı qəbul olunacaq
    Azərbaycanda muğam sənətinin qorunması üçün ayrıca Dövlət Proqramı qəbul ediləcək. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı Milli Məclisdə hazırlanan “Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” yeni Qanun layihəsində nəzərdə tutulub. Qanun layihəsində göstərilir ki, dövlət muğam sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində bir sıra müddəalarla yanaşı, ayrıca Dövlət proqramının qəbul olunmasına da təminat verir. Qanunda göstərilir ki, dövlət həmçinin Azərbaycanda bu sənətin inkişaf etdirilməsi və milli xüsusiyyətlərin qorunması proseslərinə nəzarəti həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı yanında daimi fəaliyyət göstərən və yüksək peşəkarları əhatə edən Muğam Şurasının yaradılmasına da təminat verir.
    05.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  16 17 18 19 20 21 22 23 24  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    May.2011
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031