Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2011
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Fransa sakinləri BVF rəhbərinin qəsdin qurbanı olduğunu düşünür
    Fransa sakinlərinin böyük əksəriyyəti hesab edir ki, ABŞ-da seksual zorakılıq ittihamı üzrə ittiham olunaraq həbs edilən Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Stross-Kan əvvəlcədən planlaşdırılan qəsdin qurbanı olub. «KƏLAMİNFO» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, bu fikirlə fransızların 57 faizi bölüşür. 37 faiz hesab edir ki, BVF rəhbərini qəsd qurbanı hesab etmirlər. Agentlik bu qənaətə Fransanın CSA sorğu institutunun apardığı araşdırmadan sonra gəlib. Sosialistlər Partiyasında ən populyar siyasətçi olan Kanın qəsd qurbanı olduğunu partiyadaşları da hesab edir. Respondentlərin 70 faizi bu qənaətdə olduğunu bildirib, 23 faiz isə Kana qarşı qəsd olmadığını qənaətindədir.
    18.05.11 Məqaləni oxumaq
     
    Türkmənistan prezidenti amnistiya elan edib
    Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov türkmən şairi Məxtimqulunun şərəfinə keçirilən bayram ərəfəsində məhbuslar üçün amnistiya elan edib. «KƏLAMİNFO» «Xronika Türkmenistana» saytına istinadən xəbər verir ki, bu amnistiyanın həbsxanadakı məhbusların neçəsinə şamil olunacağı açıqlanmır.
    18.05.11 Məqaləni oxumaq
     
    Klinton İranı nüvə danışıqlarının bərpasına çağırıb
    ABŞ dövlət katibi Hillari Klinton İranı mövqeyindən əl çəkib, nüvə danışıqlarının bərpasına çağırıb. «KƏLAMİNFO» «Qolos Amerika»ya istinadən xəbər verir ki, Klinton vurğulayıb ki, nüvə ambisiyalarına dair beynəlxalq ictimaiyyətin narahatlıqlarına cavab vermək İranın borcudur. Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Ketrin Aşton Klintonla görüşündə danışıqların yeni raundunu görmək arzusunda olduğunu bildirib. Keçən həftə İranın Aİ-də aparılan danışıqlara məsul əməkdaşı Səid Cəlili İranın altı fövqəldövlətin nümayəndələri ilə danışıqlara hazır olduğunu demişdi. Cəlilinin təklifi Aştonun Britaniya, Çin, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və ABŞ adından İrana ünvanladığı məktuba cavab idi.
    18.05.11 Məqaləni oxumaq
     
    Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa rəhbəri Azərbaycana gəlir
    19-22 may tarixlərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşanın Sosial Sığorta Təşkilatının prezidenti Zbiqnev Derdzyukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Azərbaycanın inkişaf etmiş Avropa ölkələri ilə bir sırada üzv olduğu BSTA-nın Avropa Şəbəkəsinin yaxın gələcəkdəki fəaliyyəti, eləcə də Dövlət Sosial Müdafiə Fondu ilə Polşanın Sosial Sığorta Təşkilatı arasında gələcək əməkdaşlığı nəzərdə tutan istiqamətlərlə bağlı müzakirələr aparılacaq.
    18.05.11 Məqaləni oxumaq
     
    Çin Məscidinin Çin Xalq Respublikası ilə heç bir əlaqəsi yoxdur
    “Cari il “Turizm ili” elan olunduğuna görə, İçəri şəhərdə daha çox ekspozisiyaların təşkil olunması, turizm infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır və bu ölkəyə gələn turistlərin öz asudə vaxtlarını daha çox burada keçirməyə səbəb olacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçəri şəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəis müavini Samir Nuriyev bildirib. İçəri şəhərdə bir sıra kiçik tarixi məscidlərin olduğunu bildirən və onların da bərpa olunacağını deyən qoruq səlahiyyətlisi “Çin Məscidi”nin tarixinə də diqqət çəkib. “1375-ci ildə Fəzullah İmam Osman Şirvani oğlunun vəsiyyəti ilə inşa olunan Çin Məscidi vaxtilə məhəlli xarakter daşıyıb və bu gün dəstəmazxanası və minarəsi olmadığından məscid kimi istifadə edilmir. Abidənin adındakı çin sözünün isə Çin Respublikası ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, bura gələn insanların arzu və diləklərinin çin olması ilə bağlıdır” - deyə S.Nuriyev vurğulayıb.
    18.05.11 Məqaləni oxumaq
     
    Əmək sahəsində ayrı-seçkiliyə son qoyulacaq
    Azərbaycanda məşğulluq və əmək sahəsində ayrı-seçkiliyə qarşı mübarizə üzrə planın hazırlanmasına həsr olunmuş seminar öz işinə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) “KƏLAMİNFO”ya verilən məlumata görə, seminar Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyə Texniki Dəstək Qrupunun və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisi tərəfindən təşkil olunub.
    18.05.11 Məqaləni oxumaq
     
    Faiq Qürbətov: “Turizm şirkətləri “Eurovision” qonaqlarının diqqətini bölgələrə yönəltməlidir”
    “Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi ölkəmizin turizm sahəsində inkişafına böyük təkan verəcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu yap.org.az saytına açıqlamasında BMT-nin İnkişaf Proqramının turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov deyib. F.Qürbətov bildirib ki, bu hadisə Azərbaycanın turizm potensialının dünyaya nümayiş etdirilməsi baxımından da vacibdir. Onun sözlərinə görə, ölkəmizdə, o cümlədən Bakı şəhərində xeyli sayda otel mövcuddur: “Bu il bir neçə beşulduzlu otelin tikilib istifadəyə veriləcəyini nəzərə alsaq, Azərbaycan minlərlə əcnəbi turisti qəbul etməyə tam hazır olacaq”.
    18.05.11 Məqaləni oxumaq
     
    İqbal Ağazadə: “Amnistiya qəbul etməklə onların “dilini balacalatmaq” olar”
    “Mənə elə gəlir ki, beynəlxalq aləmdə Azərbaycanın əleyhinə işləyənlərin qarşısını almaq üçün ciddi addımlar atmağın vaxtıdır”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində “Ümid” partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib. İ.Ağazadə deyir ki, bu gün beynəlxalq miqyasda dövlətimizin əleyhinə işləyən kifayət qədər fakt var. “Hakimiyyət bu barədə ciddi düşünməlidir. Mənə elə gəlir ki, istər Avropa İttifaqından, istərsə də digər beynəlxalq qurumlardan ara-sıra üzərimizə gələn ədalətsiz bəyanatlara sözlə cavab verməkdənsə, addımlar atmaq lazımdır. Məsələn, mayın 28-i amnistiya aktı qəbul edib, onların “dilini balacalatmaq” olar. Əks halda Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi yersiz qətnamələrə başqa cür “dur” demək olmayacaq” - deyə millət vəkili vurğulayıb.
    18.05.11 Məqaləni oxumaq
     
    Roland Kobia: “İnstitusional sahəyə ayrılan yardım 100 milyon avrodan ibarət zərfdir”
    Gələn il Azərbaycanda institusional sahə ilə bağlı həyata keçirilən tədbirlərə ayrılacaq vəsait artırılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Apropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia söyləyib. O, Avropa Birliyinin Azərbaycan hökuməti, parlament, vətəndaş cəmiyyəti və iqtisadi sektorlara institusional sahədə yardım göstərdiyini xatırladıb. “Onların potensialı daha da təkmilləşsə, biz fəaliyyətimizi daha yaxşı qura bilərik”,-deyən R.Kobia bu sahəyə ayrılan vəsaitdən də danışıb. O açıqlayıb ki, institusional sahəyə ayrılan yardım 100 milyon avrodan ibarət zərfdir. Bu tədbirlər üçün başqa maliyyə zərfləri də var. Onun sözlərinə görə, gələn il bu sahəyə ayrılan vəsait 75 faiz artırılacaq. “Şərq tərəfdaşlığı” ilə bağlı əməkdaşlığa toxunan R.Kobia xatırladıb ki, bu proqram 2 il əvvəl başlayıb və bir sıra layihələr mövcuddur ki, onlar da Azərbaycanın xeyrinə həyata keçiriləcək.
    18.05.11 Məqaləni oxumaq
     
    “Viza rejiminin sadələşdirilməsi ilə bağlı hər iki tərəfdə siyasi iradə olmalıdır”
    Yaxın gələcəkdə Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar başlayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia söyləyib. Səfir xatırladıb ki, viza rejiminin sadələşdirilməsi məsələsi Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri zamanı da müzakirə edilib. Onun sözlərinə görə, Barrozu da danışıqların tez bir zamanda başlayacağının söyləyib: “Mən deyərdim ki, bu, bir neçə həftənin məsələsidir.
    18.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  5 6 7 8 9 10 11 12 13  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    May.2011
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031