|
Səhifələr : # 21 22 23 24 25 26 27 28 29 #
“Muskomediya”da “Xanuma”nın premyerası olacaq
|
Mayın 10-da Musiqili Komediya Teatrı premyera keçirəcək. Gənc Tamaşaçılar Teatrında baş tutacaq “Xanuma” adlı tamaşanın quruluşu gürcü rejissoru Koça Kohanadzeyə məxsusdur. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, iki hissəli operettada baş rolu Xalq artisti Afaq Bəşirqızı oynayacaq. Bundan əlavə, Xanım Qafarova, Ələkbər Əliyev, Naibə Orucova, Əzizaga Əzizov və b. aktyorlar da tamaşada rol alıblar.
|
02.05.11 Məqaləni oxumaq
|
|
|
Mahmud Əhmədinejat: “ Xamneyi ilə ata-oğul kimiyik”
|
İranın düşmənləri Xomneyi ilə mənim ata-oğul kimi olduğumuzu başa düşmürlər. “KƏLAMİNFO” Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Mahmud Əhmədinejat bir həftəlik susqunluqdan sonra Nazirlər Kabinetinin toplantısında deyib.
Onun sözlərinə görə, İranın istihbarat nazirinin istefasıyla bağlı ali dini lider Ayətullah Əli Xomneyi ilə münasibətlərinin pozulması iddiası yalandır.
|
02.05.11 Məqaləni oxumaq
|
|
|
Abdulla Gül: “Bin Ladenin ölümünü böyük məmnuniyyətlə qarşılayıram”
|
“Bin Ladenin ölümünü böyük məmnuniyyətlə qarşılayıram”. “KƏLAMİNFO” “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu sözləri Avstriyaya səfər edərkən hava limanında Türkiyə prezidenti Abdulla Gül deyib. Onun sözlərinə görə, bu bir daha göstərir ki, terrorçular və terror təşkilatlarının başçıları əvvəl-axır ələ keçirilir. “Dünyanın ən təhlükəli və təcrübəli terror təşkilatı rəhbərinin bu cür öldürülməsi hər kəsə ibrət dərsi olmalıdır” - deyə Gül qeyd edib.
|
02.05.11 Məqaləni oxumaq
|
|
|
Bin Ladenin 6 uşağı və 2 arvadı saxlanılıb
|
Pakistanın xüsusi xidmət orqanları «Əl-Qaidə» lideri Üsəma bin Ladenin altı uşağını və iki arvadını saxlayıblar. «KƏLAMİNFO» «Sinxua»ya istinadən xəbər verir ki, onlar İslamabad yaxınlığındakı dağlıq ərazidə həbs ediliblər. Konkret olaraq kimin həbs edildiyi açıqlanmır. Ladenin nə az, nə çox, düz 19 uşağı var.
Mayın 1-də öldürülən «bir nömrəli terrorçu» artıq dənizdə dəfn edilib. Bu barədə Amerikanın «CNN» və «NBC» kanalları adları açıqlamayan amerikalı məmurlara istinadən məlumat yayıblar. ABŞ hakimiyyət nümayəndələri qeyd ediblər ki, bu addım həmin yerin sonradan onun tərəfdarlarının ziyarət yerinə çevrilməməsi üçün atılıb. Maraqlıdır ki, KİV Ladenin başından güllə yarası alaraq öldürüldüyünü də yazıb.
|
02.05.11 Məqaləni oxumaq
|
|
|
Suraxanıda korrupsiyaya qarşı mübarizəyə həsr olunan müşavirə keçirilib
|
Suraxanı rayon İcra Hakimiyyətində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin müzakirəsinə həsr olunan müşavirə keçirilib. Müşavirədə yerli icra hakimiyyəti orqanı, rayon ərazisində yerləşən dövlət idarə, təşkilatların rəhbərləri və əməkdaşları iştirak edib.
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) “KƏLAMİNFO”ya verilən məlumata görə, müşavirə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-2011-ci illər) tələblərinə uyğun keçirilib.
Müşavirədə DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli “Dövlət qulluqçularının etik davranış qaydalarının ümumi əsasları” və Hüquq sektorunun müdiri Vüqar Əsgərov “Korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması” mövzularında təqdimatla çıxış ediblər.
|
02.05.11 Məqaləni oxumaq
|
|
|
TQDK həftə ərzində nəticələri açıqlayacaq
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də respublikanın 25 şəhərində keçirdiyi sınaq imtahanının nəticələrini bu həftə açıqlayacaq. Bu barədə məlumatı “KƏLAMİNFO” TQDK-nın mətbuat xidmətindən veriblər.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağstafa, Şəmkir, Tovuz, Şəki, Goranboy, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Hacıqabul, Lənkəran, Cəlilabad, Quba, Qusar, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 42 binada aparılıb.
İmtahanın idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq bütün binalarla əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini yoxlamaları üçün zəruri şərait yaradılıb. Həftə ərzində nəticələrin Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər. Nəticələr elan olunduqda “Azercell” şirkəti ilə yanaşı, “Bakcell” mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə imtahanın nəticələrini öyrənə bilərlər.
|
02.05.11 Məqaləni oxumaq
|
|
|
Nazir Əli Abbasov Moskvada keçiriləcək sərgiyə qatılır
|
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altına Azərbaycan nümayəndə heyəti mayın 10-dan 13-dək Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək “Svyaz Ekspokomm-2011” 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak edəcək. RİTN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, respublikanı tədbirdə təmsil edəcək nümayəndə heyətinin tərkibinə həmçinin ölkənin özəl telekommunikasiya şirkətlərinin nümayəndələri daxildir.
Sərgidə Azərbaycan ayrıca pavilyonla təmsil olunacaq. Stendlərdə son illər ərzində respublikanın informasiya texnologiyaları sahəsində məhsulları, xidmətləri, həlləri və əldə olunan nailiyyətləri öz əksini tapacaq.
|
02.05.11 Məqaləni oxumaq
|
|
|
Bakıda “Kiber və Milli təhlükəsizlik: NATO-nun siyasəti və milli baxış” adlı konfrans keçiriləcək
|
Mayın 4-ü “Hyatt-Regency’ otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Rumıniyanın (NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi) Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Kiber və Milli təhlükəsizlik: NATO-nun siyasəti və milli baxış” mövzusunda konfrans keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-ın mətbuat xidmətindən veriblər.
Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Milli Təhlükəsizlik Nazirliyinin Departament rəhbəri Kərim Kərimov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke, ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Cemi Smit və SAM-ın elmi işçisi Rəşad Kərimov əsas məruzəçilər qismində iştirak edəcəklər.
|
02.05.11 Məqaləni oxumaq
|
|
|
Paytaxtın bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
|
Litva prezidenti Daliya Qribauskaytenin Azərbaycana rəsmi səfəri zamanı paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov verib.
Qeyd edilib ki, mayın 2-si saat 13:00-dan tədbirlər başa çatanadək Aeroport şossesi ilə şəhərin mərkəzi istiqamətində - yəni Heydər Əliyev pr-ti, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər pr-ti, Azneft meydanı, Niyazi və İstiqlaliyyət küçələri, geriyə Neftçilər prospekti, Rəşid Behbudov, Bakıxanov Ceyhun Hacıbəyli, Vaqif küçələri, Qələbə meydanı, Atatürk prospekti, Həsən Əliyev, Səməd Vurğun küçəsi, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Lermantov, 10-cu park küçələrində, mayın 3-də isə 7:30-dan 15:00-dək Fəxri Xiyaban və Şəhidlər Xiyabanı, eyni marşrutlar üzrə Azneft dairəsindən Heydər Əliyev adına beynəlxalq Hava Limanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılcaq.
|
02.05.11 Məqaləni oxumaq
|
|
|
Mədəniyyət Məcəlləsi qəbul ediləcək
|
Hazırda Milli Məclisin Mədəniyyət komitəsində müzakirə olunan “Mədəniyyət haqqında” yeni qanun növbəti mərhələdə Mədəniyyət Məcəlləsi kimi qəbul edilə bilər. Bu barədə “KƏLAMİNFO” müsahibəsində komitə üzvü Jalə Əliyeva bildirib. O qeyd edib ki, bununla bağlı hazırda komitədə müvafiq müzakirələr gedir və yeni qanun barədə Mədəniyyət və Turizm Nazirliyi də öz təkliflərini artıq təqdim edib. “Məcəllənin qəbul edilməsi dövlət tərəfindən mədəniyyət sahəsinin tənzimlənməsinə xidmət edəcək. Bu qanunla mədəniyyət sahəsi ilə məşğul olan bütün şəxslərin hüquqları təmin edilməlidir” - deyə J.Əliyeva vurğulayıb.
|
02.05.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 21 22 23 24 25 26 27 28 29 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|