|
Səhifələr : # 1 2 3 4 5 6 #
Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Nazirlər Konfransının Plenar iclasında çıxış edib
|
Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatı 16-ci Nazirlər Konfransında və Hərəkatın 50-illik yubileyinə həsr olunmuş görüşün Plenar iclasında çıxış edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-nin Mətbuat xidmətindən veriblər.
E.Məmmədyarov Azərbaycanın 1992-ci ildə BMT-yə üzv qəbul olunmasından keçən müddət ərzində onun BMT Nizamnaməsində əksini tapan beynəlxalq hüququn prinsiplərinə məsuliyyətlə yanaşdığını, ölkəmizin Xəzər hövzəsi - Qafqaz regionunda davamlı əməkdaşlıq üçün sabit və etibarlı tərəfdaş olduğunu və Azərbaycanın müxtəlif din və mədəniyyətlər arasında körpü rolunu oynayaraq sivilizasiyalararası dialoqa öz səmərəli töhfəsini verdiyini qeyd edib.
|
27.05.11 Məqaləni oxumaq
|
|
|
Oqtay Əsədov: “Münaqişənin həllində Birləşmiş Krallığın səylərini daha da artıracağına ümid edirik”
|
Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Böyük Britaniya-Azərbaycan Parlament qrupunun sədri Mark Fildin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Spiker qonaqları salamlayaraq ölkəmizlə Birləşmiş Krallıq arasında əlaqələrin zəngin tarixi olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan onun dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi Böyük Britaniya illə əməkdaşlığa böyük önəm verir. “Heç də təsadüfi deyil ki, həyatın müxtəlif sahələrində münasibətlərimizin inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin Birləşmiş Krallığa rəsmi səfərləri zamanı aparılan danışıqlar əlaqələrimizin daha da dərinləşməsinə yeni impuls verib. Bu günədək ölkələrimiz arasında 21 sənəd imzalanıb” - deyə spiker vurğulayıb.
|
27.05.11 Məqaləni oxumaq
|
|
|
3 prezident Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul edib
|
«Böyük səkkizliy»in Dovil şəhərində keçirilən sammitində Rusiya, ABŞ, Fransa prezidentləri - Dmitri Medvedyev, Barak Obama və Nikola Sarkozi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanat qəbul ediblər. Həmsədr dövlətlərin Azərbaycan və Ermənistan liderlərini əhalini müharibəyə deyil, sülhə hazırlamaq və iyunda keçiriləcək sammitə qədər Dağlıq Qarabağ münaqişəsinin əsas prinsipləri üzərində işləri başa çatdırmağa çağırışı əks olunub. Medvedev, Obama və Sarkozi Ermənistan və Azərbaycan liderlərini siyasi idarə nümayiş etdirməyə və iyunda münaqişənin həlli ilə bağlı keçiriləcək sammitə qədər əsas prinsiplər üzərində işləri başa çatdırmağa çağırıblar.
|
27.05.11 Məqaləni oxumaq
|
|
|
Medvedev prezident İlham Əliyevi təbrik edib
|
Rusiya prezidenti Dmitri Medvedev Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu! Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan dövlət quruculuğu işində dərin iqtisadi və sosial dəyişikliklərin həyata keçirilməsində, beynəlxalq aləmdə öz mövqelərinin möhkəmləndirilməsində parlaq uğurlar nümayiş etdirir. Əlamətdar haldır ki, eyni zamanda, respublikanın bənzərsiz, zəngin mədəniyyətinin və milli ənənələrinin qorunub saxlanmasına xüsusi diqqət yetirilir.
|
27.05.11 Məqaləni oxumaq
|
|
|
İranda 5-i qadın olmaqla 11 nəfər asılmaqla edam edilib
|
İranın bir sıra şəhərlərində 5-i qadın olmaqla 11 nəfər asılmaqla edam edilib. «KƏLAMİNFO» «İRNA» xəbər agentliyinə istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, onlar müxtəlif cinayətlərə görə edama məhkum ediliblər. Edam olunanlardan biri Qəzvin şəhərində beş qadının ölümündə günahkar bilinən qatil olub. Şirazda edam olunan dörd nəfər isə silahlı basqın və insanların oğurlanmasına görə ölüm cəzasına məhkum edilib.
İnsan hüquqları qrupları İranı dünyada Çindən sonra ölüm hökmünün icra edildiyi ikinci ölkə kimi göstərir. İran ədliyyə sisteminə qarşı yönəlmiş tənqidləri rədd edir.
|
27.05.11 Məqaləni oxumaq
|
|
|
İyunun 5-də sonuncu sınaq imtahanıdır
|
Mayın 29-da ölkənin 27 şəhərində sınaq imtahanı olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
O, sınaq imtahanının Bakı, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Qobustan, Göygöl, həmçinin Naxçıvan Muxtar Respublikasının Babək, Sədərək, Şərur, Culfa rayonlarında və digər şəhərlərdə keçiriləcəyini bildirib. M.Abbaszadə sınaq imtahanında iştirak etmək üçün 31 min 842 abituriyentin qeydiyyatdan keçdiyini söyləyib. Sədr sonuncu sınaq imtahanının iyunun 5-də keçiriləcəyini də əlavə edib.
|
27.05.11 Məqaləni oxumaq
|
|
|
İxtisas seçimi iyulun 24-dən avqustun 2-dək aparılacaq
|
İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə TQDK-nın sədri Məleykə Abbaszadə bildirib. O, I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin ixtisas seçiminə buraxılacağını bildirib. “ III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı balı 10-dan az olmayan abituriyentlər ixtisas seçiminə buraxılacaq” - deyə o qeyd edib. Sədr, həmçinin ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına bal məhdudiyyəti tətbiq olunmadığını əlavə edib. “Bakı İslam Universitetinin ixtisaslarını ümumi balı 150-dən az olmayan və iyulun 7-dən 13-dək bu təhsil müəssisəsində yaradılmış dini-psixoloji komissiyadan müvəffəqiyyətlə keçən abituriyentlər seçilə bilərlər” - deyə komissiya sədri diqqətə çatdırıb.
|
27.05.11 Məqaləni oxumaq
|
|
|
Politoloq: “Bu gün Azərbaycanın maraqlarına bu addım uyğun gəlirsə, onu da atır”
|
“Azərbaycanın “Qoşulmamaq Hərəkatına” qoşulması daha çox Rusiya və İrandan olan təzyiqlərin qarşısının alınmasında müstəsna rol oynayacaq”. Bu barədə “KƏLAMİNFOa”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib.
O, qeyd edib ki, ola bilsin İranla hansısa münaqişə gözlənilir və ya faktiki olaraq Rusiya NATO-ya görə Azərbaycanı qısqanır. “Bu hər iki ölkəyə bir mesajdır ki, baxın biz neytralıq, ərazimizdən sizə təhlükə filan olmayacaq”,-deyə ekspert vurğulayıb.
R.Ağayev qeyd edib ki, istənilən halda Azərbaycanın hansısa hərəkata qoşulması özünün müstəqil siyasətidir və buna görə Bakını heç kim ittiham edə bilməz. “Siyasət elə bir hadisədir ki, müxtəlif zamanda maraqlar da müxtəlif olur. Bu gün Azərbaycanın maraqlarına bu addım uyğun gəlirsə, onu da atır, bunu o qədər də mübahisə etməyə dəyməz”,-deyə politoloq bildirib. O, həmçinin əlavə edib ki, belə bir hərəkata qoşulma Qarabağ münaqişəsinin həllində o qədər də ümidlər vermir.
|
27.05.11 Məqaləni oxumaq
|
|
|
ABŞ konqresmenləri Azərbaycanı respublika günü münasibətilə təbrik ediblər
|
“28 May – Respublika Günü” və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə ABŞ Konqresinin üzvləri Bill Şuster və Virciniya Foks ABŞ Nümayəndələr Palatasında təbrik bəyanatları ilə çıxış ediblər. Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, konqresmen Bill Şuster ABŞ şirkətlərinə Xəzərin enerji resurslarını hasil etmək imkanının ilk dəfə Azərbaycan tərəfindən yaradıldığını və Azərbaycanın indi qlobal enerji təhlükəsizliyində əsas oyunçuya çevrildiyini qeyd edib. “Cənubi Qafqaz bölgəsinin inkişafına təkan verən ən uğurlu layihə olaraq, Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizinin karbohidrogen resurslarını ABŞ-a və Avropadakı tərəfdaşlarımıza çatdıran əsas arteriya rolunu oynamaqdadır. Vurğulamaq lazımdır ki, Azərbaycan 2009-cu ildə İsrailin idxal etdiyi xam neftin 1/4-ni təmin edib və ABŞ-ın dəstəklədiyi “Nabukko” qaz kəməri üçün hazırda əsas potensial təchizatçı hesab olunur”, - deyə konqresmen bildirib.
|
27.05.11 Məqaləni oxumaq
|
|
|
Fuad Ələsgərov: “Siyasi məhbus ifadəsinin hamı tərəfindən bilinən tərifi mövcud deyil”
|
“Problem ondadır ki, ”Siyasi məhbus” ifadəsinin hamı tərəfindən qəbul olunan tərifinin olmaması bu ifadənin müxtəlif şərhlərinə gətirib çıxarır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən "Siyasi məhbus" anlayışının vahid tərifinin qəbul edilməsi zərurəti" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
|
27.05.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|