|
Səhifələr : # 11 12 13 14 15 16 17 18 19 #
Mədəniyyət və Turizm Nazirliyi əhaliyə xəbərdarlıq edir
|
Mədəniyyət və Turizm Nazirliyi əhalini ayıq olmağa çağırır. “KƏLAMİNFO”ya nazirlikdən verilən xəbərdə əhaliyə tövsiyə olunur ki, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, turizm məhsulunun satışı zamanı ikitərəfli müqavilənin imzalanmasını tələb etsinlər. Eləcə də xarici ölkələrə turist səfərləri planlaşdırılan zaman xidmətlərindən istifadə olunan turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş xüsusi razılığının (lisenziya) olması barədə məlumat almaq məsləhət görülür.
|
12.05.11 Məqaləni oxumaq
|
|
|
ABŞ Bin Ladenin plan dəftərini ələ keçirib
|
ABŞ Bin Ladenin terror əməliyyatı üçün tutduğu plan dəftərini ələ keçirib. “KƏLAMİNFO” Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, dəftərdə “Əl-Qaidə” liderinin illərlə planladığı müxtəlif əməliyyatlar yer alıb. Dəftərdə həmçinin “Əl-Qaidə”nin gələcək planları da açıqlanıb. Ələ keçirilən məlumatlar arasında 100-ə yaxın yaddaş kartı və 5 kompüter var.
|
12.05.11 Məqaləni oxumaq
|
|
|
Plagiatlıqda günahlandırılan Avropa Parlamenti sədrinin müavini istefa verdi
|
Plagiatlıqda günahlandırılan Avropa Parlamenti sədrinin müavini Silvana Kox-Merin bəyan edib ki, tutduğu bütün siyasi postları tərk edir. Almaniya Azad Demokrat Partiyasının İdarə Heyətinin üzvü olan xanım bunu yazılı müraciətində göstərib. Beləliklə, o, Avropa Parlamentinin sədr müavini və partiyasının Avropa Parlamentində təmsilçisi vəzifələrindən getməli olub. Kox-Merin bu addımı atmaqla plagiatlıqda ittiham olunduğu barədə diskussiyalardan ailəsinin uzaq olmasına çalışdığını deyib. «KƏLAMİNFO» «Deutsche Welle»yə istinadən xəbər verir ki, deputat xanım Heydelberq universitetində müdafiə etdiyi namizədlik dissertasiyasının bir sıra yerlərini köçürüb.
|
12.05.11 Məqaləni oxumaq
|
|
|
Bakıda “Gənclər təşkilatlarının IV Respublika Sərgisi” keçiriləcək
|
Gənclər və İdman Nazirliyi iyun ayında Bakıda “Gənclər təşkilatlarının IV Respublika Sərgisi”ni keçirəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər.
Burada məqsəd gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır. Sərgidə hər bir təşkilat üçün 8 kv.m sahə ayrılacaq və ayrılmış sahədə stendlər quraşdırılacaq. Sərgidə iştirak edəcək gənclər təşkilatları onlar üçün ayrılmış sahədə fəaliyyətləri ilə bağlı filmlər, bukletlər, nəşr etdirdikləri kitablar, çap məhsulları, uğurlu layihələrin təqdimatlarını edə biləcək və ictimai fəaliyyətlə məşğul olmaq istəyən gənclərlə birbaşa ünsiyyətdə olacaqlar. Stendlərin icarəsi və quraşdırılması Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək. Sərgidə iştirak etmək istəyən gənclər təşkilatları qeydiyyat formasını doldurub mayın 31-ə qədər nazirliyə müraciət etməlidirlər. Nizamnamə məqsədləri gəncləri əhatə etməyən və dövlət qeydiyyatı olmayan təşkilatlar sərgidə iştirak edə bilməyəcəklər.
|
12.05.11 Məqaləni oxumaq
|
|
|
ATƏT PA sədri ümummilli liderin məzarını ziyarət edib
|
ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiun ölkəmizə səfəri çərçivəsində bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. “KƏLAMİNFO” xəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb.
Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
|
12.05.11 Məqaləni oxumaq
|
|
|
PKK Ərdoğana hücumu öz üzərinə götürüb
|
PKK kürd terror təşkilatı baş nazir Rəcəb Tayyib Ərdoğanın konvoyuna edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Təşkilatın yaydığı bəyanatda bildirilib ki, hücum yalnız polisə qarşı yönəlib. «Bu, mülki şəxslərə və yaxud baş nazirə qarşı hücum deyildi» - deyə terrorçuların bəyanatında vurğulanıb. «KƏLAMİNFO» «Firat» agentliyinə istinadən xəbər verir ki, terrorçular hakimiyyəti konstruktiv danışıqlara getməyəcəyi təqdirdə gələn ay, daha dəqiq desək, seçkilərdən sonra «böyük müharibə» ilə hədələyiblər.
Öz növbəsində PKK-nın lideri Abdulla Öcalan bildirib ki, rəsmi Ankara altı həftə ərzində kürdlərlə danışıqlara getməsə, «bütün cəhənnəm azadlığa çıxacaq». «15 iyun son müddətdir. Ya həmin tarixdən sonra danışıqlarla bağlı irəliləyiş əldə olunacaq, ya da böyük müharibə başlayacaq» - deyə PKK lideri vəkilləri vasitəsilə bəyan edib.
|
12.05.11 Məqaləni oxumaq
|
|
|
Diffamasiyanın dekriminallaşdırılması mövzusunda konfrans keçirilib
|
Bu gün ATƏT-in Bakı ofisi və Mətbuat Şurası qanunvericilik islahatları vasitəsilə diffamasiyanın dekriminallaşdırılması mövzusunda konfrans təşkil olunub.
Tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel və ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanın diffamasiyanın dekriminallaşdırmaq təşəbbüsünü yüksək dəyərləndirib. D.Miyatoviç bu qanunun parlament tərəfindən qəbulunun zəruriliyini açıqlayıb. Onun sözlərinə görə, dünya ölkələrində diffamasiyanın dekriminalizasiyası pozitiv nəticələr verir. O, qanunun qəbulunu həm də media təmsilçilərinin peşəkarlığının artmasına kömək edəcəyini əlavə edib. “Jurnalist yazığı yazılara görə cinayət məsuliyyətinə cəlb edilməməlidir. Jurnalistin öz peşə fəaliyyətini yerinə yetirməsi üçün imkanlar yaradılmalıdır. Son vaxtlar Azərbaycanda diffamasiya ilə bağlı jurnalist həbs olunmayıb. Azərbaycanda bir sıra qəzetlərə qarşı mülki iddialar qaldırılıb, məhkəmə çəkişmələri aparılır və bununla bağlı məhkəmə qərarları da var",-deyə o söyləyib.
|
12.05.11 Məqaləni oxumaq
|
|
|
Elmira Süleymanova: “Məhkəmələr haqqında şikayətlər çoxdur”
|
Azərbaycanda məhkəmələr haqqında şikayətlər çoxdur və bu, sirr deyil. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova söyləyib.
E.Süleymanova Ombudsman Aparatı əməkdaşlarının məhkəmə proseslərində iştirak etməməsi məsələsinə də münasibət bildirib: “Avropa İnsan Hüquqları üzrə komissar cənab Hammerberq çox böyük çalışmalardan sonra Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq protokolunu qəbul etdi ki, o, üçüncü tərəf kimi məhkəmələrdə iştirak edər. Mən çox maraqlanıram, o, bir dəfə də olsun iştirak edibmi? Əlbbətdə yox. Baxmayaraq ki, xüsusi əlavə protokol da var. Nə üçün? Çünki məhkəmələr haqqında şikayətlər çoxdur və bu, sirr deyil. Heç kimə sübut etmək olmaz ki, məhz nəyə görə kiminsə məhkəmə işinə çıxdım, amma sizin işinizə çıxmadım. Ona görə də bu məsələlər tarazlaşdırılmalıdır. Ancaq bununla yanaşı, demək olmaz ki, biz məhkəmələrlə işləmirik. Qanuna uyğun olaraq, əgər süründürməçiliyə yol verilirsə, qərarlarla bağlı şikayətlər varsa, biz mütləq şəkildə müraciət edirik və vəziyyəti araşdırmağı, ədalətli, qanun çərçivəsində qərar qəbul etməyi xahiş edirik.
|
12.05.11 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: “Media azadlığının pozulması fikrinin səslənməsi fiksiyadır”
|
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı açıqlamalarına münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, Ə.Həsənov beynəlxalq təşkilatların Azərbaycanla bağlı açıqlamalarından təəccübləndiyini söyləyib. “Bəzi beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı açıqlamalarına sadəcə təəccüblənirəm. Ona görə yox ki, onlar Azərbaycanla bağlı belə subyektiv mülahizələrdən çıxış edərək açıqlamalar verirlər. Bu təşkilatlar getdikcə öz müstəqilliklərini itirərək ayrı-ayrı mərkəzlərin sifarişlərini yerinə yetirməyə başlayıblar. Azərbaycan kimi ölkədə medianın təsis olunması, onların fəaliyyətlərinin davam etdirilməsi üçün heç bir yasaqlayıcı qanun olmadığı təqdirdə media azadlığının pozulması fikrinin səslənməsi sadəcə olaraq fiksiyadır” - deyə Ə.Həsənov vurğulayıb.
|
12.05.11 Məqaləni oxumaq
|
|
|
Obama Ladenin şəkillərini senatorlara göstərməyə razıdır
|
Amerika administrasiyası əvvəlkitək Üsəma bin Ladenin ölüm fotolarını dərc etmək niyyətində deyil. “KƏLAMİNFO” “Newsru.com”a istinadən xəbər verir ki, prezident Barak Obama şəkilləri senatorlara göstərməyə hazır olduğunu bildirib. Senatın daxili təhlükəsizlik üzrə komitəsinin sədri Co Liberman bu təklifə razılıq verənlər sırasında olub. Əvvəl isə o, Ladenin ölüm şəkillərinin kütləvi dərcinin tərəfdarı kimi çıxış edirdi.
|
11.05.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 11 12 13 14 15 16 17 18 19 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|