Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2011
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    “Şərq Tərəfdaşlığı” əlaqələri intensivləşdirməyə imkan verəcək
    Bu gün “Şərq Tərəfdaşlığı” proqramı iki il sonra – nailiyyətlər və cağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramlı tədbirin mahiyyəti və “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edib. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia “Şərq Tərəfdaşlığı” proqramı barədə danışaraq, proqramın əsas məqsədinin siyasi baxış, sərhədlərdən yaxa qurtarmaq cəhdinin olduğunu və regiona sülh, stabillik və çiçəklənmə gətirəcəyini qeyd edib.
    18.05.11 Məqaləni oxumaq
     
    Milli ordunun çavuşu əsgər yoldaşını və özünü qətlə yetirib
    Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı Hərbi Hissəsində qətl hadisəsi qeydə alınıb. Müdafiə Nazirliyindən “KƏLAMİNFO”ya bildiriblər ki, milli ordunun kiçik çavuşu, 19 yaşlı Əliyev Elvin Əkbər oğlu əsgər yoldaşı, 19 yaşlı Abdullayev Tofiq Madar oğlunu avtomat silahla qətlə yetirib. Daha sonra E.Əliyev özünü öldürüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Qeyd edək ki, hadisəni törədən E.Əliyev Ordubad, T.Abdullayev isə Şərur rayon Hərbi Komissarlıqlarından hərbi xidmətə çağırılıblar.
    18.05.11 Məqaləni oxumaq
     
    Sarkisyanın qardaşı jurnalistə hücum edib
    Ermənistan parlamentində jurnalistlər üçün işləmək getdikcə çətinləşir. Buna səbəb bir sıra deputatların hərəkətləridir. Erməni xəbər agentliklərinin məlumatına görə, prezident Serj Sarkisyanın qardaşı, parlamentin deputatı Saşik Sarkisyan «Qraparaq» qəzetinin əməkdaşı Marine Xaratyana hücum edib. Onun özünü tam şəkildə cəzasız hiss etdiyini qeyd edən qəzetin əməkdaşı prezidentin qardaşını parlamentdə gördükdə ondan parlament seçkilərində iştirak edib-etməyəcəyini soruşub. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, o isə bunun cavabında diktofonu söndürüb nə ixtiyarla ona sual verdiyini soruşub. Bundan sonra isə deputat təhqir və söyüşlərə keçib. Jurnalist onu sakitliyə çağıranda isə Saşik ona hücum etmək istəyib. İşə parlamentin mühafizə xidməti qarışıb. Jurnalist prezidentin qardaşının onu hansı söyüşlərlə söydüyünü əks etdirən stenoqramı prezident dəftərxanasına göndərəcəyini bildirib. Stenoqramda Saşikin xanım jurnalistə «it» deməsi əks olunub.
    18.05.11 Məqaləni oxumaq
     
    Oqtay Əsədov Azərbaycan xalqını təbrik edib
    Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan xalqını “Eurovision” mahnı müsabiqəsindəki qələbə münasibətilə təbrik edib. O bildirib ki, 2 gün ərzində 8 milyon insan internetdə Azərbaycan haqqında axtarış verib. Bu qalibiyyətin ölkəyə olan marağı artırdığını qeyd edib. Deputat Azay Quliyev də “Eurovision” qələbəsi münasibətilə təbriklərini çatdırıb. O, çıxışında Avropa Parlamentinin Azərbaycan haqqında son bəyanatına münasibət bildirərək, bunu qeyri-obyektiv adlandırıb və qurumu qərəzli olmaqda ittiham edib. Daha sonra cari məsələlər müzakirə olunmağa başlayıb. Qeyd edək ki, bugünkü iclasın gündəliyinə 22 məsələ təklif edilib.
    18.05.11 Məqaləni oxumaq
     
    Mahmud Kərimov: “Yaş senzinin tətbiqində vahid standart deyil, fərdi yanaşma olmalıdır”
    Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlarla bağlı yaş senzinin tətbiqində fərdi yanaşma olmalıdır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı AMEA prezidenti Mahmud Kərimov söyləyib. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olması ilə bağlı Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə münasibət bildirən M.Kərimov hesab edir ki, burada vahid standart deyil, fərdi yanaşma olmalıdır: “Elə alimlər var ki, 65 yaşında çox məhsuldar çalışır, işləyirlər. Onların çoxlu tələbələri, aspirantları var. Ona görə də burada vahid standart deyil, fərdi yanaşma olmalıdır. Elə alimlər də var ki, 60 yaşa çatmamış fəaliyyətini dayandırıb və onlar elmi iş baxımında heç bir perspektiv vəd etmir. Onları təqaüdə göndərmədən işdən azad etmək daha yaxşı olar. Hər bir işçinin elmi fəaliyyəti və istedadı mütləq nəzərə alınmalıdır”. M.Kərimov AMEA-nın strukturlarında 10 minə yaxın insanın çalışdığını xatırladıb və qeyd edib ki, onların təxminən yarısına qədəri təqaüd yaşına çatanlardır. Onun sözlərinə görə, gənclərin sayı yaşlılara nisbətən azdır.
    18.05.11 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Qərbin sadə insanları bəzi siyasətçilərindən daha obyektivdirlər”
    “Eurovision” müsabiqəsində qələbə Azərbaycanın həyatını müşahidə edən nailiyyətlərin, yüksəlişin təcəssümü və ifadəsidir. Bu qələbə Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkə reallıqlarını bütün dünyaya çox gözəl şəkildə nümayiş etdirə bildi”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında YAP sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. O qeyd edib ki, gələn il Bakıda keçiriləcək növbəti müsabiqədə bir daha Azərbaycan gerçəkliklərinin dünyaya təqdim olunması üçün şərait olacaq. “Bu qələbə Azərbaycan ifaçılarının professionallığının sübutudur. Bəzi hallarda Azərbaycana qarşı ikili standartlar mövqeyindən yanaşmalar olur. Biz bu ikili yanaşmalar mövqeyini qəbul etmirik. Azərbaycanın Avropa müsabiqəsində qalib gəlməsi bir reallığı açıq şəkildə göstərdi ki, Qərbin sadə insanları özlərinin bəzi siyasətçilərindən fərqli olaraq daha ədalətli, daha obyektiv olurlar” - deyə Ə.Əhmədov vurğulayıb.
    18.05.11 Məqaləni oxumaq
     
    Milli Məclisdə Avropa Parlamenti ittiham edildi
    “Avropa parlamentinin tərəfdaş ölkələri arasında bütün məsələlər səmimi və qərəzsiz şəkildə həll edilir. Lakin, Avropa parlamentinin son bəyanatı Azərbaycanın bu quruma olan ümidlərini alt-üst etdi”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin iclasındakı çıxışında millət vəkili Azay Quliyev bildirib. O, qeyd edib ki, qəbul olunan bəyanat Avropa parlamentinin nizamnaməsinə ziddir, qurum reqlamentdən kənara çıxaraq Azərbaycan haqqında tələsik qərar çıxarıb. “Bu cür qətnamə Avropa Parlamentinin obyektivliyinə xələl gətirməklə onun beynəlxalq əhəmiyyətini azaldır və gələcəyini sual altında qoyur”,-deyə millət vəkili vurğulayıb. O, qəbul olunmuş qətnamədəki bir sıra qüsurları da nəzərə çatdıraraq bunun araşdırılmadan hazırlandığını bəyan edib. Qeyd edək ki, ötən günlərdə Avropa parlamenti Azərbaycanda insan haqları ilə bağlı bəyanat yayıb.
    18.05.11 Məqaləni oxumaq
     
    “Folklor nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişikliklər edilib
    Bu gün Milli Məclis “Folklor nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişikliklər edib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda dəyişikliklər barədə parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. N.Cəfərov bildirib ki, “Folklor nümunələrinin hüquqi qorunması haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən, xarici dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi və haqqı ödənilməklə istifadə edə bilərlər. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
    17.05.11 Məqaləni oxumaq
     
    Mübarəkin xanımı pullarını və mülkiyyətini dövlətə verib
    Misirin sabiq prezidenti Hüsnü Mübarəkin xanımı Syuzanna öz pullarını və mülkiyyətini dövlətin xeyrinə köçürüb. «KƏLAMİNFO» «Reuters»ə istinadən xəbər verir ki, Syuzanna Qahirədəki villasından imtina edib. Onun qiyməti isə 3,4 milyon dollardır. Eks-prezidentin xanımı əmlakını onun adından çıxarılmasını əks etdirən sənədlərə qol çəkib. 70 yaşlı eks-birinci xanım ötən həftənin sonu keçirilən dindirilmə zamanı ürək tutması yaşayıb və hazırda o, xəstəxanadadır. Məlumatlara görə, Syuzanna əmlakını dövlətin xeyrinə verməklə istintaqdan qurtulmaq istəyir. Hökumətdəki mənbənin verdiyi məlumata görə, hələ ki, iş bağlanmayıb. Lakin istisna deyil ki, bütün işlər yaxın vaxtlarda həllini tapsın.
    17.05.11 Məqaləni oxumaq
     
    Doktoranturaya respublika üzrə 500-ə yaxın qəbul olacaq
    Doktoranturaya qəbulla bağlı veriləcək elan üzərində iş aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı AMEA prezidenti Mahmud Kərimov söyləyib. Artıq yerlərin müəyyənləşdiyini diqqətə çatdıran M.Kərimov bildirib ki, yay aylarında elan veriləcək və sentyabrdan etibarən imtahanlar başlayacaq. İxtisasların azalmasına gəlincə, M.Kərimov bildirib ki, bunlar azalmayıb, sədacə sistemləşdirilib və Avropa standartlarına uyğunlaşdırlıb. Cari il qəbulun nə qədər olacağına gəlincə, AMEA prezidenti qeyd edib ki, bu, akademiya üzrə 200, respublika üzrə isə təxminən 500-ə yaxın olacaq.
    17.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    May.2011
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031