|
Səhifələr : # 10 11 12 13 14 15 16 17 18 #
BMT-nin qaçqınlar üzrə ali komissarı Azərbaycana gələcək
|
Mayın 18-19-da BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterres Azərbaycana səfər edəcək. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Ermənistandan ölkəmizə gələn ali komissar mayın 18-də Ağdamda olacaq. Ordan isə Yevlaxda məcburi köçkünlər üçün tikilən binalara gələcək: “Quterres ali komissar seçiləndən sonra ilk səfərini Azərbaycana edib. O, bütün tədbirlərdə Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri hər yerdə misal çəkir, nümunə göstərir. Son işlərlə tanışlıqdan sonra güman edirik ki, daha yüksək fikirlər söyləyəcək”.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
“Qaçqınkom” Firuddin Cəlilov və Eldar Namazov haqda hüquq-mühafizə orqanlarına müraciət edəcək
|
“Ermənistandan olan məcburi köçkünlərin mülkiyyət sənədlərinin guya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yandırılması ilə bağlı böhtan xarakterli yazıları yazan və yayan adamlar barəsində Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət olunacaq. Artıq bununla bağlı müvafiq şöbəyə tapşırıq vermişəm”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu YAP qərargahında keçirdiyi mətbuat konfransında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, bir neçə gündür mətbuatda keçmiş təhsil naziri Firudin Cəlilov və prezidentin sabiq müşaviri Eldar Namazova istinadən “Qaçqınkom”un yeni binaya köçürülməsi zamanı Ermənistandan olan qaçqınların şəxsi mülkiyyət sənədlərinin yandırıldığı barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həmin sənədlərin yandırılması qaçqınları Ermənistan dövlətini məhkəməyə vermək imkanından məhrum edir: “Mən üzümü tutub onlardan soruşuram, sizin şəxsi mülkiyyət sənədləriniz haradadır, harada saxlanır? Şəxsi mülkiyyət sənədini hər bir kəs özündə müqəddəs bir sənəd kimi qoruyub saxlayır.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
Səfir Londonda xeyriyyə aksiyasında iştirak edib
|
Londonda “CFAB” (Uşaqların və Ailələrin Qorunması) təşkilatı tərəfindən xeyriyyə xarakterli 52-ci ənənəvi Beynəlxalq Yaz Yarmarkası keçirilib. Yarmarkada Londonda akkreditə olunmuş 70-ə yaxın diplomatik nümayəndəlik edib. Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi ölkəmizə aid milli suvenirlərdən ibarət stend, həmçinin milli musiqi nümunələrinin canlı ifası ilə təmsil olunub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər.
Kral ailəsinin nümayəndələri və Böyük Britaniyanın nüfuzlu ictimai xadimlərinin qatıldığı yarmarkanın rəsmi açılış mərasimində səfir Fəxrəddin Qurbanov iştirak edib.
Yarmarkada Azərbaycan stendi və milli musiqi nümunələrimiz iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, nümayiş etdirilən suvenirlərdən əldə olunmuş vəsait “CFAB”ın uşaqlara yardım fonduna köçürülüb.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
XİN-dən növbəti xəbərdarlıq
|
Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Liviyadakı mövcud vəziyyətlə bağlı xəbərdarlıq edir. “KƏLAMİNFO” XİN-nin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, fevralın 15-dən başlayaraq Liviyanın bir çox şəhərində hökumət əleyhinə nümayişlər başlayıb. Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş verib, mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olub.
Nəticədə BMT Təhlükəsizlik Şurası Liviyada baş verən hadisələrlə əlaqədar 26 fevral 2011-ci il tarixində 1970 saylı, 17 mart 2011-ci il tarixində isə 1973 saylı qətnamələri qəbul edib, Liviyanın hava məkanı humanitar məqsədlər istisna olmaqla digər bütün növ uçuşlar üçün bağlı elan edilib.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
Obamanın rəqibi peyda oldu
|
ABŞ-da Nümayəndələr Palatasının keçmiş rəhbəri respublikaçı Nyut Qinqris elan edib ki, 2012-ci ildə keçirilən prezident seçkilərinə qoşulacaq. O, bu barədə sosial şəbəkə saytlarında bildirib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, 67 yaşlı Qinqris respublikaçıların ən yaxşı namizədi kimi tanınır. Digər respublikaçı namizədlərin arasında Massacusetsin keçmiş qubernatoru Mitt Romni, Alyaska qubernatoru Sara Pelin və multimilyarder Donald Tramp da var. 1994-cü ildə Qinqris Nümayəndələr Palatasına seçkilərdə partiyanın majoritar siyahısına liderlik edib, dörd il Palatanın spikeri olub. O, 1999-cu ildə etik şikayətlərlə üzləşdiyindən istefaya gedib.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
Abel Məhərrəmov: “Hazırda təhsil sahəsində ciddi islahatlar gedir”
|
“Hazırda təhsil sahəsində ciddi islahatlar gedir. Təhsil işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsi də aparılan böyük islahatın vacib tərkib hissəsidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov deyib.
A.Məhərrəmov bildirib ki, indiki şəraitdə ziyalılar məsələ ilə bağlı müvafiq təkliflərini verməkdədir. Onun fikrincə, bu proses mərhələlərlə həyata keçiriləcək.
“Pensiya yaşına çatmış müəllimlər bu gün təqaüdə çıxmırlar. Bunun səbəbi isə təqaüdün azlığıdır. Dövlət qulluqçusu olanda isə pensiya təminatı da yüksək olur. Bu islahatın həyata keçirilməsində əsas məqsədlərdən biri də müəllimlərin pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir. Nəzərdə tutulur ki, müəllimlər təqaüdə çıxanda onların pensiyasının məbləği aldıqları maaşın həcminə yaxın olsun”,-deyə akademik vurğulayıb.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
Seçici hüquqlarının müdafiəsinə həsr olunan seminar keçirilib
|
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Şamaxı şəhərində seçici hüquqlarının müdafiəsinə həsr olunan seminar keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AVCİYA-dan veriblər.
Seminar Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilib. AVCİYA-nın “Seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihəsi çərçivəsində baş tutan seminarda AR Seçki Məcələsinə dəyişikliklərlə bağlı assosiasianın tövsiyyələri iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, tədbirdə seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılması sahəsində mövcud problemlər müzakirə olunub.
Seminarda QHT nümayəndələri, müəllimlər, KİV və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirin sonunda AVCİYA Seçki Qərargahını rəhbəri Məhərrəm Zülfüqarlı, seçki qərargahının üzvü Osman Ağayev, tarix üzrə fəlsəfə doktoru Dəyanət Musayev və Ankara Universitetin magistratura şöbəsinin məzunu Anar Şirinov tədbir iştirakçılarının suallarına cavab veriblər.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
Fikrət Sadıxov: “İran cəhənnəmə tək getmək istəmir”
|
“Bütün təkidlərə və tələblərə baxmayaraq, İranın Ermənistanla əməkdaşlığı artan templə davam edir. Çünki Tehranın İrəvanla isti münasibətlərinin səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasıdır”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloq deyir ki, bu gün apardığı siyasətlə İran özünə borc bilir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana yardımlar etsin və bu yardımları daim artırsın. “Ötən ilə qədər İranın Ermənistana etdiyi yardımlar 50 milyon ABŞ dolları civarında ölçülürdü. Bu ilin ilk rübündə aparılan danışıqları nəzərə alsaq, bu rəqəm 250 milyon ABŞ dollarına çatıb. Çox qəribədir ki, bu, İranda sosial-iqtisadi vəziyyətin ağır olduğu dövrdə baş verir” - deyə F.Sadıxov vurğulayıb.
Ekspert qeyd edir ki, sanksiyalarla üzləşən İranın qonşuluğunda işğalçı dövləti dəstəkləməsi Tehranın regionda gələcəkdə çox da xoşa gəlməyən niyyətindən xəbər verir. “İran son ayaqda cəhənnəmə tək getmək istəmir” - deyə o, əlavə edib.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
ATƏT PA sədrinin Azərbaycana səfəri başlayıb
|
ATƏT Parlament Assambleyasının (PA) sədri Petros Eftimiun bu gün Azərbaycana səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.
ATƏT PA-nın sədri Petros Eftimiun jurnalistlərə bildirib ki, səfərinin əsas məqsədi Azərbaycanla təhlükəsizlik, iqtisadi, ekoloji, insan hüquqları və demokratiya sahəsində, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmaqdır.
Petros Eftimiun Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacaq.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Riqada səfərdədirlər
|
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Riqada səfərdədirlər. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında iştirak etmək üçün təşkil olunub. İclasda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq əlaqələr və protokol sektorunun müdiri Rauf Paşayev iştirak edir.
Xatırladaq ki, komissiya üzvləri və müvafiq sahələr üzrə ekspertlər tərəfindən Protokol layihəsinin razılaşdırılaraq imzalanması nəzərdə tutulan iclasda, həmçinin sadalanan sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən uzunmüddətli birgə layihələr yaradılmasının mümkünlüyü müzakirə olunacaq.
|
13.05.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 10 11 12 13 14 15 16 17 18 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|