|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
Özəl pensiya fondları 2015-ci ildən daha tez fəaliyyətə başlaya bilər
|
“Özəl pensiya fondları 2015-ci ildən tez yaradıla və Azərbaycanda bu sistem daha tez tətbiq oluna bilər”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. Onun sözlərinə görə, bir həftə əvvəl Azərbaycanda səfərdə olan Dünya Bankı ekspertləri ölkəmizdə pensiyaların üçüncü elementinin (yığım) tətbiqinin vaxtının yetişməsi ilə bağlı təqdimat ediblər: “Düşünürük ki, ilkin olaraq könüllü ödəmələr hesabına yığım sisteminin tətbiqinə başlamaq və bundan sonra ikinci elementə keçmək imkanı var. Bu o deməkdir ki, bu gün bizə ödənən 25 faizlik sosial sığorta haqlarının müəyyən bir hissəsi yığım sisteminə yönəldilməlidir. Bu da ödəniləcək məbləğ qədər fondun gəlirlərinin azalması ilə nəticələnəcək. Sual çıxır: onda bu gəlirlər hansı vəsait hesabına kompensasiya oluna bilər? Bu sual hələ açıqdır”.
|
21.05.11 Məqaləni oxumaq
|
|
|
Xaricdə təhsil alan tələbələr haqqında debat olacaq
|
Mayın 21-i Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) gənclərin “Xaricdə təhsil alan tələbələr və azərbaycançılıq (“Soruşma: “Dövlət mənə nə edib?”, “Sən ölkən üçün nə etmisən?”) mövzusunda debatları keçiriləcək. SAM-ın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində reallaşan debatda “Xaricdə təhsil almış və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq Forumu” İctimai birliyinin (ASAİF) üzvləri, aspirantlar, gənc alimlər, eləcə də məsələ ilə bağlı ekspertlər iştirak edəcək.
Tədbirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır.
|
21.05.11 Məqaləni oxumaq
|
|
|
Avropa Parlamenti-Azərbaycan Milli Məclisi Əməkdaşlıq Komitəsinin iclası keçiriləcək
|
Gələn ay Bakıda Avropa Parlamenti-Azərbaycan Milli Məclisi Əməkdaşlıq Komitəsinin növbəti iclası keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bildirib. O qeyd edib ki, bu Əməkdaşlıq Komitəsi 2001-ci ildən fəaliyyət göstərir. “Ancaq bu təşkilatın fəaliyyəti bizi o qədər də qane etmir. Ona görə də hesab edirəm ki, Avropa Parlamenti prezidentinin Bakı səfərinin nəticəsi olaraq bu əməkdaşlıq canlanacaq” - deyə sədr vurğulayıb.
|
21.05.11 Məqaləni oxumaq
|
|
|
YAP Qadınlar Şurası müsabiqə keçirəcək
|
Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası YAP-ın üzvü olan alim, yazıçı, şair qadınlar arasında elmi, bədii, publisistik əsərlərin müsabiqəsini elan edir. Partiyanın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpa edilməsinin 20-ci ildönümünə həsr olunur.
Müsabiqəyə təqdim edilən əsərlər 2011-ci il mayın 25-dən sentyabrın 25-dək qəbul ediləcək. Müsabiqənin yekun mərasimi 2011-ci il oktyabrın əvvəllərində keçiriləcək.
Qaliblərə mükafatlar təqdim olunacaq.
|
20.05.11 Məqaləni oxumaq
|
|
|
Avropa Parlamentinin prezidentinin Azərbaycana səfəri başlayıb
|
Bu gün Avropa Parlamentinin prezidenti Yerji Buzekin Azərbaycana səfəri başlayıb. “KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində Y.Buzek Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, vətəndaş cəmiyyətinin və müxalifət partiyalarının nümayəndələri ilə görüşəcək.
O, Azərbaycandan əvvəl Ermənistan və Gürcüstanda səfərdə olub.
|
20.05.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda özəl klinikalar nəticəsiz müalicəyə görə məsuliyyət daşıyacaq
|
Bundan sonra Azərbaycanda özəl tibb müəssisələrində müəyyən məbləğ ödəyərək müalicə olunan xəstə müalicə nəticəsində mənfi nəticələrlə üzləşərsə, qanunla onun hüquqları təmin olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu, hazırda Milli Məclisin Sosial siyasət komitəsində hazırlanan “Pasientlərin hüquqları haqqında” qanunda nəzərə alınıb.
Qanunda həkimlərin səhvlərinə görə inzibati və məhkəmə məsuliyyəti öz əksini tapacaq. Burada pasientlərin informasiya əldə etmək hüququ da nəzərdə tutulacaq, xəstələrin razılığı olmadan hansısa müalicə üsullarından istifadə qadağan ediləcək.
Qeyd edək ki, bu il qanunun Milli Məclisin plenar iclaslarının birində müzakirəyə çıxarılması gözlənilir.
|
20.05.11 Məqaləni oxumaq
|
|
|
Avropa Azərbaycandan nə istəyir?
|
Bir neçə müddət bundan əvvəl ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının qeyri-obyektiv bəyanatı, mayın 12-də Avropa Parlamentinin insan haqları ilə bağlı Azərbaycan haqqında qərəzli qətnaməsi və s. artıq Qərbin Azərbaycana olan münasibətlərində şübhəli məqamları qabartmağa başlayıb. Regionda istənilən sahədə Azərbaycanın liderə çevrilməsi etiraf edilsə də, müxtəlif qətnamə və bəyanatlarla Azərbaycan demokratik prinsiplərin pozulmasında qınanır. Bir çox mütəxəssis isə hesab edir ki, Avropanın Azərbaycana qarşı bu qərəzi dəyərlərin müxtəlifliyindən doğur.
|
20.05.11 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov Qoşulmamaq Hərəkatının 16-cı nazirlər görüşündə iştirak edəcək
|
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-27-də Balidə keçiriləcək Qoşulmamaq Hərəkatının 16-cı nazirlər görüşündə iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat katibi Elxan Poluxov bildirib.
E.Poluxov qeyd edib ki, Azərbaycan indiyədək təşkilatda müşahidəçi statusuna malikdir. Tədbirdə Azərbaycan rəsmən bu təşkilata daxil olacaq.
Qeyd edək ki, Qoşulmamaq Hərəkatı dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Qoşulmamaq Hərəkatı 1961-ci ilin sentyabrında Belqradda 25 ölkənin iştirakı ilə yaradılıb. Təşkilata Asiya, Afrika və Latın Amerikası ölkələri, eləcə də 15 müşahidəçi ölkə - Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Braziliya, Qazaxıstan, Qırğızıstan, ÇXR, Kosta-Rika, Meksika, Paraqvay, Salvador, Serbiya, Tacikistan, Ukrayna, Uruqvay, Xorvatiya və Monteneqro daxildir.
|
20.05.11 Məqaləni oxumaq
|
|
|
“Eurovision-2012”-də qonaqlar Azərbaycana necə gələcək?
|
“Eurovision-2012” mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyi ilə bağlı ictimaiyyət geniş müzakirələr aparır. 57-ci müsabiqənin ölkənin hansı bölgəsində, hansı məkanında keçirilməsi bu gün ən aktual mövzulardandır. Lakin bu müsabiqə ilə digər maraqlı məqam odur ki, yarışa qatılacaq ölkələrin hazırda Azərbaycanla viza problemi var. 50-yə yaxın ölkədən gəlməsi gözlənilən qonaqların bu halda Azərbaycana səfəri necə bəs baş tutacaq?
“KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyir ki, bununla bağlı ciddi narahatçılığa ehtiyac yoxdur. Onun sözlərinə görə, hazırda bir sıra Avropa ölkələri ilə viza problemimiz olsa da, gələn ilə kimi onların demək olar ki, hamısı ilə viza rejimi sadələşdiriləcək. “Onsuz da biz parlamentdə mütəmadi olaraq Avropa ölkələri ilə viza rejiminin sadələşdirilməsinə toxunuruq. “Eurovision-2012” ilə əlaqədar olaraq yəqin ki, bu məsələ intensivləşəcək. Çünki bu müsabiqə kifayət qədər ciddi hadisədir və Azərbaycan buna hərtərəfli ev sahibliyi edəcək” - deyə millət vəkili vurğulayıb.
|
20.05.11 Məqaləni oxumaq
|
|
|
İsraildən “erməni soyqırımı”na dəstək
|
Ermənilərin "soyqırım" qətnaməsi İsrail parlamentində qəbul olunub. “KƏLAMİNFO” “Doğan” Xəbər Agentliyinə istinadən xəbər verir ki, İsrail parlamenti 1915-ci il ermənilərin "soyqırım" iddialarına dair məsələni müzakirə edərək tarixdə ilk dəfə qətnamə layihəsini Təhsil komissiyasına göndərib. Ötən gün keçirilən toplantıda solçu partiya “Meretz”dən olan millət vəkili Zahava Galon qətnamə layihəsini dəstəkləyib.
“Ermənilərin yaşadığı faciə İsrail dövləti tərəfindən tanınmalıdır, bu hadisəyə görməməzlik etməyə insanlıq adına haqqımız yox”,-deyə israilli millət vəkili bildirib.
|
20.05.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 3 4 5 6 7 8 9 10 11 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|