Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2011
    Səhifələr : #  18 19 20 21 22 23 24 25 26  #
    Azərbaycan ilk dəfə Kann festivalında xüsusi pavilyonla təmsil olunacaq
    Azərbaycan ilk dəfə olaraq Kann film festivalında xüsusi pavilyonla təmsil olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. O qeyd edib ki, mayın 11-dən 16-na qədər Fransanın Kann şəhərində keçiriləcək festivalda özü də iştirak edəcək. “Əvvəlki festivalda Azərbaycan sadəcə reklam xarakterli lövhələrin vurulması ilə kifayətlənirdi. Bu il isə müxtəlif ölkələrin pavilyonlarının sırasında Azərbaycanın pavilyonu da qurulacaq. Mayın 14-də Kann festivalı çərçivəsində Azərbaycan pavilyonunun təqdimatı keçiriləcək. “Orada son illər ölkədə çəkilən filmlərin, reklam materiallarının təqdim olunması nəzərdə tutulur” - deyə nazir vurğulayıb. Nazir deyir ki, festival çərçivəsində Fransanın tanınmış kino xadimləri ilə görüşləri olacaq: “Jerar Depardye ilə yeni filmlərin çəkilişi ilə bağlı danışıqlar aparılacaq və müqavilələr imzalanaq. Bu bizim ilk təqdimatımızdır. Bu addımdan sonra Azərbaycan filmlərinin Kann festivalının proqramına daxil edilməsi üçün lazımi işlər görülməlidir. Bizim siyasətimiz ondan ibarətdir ki, tədricən Azərbaycan kinosunu tanıdaq və tezliklə biz buna nail olacağıq”.
    05.05.11 Məqaləni oxumaq
     
    Buş Obamanın dəvətini rədd etdi
    Birləşmiş Ştatların 43-cü prezidenti kiçik Corc Buş indiki prezident Barak Obamanın 2001-ci il 11 sentyabr hadisələri zamanı dağılmış Ümumdünya Ticarət Mərkəzinin yerinə gəlmək barədə dəvətini rədd edib. «KƏLAMİNFO» «NBC News»a istinadən xəbər verir ki, sabah Obama «Ground Zero» adlandırılan yeni tikiliyə baş çəkəcək. Burada o, 11 sentyabr hadisələri zamanı həlak olanların ailələri ilə görüşəcək. Telekanalın məlumatına görə, Buş həmin yerin açılışına sentyabr ayında gəlmək niyyətindədir. Sentyabrda hadisələrin 10 ili tamam olur. Nyu-York şəhərinin meri Maykl Blumberq bildirib ki, sentyabrda Barak Obama da ora gələcək.
    05.05.11 Məqaləni oxumaq
     
    Abel Məhərrəmov: “Hər kəs elmi adı öz zəhməti, alın təri ilə qazanmalıdır”
    “Azərbaycanda elmə marağın artması müsbət haldır. Elmi ad almaq və elmi fəaliyyətlə məşğul olmaq istəyənlərin sayı xeyli çoxalıb. Son vaxtlar Azərbaycanda elmin inkişafı istiqamətində ciddi addımların atılması gənclərin elmə olan marağını daha da gücləndirəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov deyib. A.Məhərrəmov qeyd edib ki, elmdə plagiatlıq olsa da, onun qarşısı alınır. Yəni bu istiqamətdə dövlət mexanizmi yaxşı işləyir. Belə halların həmişə olduğunu deyən akademik buna qarşı daim mübarizə aparıldığını söyləyib. “Mən əminəm ki, son zamanlar həyata keçirilən tədbirlər bu sahədə xeyli yenilikləri ortaya çıxaracaq. Hər kəs elmi adı öz zəhməti, alın təri ilə qazanmalıdır”,-deyə A.Məhərrəmov vurğulayıb. Akademik son günlər Azərbaycan Prezidenti tərəfindən elm sahəsi ilə bağlı imzalanmış sərəncamların əhəmiyyətini vurğulayıb. O bildirib ki, hər bir xalqın, dövlətin gələcəyi elm və təhsillə bağlıdır.
    05.05.11 Məqaləni oxumaq
     
    Zakir Qaralov Özbəkistanın baş prokuroru ilə görüşüb
    Özbəkistanın baş prokuroru Rəşitjan Kodirovun rəhbərlik etdiyi nümayəndə heyəti baş prokuror Zakir Qaralovla görüşüb. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, Z.Qaralov 2010-cu ilin sentyabr ayında "Özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş"in imzalanmasının ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılmasında mühüm rol oynadığı diqqətə çatdırıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı Özbəkistanın obyektiv və birmənalı mövqeyinin əhəmiyyəti vurğulanıb.
    05.05.11 Məqaləni oxumaq
     
    BSU-da Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konfrans keçirilir
    Bu gün Bakı Slavyan Universitetində (BSU) Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” ənənəvi II Beynəlxalq elmi konfrans öz işinə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, konfransa respublikanın ali məktəblərindən və elmi müəssisələrindən 173, Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Belarus, Gürcüstan, Litva, Polşa, Qazaxıstan universitetlərindən isə 30 alim və tədqiqatçı qatılıb. Konfransda çıxış edən BSU-nun rektoru Kamal Abdulla keçən il bu konfransın Naxçıvan Dövlət Universiteti ilə birgə keçirildiyini, bu il isə Azərbaycanın digər bir şəhəri Gəncə Dövlət Universiteti ilə birgə keçirdiklərini qeyd edib. Konfransın işi yüksək qiymətləndirən K/Abdulla bu cür konfransların vacib olduğunu vurğulayıb.
    04.05.11 Məqaləni oxumaq
     
    Azay Quliyev: “ATƏT və Minsk Qrupu konkret mövqe nümayiş etdirməlidir”
    İyun ayında Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyasının yay sessiyası keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə yap.org.az saytına Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev məlumat verib. A.Quliyev bildirib ki, deputatlarımız tərəfindən ATƏT-in faktaraşdırıcı missiyasının hesabatına münasibət bildiriləcək. Eləcə də, sessiyada erməni hərbçiləri tərəfindən azyaşlı uşağın qətlə yetirilməsi məsələsi qaldırılacaq. “ATƏT Ermənistanın işğalçılıq siyasəti ilə bağlı ciddi qərarlar qəbul etməlidir. Əks halda, işğalçı dövlət sülhə getmək üçün addımlar atmayacaq. Heç kəsə sirr deyil ki, Ermənistan danışıqlar prosesindən münaqişənin həllini uzatmaq üçün istifadə edir. Amma bu danışıqlar sonsuz ola bilməz. Ona görə də, ATƏT və onun Minsk qrupu konkret mövqe nümayiş etdirməlidir”,-deyə A.Quliyev bildirib.
    04.05.11 Məqaləni oxumaq
     
    E.Vəlizadə: “Azəbaycanda informasiya təhlükəsizliyinə milli təhlükəsizliyin tərkib hissəsi kimi baxılır”
    Ölkəmizdə informasiya təhlükəsizliyinə diqqət artırılır və Azəbaycanda bu sahəyə milli təhlükəsizliyin tərkib hissəsi kimi baxılır. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakıda “Kiber və milli təhlükəsizlik: NATO siyasəti və milli baxış” mövzusunda keçirilən konfransda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə söyləyib. “İnformasiya təhlükəsizliyi ilə bağlı qanun, normativ-hüqüqi bazalar mövcuddur. Bütün bunlar ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsi və cinayətkarlara qarşı mübarizə aparmaq üçün hüquqi əsas yaradır”,-deyən E.Vəlizadə əlavə edib ki, ölkəmizdə informasiya təhlükəsizliyinin səviyyəsini yüksəltmək məqsədilə əsas beynəlxalq standartların milli dilə tərcümə edilərək qəbulu həyata keçirilir. Onun sözlərinə görə, son iki ildə 10 standart təsdiq olunub və daha 6 standart isə təsdiq edilmək üçün hazırlanıb. E.Vəlizadə vacib hesab edir ki, formalaşan informasiya cəmiyyətində dövlətin dünyada cərəyan edən proseslərə uyğun, milli təhlükəsizlik konsepsiyası olmalıdır. Nazir müavini dünyada bu məsələlərlə bağlı baş verən proseslərdən də bəhs edib.
    04.05.11 Məqaləni oxumaq
     
    Xalq çalğı alətlərimizin xaricə satışı qadağan olunacaq
    Bundan sonra kütləvi istehsal olunan çalğı alətlərindən üstünə “Azərbaycan” sözü yazılmayanı ölkə xaricinə ixrac olunmayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu, Milli Məclisdə yeni hazırlanan “Azərbaycanın muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsində nəzərdə tutulub. Qanun layihəsinin 6.2 maddəsində qeyd olunur ki, Azərbaycanda kütləvi istehsal olunan xalq çalğı alətlərinə “Azərbaycan” sözü nəqş edilir və belə seçdirməsi olmayan Azərbaycan xalq çalğı alətlərinin ölkə xaricinə çıxarılmasının qarşısı alınır.
    04.05.11 Məqaləni oxumaq
     
    Prezident 8-9 iyunda Serbiyaya səfər edəcək
    Prezident İlham Əliyev cari ilin 8-9 iyun tarixlərində Serbiyaya səfər edəcək. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya bildiriblər ki, bu barədə Elmar Məmmədyarovun serbiyalı həmkarı ilə görüşündə bildirilib. Nazirlərin görüşündə nəzərdə tutulan səfər və səfər zamanı müqavilə-hüquq bazasının genişləndirilməsi, iqtisadi, ticarət, turizm və mədəniyyət sahəsində, eləcə də XİN-lər arasında, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
    04.05.11 Məqaləni oxumaq
     
    Misir Mərdanov: “Dövlət imtahanlarını tam olaraq ləğv etməmişik”
    “Dövlət imtahanları və buraxılış işini tam olaraq ləğv etməmişik. Biz sınaq üçün Xarici Dillər Universitetində bunu həyata keçirdik”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Nazirin sözlərinə görə, bu sistem özünü doğrultsa, gələcəkdə digər universitetlər də bu sistemə keçə bilər: “Əgər tələbə 4 il ərzində nəzərdə tutulan kreditləri tam ödəyə bilibsə, onları biz əlavə imtahandan azad edirik. Bu işin mahiyyəti bundan ibarətdir”. Nazir, həmçinin ödənişli təhsil haqqının qaldırılması ilə bağlı fikirlərin tam dəqiq olmadığını bəyan edib. Nazirliyin gəldiyi qərar budur ki, dövlət sifarişi hesabına qəbul olunanların dövlət tərəfindən ödənilən təhsil xərcləri ödənişli təhsil xərcindən aşağı olmasın. O, bu təklifin Maliyyə və İqtisadi İnkişaf nazirliklərinə təqdim olunduğunu və bu barədə müvafiq qərarın qəbul ediləcəyini qeyd edib.
    04.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  18 19 20 21 22 23 24 25 26  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    May.2011
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031