Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2011
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Əfv Komissiyası araşdırma aparır
    “Əfv Komissiyası daim işləyən orqandır. Zaman-zaman quruma müraciətlər daxil olduqca araşdırma aparılır”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev deyib. O, 28 May Respublika günü ilə bağlı əfv olub-olmayacağı haqda heç bir açıqlama vermək istəmədiyini deyib: “Hazırda komissiyanın işi ilə bağlı məlumat vermək istəməzdim. Çünki bu istiqamətdə müəyyən işlər var ki, davam edir”.
    19.05.11 Məqaləni oxumaq
     
    “Reklam haqqında” qanuna dəyişikliklər ediləcək
    Azərbaycanda “Reklam haqqında” qanuna dəyişiklik ediləcəyi gözlənilir. Bu barədə “KƏLAMİNFO” müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. O qeyd edib ki, hazırda qanunda kifayət qədər boşluq var və xüsusilə də bu, reklamların dili ilə bağlıdır. “Plüralizm şəraitində yaşadığımız üçün demokratiya ab-havası bir çox sahəyə sirayət edib. Lakin elə dəyərlərimiz var ki, onun olduğu kimi qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin vətəndaşlıq borcudur. Biz bunu biznes maraqlarına qurban verməməliyik” - deyə J.Əliyeva vurğulayıb. Millət vəkili deyib ki, hazırda komitədə bununla bağlı müzakirələr gedir.
    19.05.11 Məqaləni oxumaq
     
    Azay Quliyev: “Eurovision”la bağlı layihə olarsa, müsabiqədənkənar da baxa bilərik”
    “Bu il “Turizm” ilidir və ümid edirik ki, turizm mövzusunda QHT-lər arasında elan etdiyimiz müsabiqəyə maraq çox olacaq”. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Onun sözlərinə görə, bir neçə gün əvvəl elan edilən müsabiqədə 7 istiqamət üzrə qaliblər seçiləcək: “Müsabiqə iyunun 3-də başa çatacaq. Bilirsiniz, bu, çox yeni bir sahədir, QHT-lər bu istiqamətdə formalaşmayıblar. Amma biz istəyirik ki, bu sahədə təcrübəsi olanlar digərləri ilə bölüşsünlər. Xüsusilə kənd turizminin inkişafı, yeni turizm marşrutlarının müəyyənləşdirilməsi, işğal altında olan turizm məkanlarımızın bir daha aşkarlanması, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunması ilə bağlı təşəbbüsləri gözləyirik. Eyni zamanda bu gün turizm sahəsində kifayət qədər maariflənməyə ehtiyac var.
    19.05.11 Məqaləni oxumaq
     
    Beynəlxalq Valyuta Fondunun prezidenti istefa verib
    Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti istefa verib. “KƏLAMİNFO” Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, cinsi təcavüzdə günahlandırılan BVF prezidenti Dominik Stross-Kan qurumunu müdafiə etmək zamanı qazanmaq üçün bu addımı atıb. BVF-nin məlumatında Dominik Stross-Kan böyük kədər hissi ilə Direktorlar Şurasına Beynəlxalq Valyuta Fondunun icraçı direktoru postundan istefa ərizəsini təqdim etdiyini yazıb. “Mənə qarşı irəli sürülən bütün ittihamları böyük qətiyyətlə rədd edirəm. Şərəf və ləyaqətlə xidmət göstərdiyim bu təşkilatı qorumaq istəyirəm",-deyə Dominik Stross-Kan istefa məktubunda yazıb.
    19.05.11 Məqaləni oxumaq
     
    Müsəlmanlar Obamaya inanmır
    ABŞ prezidenti Barak Obamanın müsəlman ölkələrində nüfuzu aşağı düşüb. “KƏLAMİNFO” Türkiyənin “Zaman” qəzetinə istinadən xəbər verir ki, ABŞ-da sorğu mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Obamanın uşaqlığını keçirdiyi müsəlmanların ən sıx yaşadığı İndoneziyada belə ona münasibət birmənalı deyil. 2010-cu ildə ABŞ-ın nüfuzu burda 59% idisə, 2011-ci ildə bu 54%-ə düşüb. ABŞ prezidentinin Şimali Afrika və Yaxın Şərqdəki demokratik vəziyyətlə bağlı açıqlamasına günlər qalmış nəticələrin bu cür olması Obamaya olan inamın azalmasına sübut göstərilir. Türkiyədə isə sorğu iştirakçılarının 17%-i, Pakistanda isə əhalinin 11%-i ABŞ prezidentinə etibar edir.
    19.05.11 Məqaləni oxumaq
     
    Bu il Bakıda 6 yeni beşulduz otel açılacaq
    “Turizm sektoruna çoxlu sərmayə qoyulur. Biz turistlərin cəlb edilməsi üçün coğrafiyamızdan və təbii şəraitimizdən istifadə etmək niyyətindəyik və artıq istifadə edirik”. Bunu Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumunda prezident İlham Əliyev deyib. Dövlət başçısının sözlərinə görə, bu il təkcə Bakı şəhərində dünya səviyyəsində 6 yeni beşulduzlu otel açılacaq: “Bu göstərir ki, dünya brendləri Azərbaycana sərmayə qoyulması mümkün və sərmayə qoyulmalı bir ölkə kimi yanaşırlar, ən əsası isə ölkəmizin gələcəyinə inanırlar. Biz uzunmüddətli sərmayələrin, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin yaradılmasının tərəfdarıyıq və bu məqsədlə radikal, çox mühüm iqtisadi islahatlar həyata keçiririk”.
    19.05.11 Məqaləni oxumaq
     
    BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycana səfəri başlayıb
    BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin Azərbaycana səfəri başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu gün BMT rəsmisi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
    19.05.11 Məqaləni oxumaq
     
    İtaliyada milli azlıqların qorunması mövzusunda seminar keçiriləcək
    Mayın 20-də İtaliyanın Boltzano şəhərində “Milli azlıqların qorunması: Boltzano tövsiyələri və ATƏT-in siyasəti” mövzusunda seminar keçiriləcək. Seminarda ATƏT Parlament Assambleyasının üzvü olan ölkələrin nümayəndə heyətlərinin üzvləri təmsil olunacaqlar. Bu tədbirdə Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova iştirak edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə yap.org.az saytına R.Aslanova bildirib. Onun sözlərinə görə, seminar iki sessiyadan və yekun mərasimdən ibarət olacaq. Birinci sessiyada Boltzano tövsiyələrinin prinsipləri və onların həyata keçirilməsi, milli azlıqların qorunması və dövlətlərin suverenliyi, milli azlıqların qorunmasında ATƏT PA-nın rolu və sairə üzrə çıxışlar olacaq.
    19.05.11 Məqaləni oxumaq
     
    İçəri şəhərdə ilk numizmatik ekspozisiya açıldı
    Bu gün İçəri şəhərdə ölkə əhəmiyyətli abidə olan, “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq bərpa işləri yenicə başa çatan Çin Məscidində ümummilli lider Heydər Əliyevin doğum gününə və 18 may Beynəlxalq Muzeylər gününə həsr olunan ilk Numuzmatik ekspozisiya açıldı. “KƏLAMİNFO” xəbər verir ki, ekspozisiyaya daxil olan sikkələr e. ə. IV əsrdən – XIX əsrin birinci yarısına qədər olan böyük bir dövrü əhatə edir. Burada pula qədər istifadə olunan əmtəə mübadilə vasitələri, Azərbaycan ərazisində yerləşən dövlətlərin və bu dövlətlərlə iqtisadi əlaqələri olan bir çox xarici dövlətlərin sikkələrini də görmək olar. Bu sikkələrin böyük bir hissəsi İçəri şəhərdə arxeoloji qazıntılar zamanı aşkar edilib. Bununla bərabər bu nümunələrin yayılma arealını əks etdirən xəritə də ekspozisiya iştirakçılarına təqdim olunub. Xatırladaq ki, ekspozisiyanın açılışı ölkə prezidentinin turizmin inkişafı ilə bağlı verdiyi sərəncama uyğun turistlərin marağını cəlb etmək üçün təşkil olunub.
    18.05.11 Məqaləni oxumaq
     
    Araz Elsəsin konsertinin vaxtı dəyişib
    Türk dünyasının ozanı kimi tanıdığımız Araz Elsəs mayın 24-də Bakıda konsert proqramı ilə çıxış etməli idi. Lakin konsertin vaxtı müəyyən səbəblərdən dəyişib. “KƏLAMİNFO”nun məlumatına görə, təşkilatçı proqramı mayın 29-na keçirib. Paytaxtın istirahət mərkəzlərinin birində təşkil ediləcək musiqili proqramın anonsları yaxın günlərdə təqdim ediləcək. Qeyd edək ki, konserti təşkil edən heyət proqramın martın 24-də keçirilməməsinin səbəbini əsasən texniki problemlərin yaranması ilə izah edib. Eyni zamanda, konsertdə Araz Elsəsi müşayiət edəcək ansamblın həmin tarixdə Bakıya gələ bilməyəcəyini açıqlayıb. Hər iki səbəbdən musiqili proqram 5 gün sonraya keçirilib. Öyrəndik ki, Araz Elsəs Bakı konsertinin repertuarını artıq hazır edib.
    18.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  4 5 6 7 8 9 10 11 12  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    May.2011
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031