Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2011
    Səhifələr : #  20 21 22 23 24 25 26 27 28  #
    Obamadan sürpriz ziyarət
    Obama əkiz qüllələrin dağıdıldığı yerə - "Ground Zero"ya gedəcək. “KƏLAMİNFO” “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu qərarı ABŞ prezidenti Barak Obama “Əl Qaidə” lideri bin Ladenin öldürülməsindən sonra verib və mayın 5-də Nyu-Yorka gedəcək. Ağ evdən verilən məlumata görə, prezident Obama 11 sentyabr terror hadisələrində yaxınlarını itirən insanlarla da görüşəcək. Qeyd edək ki, dünən Barak Obama Ağ evdə Konqresin demokrat və respublikaçı liderlərinə axşam yeməyi verib.
    03.05.11 Məqaləni oxumaq
     
    Nazir müavini: “Büdcəyə dəyişikliklərdən sonra sosial xərclər artacaq”
    “Neft Fondundan büdcəyə transfertlər vergi daxilolmalarından çox ola bilər”. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında maliyyə nazirinin müavini Azər Bayramov deyib. Onun sözlərinə görə, dəyişikliklər nəticəsində büdcəyə üç mənbədən – Vergilər Nazirliyi, Gömrük Komitəsi və Neft Fondundan 1,5 milyard manat əlavə ediləcək: “Büdcəyə əlavə və dəyişiklik edildikdən sonra büdcənin sosial xərcləri daha da artacaq. Sosial yönümlü xərclər stabil maddədir, ona görə də ümumi büdcədəki payı ümumi büdcənin xərc hissəsindən asılıdır. Dəyişikliklərdən sonra təqribi hansı həcmə çatacağı hələ dəqiqləşməyib”.
    03.05.11 Məqaləni oxumaq
     
    ABŞ Pakistan hökumətini məlumatlandırmayıb
    Birləşmiş Ştatlar «Əl-Qaidə» lideri Üsəma bin Ladenin öldürülməsi üzrə əməliyyatla bağlı Pakistan hökumətini məlumatlandırmayıb. ABŞ təyyarələri yalnız missiyalarını başa çatdırıb Pakistanın hava məkanını tərk edib gedəndən sonra İslamabada əməliyyat barədə məlumat veriblər. «KƏLAMİNFO» “Agence France-Press”ə istinadən yaydığı xəbərdə göstərib ki, bunu ABŞ prezidentinin terrorla mübarizə üzrə müşaviri Con Brennan keçirdiyi mətbuat konfransında bəyan edib. Brennan istisna etmir ki, «bir nömrəli terrorçu»ya Pakistan hökumətinin rəsmi qaydada dəstəyi olub. O, bununla bağlı təhqiqat apardıqlarını da deyib. «Belə olmasaydı, o, uzun müddət burada qala bilməzdi» - deyə Brennan əlavə edib. ABŞ prezidentinin müşaviri onu da deyib ki, Laden qorunmaq üçün arvadlarından birindən canlı qalxan kimi istifadə edib.
    03.05.11 Məqaləni oxumaq
     
    AVCİYA Xaçmazda seçici hüquqlarını müzakirə edib
    Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xaçmaz şəhərində növbəti seminar keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AVCIYA-nın mətbuat xidmətindən veriblər. Seminar “Seçici hüquqlarının müdafiəsinin, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihə çərçivəsində baş tutub. Tədbirdə seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılması sahəsində mövcud problemlər müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb. Tədbir iştirakçıları öz çıxışlarında seçki şikayətlərinə baxılması prosedurunun nisbətən sadələşdirilməsinə, “Seçki Məcəlləsi”nə beynəlxalq standartlara uyğun bir sıra dəyişikliklərin edilməsinə ehtiyac olduğunu xüsusi qeyd ediblər. Tədbirin sonunda AVCİYA–nın Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı tövsiyələri iştirakçıların nəzərinə çatdırılıb. Qeyd edək ki, seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşıb.
    03.05.11 Məqaləni oxumaq
     
    Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycandakı ermənilərə baş çəkiblər
    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda əsirlikdə saxlanılan 3 erməni hərbçisi və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. Bu barədə məlumat “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyindən verilib. Başçəkmə zamanı əsirlərin saxlanma şəraiti və fiziki durumlarının monitorinqi aparılıb, onlara yaxınlarının məktubları çatdırılıb. Əsirlərdən yaxınlarına çatdırılacaq məlumatlar alınıb.
    03.05.11 Məqaləni oxumaq
     
    Qoşunların təmas xəttində monitorinq olacaq
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 4-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Antal Herdiç və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Maykl Okonnor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Xristo Xristov, Marius Puodziunas və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi, polkovnik-leytenant Aleksandr Nepokritix keçirəcəklər.
    03.05.11 Məqaləni oxumaq
     
    Litva prezidenti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
    Azərbaycanda rəsmi səfərdə olan Litva prezidenti xanım Dalya Qribauskayte bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub Sonra xanım Dalya Qribauskayte Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarında keçmiş qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib. Litva prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
    03.05.11 Məqaləni oxumaq
     
    Atəşkəs Tərtər rayonu istiqamətdə pozulub
    Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 3-də saat 05.20-dən 05.55-dək Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
    03.05.11 Məqaləni oxumaq
     
    Luvr muzeyinin direktoru Azərbaycana gəlir
    3-5 may 2011-ci il tarixində Fransanın məşhur Luvr muzeyinin direktoru Anri Luaret Azərbaycana səfər edəcək. “KƏLAMİNFO”nun Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin Anri Luareti qəbul etməsi planlaşdırılır. Səfər zamanı Azərbaycan Dövlət İncəsənət Muzeyində Luvr Muzeyinin kolleksiyasından iki mövzuda sərgilərin təşkili nəzərdə tutulur. Eləcə də Bakıda yeni xalça muzeyinin açılış mərasimi zamanı Luvr Muzeyinin xalça kolleksiyasından bir neçə eksponatın müvəqqəti təqdim edilməsinin mümkünlüyü kimi məsələlərin müzakirə olunması gözlənilir. Səfər zamanı Anri Luaretin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasına baxış keçirməyi, Müasir İncəsənət Muzeyində rəssam Əliyar Əlimirzəyevin sərgisinin açılış mərasimində iştirakı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu, Qala Qoruğunda “Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksini və Mərdəkan qalalarını ziyarət edəcəyi nəzərdə tutulub. Səfər proqramına, həmçinin Əbülfəs Qarayevin yanında KİV-in iştirakı ilə mətbuat konfransı və Azərbaycan Dövlət İncəsənət Muzeyinin rəhbərliyi ilə görüş daxil edilib.
    03.05.11 Məqaləni oxumaq
     
    ABŞ Dövlət Departamenti amerikalıları diqqətli olmağa çağırıb
    ABŞ Dövlət Departamenti ölkə xaricində yaşayan bütün vətəndaşlara xəbərdarlıq edib. “KƏLAMİNFO” “CNNTürk”ə istinadən xəbər verir ki, ABŞ-ın bütün səfirliklərinə xəbərdarlıq edən Dövlət Departamenti “Əl-Qaidə” terror təşkilatının lideri Üsəma bin Ladenin öldürülməsi ilə bağlı olaraq vətəndaşları terror təşkilatının hücumlarına qarşı ehtiyatlı və diqqətli olmağa çağırıb. Xəbərdarlıqda ölkə xaricində yaşayan və səyahətdə olan Amerika vətəndaşlarından izdihamlı yerlərdən uzaq durmaq tapşırılıb.
    02.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  20 21 22 23 24 25 26 27 28  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    May.2011
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031