Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Katolik kilsəsi ilə bağlı saziş ratifikasiya olunub
    Milli Məclis bu gün “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” sazişin təsdiq edilməsi barədə” qanun layihəsi təsdiq edib. “KƏLAMİNFO” xəbər verir ki, layihə haqqında məlumat verən Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova sözügedən sazişin 8 maddədən ibarət olduğunu deyib. O bildirib ki, Azərbaycanın tolerant bir məkana çevrilib, Azərbaycanda islam dininə mənsub olan dini cərəyanlarla yanaşı pravoslav kilsəsi, sinaqoqlar, digər dini təriqətlərə məxsus olan ibadət yerləri fəaliyyət göstərir: “Bu Katolik kilsəsi ilə bağlı ayrıca sazişin olması və imzalanması o demək deyil ki, digər dinlər zəifdirlər, gücsüzdürlər. Hesab edilir ki, Katolik kilsəsi ilə bağlı belə sazişin imzalanması və ratifikasiyasına ehtiyac var”.
    27.05.11 Məqaləni oxumaq
     
    Xəzər dənizində zəlzələ olub
    Bu gecə yerli vaxtla saat 04:55:30-da Xəzər dənizində, Bakıdan 166 km şərqdə zəlzələ qeydə alınıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən “KƏLAMİNFO”ya verilən məlumata görə, zəlzələ hiss olunmayıb. Yeraltı təkanlar maqnituda 3.90, dərinlikdə isə 45 km. olub.
    27.05.11 Məqaləni oxumaq
     
    Ziya Məmmədov Almaniyada Beynəlxalq Nəqliyyat Forumunda iştirak edir
    Almaniyanın Leypsiq şəhərində beynəlxalq nəqliyyat forumu keçirilir. Nəqliyyat Nazirliyindən “KƏLAMİNFO”ya bildiriblər ki, forumda nazir Ziya Məmmədov iştirak edir. Beynəlxalq Nəqliyyat Forumunun (İTF) budəfəki mövzusu “Cəmiyyət üçün nəqliyyat”dır. İştirakçılar və İTF-ə üzv dövlətlər cəmiyyətin tələbləri və ehtiyacına uyğun olaraq nəqliyyat məsələlərinin həlli üçün çıxış yollarının tapılmasını müzakirə edirlər. Eyni zamanda, Forumun dünyanın bugünkü tələblərinə uyğun olaraq nəqliyyat sektorunun inkişafı üçün yeni perspektivlər yaradacağı gözlənilir. Başqa sözlə, Forum üzv dövlətlər və nazirlər üçün bir yerə toplaşmaq, müxtəlif məsələlər və təcrübələr barədə öz fikirlərini paylaşmaq və sıx əməkdaşlıq münasibətləri qurmaq imkanı yaradır.
    27.05.11 Məqaləni oxumaq
     
    Azərbaycan və İndoneziyanın xarici işlər nazirləri görüşüb
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Marti Nataleqava ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə tərəflər ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. İndoneziyanın xarici işlər naziri Marti Nataleqava E.Məmmədyarovu Azərbaycanın bu təşkilata üzv olması münasibətilə təbrik edib və ikitərəfli səmərəli əməkdaşlığa ümidvar olduğunu deyib.
    27.05.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Ukraynada konfransa qatılacaq
    Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Yaltada keçiriləcək Kiyev Təşəbbüsü Regional Proqramının iştirakçı ölkələrinin Mədəniyyət Nazirlərinin konfransında iştirak edəcək. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, konfrans cari ilin 26-27 may tarixlərində Ukraynanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçiriləcək. Xatırladaq ki, konfrans zamanı “Kiyev Təşəbbüsü: inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, mədəniyyət siyasəti və vətəndaş cəmiyyəti arasında sinerji – təcrübələr, problemlər və gələcək perspektivlər”, “Kiyev təşəbbüsü regionlar üzrə mədəniyyət siyasəti: son zamanlar ərzində baş verən dəyişikliklər və çətinliklər”, “Kiyev Təşəbbüsü: 2-ci Pilot Layihə: Tarixi şəhərlərdə mədəni irsin bərpa edilməsi” və “Qara Dəniz və Cənubi Qafqaz regionu Mədəniyyət Nazirlərinin Şurası konsepsiyası” kimi sənədlər müzakirə olunacaq.
    27.05.11 Məqaləni oxumaq
     
    Obama tarixi səhv saldı
    ABŞ prezidenti Barak Obama İngiltərədə maraqlı bir kuriozla qarşılaşıb. «KƏLAMİNFO» «Türkiyə» qəzetinə istinadən xəbər verir ki, Obama Vest Minister Abbi Kilsəsində ziyarətçilər dəftərinə səhvən 2008-ci il yazması ilə yanlış tarixə imza atıb. Bu məsələ artıq İngiltərədə günün mövzusuna çevrilib.
    26.05.11 Məqaləni oxumaq
     
    Qırğızıstanda 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib
    Azərbaycanın Qırğızıstandakı səfirliyi “Dəsmiyə” restoranında 28 May – Respublika Gününün 93-cü ildönümünə həsr olunmuş tədbir keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər. Tədbirdə səfirlik tərəfindən Qırğız Respublikasının Jogorku Keneşin (Parlament) deputatları, Qırğızıstanda akkreditə olunmuş səfirlik və nümayəndəliklər, Qırğız-Türk “Manas” Universitetinin rəhbərliyi, soydaşlarımız, yerli ictimai-siyasi xadimlər, bu ölkədə akkreditə olunmuş ölkələrin və yerli KİV-lər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan səfir A.Ağayev 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olduğunu söyləyib. O, ilk demokratik respublikanın millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyduğunu bildirib.
    26.05.11 Məqaləni oxumaq
     
    İstanbulda bomba partladılıb: yaralılar var
    İstanbulda güclü partlayış baş verib. “KƏLAMİNFO” “Doğan” Xəbər Agentliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Etilər rayonu ərazisində yerləşən Koç Körpüsünün altındakı avtobus dayanacağının yanında olub. İlkin ehtimala görə, həmin əraziyə səs bombası qoyulub. Hadisədə 1-i ağır olmaqla 8 nəfər yaralanıb. Hazırda hadisə yerinə təcili tibbi yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralıların artacağı bildirilir.
    26.05.11 Məqaləni oxumaq
     
    Arif Həşimov: “Hər bir alim yaşından asılı olmayaraq, bu və ya digər formada fəaliyyətini davam etdirəcək”
    Yaş senzi ilə bağlı qəbul edilən qərar, qanun icra edilməlidir, ancaq Akademiyada yaşından asılı olmayaraq alimlərin elmi potensialından istifadə ediləcək. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov söyləyib. “Elə olmayacaq ki, o elmi potensialdan istifadə edilməsin. Əminəm ki, qanun imkan verəcək ki, biz elmi potensialdan istifadə edək. İnanmıram ki, qəbul ediləcək son qərar alimlərin məsləhət və elmi işçi qismində saxlamağa imkan verməsin”,-deyən A.Həşimov həmçinin hesab edir ki, yaş senzi elmi fəaliyyətə deyil, inzibati vəzifələrin tutulmasına şamil oluna bilər: “Yaş senzi elmi fəaliyyətlə məşğul olmağa şamil oluna bilməz. Ona görə də, hər bir alim yaşından asılı olmayaraq, bu və ya digər formada fəaliyyətini davam etdirəcək. Tam əmin ola bilərsiniz ki, elmi işçilər yaşlarından asılı olmayaraq, elmi fəaliyyətlərini mütləq davam etdirəcəklər”.
    26.05.11 Məqaləni oxumaq
     
    Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Bakıda səfərdədir
    Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mark Fildin başçılığı ilə nümayəndə heyəti Azərbaycanda səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, səfərin məqsədi ikitərəfli, xüsusən də parlamentlərarası əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Qonaqlar Milli Məclisdə, Nazirlər Kabinetində, Xarici İşlər Nazirliyində və digər təşkilatlarda görüşlər keçirəcəklər.
    26.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    May.2011
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031