Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2011
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Ordu Neapol küçələrində zibil təmizləyəcək
    İtaliyanın baş naziri Silvio Berluskoni ordunu Neapol küçələrini zibildən təmizləmə işlərinə cəlb edib. «KƏLAMİNFO» «Frans-Press» agentliyinə istinadən xəbər verir ki, 170 hərbçi mayın 9-dan başlayaraq Neapol küçələrini təmizləməyə başlayacaq. Artıq 15 ildir ki, Neapolda zibillə bağlı məsələ mürəkkəbliyini saxlayır. Buna səbəb isə zibil qutuları üçün yerlərin azlığıdır. 2008-ci ildə Berluskoni zibil problemi ilə məşğul olmaq istəsə də, problem həllini tapmadı. Baş nazirin sözlərinə görə, yerli hakimiyyət orqanları zibil yandıran zavodların tikintisi ilə bağlı tenderi keçirə bilməyib. İlkin məlumatlara görə, şəhər küçələrində 3500 ton zibil yığılıb qalıb ki, onların da yarısı şəhərin mərkəzindədir. Versiyalardan birinə görə, zibillə bağlı məsələnin həllinin tapmamasında yerli mafiya günahkardır. Belə ki, onlar zibillərin utilizasiyasından xeyli mənfəət götürürlər.
    06.05.11 Məqaləni oxumaq
     
    Bin Laden 11 sentyabrın ildönümünə hazırlaşırmış
    Üsama bin Ladenin gizləndiyi evdən əldə edilən kəşfiyyat məlumatları göstərib ki, 11 sentyabrda həyata keçirilən terror aktlarının onuncu ildönümündə «Əl-Qaidə» ABŞ-da yeni terror hücumları planlaşdırırmış. «KƏLAMİNFO» «Newsru.com»a istinadən xəbər verir ki, planların detalları haqqında hələlik məlumat verilmir. Buna baxmayaraq, dəmiryol və qatarların hədəfə alındığı qeyd edilib.
    06.05.11 Məqaləni oxumaq
     
    Fransa 14 liviyalı diplomatı ölkədən çıxarır
    Fransa Müəmmar Qəddafiyə sadiqlik nümayiş etdirən 14 liviyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. «KƏLAMİNFO» «Associated Press»ə istinadən xəbər verir ki, diplomatlar 48 saat ərzində ölkəni tərk etməlidirlər. Söhbət bir ay bundan öncə qapadılan səfirliyin işçilərindən gedir. Qeyd edək ki, Fransa Liviyaya qarşı aparılan hərbi əməliyyatların fəal iştirakçısıdır. Ötən gün London da iki liviyalı diplomatın çıxarılması barədə qərar qəbul edib.
    06.05.11 Məqaləni oxumaq
     
    Qulu Məhərrəmli: “Rəşad Məcidin bu cür zarafatları birinci dəfə deyil”
    “Rəşad Məcidin bu cür zarafatları birinci dəfə deyil”. Bu sözləri “KƏLAMİNFO”ya müsahibəsində teleaparıcı Qulu Məhərrəmli “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “Diffamasiya haqqında” qanunun müzakirəsində səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rəşad Məcid beyni çox yaxşı işləyən, xəbəri yaradıb və idarə etməyi bacaran açıq təfəkkürlü bir insandır. “Bunu normal sayıram. Biz yumoru, ironiyanı başa düşməliyik. Əgər biz bu qanunun müzakirəsində kimlər üçünsə əlavə səlahiyyətlər axtarışına çıxsaq və o adamlar sabah jurnalistləri yazdıqlarına görə şallaqlamağı cəza növü kimi təqdim etsələr, ciddi problemlər ortaya çıxacaq” - deyə Q.Məhərrəmli vurğulayıb.
    06.05.11 Məqaləni oxumaq
     
    Milli Məclisdə təhsil sistemindən narazılıq edildi
    “Bizim qəbul elədiyimiz Konstitusiyada normativ sənədlərin çox sabit olması nəzərdə tutulsa da, bu, tez-tez dəyişilir. Tələbə qəbulu qaydalarına müəyyən düzəlişlər edilməsi buna misaldır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında deyib. O bildirib ki, əgər bu dəyişiklik edilirsə belə, gələn il üçün nəzərdə tutulmalıdır. “Azərbaycanda heç kimə sirr deyil ki, hər dəfə TQDK sədri Məleykə Abbaszadə bildirir ki, ölkədəki orta məktəblərdə tədris işi yaxşı təşkil olunmayıb. Buna görə də ildən-ilə test sualları çətinləşdirilir. Baxmayaraq ki, Azərbaycanda orta təhsil pulsuzdur, gəlin yoxlayaq görək neçə faiz tələbə repetitorsuz ali məktəblərə qəbul olunur.
    06.05.11 Məqaləni oxumaq
     
    Ekspert: “İranı Urmiya bəyannaməsi kimi sənədlər xilas etməyəcək”
    “Son illər mütəmadi olaraq Qərbi ikili standartlarda ittiham edən İran prezidenti Mahmud Əhmədinejat özü ölkə daxili, eləcə də regionda ikili standartlarla hərəkət edir”. Bu barədə “KƏLAMİNFO” müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspert deyib ki, ilk olaraq rəsmi Tehran başqalarına rəva bildiyini İranda yaşayan digər xalqlara, xüsusilə də azərbaycanlılara rəva bilmir, öz konstitusiyasına ziddi gedərək daxili siyasətdə ikili standartlara meyllənir. “Misir və Tunisdə baş verən inqilablar nəticəsində müxalifət liderləri siyasi fəaliyyətə geri döndülərsə, İranda əksinə müxalifətin iki tanınmış lideri ev həbsinə alınıb. İranın Azərbaycan əyalətlərində son günlər həbs edilənlərin sayı-hesabı yoxdur. Güney azərbaycanlıların günahı odur ki, islahat və milli azlıqların hüquqlarının artırılmasını tələb edirlər.
    06.05.11 Məqaləni oxumaq
     
    Naxçıvan İqtisad məhkəməsi ləğv olunur
    Azərbaycan Milli Məclisi Naxçıvan Muxtar Respublikasının İqtisad məhkəməsinin ləğv olunması barədə Konstitusiya qanuna dəyişikliyi birinci oxunuşda qəbul edib. “KƏLAMİNFO”nun məlumatına görə, Konstitusiyanın 45-ci maddəsində olunan dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisad məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrlə əvəz olunub. “Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələridir” deyən Əli Hüseynli bildirib ki, bu dəyişiklik Azərbaycanda İqtisad məhkəmələrinin ləğv olunmasının Naxçıvanda da tətbiq olunmasına yönəlib.
    06.05.11 Məqaləni oxumaq
     
    Parlament Elmira Süleymanovanın maaşını qaldırdı
    Bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklə bağlı müzakirə olub. “KƏLAMİNFO” xəbər verir ki, səsvermə nəticəsində İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın əmək haqqı 1320 manatdan 1800 manata qədər artırılıb.
    06.05.11 Məqaləni oxumaq
     
    Milli Məclisdə “Amnistiya haqqında” qanunun qəbul olunması təklif olundu
    Milli Məclisdə 28 May Respublika günü ilə bağlı “Amnistiya haqqında” qanunun qəbul olunması təklif olundu. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə parlamentdə millət vəkili İqbal Ağazadə təkliflə çıxış edib. O qeyd edib ki, hazırda bu qanunun qəbul olunması kifayət qədər ehtiyac var və onlarla ailə bu gün bunu gözləyir. “Onlarla ailə indi həmin gün münasibətilə amnistiya gözləyir. Ümid edirəm ki, cənab prezident öz qanunvericilik təşəbbüsü hüququndan istifadə edib bu gün ərəfəsində bu məsələni qaldıracaq” - deyə millət vəkili vurğulayıb. İ.Ağazadə amnistiyanın qəbul olunmasında 2 Aprel mitinqlərində saxlanılan şəxslərin də maddələrinin nəzərdə tutulmasını xahiş edib. Millət vəkili, həmçinin dövlət büdcəsinin müzakirəsinə qədər “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklərin qəbul edilməsini təklif edib.
    06.05.11 Məqaləni oxumaq
     
    İndoneziyada Qoşulmama Hərəkatının konfransı keçiriləcək
    Cari ilin 25-27 may tarixlərində İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində 16-cı konfransının keçirilməsi planlaşdırılır. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sözügedən konfrans çərçivəsində hərəkatın 50-ci il dönümünün qeyd edilməsi nəzərdə tutulur. XİN bildirir ki, konfransı işıqlandırmaq istəyən KİV nümayəndələri viza və akkreditə ilə bağlı əlavə olunan təlimatlara (ingilis dilində) uyğun şəkildə sənədlərini İndoneziya tərəfinə təqdim etməlidirlər.
    06.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  15 16 17 18 19 20 21 22 23  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    May.2011
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031