|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
Elmar Məmmədyarov Meksika mətbuatına Dağlıq Qarabağ münaqişəsindən danışıb
|
Xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya həyata keçirilmiş səfərinə dair ölkədə yeganə ingilis dilində çap edilən “The News” qəzetində geniş məqalə dərc edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Meksikadakı səfirliyimizdən veriblər.
Məqalədə E.Məmmədyarova istinad olunaraq qeyd edilib ki, Azərbaycan enerji, ticarət və investisiyalar sahələrində Meksikaya yardım göstərməyi təklif edib və eyni zamanda, Meksika Hökuməti tərəfindən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin haqlı mövqeyinin gələcəkdə də müntəzəm şəkildə dəstəklənməsinə ümid edilir.
Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xalqımıza qarşı etnik təmizləmələr, Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünlərinin hüquqlarının tapdalanması, işğal edilmiş ərazilərdə tarixi və mədəni irsinin məhv edilməsindən söz açılır.
|
25.05.11 Məqaləni oxumaq
|
|
|
Obama Londona vaxtından əvvəl gəlib
|
ABŞ prezidenti Barak Obama xanımı ilə Londona vaxtından əvvəl gəlib. Onlar İslandiyada püskürən vulkanın yarada biləcəyi maneələrdən ehtiyatlanıblar. «KƏLAMİNFO» «Newsru.com»a istinadən xəbər verir ki, ABŞ prezidenti Britaniyaya bu gün, mayın 24-də gəlməli idi. Amma proqnozlara görə, vulkanın püskürməsi nəticəsində kül Britaniya hava məkanına daxil ola bilər ki, bu da təyyarə uçuşlarına maneə yarada bilərdi.
Qeyd edək ki, Obama Avropa turnesinə mayın 23-də başlayıb. O, əvvəlcə İrlandiyaya gəlib. Britaniyada iki gün kral sarayında qalacaq, sonra isə Fransaya uçub “Böyük Səkkizliy”in sammitində iştirak edəcək. Onun səfəri Polşada başa çatacaq.
|
24.05.11 Məqaləni oxumaq
|
|
|
Bakıda Regional Rabitə Birliyinin komissiya iclası işə başlayır
|
Bu gün Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə iqtisadiyyatı üzrə komissiyasının 27-ci iclası öz işinə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, iclasın açılış mərasimində rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirak edir. İkigünlük toplantı çərçivəsində geniş spektrli məsələlərə baxılacağı nəzərdə tutulur.
Tədbir iştirakçıları əsasən RRB-nin 2010-cu il büdcəsinin icra olunmasının yekunları, İKT sahəsində iqtisadi münasibətlər sistemi, rabitə sahəsində tarif qoyma metodologiyası, MDB ölkələrində rouminq tariflərinin tənzimlənmə imkanlarına dair təkliflər, poçt şöbələrində maliyyə xidmətlərinin inkişafı və təkmilləşdirilməsi, universal xidmətlərin inkişaf mexanizmlərinin əsas istiqamətləri, rabitə və informasiya texnologiyaları sahəsinin inkişaf strategiyaları və digər məsələləri müzakirə edirlər.
|
24.05.11 Məqaləni oxumaq
|
|
|
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Ceyms Hamilton Ali Məhkəmənin sədri ilə görüşüb
|
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Ceyms Hamilton Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ali Məhkəmədən veriblər.
Görüşdə Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən R.Rzayev qeyd edib ki, Azərbaycan məhkəmə hüquq sahəsində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə beynəlxalq təşkilatlar vasitəsilə uğurla əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycanda ən yüksək qanunvericilik prinsipləri fəaliyyət göstərir. “Ölkəmizdə Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur”,-deyə R.Rzayev vurğulayıb.
|
24.05.11 Məqaləni oxumaq
|
|
|
|
Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 286 030 nəfərdir
|
Azərbaycanda cari il aprelin 1-nə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 286 030 nəfər təşkil edib. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”ya bildiriblər ki, cəmi əmək pensiyası alan şəxslərin 39 faizi kişi, 61 faizi isə qadındır. Onlardan 64 faizi yaşa görə, 25 faizi əlilliyə görə, 11 faizi isə ailə başçısının itirilməsinə görə pensiya alır.
Qeyd edək ki, əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
|
24.05.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlı ekspert: “Gürcüstanda indiki çaxnaşmaların tamamilə başqa səbəbləri var”
|
Son illər ərzində “rəngli” inqilablar silsiləsindən sonra Gürcüstan yeganə dövlətdir ki, o, inqilabın gözləntilərini qismən də olsa doğruldub. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Ekspert qeyd edib ki, əslində Gürcüstanda indiki çaxnaşmaların tamamilə başqa səbəbləri var. “Rusiya ilə bağlı münasibətlərdə ciddi problemlər var, bir çoxları Mixail Saakaşvilinin ifrat qərbçi və avro-Atlantik siyasətinin fiaskoya uğradığını qeyd edirlər. Amma bunu yalnız M.Saakaşvilinin ünvanına yazmaq o qədər də düzgün olmazdı. Bəzi hallarda Qərb dövlətləri də ardıcıl siyasət yürütməyiblər.
|
24.05.11 Məqaləni oxumaq
|
|
|
“Korrupsiya qarşı mübarizə Azərbaycanda biznesin inkişafı üçün əla stimul ola bilər”
|
“Hesab edirəm ki, bu gün Azərbaycan investisiya sahəsində böyük bir inkişaf yolunu keçir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dünya Bankı Qrupunun İnvestisiya mühiti üzrə məsləhət xidmətləri layihəsinin rəhbəri İrina Niderberqer bildirib. O qeyd edib ki, bu sahədə inkişafı daha yüksək mərhələyə keçirmək üçün Azərbaycan hökumətində kifayət qədər resurs var. “Azərbaycan prezidentinin ilin əvvəlindən korrupsiyaya qarşı ciddi mübarizəyə başlaması ölkədə investisiya mühitinin yaxşılaşdırılması üçün münbit şərait yaradıb. Belə islahatlar Azərbaycanda biznesin gələcək inkişaf üçün əla stimul ola bilər. Bu yöndə ölkə başçısının mütəmadi verdiyi tapşırıqlar Azərbaycan üçün gələcək təhlükəsiz iqtisadi mühitdən xəbər verir” - deyə İ.Niderberqer vurğulayıb. O qeyd edib ki, belə bir şəraitdə təmsil etdiyi Dünya Bankı Azərbaycanda yeni layihələrin həyata keçirilməsini planlaşdırır.
|
24.05.11 Məqaləni oxumaq
|
|
|
«Eurovision» qalibimizin qızı müğənni olmaq arzusundadır
|
«Eurovision»un builki qalibləri Nigar Camal və Eldar Qasımov müsabiqənin rəsmi saytına geniş müsahibə veriblər. “KƏLAMİNFO”nun məlumatına görə, onlar müsabiqə başa çatsa da, rahat yuxu yata bilmədiklərini bildiriblər. Bunu daima tədbirlərdə, görüşlərdə və onlar üçün təşkil edilən ziyafətlərdə iştirak etdikləri ilə əsaslandırıblar. Nigar Camal deyib ki, müsabiqədən üç gün sonra yatdığı yuxu cəmi 7 saat edib: «Amma qələbə sevinci bizə bütün yorğunluq və yuxusuzluğu unutdurub». Nigar Camal onu da vurğulayıb ki, onun səhnədə böyük uğurundan sonra böyük qızı müğənni olmaq arzusuna düşüb. O, gələcəkdə anası kimi «Eurovision» səhnəsinə çıxmaq həvəsindədir.
|
24.05.11 Məqaləni oxumaq
|
|
|
|
|
Səhifələr : # 1 2 3 4 5 6 7 8 9 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|