Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2011
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    “Azərbaycanın Türkiyə və İranla sərhədlərinin delimitasiyası problemi yoxdur”
    Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycan hazırda Gürcüstandan diplomatik kanallar vasitəsilə dəvət gözləyir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib. O, qeyd edib ki, bu gün Azərbaycanla Gürcüstan arasında 480 kilometr sərhəd mövcuddur və bunun 300 kilometri artıq razılaşdırılıb, 180 kilometri isə hələ razılaşdırılmamış qalıb. “Hazırda ekspertlər səviyyəsində işlər aparılır, müvafiq sənədlər təyin olunur, diplomatik kanallarla Gürcüstandan dəvət gözləyirik”,-deyə komitə sədri vurğulayıb. Q.Məmmədov onu da bildirib ki, Azərbaycanla Rusiya arasında sərhədlərin delimitasiyası ilə bağlı müqavilə artıq Rusiya Dövlət Dumasında ratifikasiya edilib. O, həmçinin deyib ki, Azərbaycanın Türkiyə və İranla sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı problemi yoxdur.
    11.05.11 Məqaləni oxumaq
     
    Günay Musayeva: “Azərbaycanın adının ilk sırada çəkiləcəyinə əminəm”
    Yaxın günlərdə Bolqarıstanda keçiriləcək «Best Model of World»da təmsil olunacaq azərbaycanlı model Günay Musayeva müsabiqədən qalib kimi ayrılacağına ümid edir. Şəxsi həyatında ona mənəvi dəstək göstərən insanın olduğunu bildirən model “KƏLAMİNFO”ya müsahibəində səhnə adamının buna ehtiyacı olduğunu bildirdi: «Həmin insanı bir ildən artıqdır tanıyıram. Bizim münasibətlər hörmət üzərində qurulub. Bu olmasa, sevgi də olmaz. Qatılmağa hazırlaşdığım hər bir yarışmada onun dəstəyini hiss edirəm. Bu dəfə də birinci olacağıma və Bolqarıstandan Azərbaycanın adının ilk sırada çəkiləcəyinə əminəm». Xatırladaq ki, Günay Musayevanın türkiyəli sənətçi Yusif Güney və müğənni Elnurla sevgi münasibətinin olduğu dəfələrlə yazılıb. Model xəbərləri bütövlüklə şayiə adlandıraraq, onlarla münasibətinin dostluq müstəvisində qurulduğunu diqqətə çatdırdı.
    10.05.11 Məqaləni oxumaq
     
    Obamadan xüsusi tapşırıq
    ABŞ prezidenti Barak Obama Üsəma bin Ladeni aradan götürmüş qrupu Pakistan hərbçiləri və polisləri ilə mümkün döyüşlərə hazır olmağa çağırıb. “KƏLAMİNFO” “The New York Times”a istinadən xəbər verir ki, ABŞ Ladeni məhv etməklə ona qarşı loyal Pakistanla münaqişəyə girmək riskini artırmış olub. Əvvəl də qeyd edilirdi ki, ABŞ Ladeni aradan götürmək planı ilə rəsmi İslamabadı məlumatlandırmayıb. ABŞ xüsusi xidmət orqanlarındakı mənbə bildirib ki, xüsusi təyinatlıların Pakistan hərbçilərinə hücum etmək səlahiyyətləri də olub.
    10.05.11 Məqaləni oxumaq
     
    “Facebook”un qurucusu kirayədən canını qurtardı
    Dünyanın ən məşhur sosial şəbəkəsi -“Facebook”un qurucusu, eləcə də ən gənc milyarder Mark Sukerberqlə bağlı maraqlı bir xəbər yayılıb. «KƏLAMİNFO» «runyweb.com»a istinadən məlumat verir ki, 13,5 mlrd. dolların sahibi nəhayət ki, kirayədə qaldığı evdən çıxıb. Onun yeni aldığı ev Kaliforniyada yerləşir. Sosial şəbəkənin sahibi bunun üçün 7 milyon dollar sərf edib. Binanın əsası 1903-cü ildə qoyulub. Sukerberqin 525 kvadratmetrlik mülkündən iş yerinə getməyə o qədər də vaxt sərf etməyəcək. Belə ki, “Facebook”un “Menlo Park”da olan yeni ofisi ilə ev arasında məsafə 10 dəqiqədir. Maraqlıdır ki, Sukerberq sutkanın 16 saatını “Facebook”un ofisində keçirdiyi üçün ev məsələsinə çox da əhəmiyyət vermədiyini demişdi.
    10.05.11 Məqaləni oxumaq
     
    İranın büdcəsi 40 faiz artacaq
    İranın gələnilki büdcəsi 508 milyard dollar olacaq. «KƏLAMİNFO» «İRNA» rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, 2012-ci ilin martından qüvvəyə minəcək büdcə builkindən 40 faiz daha çoxdur. Səbəbi isə neftin qiymətinin qalxması, yanacaq, ərzaq və enerjiyə görə dövlətin bu günə qədər verdiyi subsidiyaların ləğv edilməsiylə bağlıdır. Prezident Mahmud Əhmədinejad ötən ilin dekabrından başlayaraq subsidiyaların azaldılmasıyla bağlı qərar vermişdi. Bu qərardan sonra İranda yanacaq və çörəyin qiyməti kəskin şəkildə qalxıb.
    10.05.11 Məqaləni oxumaq
     
    Abid Şərifov: “Paytaxtda su ilə bağlı xüsusi problemin olması barədə yayılan məlumatlar yalandır”
    “Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı yaranmış problemlər kiçik xarakterlidir”. Bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib. O, qeyd edib ki, yaranan xırda problemlər kəmər istifadəyə veriləndə suyu test edib buraxmağa imkanın olmaması səbəbindən ortaya çıxır. “Paytaxtda su ilə bağlı xüsusi problemin olması barədə yayılan məlumatlar yalandır. Sözsüz ki, Bakıda su - kanalizasiya sistemi ilə bağlı çox işlər görülməlidir.
    10.05.11 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Azərbaycanda müxalifət deyəndə yalnız parlamentdə təmsil olunan azlıqlar nəzərdə tutulur”
    “Bu gün Azərbaycanda müxalifət deyəndə parlamentdə təmsil olunan, azlıq təşkil edən partiyalar və onların nümayəndələri nəzərdə tutulur”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. O, qeyd edib ki, indi Azərbaycan siyasi-ictimai mühiti elə bir vəziyyətə gəlib çatıb ki, müxalifət anlayışı dedikdə yalnız parlamentdə təmsil olunan müxalif quruplar nəzərdə tutulur. Bu yaxınlarda parlamentdə təsis olunan müxalif partiyaların “Parlament müxalifət deputat qrupu”da birləşməsinə münasibət bildirən Ə.Əhmədov deyib ki, bundan narahat olan qüvvələr məlum hadisəyə normal yanaşmalıdırlar. “Düzdür, qrupda birləşən partiyalar baxışlarına görə bir-birindən fərqlənirlər, ona görə də onların hansı prinsipdən çıxış edərək birləşməsi haqqında heç nə deyə bilmərəm.
    10.05.11 Məqaləni oxumaq
     
    Yaqub Mahmudov: “Heydər Əliyevin xalqımızın milli şüurunun formalaşması və oyanışında rolu əvəzedilməzdir”
    “Azərbaycan tarix boyu bir çox sınaqlarla üz-üzə qalıb. Bu sınaqlardan uğurla çıxmaq üçün daim güclü liderə ehtiyac yaranıb. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, proseslərin önündə gedərək bütün sınaqlardan şərəflə çıxıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib. Y.Mahmudov dünyanın tarixi şəxsiyyətləri arasında Heydər Əliyevin ön sırada olduğunu bildirib. O, Heydər Əliyevin adının Azərbaycan tarixinə xalqımızın xilaskarı kimi düşdüyünü vurğulayıb. Y.Mahmudovun sözlərinə görə, tarixin bütün dönəmlərində ulu öndər Azərbaycan xalqına şərəflə xidmət edib, dövlətimizin inkişafı üçün misilsiz fəaliyyət göstərib.
    10.05.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Heydər Əliyevsiz Azərbaycana həmişə çətindir”
    “Açığını deyim ki, Heydər Əliyevsiz Azərbaycana həmişə çətindir”. Bunu “KƏLAMİNFO”ya müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. “Hətta o, Moskvada olarkən, Kommunist Partiyasının sıralarında yüksək vəzifə tutarkən onun fəaliyyətinin bəlkə də yarısından çoxu Azərbaycana xidmətdə keçirdi. Heydər Əliyevsiz Azərbaycana həmişə çətindir. Biz Heydər Əliyevin yerini görürük, hər yerdə hiss edirik. Baxmayaraq ki, bu gün Heydər Əliyevin siyasi kursu, daxili və xarici siyasəti uğurla davam etdirilir. Onun siyasi varisi cənab İlham Əliyev sözün həqiqi mənasında Azərbaycanı Heydər Əliyev yolu ilə uğurla irəli aparır. Amma Heydər Əliyevin yeri həmişə hiss olunur. Çünki o, elə bir siyasətçi idi ki, Azərbaycan xalqının, Azərbaycan dövlətinin belə şəxsiyyətlərə ehtiyacı var. Və ümumiyyətlə, Azərbaycan bir lider kimi onunla yaşayıb, yaşayır və gələcəkdə də yaşayacaq” – deyə Əli Həsənov vurğulayıb.
    10.05.11 Məqaləni oxumaq
     
    Binəqədi qəsəbəsində ümummilli lider Heydər Əliyev yad edildi
    Ümümmilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Sayokan döyüş sistemi üzrə II açıq Respublika Turnirinə Binəqədi İdman Kompleksində yekun vuruldu. “KƏLAMİNFO” xəbər verir ki, turnir millət vəkili Hacı Madər Musayevin təşəbbüsü, Binəqədi rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Binəqədi qəsəbə bələdiyyəsi və Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin təşkilatçılığı ilə keçirildi. Turnirdə Binəqədi, Suraxanı, Qaradag, Yasamal, Sabunçu, Nərimanov, Sumqayıt, Xaçmaz, Beyləqan, Qubadlı, Şuşa, Agcəbədi, Fizuli, Ağdam, komandaları iştirak edirdi. İştirakçılar Sayokanın Alaqan, Basaqar, Cəng döyüş sistemlərində mübarizə aparırdılar.
    10.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    May.2011
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031