Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 5.2011
    Səhifələr : 1 2 3 4 5  #
    Gənc Tamaşaçılar Teatrının iyun repertuarında nələr olacaq?
    Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti ay üçün öz repertuarını müəyyənləşdirib. Teatrın baş rejissoru Cənnət Səlimovanın “KƏLAMİNFO”ya verdiyi məlumata görə, artıq təqdim olunacaq tamaşaların afişası da hazırdır. Cari ilin iyunun 4-də Y.Şvartsın “İfritin kələyi”, Ə.B Haqverdiyevin “Pəri Cadu”, 5-də Ş.Perronun “Çəkməli pişik”, K.Hamsunun “Viktoriya”, 11-də B.Marvinin “Yatmış gözəl”, İ.Fəhmi və O.Kazıminin “Axırıncı qatar”, 12-də A.Şaiqin “Tıq-tıq xanım”, T.Vəliyevanın “Mənim ağ göyərçinim”, 18-də X.Əlibəylinin “Dovşanın ad günü”, M.F.Axundovun “Hekayəti Xırs quldurbasan”, 19-da Azərbaycan xalq nağılı “Göyçək Fatma”, C.Cabbarlının “Aydın”, 25-də Ərəb xalq nağılı “Ələddinin sehrli çırağı”, Ə.Əmirlinin “Mən səni sevirəm”, 26-da S. Marşakın “Pişiyin evi”, H.Cavidin “Şeyx Sənan” tamaşaları təqdim olunacaq. Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının afişasında yer alan bu tamaşalar göstərilən tarixlərdəki ardıcıllıq üzrə saat 12:00 və 19:00-da göstəriləcək.
    28.05.11 Məqaləni oxumaq
     
    Prezident Serbiya səfirinin etimadnaməsini qəbul edib
    Prezident İlham Əliyev Serbiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçin etimadnaməsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, səfir Zoran Vayoviç etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra dövlət başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin uğurla və dinamik inkişaf etdiyini bildirib. Serbiyada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının əhəmiyyətini qeyd edən dövlət başçısı əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı Azərbaycan ilə Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etməsinin əhəmiyyətini də vurğulayıb. Prezident İlham Əliyev Zoran Vayoviçə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səfir Zoran Vayoviç Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən məmnunluğunu bildirib. Diplomat ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.
    28.05.11 Məqaləni oxumaq
     
    Ali məktəblərə 31 min 519 plan yeri ayrılıb
    Bu il ali məktəblərə 31 min 519 plan yeri ayrılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. Onun sözlərinə görə, 9848 yer I, 8988 yer II, 8839 yer III, 3844 yer isə IV ixtisas qrupu üzrə nəzərdə tutulub. M.Abbaszadə dövlət ali təhsil ocaqlarına 26 min 484 plan yer ayrıldığını da diqqətə çatdırıb. O, dövlət sifarişli yerlərin sayının 10 min 616 olduğunu qeyd edib. “Onlardan 4136 yer I, 2345 yer II, 2642 yer III, 1493 yer isə IV qrup üzrə nəzərdə tutulub. Dövlər ali məktəblərinə I qrup üçün 9 min 127 yer, II qrup üçün 6586, III qrupa 7136 və IV ixtisas qrupu üçün isə 3635 yer ayrılıb. Özəl ali məktəblərə isə bu il 5 min 35 yer ayrılıb ki, onlardan da I ixtisas qrupu üzrə 721, II qrup üzrə 2402, III qrup üzrə 1703, IV ixtisas qrupu üzrə isə 209-dur”,-deyə TQDK sədri M.Abbaszadə əlavə edib.
    28.05.11 Məqaləni oxumaq
     
    28 May Respublika Günü Kanadada qeyd olunub
    “28 May – Respublika Günü” və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən ziyafət təşkil olunub. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, ziyafət Kanadanın paytaxtı Ottava şəhərinin ən möhtəşəm binası “Fairmont Chateau Laurier” mehmanxanasında təşkil olunub. Tədbirdə Kanada parlamentinin üzvləri, Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər. Tədbir zamanı çıxış edən Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev 1918-ci ildə 28 may tarixində müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını bildirərək, bir sıra Qərb ölkələrindən də öncə qadınların ilk dəfə seçmək və seçilmək hüququnun məhz ölkəmizdə tanındığını qeyd edib.
    28.05.11 Məqaləni oxumaq
     
    NATO Qəddafinin iqamətgahına zərbələr endirib: Ölən və yaralılar var
    NATO-nun təyyarələri Liviya lideri Qəddafinin iqamətgahına zərbələr endirib. “KƏLAMİNFO” Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Əl-Cəzirə” telekanalının məlumatına görə, Qəddafinin iqamətgahı olan ərazidə beş partlayış qeydə alınıb. Partlayış nəticəsində 3 nəfərin öldüyü, 150 nəfərin isə yaralandığı bildirilir.
    28.05.11 Məqaləni oxumaq
     
    Spiker Azərbaycan xalqını və millət vəkillərini təbrik edib
    Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclası giriş sözü ilə açan spiker Oqtay Əsədov Azərbaycan xalqını və millət vəkillərini 28 May - Respublika günü münasibətilə təbrik edib. O bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dövlət müstəqilliyini gün-gündən daha da möhkəmləndirəcək, Azərbaycan xalqının rifah halı daha da yüksələcək. Qeyd edək ki, iclasda “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında”, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında” qanunlar müzakirə olunacaq.
    28.05.11 Məqaləni oxumaq
     
    Bakı Uşaq Teatrı Türkiyədədir
    Bakı Uşaq Teatrı Ərzurumdadır. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfərin məqsədi Ərzurum Gənclik və İdman Bölgə Müdürlüyü və Ərzurum teatrının birgə layihəsi olan III Gənclik Mərkəzi Teatr Festivalında iştirak etməkdir. 31 may tarixinədək davam edəcək festivala BUT “Turp” xalq nağılı əsasında “Gücümüz birliyimizdədir” tamaşası ilə qatılıb. Xatırladaq ki, keçən il festivala “Vətən” tamaşası ilə qatılan teatr 28 May Respublika Günü münasibətilə festivaldan kənar dövlətçilik maraqlarına, dövlət atributlarımıza – himnimizə və bayrağımıza həsr olunmuş həmin tamaşasını bir daha məşhur Ərzurum Universitetində təqdim edəcək!
    27.05.11 Məqaləni oxumaq
     
    Saakaşvili: «Məqsəd kütləvi qarşıdurma yaratmaq olub»
    Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisidə baş verən son hadisələri şərh edib. «KƏLAMİNFO» «Novosti Qruziya»ya istinadən xəbər verir ki, prezident bildirib ki, müxalifət Gürcüstanın xaricində yazılan ssenari üzrə hərəkət edib: «Məqsəd hərbi paradın keçirilməsinə mane olmaq və kütləvi qarşıdurma yaratmaq olub». Onun sözlərinə görə, müxalifət zorakılığın və qurbanların olmasına çalışıb. Dövlət başçısı həlak olan iki nəfərin ailəsinə də başsağlığı verməyi unutmayıb.
    27.05.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyi bir sıra QHT ilə müqavilə imzaladı
    Bu gün Təhsil Nazirliyi ilə qeyri-hökumət təşkilatları arasında 2011-2012-ci tədris ilində ümumi təhsil müəssisələrinin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilələrin imzalanma mərasimi keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, ibtidai təhsilin keyfiyyətini yüksəltmək üçün ilk növbədə fənn kurikulumu, təlim strategiyaları və yeni qiymətləndirmə mexanizmlərinin tətbiqini həyata keçirəcək müəllimlərinin pedaqoji-metodiki bacarıqlarını, fənn üzrə biliklərini artırmaq, yeniləşdirmək lazımdır.
    27.05.11 Məqaləni oxumaq
     
    Vasif Mövsümov: “Korrupsiyaya qarşı mübarizəyə müxtəlif mexanizmlər əlavə olunmalıdır”
    “Əminəm ki, Azərbaycanda heç vaxt korrupsiyaya qarşı mübarizəyə yekun vurulmayacaq”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bildirib. O, qeyd edib ki, mübarizəyə müxtəlif mexanizmlər əlavə olunmalıdır. “Bu, həbs etməklə kifayətlənən deyil. Bu mübarizənin əsas şərtlərindən biri də korrupsiya üçün şərait yaradan bir mühitin aradan qaldırılmasıdır. Yəni, hər bir məmurun, vətəndaşın - rüşvət verən və rüşvət alanın əlindən o şərait alınmalıdır”,-deyə V.Mövsümov vurğulayıb. Onun sözlərinə görə, mübarizənin səmərəsi bundan sonra özünü göstərəcək. “Biz bu tezliklə nailiyyət əldə edə bilmərik. Lakin nəyinsə dəyişməsini görə bilərik. Biz əhalinin bir az müqavimətinin artmasını görürük. Əhali bir az ümidlənib. Lakin təəssüflər olsun ki, onların ümidlərində bir sarsıntı əmələ gəlir. Buna səbəb vətəndaşların bu gün də məmur özbaşınalığı, rüşvət halları ilə rastlaşmasıdır. Ona görə də hesab edirəm işlərin çoxu hələ qabaqdadır”,-deyə o, əlavə edib.
    27.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : 1 2 3 4 5  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    May.2011
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031