Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2011
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Bakıda Azərbaycan-ABŞ ikitərəfli planlaşdırma üzrə əməkdaşlıq konfransı keçiriləcək
    Aprelin 27-də Bakıda Azərbaycan-ABŞ ikitərəfli planlaşdırma üzrə əməkdaşlıq konfransı keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-a verilən məlumata görə, iki gün davam edəcək konfransda ölkələr arasında növbəti il üçün planlaşdırılan hərbi əməkdaşlıq mövzuları müzakirə olunacaq. Konfrans Azərbaycan və ABŞ arasında imzalanmış Hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində reallaşacaq. Qeyd edək ki, konfransda Azərbaycan və EUCOM arasında növbəti il üçün hərbi əməkdaşlıq üzrə İş Planının mətni razılaşdırılacaq.
    15.04.11 Məqaləni oxumaq
     
    Ermənilər atəşkəsi yenə pozub
    Ermənilər ötən gün saat 19.20-dən 19.25-dək Ermənistanın İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu Qızılhacılı kəndində yerləşən mövqelərimizi, aprelin 15-də saat 02.40-dan 02.50-dək isə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
    15.04.11 Məqaləni oxumaq
     
    Əhalinin əmanətləri artıb
    Əhalinin banklara qoyduğu əmanətlərin məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 29.7 faiz artaraq mart ayının 1-nə 3.1 milyard manata çatıb. Milli valyuta ilə vəsait qoyuluşu 44.5 faiz, xarici valyuta ilə 18.8 faiz artaraq müvafiq olaraq 1.5 milyard və 1.6 milyard manat olub. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin ötən rüblə bağlı hesabatında bildirilir. Hesabatda qeyd edilir ki, bu müddət ərzində verilmiş kreditlərin məbləği 2010-cu ilin iki ayı ilə müqayisədə 9.7 faiz artaraq 9.2 milyard manat təşkil edib. Kreditlərin 72.7 faizi uzun müddətə verilmiş, 5.6 faizinin ödəmə vaxtı keçib: “Martda 1 ABŞ dolları 0.79 manata, 1 Avro 1.11 manata, 100 Rusiya rublu 2.79 manata, yanvar-mart aylarında isə müvafiq olaraq 0.80, 1.09 və 2.72 manata bərabər olub”.
    15.04.11 Məqaləni oxumaq
     
    Azərbaycan kitabları Londonda
    Londonda Beynəlxalq Kitab Sərgisi keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən KƏLAMİNFO-a verilən məlumata görə, sərgidə Azərbaycan təmsil olunub. Dünyanın 100-dən artıq ölkəsindən 2000-ə qədər nəşriyyat şirkətinin təmsilçilərinin iştirak etdiyi sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri tərəfindən Azərbaycan stendi quraşdırılıb və təqdim olunub. Stenddə 82 adda 300 nəşr məhsulu nümayiş etdirilib. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı çap məhsulu paylanıb. Nümayəndə heyətimiz sərgidə əsasən ölkəmizin iqtisadiyyatı, turizm imkanları, tarixi, mədəniyyəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgi iştirakçılarına məlumat verib. Sərgi beynəlxalq təmasların yaradılmasına və əməkdaşlığın genişləndirilməsinə töhfə verib.
    15.04.11 Məqaləni oxumaq
     
    Putin seçkiyə qatılacağını istisna etmir
    Rusiyanın baş naziri Vladimir Putin bəyan edib ki, nə o, nə də prezident Medvedyev 2013-cü ilin prezident seçkilərinə qatılacaqlarını istisna etmirlər. AZADINFORM В«BBCВ»-yə istinadən bildirir ki, Putinin belə bir çıxışını bir sıra müşahidəçilər onun Dmitri Medvedyevə meydan oxuması kimi qiymətləndirirlər. Belə ki, Dmitri Medvedyev hələlik prezidentliyinin birinci müddətindədir. Vladimir Putin deyib ki, hələ keçirilməsinə bir il qalmış seçkilərdən indi danışmaq mənasızdır və işə mane olur. Prezidentliyə namizədlik barədə qərar seçkilər ərəfəsində ölkədəki situasiyadan asılı olacaq. Az əvvəl Çində səfəri əsnasında Dmitri Medvedyev bildirib ki, “biz indidən müəyyən siqnallar versək, administrasiyanın və hökumətin yarısı işi dayandırıb dəyişikliyi gözləməyə başlayacaq”. Hər iki bəyanatın məzmununda “işвЂќdən söhbət getməsi bu bəyanatların əvvəlcədən razılaşdırıldığını da göstərə bilər.
    15.04.11 Məqaləni oxumaq
     
    Bakıda MDB iştirakçısı olan dövlətlərin Bədən tərbiyəsi və idman üzrə Şurasının növbəti iclası keçirilir
    Bu gün Bakıda MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının Bədən tərbiyəsi və idman üzrə Şurasının növbəti iclası başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Qırğızıstan, Moldova, Özbəkistan və Türkmənistandan olan nümayəndə heyəti işğtirak edir. İclasda idman və gənclər sahəsini əhatə edəcək bir sıra mövzular müzakirə olunacaq.
    15.04.11 Məqaləni oxumaq
     
    İlhamə Qasımova dünya səhnəsinə çıxır
    İlhamə Qasımova В«Eurovision-2011В»-in milli finalından məğlub kimi ayrılsa da, qarışda onu böyük dünya səhnələri gözləyir. Sənətçi bundan sonra yaradıcılığının demək olar ki, əsas hissəsini Almaniya ilə bağlayacaq. Bu barədə KƏLAMİNFO-ya danışan sənətçi bildirib ki, yaxın günlərdə Almaniyaya səfəri nəzərdə tutulub. İlk olaraq onun klipi çəkiləcək. Çəkilişlər başa çatan kimi sənətçi oradakı səsyazma studiyasında isveçrəli bəstəkarın ona təqdim etdiyi mahnını lentə yazdıracaq. В«Klip çəkiləndən sonra onun yayım işləri ilə məşğul olacağıq. Belə nəzərdə tutulub ki, yayım dünyanın tanınmış telekanallarında həyata keçirilsin. Eyni zamanda yerli izləyicilərə də klipi izlədəcəyikВ» - deyə sənətçi qeyd etdi. Sözünün sonunda İlhamə Qasımov Almaniya səfəri çərçivəsində ingilisdilli mahnılardan ibarət albomunu hazırlayacağını bildirdi. Onun böyük səhnəyə çıxışı istiqamətində də hazırlıqlar görülür.
    14.04.11 Məqaləni oxumaq
     
    Qırğızıstan baş nazirinin müavini səlahiyyətlərini dayandırıb
    Opponentlərinin korrupsiyada ittiham etdikləri Qırğızıstanın baş nazirinin müavini Omurbek Babanov səlahiyyətlərini müvəqqəti olaraq dayandırıb. В«KƏLAMİNFOВ» В«Lenta.ruВ»ya istinadən xəbər verir ki, ona qarşı irəli sürülən ittihamlarla bağlı deputatlardan ibarət təhqiqat qrupu yaradılmalıdır. Babanov təhqiqat zamanı öz səlahiyyətlərinin icrasını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib. Qeyd edək ki, baş nazirin müavininin adı ölkənin ən iri mobil operator şirkəti ilə bağlı qalmaqalda hallanır. Müxalifət onu Rusiyanın В«MegaComВ» şirkətindən pul tələb etməkdə günahlandırır. Eyni zamanda, bu günlərdə istefaya göndərilən baş prokuror da ona qarşı ittihamlarla çıxış edib. O bildirib ki, məhz bu səbəbdən də onu istefaya göndəriblər.
    14.04.11 Məqaləni oxumaq
     
    “İnsan, zaman və həyat həqiqəti” monoqrafiyası nəşr edilib
    AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nailə Səmədovanın “İnsan, zaman və həyat həqiqəti” monoqrafiyası nəşr edilib. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, “Nurlan” nəşriyyatında çap edilən kitabda XI əsrdən dövrümüzə qədər yaşayıb-yaratmış bir sıra Azərbaycan ədibləri və sənət adamlarının əsərlərində, tərcümeyi-hal və xatirələrində əks olunan müxtəlif məsələlər ətrafında fikirlər yürüdülüb, insan, zaman və həyatın real təcəssümü olan memuar nümunələri təhlil edilib. 264 səhifə həcmində olan əsərin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğludur.
    14.04.11 Məqaləni oxumaq
     
    Məmurların gəlir bəyannaməsi verəcəyi vaxt bəlli deyil
    “Dövlət məmurları tərəfindən gəlir bəyannamələrinin təqdim olunması ilə bağlı prosedur hələ hazır deyil”. KƏLAMİNFO-nun məlumatına görə, bu gün jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov belə deyib. Onun sözlərinə görə, bir sıra texniki məsələlər hələ açıq qalıb: “O məsələlər hazırda Nazirlər Kabinetində işlənir. Bu, tək vergi orqanlarına aid deyil. Vergilər Nazirliyi dövlət orqanlarından biri kimi o prosesdə iştirakçıdır. Ona görə də prosesin nə vaxt başa çatacağı haqda bir söz deyə bilmərəm”.
    14.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Apr.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930