Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 4.2011
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Məktəblərin qiymətləndirilməsi bu həftə yekunlaşdırılacaq
    Aprelin 9-da Təhsil Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsi üzrə qiymətləndirmələr başa çatacaq. Hazırkı mərhələdə məktəb direktorları təhsil ocaqlarının son 3 il ərzindəki fəaliyyəti və nailiyyətləri ilə bağlı 10 dəqiqəlik təqdimatlar etməkdədirlər. «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin komissiyasının üzvü Təranə Şərifova «Azadinforum»a açıqlamasında bildirdi ki, aprelin sonunda «Ən yaxşı müəllim» müsabiqəsinin üçüncü - sonuncu mərhələsi üzrə qiymətləndirmələrə start veriləcək. Bu mərhələdə müəllimlərin peşə fəaliyyətindəki uğurları, layihələrdə iştirakı, yaradıcılığı qiymətləndiriləcək. Qeyd edək ki, «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsində qalib gələn məktəbə 10 min manat, «Ən yaxşı müəllim» müsabiqəsində qalib gələn müəllimə isə 5 min manat pul mükafatı veriləcək.
    05.04.11 Məqaləni oxumaq
     
    Bakıda “10-cu Azərbaycan Turizm Sərgisi” keçiriləcək
    Aprelin 28-30-da Bakıda “10-cu Azərbaycan Turizm Sərgisi” və “2-ci Ümumrespublika daxili Turizm Sərgisi” keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev verib. O qeyd edib ki, hər iki sərgi paralel olaraq eyni vaxtda keçiriləcək. “Daxili turizm sərgisinə Azərbaycanın 18 bölgəsi qatılacaq. Bunların sırasına Gəncə, Şamaxı, Şəki, İsmayıllı, Quba, Qusar, Lənkəran, Lerik, Naxçıvan və s. bölgələr daxildir”-deyə A.İsmiyev vurğulayıb. Onun sözlərinə görə, “10-cu Azərbaycan Turizm Sərgisi” bu il yubiley xarakteri daşıdığı üçün əvvəlki illərdən fərqli keçiriləcək. Qeyd edək ki, hər iki sərgi “Baku Expo” Mərkəzində keçiriləcək. Sərginin əsas təşkilatçısı “İteca Caspian” şirkətindən KƏLAMİNFO-a bildiriblər ki, “AITF 2011” yubiley sərgisində dünyanın 150-dən çox şirkəti iştirak edəcək.
    05.04.11 Məqaləni oxumaq
     
    “Araz” FM efirdədir
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan teleradio məkanında yeni radionun - “Araz” FM radiosunun açılış mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən radionun baş redaktoru Vüsalə Kərimova bildirib ki, FM 103.3 dalğasında yerləşən radio əsasən Azərbaycanda və dünyada baş verən xəbərlərin dinləyicilərə çatdırılmasına üstünlük verəcək. Onun sözlərinə görə, radioda gün ərzində hər saatın tamamında “Azad xəbər” başlığı altında qısa xəbərlər efirə çıxacaq və 18:30-da isə daha geniş formatda xəbərlər proqramı dinləyicilərə təqdim olunacaq. “Bundan başqa, səhərlər “Sabahın xeyir” proqramı, günortalar sürücülər üçün “Yolda ikən...”, eləcə də “O olmasın, bu olsun”, “Yurdum” və s. bu kimi proqramlar efirdə olacaq”-deyə V.Kərimova vurğulayıb. Baş redaktor onu da qeyd edib ki, radionun www.araz.fm adında internet səhifəsi də fəaliyyətdədir.
    04.04.11 Məqaləni oxumaq
     
    Bu gün NATO-nun Baş katibi və Livanın Baş naziri Ankaraya səfər edəcək
    Bu gün NATO-nun Baş katibi Anders Foq Rasmussen Ankaraya səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Rasmussen Baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu və müdafiə naziri Vecdi Könüllə görüşəcək. NATO-nun Baş katibinin Türkiyədə əsas müzakirə edəcəyi mövzu isə qurumun Liviya üzərinə keçirilən “Şəfəq yolçuluğu” əməliyyatıdır. Səfərdə həmçinin Əfqanıstanda cümə günü baş verən qanlı hücum, AB-NATO münasibətlərinin də müzakirəsi gözlənilir. Bu gün Livanın baş naziri Saad Həririnin də Türkiyəyə rəsmi səfəri gözlənilir və Baş nazir Ərdoğanın Rasmussenlə görüşdən sonra Livanın Baş nazirini qəbul edəcəyi bildirilir.
    04.04.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi vakant yerlər üçün müsahibə elan edib
    Bu gündən Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan nazirliyin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün ərizə (2 nömrəli əlavə) və ağ fonda rəngli 1 ədəd fotoşəkil ( 3 x 4 sm ölçüdə) təqdim edilməlidir. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu nazirlikdə aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
    04.04.11 Məqaləni oxumaq
     
    Fazil Mustafa: “AXCP və Müsavat gənclərin fikrini düzgün ifadə edə bilmir”
    “Çox təəssüf ki, AXCP və Müsavat Azərbaycanda gənclərin və yaxud da digər sosial qrupların fikrini düzgün şəkildə ifadə edə bilmir”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib. F.Mustafa bunu onunla izah edib ki, həddindən artıq ideoloji yanaşma ilə heç bir təbəqənin ümumi fikrini ifadə etmək olmur. “Məhz buna görə onların sosial bazaları geniş deyil. Sözsüz ki, cəmiyyətdə müəyyən narazılıqlar var və onların əsas hissəsi təhlükəsiz islahatların tərəfdarıdırlar” - deyə millət vəkili vurğulayıb. F.Mustafanın fikrincə, hakimiyyətlə konfliktə girməkdənsə, xaotik vəziyyət yaratmaqdansa, müəyyən təkliflərlə çıxış etmək lazımdır. “Bu zaman xalqın hansısa istəyinin ifadə edilməsindən danışmaq olar”-deyə o, əlavə edib. Qeyd edək ki, aprelin 2-də İctimai Palata adlı qurum “Fəvvarələr meydanı”nda qeyri-qanuni kütləvi aksiya keçirməyə cəhd göstərib.
    04.04.11 Məqaləni oxumaq
     
    Türkiyə ilə Avstriya arasında yenidən səfir problemi yaranıb
    “Səfiri geri çağırmasanız Türkiyəyə səfər etməyəcəm”. KƏLAMİNFO CNNTürk-ə istinadən xəbər verir ki, bu sözləri Avstriya prezidenti Hayns Fişer deyib. O, mayda Türkiyəyə planlaşdırılan səfərin təxirə salına biləcəyini söyləyib. Qeyd edək ki, noyabr ayında Türkiyənin Vyanadakı səfiri Kadri Ecvet Tezcan “Die Press” qəzetinə müsahibəsində bu ölkənin xarici vətəndaşlarla bağlı tolerantlıq siyasətini tənqid edib. Səfir ölkədəki türklərin haqsızlığa uğradığını və dövlət rəhbərliyinin inteqrasiya siyasətinin yanlışlığını qeyd edib.
    04.04.11 Məqaləni oxumaq
     
    Nuşirəvan Məhərrəmli: “Aparıcıların səhnə mədəniyyəti çox aşağıdır”
    “Bu gün ölkənin radio və televiziyalarındakı mövcud vəziyyət bizi qane etmir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. O qeyd edib ki, bu gün Azərbaycanın teleradio məkanındakı əksər aparıcılar hələ də normal nitq qabiliyyətinə malik deyillər. “Kanallardakı aparıcıların Azərbaycan dilini səlist bilməməsi, ləhcə ilə danışması, başqa dillərdən olan ifadələri tez-tez işlətmələri bizi çox narahat edir. Müşahidələrimiz göstərir ki, istər radio, istərsə də televiziya məkanında bu gün aparıcıların səhnə mədəniyyəti çox aşağıdır. Bundan başqa, narahatedici məqamlardan biri də odur ki, bəzən verilişlərdə Azərbaycan üçün xarakterik olmayan mövzular müzakirə olunur. Həmin mövzular da bəzən bu səbəbdən cəmiyyətdə yersiz müzakirə obyektinə çevrilir” - deyə MTRŞ sədri vurğulayıb.
    04.04.11 Məqaləni oxumaq
     
    Həmsədrlər gələn həftə bölgəyə səfər edəcəklər
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) gələn həftə bölgəyə səfər edəcəklər. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, həmsədrlərin regiona səfəri Ermənistandan başlayacaq. Aprelin 13-14-də həmsədrlərin Azərbaycanda olması planlaşdırılır. Onların işğal altındakı Dağlıq Qarabağa da gedəcəyi gözlənilir.
    04.04.11 Məqaləni oxumaq
     
    Nazarbayev 95,5 faiz səslə seçildi
    Qazaxıstan prezidenti Nursultan Nazarbayev dünən keçirilən prezident seçkilərində 95,5 faiz səs toplayıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu rəqəmi Mərkəzi Seçki Komissiyası mətbuat konfransında açıqlayıb. Seçkilərdə iştirak edən Jambıl Əhmədbəyov 1,4%, Mels Eliusizov 1,2% və Qəni Qasımov 1,9% səs toplayıb. Səsvermənin yekun nəticələri iki gün ərzində açıqlanacaq. Seçkilərin rəsmi nəticələri aprelin 12-dən gec olmadan elan edilməlidir. Xatırladaq ki, Nursultan Nazarbayev 20 ildən artıqdır Qazaxıstana rəhbərlik edir.
    04.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Apr.2011
    .......
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930