|
Səhifələr : # 2 3 4 5 6 7 8 9 10 #
«Onun yarısı» efirə qayıdır
|
Bir neçə ay öncə ATV telekanalında efirə çıxan və qısa zamanda milyonlarla tamaşaçı qazanan «Onun yarısı»nın yayımı müəyyən səbəblərdən dayandırılmışdı. Xatırladaq ki, telelayihə izdivac xarakterlidir, ora gələn subay cütlüklər evlilik qərarı alırlar. Əldə etdiyimiz məlumata görə, veriliş yenidən efirə qayıdır. Layihənin aparıcısı Zaur Baxşəliyev bu xəbəri “KƏLAMİNFO”ya təsdiqləsə də, təfərrüatı ilə danışmaq istəmədi. Söylədi ki, hələlik hazırlıqlar başlayıb. Layihə bir qədər təzələnmiş üslubda qayıdacaq. Onun efir tarixi barəsində hələ dəqiq məlumat verilmir.
|
22.04.11 Məqaləni oxumaq
|
|
|
Bahar Muradova: İctimai Palata iflasını uydurmalarla ört-basdır etmək istəyir
|
“Milli İstiqlal Partiyası (AMİP) iqtidarın təhriki ilə İctimai Palata girməyib ki, indi də iqtidarın təhriki ilə bu qurumdan çıxsın. Bu, sadəcə, radikal müxalifətin uydurduğu cəfəngiyatdır”. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında vitse-spiker Bahar Muradova bildirib. B.Muradova qeyd edir ki, oyuncaq qurum olan İctimai Palata iflasa uğradığını hiss edib uydurmalarla bunu ört-basdır etmək istəyir. Ölkədəki siyasi prosesləri kifayət qədər normal qiymətləndirən B.Muradova bir qrup radikalın bundan narahat olduğunu bildirib. “Həmin radikallar düşünür ki, iqtidar legitim deyil, iqtidarın atdığı addımlar yanlışdır. Onlar öz fəaliyyətlərinin iflasa uğramaları səbəbindən belə yalanlara əl atırlar. Çünki iqtidar öz fəaliyyətini düzgün istiqamətdə qurub və dövlətin, xalqın mənafeyini güclü müdafiə etməkdə davam edir” - deyə B.Muradova vurğulayıb.
|
22.04.11 Məqaləni oxumaq
|
|
|
Medvedyev və Putinin reytinqi düşüb
|
Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putinin reytinqi ən minimal həddə çatıb. Bu barədə «KƏLAMİNFO» «Vedemosti»yə istinadən məlumat yayıb. «İctimai rəy»in keçirdiyi sorğunun nəticələrinə görə, Medvedyevə rusiyalıların 46 faizi, Putinə isə 53 faizi səs verib. Sorğu zamanı o da bəlli olub ki, «Vahid Rusiya» hərəkatına etibar edənlərin sayı 43 faizə düşüb. Eyni zamanda, «daha çox hansı siyasətçiyə etibar edirsiniz» sualını cavablandıran respondentlərin 37 faizi Medvedyevi ,42 faizi isə Putini göstərib.
|
22.04.11 Məqaləni oxumaq
|
|
|
Ən çox şikayət orta məktəblərlə bağlı olub
|
Cari ilin mart ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 1707 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müraciətlərin 1575-i telefonla, 132-si elektron poçt vasitəsi ilə qəbul edilib. Əksəriyyəti (1490 müraciət) sorğu və məlumat xarakterli olan müraciətlər əsasən ümumtəhsil məktəblərinə, məktəbəqədər təhsil müəssisələrinə, ali və orta ixtisas təhsili ocaqlarına aiddir. Məktəbdənkənar və texniki peşə təhsili müəssisələri, eləcə də xaricdə təhsil məsələləri ilə bağlı müraciətlər də daxil olub.
|
22.04.11 Məqaləni oxumaq
|
|
|
TQDK Türkiyə ali məktəbləri üçün ixtisasların siyahısını elan edir
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyədə TCS-2011 imtahanlarında iştirak etmək üçün sənəd vermiş Azərbaycan abituriyentlərlə bağlı elan verib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Qeyd olunur ki, Türkiyə Respublikasının ÖSYM təşkilatının rəsmi internet saytında 21.04.2011-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşları üçün ayrılmış yeni ixtisasların siyahısı göstərilib. Abituriyentlər yeni siyahıdan seçdikləri ixtisasları imtahan zamanı onlara təqdim olunacaq yeni ixtisaslar formasında qeyd edəcəklər. Abituriyentlər siyahı ilə bu linkdə tanış ola bilərlər: osym.gov.tr/dosya/1-57603/h/yeni-2011-tcs-yurtdisi-klz-yeni.pdf
|
22.04.11 Məqaləni oxumaq
|
|
|
Yaponiya büdcəsinə 50 milyard dollar əlavə edib
|
Yaponiya hökuməti gələn ilin dövlət büdcəsinə 50 milyard dollar əlavələr edilməsi barədə qərar qəbul edib. Bu barədə “KƏLAMİNFO” Yaponiyanın «Kiodo» agentliyinə istinadən xəbər verir. Qeyd olunub ki, büdcəyə əlavələr mart ayında ölkədə baş verən zəlzələ və sunaminin nəticələrinin aradan qaldırılmasına sərf olunacaq. Agentlik xəbər verir ki, zəlzələ İkinci Dünya müharibəsindən sonra ölkəyə dəyən ən böyük zərbə olub. Yaponiya Maliyyə Nazirliyindən bildiriblər ki, dövlət regionların bərpası üçün zəruri olan pulu tapa biləcək.
|
22.04.11 Məqaləni oxumaq
|
|
|
TQDK: “Lənkəran şəhərində yalnız IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək”
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 2-ci sayında texniki səhflə bağlı məlumat yayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Məlumatda qeyd olunub ki, jurnalın qeyd olunan sayında səhvən Lənkəran şəhərində ali təhsil müəssisələrinə III qrup üzrə qəbul imtahanının keçiriləcəyi göstərilib. TQDK bildirir ki, Lənkəran şəhərində yalnız IV ixtisas qrupu üzrə imtahan keçiriləcək.
|
22.04.11 Məqaləni oxumaq
|
|
|
Bir sıra bölgələrin müəllimləri “Ən yaxşı müəllim” müsabiqəsinə qatılmayıb
|
Ölkə rəhbərinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq 2010-2011-ci dərs ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin III turu başa çatıb. Təhsil Naziriyndən “KƏLAMİNFO”ya verilən məlumata görə “Ən yaxşı müəllim” müsabiqəsi isə davam edir. Bu ilki “Ən yaxşı müəllim” müsabiqəsində iştirak üçün 425 müəllim sənəd təqdim edib. Onlardan 10-nun sənədi müvafiq tələblərə cavab vermədiyi üçün baxılmayıb, 415 müəllimin sənədi isə ekspertizadan keçirilib. Bu il Naftalan şəhəri, Ağdam, Qobustan, Daşkəsən, Yardımlı, Kəlbəcər, Neftçala, Gədəbəy, Laçın, Tərtər, Saatlı, Sabirabad, Xocavənd, Xocalı rayonlarının məktəblərindən heç bir müəllim müsabiqəyə sənəd təqdim etməyib. “Ən yaxşı müəllim” müsabiqəsinə sənədləri qəbul edilən müəllimlərin göstəricilərinin ekspertizasının nəticələrinə görə, 415 nəfərdən 217-si 1, 3–3, 8 civarında bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıb ki, bu da ötən ildəkindən 13 nəfər çoxdur.
|
22.04.11 Məqaləni oxumaq
|
|
|
Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək
|
“Turizm ili” çərçivəsində Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək. “KƏLAMİNFO”nun məlumatına görə, sərgi Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq. Assosiasiyanın sədri Nahid Bağırovun sözlərinə görə, sərginin 27 sentyabr Turizm Günündə keçirilməsi nəzərdə tutulur: “Bu günü seçməyimizin səbəbləri var. Həmin gün Azərbaycanın turizm ictimaiyyəti həm dünya turizm gününü qeyd edir, həm yay mövsümünün yekunları, həm də qarşıdan gələn payız-qış mövsümündə görüləcək işlər müzakirə edilir. Hesab edirik ki, sərginin məhz həmin gün keçirilməsinin effekti də böyük olacaq” 3 gün davam etməsi nəzərdə tutulan sərgi ilk iki gündə yalnız turizm sektoru təmsilçiləri, üçüncü gün isə geniş ictimaiyyət üçün açıq olacaq.
|
22.04.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan insan hüquqları sahəsində öhdəliklərini uğurla yerinə yetirir
|
Ombudsman Elmira Süleymanova Avropa Şurasının (AŞ) Media bölümü üzrə proqram məsləhətçisi Leyla Dervisagici qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Görüşdə ombudsman qeyd edib ki, Azərbaycan insan hüquqlarının təmini sahəsində öz üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirməkdədir. E.Süleymanova bugünlərdə Vyana şəhərində ATƏT-in Əlavə İnsan Ölçüsü üzrə görüşündə iştirakı ilə bağlı məlumat verib. O, fəaliyyətinin ilk dövrlərindən nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən AŞ ilə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin qurulduğunu, bu əməkdaşlığın davam etdirilməsinin zəruriliyini söyləyib.
|
22.04.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 2 3 4 5 6 7 8 9 10 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|